Məhkəmə qərarları › İş №2(104)-1145/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1145/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1145/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X6 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsindən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Böyük Göyüşlü kənd sakini X40 11 yanvar 2006-cı il tarixlii ərizə ilə Bərdə rayon 1 saylı Dövlət notariat kontoruna müraciət edərək Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini X42 ğluna bağışlamışdır. 11 yanvar 2006-cı il tarixli müqavilə Bərdə rayon 1 saylı Dövlət notarial kontoru tərəfindən təsdiq edilərkən müqavilənin predmeti kimi yalnız 2 otaqlı, 48,06 kv m yaşayış sahəsi, 61,74 kv. ümumi sahəsi olan ev göstərilmiş, Bərdə rayon Aqrar İslahat komisiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə X27 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin taleyi açıq qalmışdır. X8 rayonu, Böyük Göyüşlü kənd sakini X32 məxsus yaşayış evini və həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edərək qardaşı X16 vermiş, sonuncu isə qohumu olaraq onun mülkiyyətinə vermişdir. Sorğu əsasında müəyyən edilmişdir ki, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru 16 oktyabr 2017-cı ildə X11 “Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi” verərək X27 qanuni vərəsəsi kimi tanımışdır, hazırda həmin şəxs şəhadətnaməyə istinad edərək X27 mirasına sahiblik etmək istəyir. X40 qanunla müəyyən edilmiş qaydada 11 yanvar 2006-cı il tarixli ərizə ilə evini və torpaq sahəsini X22 bağışladığından, Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-cı ildə X12 verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ləğv edilməlidir.. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsi ilə (sədrlik edən Elsun Əhmədov) iddia təmin edilmiş, cavabdeh X9 verilmiş 2V-622 reyestr nömrəli, 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Üçüncü şəxs X15 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tələb üzrə apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi vardır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli 2(104)-1606/2019 nömrəli qətnaməsi ilə iddiaçı X13 Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 adına verilmiş 16 oktyabr 2017-ci il tarixli, 2V-622 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış X6 adına olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab olunması tələbi üzrə qəbul edilmiş Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli , 2(021)-4008/2018 nömrəli qətnaməsi ləğv edilmiş, Habil Murquzovun ona, üçüncü şəxslər DƏDRX-nin 7 saylı Bərdə ərazi idarəsinə və Bərdə regional ASAN xidimət mərkəzinin notariat ofisinə qarşı 2V-622 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasını təmin etməmişdir. Həmçinin mübahisə predmeti olan 0.25 ha torpaq sahəsinə tam mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixli , ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əldə etmişdir. X24 ilə anası X2 01 iyul 1961-ci ildə nikahlarını 39 nömrəli akt qeydi ilə qeyd etdirərək evlənmişlər. Atası Ağa və anası Razəndənin ölənə qədər nikahları pozulmamışdır. X24 18 iyun 2007-ci il tarixdə, anası X5 isə 21 sentyabr 2014-cü il tarixdə ölmüşlər. Göründüyü kimi anasının da evdə, həyatyanı və pay torpaq sahələrində payı vardır. Çünki onlar həmin əmlakları birgə nikah dövründə əldə etmişdirlər. Həmçinin anası atasından sonra ölmüş və mirası o, qəbul etmişdir. Habil Murquzov bağışlanma müqaviləsini hədiyyə verən Ağa Əliyevin sağlığı dövründə mülkiyyətinə keçirməmişdir. İşdə iştirak edən cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan baxılıb qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən, işə Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Ağa onun atasıdır. Həmin torpaq sahəsi vərəsəlik qaydasında onun adına verilmişdir. Həmin torpaq boşdur. Əntiyqə onun bibisi qızıdır. İddiaçının mübahisələndirdiyi və üstündə yaşayış evi olan 28 sot başqa torpaq sahəsidir. Həmin torpaq sahəsində olan ev isə, baba evidir və həmin çıxarış düzgün tərtib edilməmiş və bu barədə məhkəməyə müraciət edəcəkdir. Evin açarları ondadır. Apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)- 3078/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onlar əslində Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini yox, iddiaçının mülkiyyətində olan evin yerləşdiyi 0,28 ha torpaq sahəsinin adlarına keçirilməsini istəyirlər. Belə ki, X15 iddiaçının evindən istifadə etməsinə maneçilik törədir. Bu səbəbdən Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi xahiş edilmişdir. İddiaçı ilə Habil qohumdurlar və Habil ona bağışlanmış əmlakını faktiki olaraq iddiaçıya vermişdir. Məhkəmənin bu iş üzrə qərarını qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(021)-3078/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna və üçüncü şəxs X9 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş: 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X19 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X16 bağışlamışdır. Torpağın Mülkiyyətə verilməsinə dair JN 0055 KOD 61002018 olan Dövlət Aktının surətindən müəyyən olunur ki, X27 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. X40 tərəfindən verilmiş ərizədə özünə məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini X22 bağışladığı göstərilmişdir. İş materiallarında olan Bərdə regeonal “Asan vidmət” mərkəzində notariat ofisindən 16 oktyabr 2017-ci il tarixli, 2V-622 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi ilə bağlı göndərilən: X15 tərəfindən verilmiş ərizədə X27 vərəsəsi olduğu, ondan başqa vərəsəsi olmadığı göstərilmişdir. RX ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində 0.64 ha torpaq sahəsi xx.xx.2017-ci ildə X27 tam mülkiyyəti kimi qeydiyyata alınmışdır. V-JQ 457731 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 ilə X15 01 oktyabr 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Əlieva soyadı verilmişdir. Bərdə rayonu, Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, mərhum X40 vəfat edənə kimi Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayıb, vəfatından sonra onun ailə üzvlərindən qızı X15 qalmışdır. AZ-İ 680373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 21 sentyabr 2014-cü ildə ölmüşdür. AZ-İ 246957 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X40 18 iyun 2007-ci ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat şöbəsinin 16 oktyabr 2017-ci il tarixli, 1101 saylı arayışdan müəyyən olunur ki, X15 05 avqust 1964-cü ildə doğulmuşdur, X24, anası X3r. 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Ağa Nağı oğlunun vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak X32 məxsus Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən olunur ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində 42.5 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7, 0.28 ha torpaq sahəsi isə tam mülkiyyət hüququ ilə X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1606/2019 saylı qətnaməsindən görünür ki, X14 cavabdeh X9 qarşı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi iddiası təmin edilməmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlak faktiki olaraq İddiaçı tərəfindən qəbul edilmişdir. Belə ki, 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X19 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X16 bağışlamışdır. Bundan başqa X27 ünvan ünvanlanmış ərizəsindən də görünür ki, X40 ərizəsində ona mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən yaşayış evini və torpaq sahəsini təmənnasız olaraq X23 bağışlayır. Bundan başqa iş materiallarına əlavə olunmuş Bərdə 1 saylı Dövlət Notariat Konrotunun 4Ə-6 saylı notariat işinə əlavə edilmiş 11 yanvar 2006-cı il tarixli torpaq bəxşiş müqaviləsinin surətindən müəyyən olunur ki, X19 rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.64 ha torpaq sahəsini X16 bağışlamışdır. Lakin notariat kontoru tərəfindən həmin ərizə və iradə ifadəsi nəzərə alınmamış və yalnız ərizədə qeyd edilən yaşayış evinə dair iddiaçı çıxarış ala bilmişdir. X27 yeganə övladı olan hazırki iş üzrə üçüncü şəxs X15 qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və bunun nəticəsində də mübahisəli torpaq sahəsinə əsassız olaraq mülkiyyət hüququ əldə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, əvvəla iş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(104)-1606/2019 saylı qətnaməsi ilə X14 cavabdeh X9 qarşı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 03 aprel 2001-ci il tarixli 02 nömrəli qərarı ilə X32 Bərdə rayonu Böyük Göyüşlü kəndində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 0,64 ha torpaq sahəsi verilmiş, sonuncu həmin torpaq sahəsini 11 yanavar 2006-cı il tarixdə Bərdə rayon 1 saylı notariat kontorunda 4Ə-6 nörmə ilə qeydə alınmış bağışlama müqaviləs əsasında X18 bağışlamışdır. Mübahisəli torpaq sahəsinə dair 2006-cı ildə bağışlama müqaviləsi olsa da, lakin hədiyyə alan onu hədiyyə verənin sağlığı dövründə mülkiyyətinə keçirməmişdir. Ona görə də, miras qoyanın əmlakına (0,64 ha torpaq sahəsi) onun birinci növbə vərəsəsi X9 notariat orqanı tərəfindən 16 oktyabr 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, eləcə də həmin şəhadətnamə əsasında Daşınamz Əmlakın DÖvlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış qanuni əsaslarla verilmişdir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin deməsinə görə, X26 ona bağışlanmış həmin torpaq sahəsini faktiki olaraq iddiaçıya vermişdir. Bu hallar isə onu deməyə hüquqi əsas verir ki, hazırkı iz üzrə iddiaçı İddiaçı hazırkı tələblə bağlı heç bir subyektiv hüquqa malik deyildir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı tələblə bağlı heç bir subyektiv hüquqa malik deyildir. Belə ki, eyni tələblə X14 cavabdeh X9 qarşı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş Bərdə Rayonu, Böyük Göyüşlü kəndində yerləşən ümumi sahəsi 0,64 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmiş, yuxarıda qeyd edilən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin tələb rədd edilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahələrinə xx.xx.2006-cı ildə bağışlanmış 4Ə-6 nömrəli bağışlama müqaviləsi olsa da, Habil Murquzov həmin torpaq sahəsini faktiki olaraq qəbul etməmiş və hədiyyə verənin sağlığında qeydə aldırmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçı öz iddiasında Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, əslində Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0.28 ha torpaq sahəsi sahəsini mübahisələndirmişdir ki, qeyd edilən torpaq sahələri tamamilə fərqli torpaq sahələridir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Bərdə rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən 16 oktyabr 2017-ci ildə X9 verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar