Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1150/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) X22 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul edilməsinin və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *2 fevral 2*23-cü il tarixli 2(125)-416/2*23 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 vərəsəsi olmalarının müəyyən edilməsi, X4 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95, 21 saylı mənzilin miras əmlak olaraq tərəflərindən qəbul edilməsinin müəyyən edilməsi, qəbul edilmiş miras mülkdən hər birinin ½ hissə olmaqla paylarının müəyyən edilməsi və müəyyən edilmiş paylara mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 məhkəməyə ərizə verərək qeyd etmişdir ki, notarial qaydada ərizə verərək miras mülkdən ona çatası payından digər iddiaçı olan İddiaçı2 xeyrinə imtina etmişdir. Yəni payını digər iddiaçı olan qızı İddiaçı2 bağışlamışdır. Ona görə də onun iddiaçı qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *2 fevral 2*23-cü il tarixli 2(125)-416/2*23 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia təmin edilərək, X1 miras qalmış ünvan 1 ünvanının İddiaçı2 tərəfindən faktiki qəbul etməsi faktının müəyyən edilməsi; X1 miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, 95 saylı evin, 21 nömrəli mənzilə İddiaçı2 tam payı müəyyən edilməsi; Məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 3* oktyabr 1976-cı il tarixdə mərhum X8 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından Könül, Kamil və Samil adlı 3 uşaqları anadan olmuşdur. X2 işlədiyi müəssisə tərəfindən mənzil verilmiş, Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 iyun 1994-cü il tarixli 3-M-25 saylı mənzillərin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti (hazırda Heydər Əliyev prospekti) ev 95-də yerləşən 21 saylı mənzil adına qeydiyyata alınmış və ona 14 iyul 1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra isə qeydiyyat vəsiqəsinin əvəzinə ona 23 avqust 2*21-ci il tarixli, 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 19 sentyabr 2*21-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Ofelya Məmmədəliyevadan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı İddiaçı1 sahiblik və idarə etməklə faktiki olaraq, İddiaçı2 isə həm faktiki, həm də notariusa ərizə verməklə qəbul etmişdir. Cavabdehlər isə nə faktiki, nə də notariusa ərizə verməklə mirası qəbul etməmişlər. Cavabdehlər yuxarıda qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqlarına baxmayaraq, Kamil 2*1*-cu ildən, Samil isə 2*14-cü ildən həmin mənzildə yaşamırlar. Belə ki, hələ X1* sağlığında Cavabdeh2 mənzildən olan payının əvəzinə 2*2*-ci ildə 8*** (səkkiz min) manat ödəyərək içində ev bünövrəsi olan torpaq sahəsi almışlar. Kamil həmin torpaq sahəsində ev tikib, özü isə ailəsi ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsində yaşayır. Cavabdeh3 isə mənzildən payının əvəzinə 2*19-cu ildə 15*** (on beş min) manat vermiş və o da həmin pula özünə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 1-ci döngə, ev 38 ünvanında ev almışdır. Bundan başqa həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı2 5*** manat xərc çəkərək miras qalmış mənzildə təmir işləri aparmışdır. X3, X23, X24 və Gülşən Abbasova adlı şahidlər də qeyd olunanları təsdiq edə bilərlər. 2*22-ci ilin oktyabr ayında 1 saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzindəki notariat ofisinə müraciət edərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər, lakin notariat ofisi bundan imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı2 doğma bacılarıdır. Cavabdeh3 2*12-ci ildə ailə həyatı quraraq mübahisəli mənzilə köçmüş, lakin uşağı dünyaya gəldikdən sonra 2*13-cü ilin əvvəllərində həmin mənzildən çıxmış kirayədə yaşamağa başlamışdır. 2*19-cu ildə isə özünə 25*** manata ev almış və orada yaşamışdır. Analarının vəfatından sonra miras qalmış evdə ataları Hidayət, bacıları Könül və sonuncunun qızı yaşamışdır. İddiaçılar tərəfindən onlara həmin mənzildə yaşamağa imkan verilməmiş və bunun qarşısını almaq üçün süni maneələr yaradılmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala hüquqi qiymət verməmişdir. Həmçinin, analarının dəfn mərasimi onlar tərəfindən qarşılanmışdır. Miras onlar tərəfindən qəbul edilmiş və mirasın qəbulu şəksiz şəkildə nümayiş etdirilmişdir. Miras əmlakda bütün vərəsələrin payı müəyyən edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, 2*13-cü ilə kimi anası Ofelya Məmmədəliyeva məxsus evdə yaşamışdır. 2*13-cü ildə həmin evdən çıxıb kirayədə yaşamağa başlamışdır. 2*19-cu ildə isə ünvan 2 ünvanında ev almış və orada yaşamışdır. Hazırda da həmin evdə yaşayır. Miras açıldıqdan sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə verməmişdir. Anası öldükdən sonra bacısı İddiaçı2 və atası İddiaçı1 miras qalmış evdə yaşamışasalarda, onun və qardaşı Kamilin də həmin mülkdə payları müəyyən olunmalıdır. Ona görə ki, onlar anaları rəhmətə gedən də o və qardaşı Kamil dəfndə iştirak etməklə dəfn xərclərinin bir hissəsini çəkmişlər. Cavabdeh3 sonda məhkəmə kollegiyasındsan apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) X27 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxs Cavabdeh2 anası öldükdən sonra dəfn mərasimində iştirak etmiş və mərasim xərclərin bir hissəsini, o, qarşılamışdır. Cavabdeh2 miras açılmamışdan əvvəldən Bakı şəhərinə köçmüş və orada yaşamışdır, lakin mirası qəbul etmişdir. Ona görə ki, miras qalmış mənziə dair kommunal ödənişləri ödəmiş və mirasın saxlanılması üçün xərclər çəkmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2*13-cü ildə nikahı pozulmuş və həmin vaxtdan mərhum anasına məxsus evdə onunla yaşamağa başlamışdır. Anası vəfat edənədək daima onun qulluğunda olmuş, anasının vəfatından sonrada həmin evdə o və atası yaşayırlar. Həmçinin bildirir ki, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, lakin şəhadətnamə ala bilməmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 8*, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*6.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: İ-ЖГ seriyalı 392978 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 və X19 arasında 3* oktyabr 1976-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 549 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədəliyev”, arvada “Məmmədəliyeva” soyadı verilmişdir; İV-ЖГ seriyalı 466867 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 1* avqust 1977-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı1, anası X7r; Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *9 sentyabr 2*22-ci il tarixli *5/Q-1714/7* nömrəli arayışdan görünür ki, Cavabdeh2 *6 oktyabr 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 17 oktyabr 1978-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 3771 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı1, anası X7r; Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən *9 sentyabr 2*22-ci il tarixli *5/Q-1713/7* nömrəli verilmiş arayışdan görünür ki, Cavabdeh3 xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə *6 iyul 1984-cü il tarixində Gəncə şəhər qeydiyyat şöbəsində 1584 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası İddiaçı1, anası X7r; 23 avqust 2*21-ci il tarixli, 1521*22784 nömrəli, 2*2*11***883-*51*1-*93*16 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanı X5 tam mülkiyyətindədir. AZ-İİ seriyalı 177241 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 19 sentyabr 2*21-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2* sentyabr 2*21-ci il tarixdə 793 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *6 sentyabr 2*22-ci il tarixli, 22332***6929 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 iyun 1994-cü il tarixli, 3-M-25 saylı mənzilin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən Gəncə şəhəri, X33 prospekti, ev 95, 21 saylı mənzil X12 adına qeydiyyata alınmışdır və ona 14 iyul 1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Məmmədəliyeva (Həsənova) Ofelya İslam qızına ünvanı Heydər Əliyev prospekti, ev 95, 21 olan bu mənzilə (31,9 kvm iki yaşayış otaqları, 19,6 kvm köməkçi sahə) 23.*8.2*21-ci il tarixli 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzindəki notariat ofisinin *7 oktyabr 2*22-ci il tarixli, 2455 nömrəli məktubundan görünür ki, İddiaçı2 və İddiaçı1 bildirilmişdir ki, vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Miras qoyanın digər vərəsələrinin həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatları olduğu üçün onları nəzərə almadan həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də miras paylarının bölüşdürülməsinə dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur; *2 dekabr 2*22-ci il tarixli, 3M-677 reyestr nömrəli miras payın bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 miras qoyan 19 sentyabr 2*21-ci il tarixdə ölmüş arvadı X4 irs qalmış bütün miras əmlakdan özünə çatası miras payını qızı İddiaçı2 bağışlamışdır. *6 dekabr 2*22-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X15, X16, X9 və X11 bu aktı tərtib etmişlər ondan ötrü ki, ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olmalarına baxmayaraq Cavabdeh2 2*1*-cu ildən, Cavabdeh3 isə 2*13-cü ildən faktiki olaraq mənzildə yaşamırlar. Mənzildə daimi olaraq X8 və İddiaçı1 qızları İddiaçı2 ilə birlikdə yaşamışlar. 2*21-ci ildə ev sahibi X8 vəfat etdikdən sonra mənzildə yalnız İddiaçı1 və İddiaçı2 öz yetkinlik yaşına çatmayan qızı Məleykə Quliyeva ilə yaşayırlar; Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, o, X1* doğma qardaşı, İddiaçı2, Samil və Cavabdeh2lərin isə dayısıdır. Bacısı vəfat etdikdən sonra ünvan 1 ünvanında İddiaçı2, onun qızı və İddiaçı1 yaşamışlar. Kamil və Samil isə hələ bacısı Ofelyanın sağlığında ailə həyatı quraraq sözügedən mənzildən çıxıb getmişlər. Bacısı Ofelya sağlığında Samil və Kamilə ev alıb vermişdir; Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2* ifadəsində bildirmişdir ki, İddiaçı2 ilə qonşudur. Ofelya Məmmədəliyeva vəfat etdikdən sonra ünvan 1 ünvanında İddiaçı1 və qızı Könül öz uşağı ilə birlikdə yaşamışlar. Könülün qardaşları Cavabdeh3 və Cavabdeh2 hər ikisi Ofelya vəfat etməzdən bir neçə il öncə ailə həyatı quraraq sözügedən mənzildən çıxıb getmişlər. Kamil və Samilin orada yaşadığını görməmişdir. X1* sağlığında və o, vəfat etdikdən sonra həmin mənzildə İddiaçı1 və İddiaçı2 qızı ilə birlikdə yaşamış və hal-hazırda da yaşayırlar. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1151, 1159.1.1, 1243.2, 1255 və 1269-cu maddələrinə istinad edərək, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə isə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu normaların təhlili deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2*14-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, X8 ilə İddiaçı1 3* oktyabr 1976-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından 1* avqust 1977-ci il tarixdə İddiaçı2, *6 oktyabr 1978-ci il tarixdə Cavabdeh2, xx xxxx 1984-cü il tarixdə isə Cavabdeh3 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 iyun 1994-cü il tarixli, 3-M- 25 saylı mənzilin özəlləşdirilməsinə dair müqaviləsinə əsasən, Gəncə şəhəri, X33 prospekti, ev 95də yerləşən 21 saylı mənzil X12 adına qeydiyyata alınmış və ona bu barədə 14 iyul 1994-cü il tarixli, 12*72 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra Məmmədəliyeva (Həsənova) Ofelya İslam qızına Gəncə şəhəri Heydər Əliyev prospekti, ev 95-də yerləşən 21 saylı mənzilə dair 23 avqust 2*21-ci il tarixli, 1521*22784 qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 19 sentyabr 2*21-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95-də yerləşən 21 nömrəli mənzil miras qalmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 mirasın onlar tərəfindən qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 məhkəməyə ərizə verərək bildirmişdir ki, notarial qaydada ərizə verib miras mülkdən ona çatası payından digər iddiaçı olan İddiaçı2 xeyrinə imtina etmişdir. Yəni payını digər iddiaçı olan qızı İddiaçı2 bağışlamışdır. İşə baxan birinci instansiya məhkəməsi də iddianı təmin edərək miras əmlakın İddiaçı2 tərəfindən qəbul edildiyini müəyyən etmiş və sonuncuya miras əmlakdan tam həcmdə pay vermişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları, şahid ifadələri, habelə tərəflərin izahatları ilə sübut olunur ki, miras qoyan Ofelya Məmmədəliyevanın ölümündən sonra sonuncudan miras qalmış Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 95-də yerləşən 21 nömrəli mənzildə iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayaraq miras əmlaka faktiki sahiblik və istifadə etmişlər və beləliklə mirasın qəbulunu şəksiz şəkildə nümayiş etdirmişlər. Həmçinin İddiaçı2 mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmiş, lakin mirasla bağlı mübahisə olduğuna görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İddiaçı1 isə birinci instansiya məhkəməsinə ərizə verərək miras mülkdən ona çatası paydan digər İddiaçı2 xeyrinə imtina etmişdir. Miras qoyanın birinci növbəli digər vərəsələri Cavabdeh2 və Cavabdeh3 isə nə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər, nə də ki, mirasa sahiblik və istifadə etməklə mirası faktiki qəbul etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərində mirasın faktiki qəbul edilməsi məqsədilə həmin mənzildə yaşamağa iddiaçılar tərəfindən imkan verilmədiyini və mənzildə yaşamalarına üçün süni maneələr yaradıldığını bildirmişlər. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsaslı hesab etmir. Belə ki, şikayətin dəlili sübuta yetirilmir. Digər tərəfdən də kollegiya qeyd edir ki, əgər cavabdehlərin mirası qəbul etmək kimi niyyətləri var idisə, onlar notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizə vermək imkanına da malik idilər. Lakin işdən göründüyü kimi cavabdehlər bu hərəkəti də yerinə yetirməyiblər. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. Bununla yanaşı Cavabdeh3 apellyasiya şikayətində, eləcə də məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 2*13-cü ilə kimi anası Ofelya Məmmədəliyeva məxsus evdə yaşamışdır. 2*13-cü ildə həmin evdən çıxıb kirayədə yaşamağa başlamışdır. 2*19-cu ildə isə ünvan 2 ünvanında ev almış və orada yaşamışdır. Hazırda da həmin evdə yaşayır. Miras açıldıqdan sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə verməmişdir. Anası öldükdən sonra bacısı İddiaçı2 və atası İddiaçı1 miras qalmış evdə yaşamışlar. Həmçini digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, miras qoyan öldükdən sonra Cavabdeh2 dəfn mərasimində iştirak etmiş və mərasim xərclərinin bir hissəsini qarşılamışdır. Cavabdeh2 miras açılmamışdan əvvəldən Bakı şəhərinə köçmüş və orada yaşamışdır, lakin mirası oda qəbul etmişdir. Ona görə ki, miras qalmış mənzilə dair kommunal ödənişləri ödəmiş və mirasın saxlanılması üçün xərclər çəkmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin analarının dəfn mərasimində iştirak etmələri və mərasim xərclərinin bir hissəsini qarşılamaqları arqumentləri ilə bağlı qeyd edir ki, həmin hallar mirasın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 miras qalmış mənzilə dair kommunal ödənişləri ödəməsi və mirasın saxlanılması üçün xərclər çəkməsi iş materialları ilə sübut olunmur və belə sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 miras qoyan X4 miras qalmış əmlakı qəbul etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.*.1. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *2 fevral 2*23-cü il tarixli 2(125)-416/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1150/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1150/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver