Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1151/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı 4250.88 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, onun adına xəbərdarlıq göndərilərək bildirilmişdir ki, qazdan istifadəyə görə 4250,88 manat ziyan borcu yaranmış və həmin borcu ödənilməsə təbii qazın təminatı dayandırılacaqdır. Onun yaşadıqı yaşayış sahəsində **********782 nömrəli sayğac quraşdırılaraq, həmin sayğaca onun tərəfindən müdaxilə edildiyi bildirilmişdir. Rəy əsassızdır və özündə həqiqəti əks etdirmir. Belə ki, o və onun ailə üzvləri tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmiş və göstərilən nöqsanlardan heç bir xəbərləri olmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Şəfəq Məmmədova ) iddia qismən təmin edilmiş, Şəmkir şəhəri, E.Abbasov küçəsi-15 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********82 olan) hesablanmış 4250, 88 (dörd min iki yüz əlli manat səksən səkkiz qəpik) manat borcun silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 60.17 (altmış manat on yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qərarddaı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsinin qət etdi hissəsində yol verilmiş yanlışlıq düzəldilmiş və Şəmkir şəhəri, E.Abbasov küçəsi-15 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********82 olan) hesablanmış 4016,72 (dörd min iki yüz əlli manat 72 qəpik) manat borc silinsin kimi oxunması qərara alımnmışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı İddiaçıl oğlu verdiyi izahatında sayğacdan kənar, rezin boru vasitəsilə qeyri-qanuni qoşulma faktını təsdiq və etiraf etmişdir. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə işin mübahisəsiz halıdır və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 4250,88 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət olan evdə adına quraşdırılmış smart tipli təbii qaz sayğacına “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və onun məlumatı olmadan 4250.88 manat borc hesablanmışdır. Belə ki, cavabdeh tərəfindən yazılmış cərimə qanunsuzdur, evində qazla işləyən bir 4 göz qaz plitəsi və suqızdırıcı olub. Qaz plitəsi ilə xörək bişirmişlər, xörək də neçə saat bişəcək ki, bir iki saat. Lakin “Azəriqaz” İB əməkdaşları tərəfindən ona yazılan cərimə əsassız olaraq şişirdilmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: “Qaz təminatının dayandırılması haqqında” 27/6167 saylı xx.xx.2023 tarixli aktın sürətindən görünür ki, ünvan 2 ünvanında yaşayan abonent İddiaçı adına quraşdırılmış sayğac borcları olduğuna görə qaz təminatı qapayıcı vasitəsi ilə dayandırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma aşkarlanmışdır. ünvan 3 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 4250.88 manat cərimə hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə istifadə edildiyi üçün 35424m3 təbii qaz sərfi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı tərəfindən 60 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də, cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4250,88 manat məbləğində borc tələb edilmişdir. İddiaçının evində qazla işləyən bir 4 göz qaz plitəsi və suqızdırıcıdan istifadə etsə də, lakin “Azəriqaz” İB əməkdaşları tərəfindən ona yazılan cərimə əsassız olaraq şişirdilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyti nəticəsini onunla əsaslandırmıdır ki, iddiaçı tərəfindən təbii qazdan ancaq 4 göz qaz plitəsi və su qızıdrıcıdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə “Azəriqaz” İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Belə ki, cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara istinad edilməmişdir. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməmişdir. İfdiaçı Şəmkir rayonu Şiştəpə kəndindəki ünvanında bir 4 göz qaz plitəsi və suqızdırıcıdan istifadə etdiyi halda, yoxlayıcılar evin daxilinə baxış keçirərkən sayğacdan kənar xəttdən evin daxilində 3 qaz işlədicilərinin qidanlamasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akta əsasən 4 göz qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 60= 864 m3 , suqızdırıcının maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.5 x 12 x 60= 1080 m3 müəyyən edilməli, xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün birkubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3 -dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edildiyindən, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab etmişdir ki, dəymiş ziyanın həcmi 233.28 manat ((864 x 0,12 = 103.68)+( 1080 x 0,12 = 129.6)) müəyyən edilməli, iddiaçıya məxsus Şəmkir rayonu Şistəpə kəndində yerləşən ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00090 olan) hesablanmış 4016.72 (4250,88-2333.28 =4016.72) manat borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi və əsaslandırması ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2875/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1151/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1151/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver