Məhkəmə qərarları › İş №2(104)-1179/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1179/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1179/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli alqı-satqı Müqaviləsi üzrə 1256 (min iki yüz əlli altı) manat 60 (altmış) qəpik əsas, 376 (üç yüz yetmiş altı) manat 90 (doxsan) qəpik cərimə, cəmi 1633 (min altı yüz otuz üç) manat 50 (əlli) qəpik borc, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 1604 (min altı yüz dörd) manat 50 (əlli) qəpik əsas, 481 (dörd yüz səksən bir) manat 30 (otuz) qəpik cərimə, cəmi 2085 (iki min səksən beş) manat 80 (səksən) qəpik borc, ümumilikdə iki müqavilə üzrə 2861 (iki min səkkiz yüz altmış bir) manat 10 (on) qəpik əsas, 858 (səkkiz yüz əlli səkkiz) manat 20 (iyirmi) qəpik cərimə, 3719 (üç min yeddi yüz on doqquz) manat 30 (otuz) qəpik cəmi borcun və 57.19 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-916/2023 qətnaməsi ilə (sədrlik edən K.Rzayev) iddia qismən təmin edilmiş, Cavabdeh iki müqavilə üzrə əsas borc ümumilikdə 2861 (iki min səkkiz yüz altmış bir) manat 10 (on) qəpik, cərimə borcu 85 (səksən beş) manat, ümumilikdə iki müqavilə üzrə 2946 (iki min doqquz yüz qırx altı) manat 10 (on) qəpik və iddiaçının ödədiyi 57 (əlli yeddi) manat 19 (on doqquz) qəpik dövlət rüsumu alınıb İddiaçı MMC-in hesabına ödənilməsi və iddia cərimə borcuna aid olan qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini hissəvi ləğv edərək, iddianın cərimə məbləği hissəsinin tam olaraq silinməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı vaxtında cavabdehə qarşı məhkəmədə iddia qaldırmadığından, cərimə borcunun artmasına şərait yaranmışdır. Cavabdeh öz növbəsində ödənişi kecikdirsə belə, ödəməli olduğu məbləğin bir hissəsəni ödəmişdir. Bununla yanaşı cavabdehin maddi və əmlak vəziyyəti və səhhəti də nəzərə alınmalıdır ki, məhz kredit borcunun gecikdirilməsi həmin çətinliklərlə bağlı olmuşdur. Lakin, buna baxmayaraq, cərimə borcu tam olaraq silinməmiş və agır durumu nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar düzgün deyil və ləğv olunmalıdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq qeyd edilən tarixdə məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimə məbləği hissəsinin mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə bağlanmış ********* saylı müddətli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə ona 18 ay müddətinə aylıq 90 manat ödəniş etməklə kreditə 1617 manat dəyərində “Sony”markalı oyun konsolu verilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış ********* saylı müddətli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə ona 18 ay müddətinə aylıq 155 manat ödəniş etməklə kreditə 2788,10 manat dəyərində “Apple” markalı notebook verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022- ci il tarixdə bağlanmış 18 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 1256,6 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 376,9 manat cərimə borcu, müqavilə üzrə cəmi 5025,60 manat, xx.xx.2022ci il tarixində bağlanmış 18 ay müddətli alqı-satqı müqaviləninə əsasən 1604,5 manat borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 4813 manat cərimə borcu müqaviləsi üzrə cəmi 6417,5 manat, hər iki müqavilə üzrə cəmi 1143,1 manat borcunu ödəməsi tələb olunmuşdur. Əks halda barəsində qanunvericiliyə uyğun məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh Məciq qızı ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə 18 ay müddətinə aylıq 90 manat ödəniş etməklə cəmi 1617 manat dəyərinə “Sony” markalı oyun konsulu və xx.xx.2022-ci il tarixli ********** saylı müddətli alqı-satqı müqaviləsi üzrə 18 ay müddətinə aylıq 155 manat ödəniş etməklə 2788.10 manat dəyərində “Apple” markalı notebook İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, alqı-satqı borcundan ümumiyyətlə ödəniş etməmiş və nəticədə İddiaçı MMC-yə cəmi iki müqavilə üzrə 2946.10 manat, 858.20 manat isə cərimə borcu qalmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən gecikdirilmiş günlərə 858.20 manat cərimə borcu hesablanmış, lakin birinci instansiya məhkəməsi cərimə məbləğini yüksək hesab etmiş və həmin cərimə məbləğini azaldaraq, 85 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-916/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar