Məhkəmə qərarları › İş №2(104)-1146/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1146/2024

10.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1146/2024 10.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hərracın keçirilməsinin etibarsız sayılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X9 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın keçirilməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3618/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı, X10, Nümayəndə, X12 göndərilmiş 09 avqust 2023-cü il tarixli, 1731/23 saylı təklifdən görünür ki, ünvan 1 ünvanında yerləşən evin hərracda satışdan əldə etmələri təklif edilmişdir.

2. Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı, X10, Nümayəndə, X12 göndərilmiş 24 iyul 2023-cü il tarixli, 1604/23 saylı bildirişdə ünvan 1 ünvanında yerləşən evə dair təkrar hərrac keçirilməsi barədə xəbərdarlıq edilmişdir.

3. Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 729 saylı arayışdan müəyyən olunur ki, İddiaçı oğu ünvan 1 ünvanında yerləşən evdə yaşayır, ailə üzvüləri həyat yoldaçı X13, oğlu X23, gəlini X19, nəvəsi X14, nəvəsi X20, oğlu Nümayəndə, gəlini X7, nəvəsi X15, nəvəzi X3 ibarətdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-181/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şiakayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-2(115)- 453/2022 saylı qəytnaməsinin qismən, yəni cavabdeh X11 müştərək qaydada 01 sentyabr 2015-ci il tarixli, 12-SKMF-2-0-529-15 saylı əlavə kredit müqavilsi üzrə 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçı YeloBank ASC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh X11 müştərək qaydada tutularaq YeloBank ASCyə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, idia tələbi həmin hissədə təmin edilməməsi, qətnamə təmin olunan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzininin hərəkətlərinin qanunsuz sayılmasına və 1736/23 saylı 10 avqust 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-2(115)-453/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövtət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və X11 iddiaçı X38 Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3ndə yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh İddiaçı qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər İddiaçı və X11 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər İddiaçı, X16, X23 və Nümayəndə mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehlər İddiaçı və Nümayəndə oglu həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci ıl tarixli 2-2(115)-453/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2- 2(104)-577/2021 saylı (hakimlər X8 (sədrlik edən və məruzəçi), X17 və X2 ibarət tərkibdə) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-2(115)- 453/2022 saylı qətnaməsi qismən, yəni cavabdeh X11 müştərək qaydada 01 sentyabr 2015-ci il tarixli, 12-SKMF-2-0-529-15 saylı əlavə kredit müqaviləsi üzrə 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Yelo Bank ASC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh X11 müştərək-qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin iş üzrə icra vərəqəsi verilmiş və Cavabdeh1 22 iyun 2023-cü il tarixli, 51310/2023 saylı sifarişi əsasında ona məxsus mənzil hərrac komissiyasına göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə ona məxsus ünvan 3ndə yerləşən 18 nömrəli evin 9 saylı mənzili hərraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Əlbəttə ki, onun mülkiyyətində olan ünvan 3ndə yerləşən 18 nömrəli evin 9 saylı mənzilin qiyməti 27.166 manat ola bilməz. Yalnız təqdim edilmiş natamam sənəd əsasında qiymətləndirilmiş evin dəyəri, həqiqətdə dəfələrlə baha qiymətədir. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka qiyməti sayıla bilməz. Bundan başqa maddi vəziyyətində, o cümlədən səhhətimdə problemlər yaranmışdır və bu səbəbdən öhdəliyini yerinə yetirə bilməmişdir və nəticədə cavabdeh Bərdə rayon İcra Şöbəsi onun mülkiyyətində olan ünvan 3ndə yerləşən 18 nömrəli evin 9 saylı mənzili hərracda satışa çıxarılması üçün “X4”-nın nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 iyun 2023-cü il tarixli, 51310/2023 saylı sifariş məktubu göndərmişdir. Sözügedən sifariş məktubuna əsasən ümumi ipoteka predmetinə 27.166 manat ilkin qiymət qoyulmuş və “X1 nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə evin hərraca həmin qiymətlə satışa çıxarılması barədə sifariş verilmişdir. X4”-nm nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onun mülkiyyətimdə olan ünvan 3ndə ye rləşən ünvanına 1736/23 saylı 10 avqust 2023-cü il tarixdə bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Ganunun 17.1.4-ci maddəsinin tələbinə görə icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədinin icrası məcburi olaraq dayandırılmadır. Mülkiyyətində olan ipoteka predmetinin 21 iyul 2023-cü il tarixdə açıq hərracda satışa çıxarılması barədə cavabdeh hərrac təşkilatının və icra şöbəsinin hərəkətləri əsassız və qanunsuzdur. Odur ki, cavabdeh hərrac təşki atının bu hərəkətləri qanunsuz hesab edilməli və 10 avqust 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri etibarsız sayılmalıdır.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3618/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov), İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın keçirilməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.1, 88, 106.1, 217.3, 217.4, 218.3, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3618/2023 nömrəli qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o məhkəməyə sübut təqdim etməklə yanaşı, həm də məhkəmədən xahiş etmişdir ki, onun məhkəməyə təqdim edə bilmədiyi sübutların sorğu vasitəsilə müvafiq bankdan və orqanlardan almasını təmin etsin və eyni zamanda əmlaklarının ilkin satış qiymətinin az olmasını nəzərə alıb yenidən ekspertiza keçirməklə əmlakın likvid qiymətinin müəyyən edilməsi barədə əsaslandırılmış qərar əldə edilsin. Lakin, məhkəmə bu hallara diqqət yetirməmiş və sübutları almadan məhkəmə iclasını keçirtmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası X4 "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndlərinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

16. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

17. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

18. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu

19. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.[78]

20. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

21. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

22. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

23. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

24. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

25. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

27. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

28. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.

29. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

30. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

31. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

32. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3618/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2- 2(104)-181/2021 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin əsasında Cavabdeh1 51310/2023 saylı, xx.xx.2023-cü il tarixli sifarişi ilə "xxxx" MMC tərəfindən açıq hərrac keçirilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq ilkin açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 10;00-a təyin edilmiş və bu barədə bildiriş tərəflərə göndərilmiş, kütləvi informasiya vasitəsilə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. İlkin açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, və bu barədə bildiriş tərəflərə göndərilmiş, kütləvi informasiya vasitəsilə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Təkrar hərracda iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə hərracın baş tutmasına dair məlumat 09.08.202-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X5 (Portalında) dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmiş və əmlak ipoteka saxlayana təklif edilmişdir. xx.xx.2023-cü il tarixli 189/23 nömrəli X35 Barədə Protokol əsasında ünvan 3 ünvanında, 0.042 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 9 saylı mənzili 20.374,50 manata ipoteka saxlayan "xxxx" ASC tərəfindən alınmışdır.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

53. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun Mülki Məcəlləsinin 42.1ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

55. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun Mülki Məcəlləsinin 43.7ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

56. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun Mülki Məcəlləsinin 43.7- 1-ci maddəsinə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

57. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

58. Çünki, iş materiallarında olan araşdırma zamanı müyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-181/2021 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin əsasında Cavabdeh1 51310/2023 saylı, xx.xx.2023-cü il tarixli sifarişi ilə "xxxx" MMC tərəfindən açıq hərrac keçirilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq ilkin açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 10;00-a təyin edilmiş və bu barədə bildiriş tərəflərə göndərilmiş, kütləvi informasiya vasitəsilə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. İlkin açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, və bu barədə bildiriş tərəflərə göndərilmiş, kütləvi informasiya vasitəsilə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Təkrar hərracda iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə hərracın baş tutmasına dair məlumat 09.08.202-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X5 (Portalında) dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmiş və əmlak ipoteka saxlayana təklif edilmişdir. xx.xx.2023-cü il tarixli 189/23 nömrəli X35 Barədə Protokol əsasında ünvan 3 ünvanında, 0.042 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 74.6 kv.m ümumi, 56.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 9 saylı mənzili 20.374,50 manata ipoteka saxlayan "xxxx" ASC tərəfindən alınmışdır.

59. Məhkəmə kollegiyası bildirir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

60. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, bununla bağlı qeyd edilənlər də əsassızdır. Düzdür, qətnamə ilə ipoteka predmetinin ilikin satış qiyməti müəyyən edildikdən sonra, qətnamənin icrası zamanı bunun üçün əsas olduqda (məsələn, qətnamə çıxarıldıqdan sonra onun icraya yönəldilməsinədək uzun müddət keçdikdə), onun ilkin satış qiymətinin yenidən müəyyən edilməsi qətnamənin icrasının üsul və qaydasının dəyişdirilməsi qaydasında mümkündür. Hazırki işdə isə belə hal müəyyən olunmur, iddiaçı göstərilən məsələ ilə bağlı həmin icra icraatı zamanı müraciət edə bilərdi, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi məsələsinə isə yeni iddia qaydasında baxıla bilməz. Göstərilən arqument qanuni keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması üçün əsas deyildir. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3618/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar