Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1163/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-1907/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-1907/2022 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 462 (dörd yüz altmış iki) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 21 (iyirmi bir) manat 33 (otuz üç) qəpik, cərimə qismində 30 (otuz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 543 (beş yüz qırx üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-1907/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 29 avqust 2022-ci il tarixdə Cavabdeh qarşı 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 462 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 21 manat 33 qəpik, cərimə qismində 83 manat 16 qəpik, cəmi 566 manat 49 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı-Express TTS MMC arasında 7 aprel 2017-ci il tarixli 3014-17 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 600,00 AZN olan Samsung A320 markalı yeni mobil telefonunu cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı Əlavəsinə “Ödəniş cədvəli”nə uyğun olaraq 36 %-ə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh əsas borcdan 138,00 AZN, faiz borcundan 102,00 AZN ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kreditora 462,00 AZN əsas borcu, faizlər üzrə 21,33 AZN borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 83,16 AZN cərimə borcu, ümumilikdə isə 566,49 AZN borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, ilk növbədə məhkəmə onun yaşadığı ünvana bildiriş göndərməmişdir. Bildirişi çox güman ki, qeydiyyatda olduğu ünvana göndərmişdir, lakin həmin ünvanda o yaşamır. İddiaçının isə onun yaşayış yeri və mobil nömrəsi barədə məlumatı var idi. Bundan başqa, məhkəmə ona iddia tələbi ilə bağlı mobil nömrəsinə məlumat göndərə bilərdi, lakin məhkəmə bunu da etməmişdir. Halbuki, məhkəmənin mobil nömrəni müəyyən etmək üçün geniş imkanları vardır. Bundan başqa, məhkəmə barədə onun məlumatı olmadığından o, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. Halbuki, tələblə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, işdə olan 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 36% vurularaq bərabər hissələrlə 12 ay əzində ödəmək şərtilə İMEİ kodu **********82549 olan “Samsung A320” markalı telefonu 600 manat məbləğinə İddiaçındən almışdır. Onunla İddiaçı MMC arasında 07 aprel 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəlik müqavilə öhdəliyi olamaqla həm də vaxtaşırı icra edilməli öhdəliklər sayılır. Öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, iddiaçı 07 aprel 2017-ci il tarixdə bərabər hissələrlə 12 ay müddətinə bağlanmış müqavilə üzrə öhdəliyin icra müddətinin axımı 07 aprel 2018-ci il tarixdən başlanmaqla üç il müdətində, yəni 07 aprel 2021-ci il tarixdə bitir. Lakin iddiaçı hazırki iddianı 29 avqust 2022-ci il tarixdə verməklə iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Hesab edir ki, məhkəmə sadalan prosessual hüquq normanı pozaraq çəkişmə prinsipini ona məhkəmə sənədləri barədə məlumatı mobil telefon nömrəsinə SMS-lə çatdırmamışdır. Bununla da məhkəmə onun sübutlar təqdim etmə, ərizələr vermə hüququnu pozmuşdur. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh məhkəmə kollegiyasıma iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmiş, lakin iddiaçı məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini və kollegiyanın iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, X1 İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 36%-ə vurularaq bərabər hissələrlə 12 ay əzində ödəmək şərtilə İMEİ kodu **********82549 olan “Samsung A320” markalı telefonu 600 manat məbləğinə İddiaçındən almışdır. İşdə olan İddiaçı tərəfindən verilmiş 07 aprel 2017-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə borcu əsas borc qismində 462 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 21 manat 33 qəpik, cərimə qismində 83 manat 16 qəpik, cəmi 566 manat 49 qəpik təşkil edir. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil. Belə ki, ilk növbədə məhkəmə onun yaşadığı ünvana bildiriş göndərməmişdir. Bildirişi çox güman ki, qeydiyyatda olduğu ünvana göndərmişdir, lakin həmin ünvanda o yaşamır. İddiaçının isə onun yaşayış yeri və mobil nömrəsi barədə məlumatı var idi. Bundan başqa, məhkəmə ona iddia tələbi ilə bağlı mobil nömrəsinə məlumat göndərə bilərdi, lakin məhkəmə bunu da etməmişdir. Halbuki, məhkəmənin mobil nömrəni müəyyən etmək üçün geniş imkanları vardır. Bundan başqa, məhkəmə barədə onun məlumatı olmadığından o, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. Halbuki, tələblə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, işdə olan 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və həmin müqavilənin Əlavəsinin surətindən görünür ki, İddiaçı ilə bağladığı həmin müqaviləyə əsasən 36%-ə vurularaq bərabər hissələrlə 12 ay əzində ödəmək şərtilə İMEİ kodu **********82549 olan “Samsung A320” markalı telefonu 600 manat məbləğinə İddiaçındən almışdır. Onunla İddiaçı MMC arasında 07 aprel 2017ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəlik müqavilə öhdəliyi olamaqla həm də vaxtaşırı icra edilməli öhdəliklər sayılır. Öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, iddiaçı 07 aprel 2017-ci il tarixdə bərabər hissələrlə 12 ay müddətinə bağlanmış müqavilə üzrə öhdəliyin icra müddətinin axımı 07 aprel 2018-ci il tarixdən başlanmaqla üç il müdətində, yəni 07 aprel 2021-ci il tarixdə bitir. Lakin iddiaçı hazırki iddianı 29 avqust 2022-ci il tarixdə verməklə iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Odur ki, mübahisə ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsni məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı Express TTS MMC arasında 7 aprel 2017-ci il tarixli 3014-17 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 600,00 AZN olan Samsung A320 markalı yeni mobil telefonunu cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı Əlavəsinə “Ödəniş cədvəli”nə uyğun olaraq 36 %-ə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh əsas borcdan 138,00 AZN, faiz borcundan 102,00 AZN ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kreditora 462,00 AZN əsas borcu, faizlər üzrə 21,33 AZN borcu və 90 gün gecikməyə görə əsas borc məbləğinin hər gecikdirilmiş gün üçün 0,2 %, yəni 83,16 AZN cərimə borcu, ümumilikdə isə 566,49 AZN borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Kredit müqaviləsinin müddəti 07 aprel 2018-ci ildə, həmin müqavilə üzrə yaranmış borcu tələb etmə müddəti isə 07 aprel 2021-ci ildə bitməsinə baxmayaraq iddiaçı məhkəməyə hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddət ödənişlər edilmiş, sonuncu ödəniş 2017-cü ilin noyabr ayında olmuşdur. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-cü il tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı xx.xx.2018-cü il tarixdən başlanmış hesab edilir və xx.xx.2021-ci il tarixdə bitmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hüquqlarının pozulduğunu 2017-cü ilin noyabr ayında, ən geci isə müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdə bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianı tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasы MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-1907/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı 07 aprel 2017-ci il tarixli, 3014-17 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 462 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 21 manat 33 qəpik, cərimə qismində 83 manat 16 qəpik, cəmi 566 manat 49 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1163/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1163/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver