Məhkəmə qərarları › İş №2(104)-1192/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1192/2025

18.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1192/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, X24, X21 və X28) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv olunması, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakın 1/3 hissəsinə payın tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X25 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, X24, X21 və X28) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv olunması, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın 1/3 hissəsinə payın tanınması və miras əmlakın təmirinə xərclədiyi 5000 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(030)-58/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X33 arasında 03 dekabr 1956-cı il tarixdə nikah bağlanmış və bu barədə Daşkəsən rayonu Çanaxçı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Cəfərova” soyadı verilmişdir.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 06 may 1960-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X15r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 14 may 1960-ci ildə 225 nömrə ilə qeyd edilmişdir.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 10 avqust 1962-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X15r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 22 avqust 1962-ci ildə 368 nömrə ilə qeyd edilmişdir.

4. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 27 mart 1967-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X15r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 04 aprel 1967-ci ildə 103 nömrə ilə qeyd edilmişdir.

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 23 fevral 1971-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X15r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 01 mart 1971-ci ildə 48 nömrə iləı qeyd edilmişdir.

6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1976-cı ildə Daşkəsən rayonunda doğulmuşdur. X1, anası X15r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsində doğum haqqında akt qedyləri kitabında 28 noyabr 1976-cı ildə 384 nömrə iləı qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Daşkəsən rayon X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 2-463 reyestr nömrəli, 463 inventar nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 18 iyun 1993-cü il tarixli 257 nömrəli sərəncamına əsasən Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi bina 29 saylı binanın ümumi sahəsi 47,9 kv.m, yaşayış sahəsi 66,7 kv.m olan 3 otaqlı 15 saylı mənzili mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır.

8. Ölüm haqqında sənədlərdən surətindən görünür ki, X11 10 iyul 2012-ci ildə, X29 xx.xx.2013- cü ildə vəfat etmişlər.

9. Daşkəsən rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş 06 fevral 2013-cü il tarixli 2V-1-63 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2012-ci ildə vəfat etmiş X5 vərəsələri Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ev 29, mənzil 15-də yaşayan – arvadı X29 və Cavabdehdur və onlar hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Daşkəsən rayon X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1993-cü il tarixli 2-463 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 19 yanvar 2013-cü il tarixli 457 nömrəli arayışına əsasən Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 nömrəli binada yerləşən ümumi sahəsi 66,7 kv.m, yaşayış sahəsi 47,9 kv.m, yardımçı sahəsi 18,8 kv.m olan 3 otaqlı 15 nömrəli mənzildən ibarətdir.

10. X29 tərəfindən Daşkəsən rayon Notariat kontoruna ünvanladığı ərizənin surətindən görünür ki, əri X7 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzilindən ibarətdir. Ondan başqa Məhəmməd Cəfərovun vərəsələri – oğlanları Cavabdeh, X24, X28, qızları X16 və X9r.

11. Cavabdeh tərəfindən Daşkəsən rayon Notariat kontoruna ünvanladığı ərizədənin surətindən görünür ki, X1 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzilindən ibarətdir. Ondan başqa Məhəmməd Cəfərovun vərəsələri – arvadı X29, oğlanları X24, X28, qızları X16 və X9r.

12. X13, X16, X24 və X17 ərizələrindən görünür ki, mərhum ataları X7 10 iyul 2012ci ildə vəfat etmişdir. Onun Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binanın 15 saylı mənzili miras qalmışdır. Onlar həmin ünvanında qeydiyyatda deyillər, yaşamırlar, qanunla müəyyən edilmiş müddət ərzində onlara çatası miras payı qəbul etməmişlər. Odur ki, gələcəkdə müddətin bərpası ilə bağlı məhkəmə qaydasında iddiaları olmayacaqdır.

13. Daşkəsən rayon Dövlət Notariat kontorunda təsdiq edilmiş 06 fevral 2013-cü il tarixli 3M-1-2 reyestr nömrəli miras payın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binaın 15 saylı mənzilində yaşayan X29 və Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı binaın 15 saylı mənzilində yaşayan Cavabdeh həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: X2 rayon DNK-nun xx.xx.2013-cü il tarixli 2V-1-63 saylı şəhadətnaməsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Əİ-nin xx.xx.2013-cü il tarixli 457 nömrəli arayışına əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 nömrəli binada yerləşən ümumi sahəsi 66,7 kv.m, yaşayış sahəsi 47,9 kv.m, yardımçı sahəsi 18,8 kv.m olan 3 otaqlı 15 nömrəli mənzildə ona məxsus miras payını oğlu Cavabdeh bağışlamışdır.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********83-05101-093025 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a)Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, X13, X24, X16 və X28) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Notariat kontorunun 06 fevral 2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X18 mənzildən ona düşən payının X19 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 21 fevral 2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlaka onun və cavabdehlər arasında 1/3 payla paylarının tanınması və 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 saylı evin 15 saylı mənzili mərhum atasının adına olmuşdur. X6 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras əmlaka vərəsəlik açılmışdır. 06 fevral 2013-cü ildə mərhum atasının adına olan miras əmlaka dair anası X23 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mirasdan ona düşən payını X29 Cavabdeh bağışlamış, Cavabdeh da mənzilə dair öz adına çıxarış almışdır. Vərəsəlik şəhadətnaməsi alınan zaman onun adı notariusa təqdim edilmiş arayışlarda gizlədilmiş, bu da qanun üzrə vərəsə kimi hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin o, mənzilin təmirinə 5000 manat məbləğində pul xərcləmişdir.

17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Daşkəsən rayon Notariat kontorunun Daşkəsən şəhər İ.Qayıbov küçəsi 29 saylı evin 15 nömrəli mənzilinə dair verilmiş 06 fevral 2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən X18 mənzildən ona düşən payının Cavabdeh bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, 21 fevral 2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakın onun və cavabdehlər arasında 1/3 payla paylarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Daşkəsən Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(030)-58/2025 nömrəli (hakim K.Vəliyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1159.1.1, 1166, 1243, 1245 və 1246-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.1, 119.2, 217.3, 217.4, 218.3, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mərhum atasına məxsus miras əmlakı cavabdeh adına keçirərkən notariat kontoruna təqdim edilmiş arayışda onun adını yazdırmamışdır. Məhkəmə də buna düzgün hüquqi qiymət verməmişdir. Qətnamədə göstərilir ki, guya o, qanunda göstərilmiş müvafiq müddət ərzində mirası qəbul etməmişdir. Əslində mirası faktiki olaraq qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq göstərmişdir ki, 20 yanvar 2001-ci ildən ailəsi ilə birlikdə İsrailə getmiş, 2017-ci ilə kimi orada yaşamışdır. Atası 2012-ci ildə ölmüşdür. Dəfn mərasimində iştirak etmiş, hətta baş daşı pulunuda o vermişdir. Atasının 40-da iştirak edə bilməsədə, il dönümündə gəlmişdir. Mirasın qəbulu barədə notariusa ərizə verməsədə, lakin mirasın idarə olunmasında iştirak etmiş və mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, atası 2012-ci ildə ölmüşdür. Atası vəfat edəndən sonra anası ilə birlikdə həmin mənzildə yaşamışlar. Qardaşı Azər isə ailəsi ilə birlikdə İsraildə yaşamışdır. Azər atasının dəfn mərasimində iştirak etmiş, yas mərasimi qurtardıqdan sonra isə yenidən İsrailə qayıtmışdır. 40 mərasimində iştirak etməmiş, lakin il dönümü ilə bağlı mərasimə gəlmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X21 izahatında göstərmişdir ki, atasının ölümündən sonra evdə anası və qardaşı Anar yaşşamışdır. Özü 1984-cü ildən evdən çıxmışdır. Qardaşı Azər atasının yasında iştirak etmiş, yas mərasimi qurtardıqdan sonra isə yaşadığı yerə qayıtmışdır. X3 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

26. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər X24, X28, Daşkəsən rayon notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

34. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

42. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

48. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 29 nömrəli evin 15 saylı mənzili X12 adına olmuşdur. X22 10 iyul 2012-ci il tarixdə vəfat etmiş və sonuncunun ölümündən sonra miras əmlaka vərəsəlik açılmışdır. Miras qoyanın arvadı və 6 uşağı birinci növbə vərəsə qalmışdır. 06 fevral 2013-cü ildə miras əmlaka dair X29 və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mirasdan ona düşən payını X4 Anar Məhəmməd oğluna bağışlamış, Cavabdeh da mənzilə dair öz adına çıxarış almışdır. Miras qoyanın vərəsələrindən hazırkı iş üzrə İddiaçı miras açılarkən notariat orqanına verilmiş ərizədə adının gizlədilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

49. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri qətnəmənin ləğvi üçün əsas deyil.

50. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

51. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Bundan əvvəldə qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

55. Yuxarıda da qeyd olunduğu kimi apellyasiya icraatı zamanı İddiaçı izahatında bildirmişdir ki, hələ atasının sağlığında, yəni 2001-ci ildən ailəsi ilə birlikdə İsrailə köçmüş və 2017-ci ilə kimi həmin ölkədə yaşamışdır. Atasının yas mərasimində və il dönümündə iştirak etmişdir. Göründüyü kimi İddiaçı atasının 10 iyul 2012-ci il tarixdə ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər Azər Cəfəov atasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə (və ya nümayəndəsi vastəsilə) verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. İşin qeyd olunan bu halı hətda sonuncunun özünün izahatı ilədə təsdiq olunur.

56. İddiaçı mirasın idarə olunmasında iştirak etdiyini və bununlada mirası əmlakı faktiki olaraq qəbul etdiyini iddia edir. Mirasın qəbulu ilə bağlı sonuncu belə bir dəlil irili sürsədə, əslində onun bu dəlili hər hansı möhtəbər sübuta söykənmir. Çünki bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı özü etiraf edir ki, 2001-ci ildən 2017-ci ilə kimi ailə üzvləri ilə birlikdə İsraildə yaşamış, atasının yas və il mərasimində iştirak etmişdir. Miras əmlakım saxlanılması üçün 5000 manat xərc çəkdiyini qeyd etsədə, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

57. Yas mərasiminin və baş daşının düzəldilməsinə çəkilən xərcin iddiaçı tərəfindən sərf olunmsına münasibətdə isə kollegiya qeyd edir ki, hətda qeyd olunan xərcin iddiaçı tərəfindən çəkilməsi sübut olarsa belə, bu mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Çünki, bu cür davranış əslində valideyinin ölümündən sonra övladın öz valideyininə olan mənəvi etiram hissindən irəli gələn bir haldır.

58. X12 10 iyul 2012-ci il tarixdə ölümündən sonra mirasın yalnız birinci növbə vərəsələrdən arvadı X29 və oğlu Cavabdeh tərəfindən qəbul edilməsi birinci instansiya məhkəməsində dindirilmiş üçüncü şəxs X21 və X14 izahatları ilədə təsdiq olunur.

59. Kollegiya bir daha qeyd etməyi zəruri sayır ki, İddiaçı mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməsi sübuta yetirlmir. Belə olan təqdirdə miras əmlaka dair notariat orqanı tərəfindən Minayə Cəfərova və Cavabdeh adına 06 fevral 2013-cü il tarixdə verilmiş və 2N-1-63 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün artıq heç bir hüqiqi əsas yaranmır.

60. Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün hüquqi əsaslar olmadığından, kollegiya hesab edir ki, iddia tələbinin miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması və mənzilə dair 21 fevral 2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması hissələrdə tələb əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissələrdə də iddianı təmin etməmişdir.

61. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli, 2(030)-58/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar