Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1202/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-284/2023 saylı qətnaməsindən iddiаçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-284/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnu tanınması tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiаçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-284/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 9 saylı notariat ofisinə və Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2ş 09 mart 2017-ci il tarixli 2V- 41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin, evə dair Cavabdeh1 verilmiş 25 aprel 2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və Gəncə şəhəri, Nizami küçəsi, 3-cü dalan, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam olaraq onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi, 3-cü dalan, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi nənəsi X2 adına olmuşdur. X5 29 avqust 1975-ci ildə vəfat etmişdir. X4 nənəsindən əvvəl, 27 iyun 1968-ci ildə vəfat etmişdir. Atasının övladlarından yalnız o, uzun illər ərzində sözügedən mülkdə yaşamaqla təsərrüfatı idarə etmişdir. Digər qardaş-bacıları isə daimi yaşamaq üçün köçüb Bakı şəhərinə getmişlər və hazırda da orada yaşayırlar. Yəni nənəsindən qalmış mirası yalnız faktiki olaraq o qəbul etmiş və bu günkü gündə də yalnız öz ailəsi ilə birlikdə həmin mülkdə o yaşayır. Lakin sonradan cavabdehlər sözügedən fərdi yaşayış evində pasport qeydiyyatında olmalarına baxmayaraq, onun xəbəri olmadan ünvan 2ş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak hər birinin adına keçmişdir. Daha sonra isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar. Həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verilmişdir. Belə ki, üstündən uzun illər keçməsinə baxmayaraq (40 ildən artıq) cavabdehlər nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə vermişlər, nə də əmlakı faktiki idarə etməmişlər. Ötən illərdən hal-hazıradək yalnız o, öz ailəsi ilə birlikdə bu mülkdə yaşayaraq mirası faktiki idarə etmişdir. Həmçinin, bağışlanma zamanı evdə pasport qeydiyyatında olanların razılığının tələb olunmasına baxmayaraq, belə bir razılıq alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, həm vərəsəlik, həm də bağışlanma zamanı saxtakarlığa yol verilmişdir. Belə ki, üstündən uzun illər keçməsinə baxmayaraq (40 ildən artıq) cavabdehlər nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə vermişlər, nə də əmlakı faktiki idarə etməmişlər. Ötən illərdən hal-hazıradək yalnız o, öz ailəsi ilə birlikdə bu mülkdə yaşayaraq mirası faktiki idarə etmişdir. Həmçinin, bağışlanma zamanı evdə pasport qeydiyyatında olanların razılığının tələb olunmasına baxmayaraq, belə bir razılıq alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. Bu səbəbdən də sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunmalı, bağışlama müqaviləsinin, Cavabdeh1 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras mülkə tam olaraq onun vərəsəlik və mülkiyyət hüququnu təsdiqlətmək üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə işin tam və hərtərəfli araşdırılmasına imkan vermədən, təqdim edilmiş sübutlara qiymət vermədən tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Bundan başqa, məhkəməyə təqdim edilmiş Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq olunmuş 09 mart 2017-ci il tarixli 2V-41 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat kontorunda saxlanılan arxiv işində şəhadətnamənin verilməsi zamanı onun də ərizəsinin də olduğu görünür. Lakin o, sözügedən şəhadətnamənin verilməsi üçün heç vaxt notariusa ərizə verməmiş və ərizədə olan imza ona məxsus deyildir. Ona görə də qeyd edilən məsələnin dəqiqləşdirilməsi üçün məhkəmədə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət versə də, məhkəmə vəsatətə hər hansı bir əhəmiyyət verməmişdir. Hesab edir ki, məhkəmə məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətini rədd etməklə eyni zamanda onun ədalətli məhkəmə araşdırması hüququnu da süni şəkildə məhdudlaşdırmışdır. Göründüyü kimi, məhkəminin sözügedən qətnaməsi kifayət qədər qanunsuz və əsassızdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermək məcburiyyyətində qalmışdır. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən çıxarılmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 3-cü dalan, 1 saylı fərdi yaşayış evi X3 məxsusdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1975-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 04 iyul 2016-cı il tarixli 318/5 saylı arayışından görünür ki, Rüstəmov Tofiq xx.xx.1933-cü ildə anadan olmuşdur, anası Xədicə, atası Tofiqdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətləri və digər sənədlərlə müəyyən edilir ki, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 valideynləri X10 və X8r. İddiaçı 27 iyun 1968-ci ildə, X11 isə xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi, 113 saylı (Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 3-cü dalan, 1 saylı) fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun xx.xx.1939-cu il tarixli 406063 saylı alqısatqı müqaviləsinə əsasən X1. Bakı şəhəri 9 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 2V-41 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı adlarına keçmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli 3M-168 saylı miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 mülkdə olan paylarını Cavabdeh1 bağışlamışdırlar. Bu fərdi yaşayış evinə Cavabdeh1 3/4 pay olmaqla adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və İddiaçı 1/4 pay olmaqla adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və İddiaçı miras qalmış ünvan 3 ünvanında yerləşən əmlakdan hər biri 1/4 hissədə irs almışdır İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 3M-168 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən əmlakdan olan miras paylarını Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Tofiq oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və mirasın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraçiət etmiş, sonradan iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək miras əmlakın qəbul edilmə müddətinin uzadılması, Gəncə şəhəri, Nizami küçəsi, dalan 3, 1 saylı evə dair 9 saylı notariat kontoru tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onun tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq edilməsi barədə qətnamə çıxaprılmasını xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-2310/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsindən İddiaçı Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6923/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1447/2022 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2310/2020 nömrəli qətnaməsindən İddiaçı Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2310/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/1488 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından ünvan 4 ünvanlanmış vərəsəliyin qəbulu barədə xx.xx.2017-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Rüstəmov” yazısı-İddiaçı tərəfindən icra olunmuş, yazıların və imzanın qəsdən dəyişdirilməklə icra olunması əlamətləri müşahidə olunmamışdır. Ekspertiza tədqiqatının dəyəri 133 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami küçəsi, 3-cü dalan, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 məxsus olmuş, iş üzrə iddiaçı və cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 X2 nəvələri, yəni oğlu – X7 uşaqlarıdır. X10 öz anasından əvvəl, 27 iyun 1968-ci ildə, X5 isə xx.xx.1975-ci ildə vəfat etmişdir. Vərəsələr nənələri X2 ölümündən sonra mirası qəbul etmək üçün Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmiş və onlara, o cümlədən iddiaçıya miras əmlakda hər birisinin payı ¼ hissə olmaqla 09 mart 2017-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra isə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar. İddiaçı həm vərəsəlik, həm də bağışlama zamanı saxtakarlığa yol verildiyini qeyd edərək məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmiş, lakin iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün İddiaçı adından ünvan 4 ünvanlanmış vərəsəliyin qəbulu barədə xx.xx.2017-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və “Rüstəmov” yazısının - İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəıməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarlı olub-olmamasına məhkəmədə baxılaraq mahiyyəti üzrə qiymət verilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, əvvəlki tələbdən fərqli olaraq qeyd olunun şəhadətnamənin ləğv olunması üçün hüquqi əsas mövcud deyildir. Bununla yanaşı qeyd olunan şəhadətnaməyə əsaslanan bağışlanma müqaviləsinin və rəsmi reyestrdən çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Cavabdehlərin bağladığı miras payın bağışlanma müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əsas müəyyən olunmadığından, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə də iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddia ərizəsindən göründüyü kimi iddiaçı nənələrindən qalmış mübahisəli ünvandakı miras əmlaka cavabdeh bacıları tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciət edilərkən və miras əmlakdakı paylarının bağışlanmasına dair müqavilə bağlanarkən imzasının saxtalaşdırıldığını qeyd edərək məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı nənəsi X2 ölümündən sonra qalmış Gəncə şəhəri, Nizami küçəsi, 3-cü dalan, ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka vərəsəlik hüququna dair şəhadətnamənin alınması üçün mirasın açıldığı yer üzrə ünvan 4 müraciət etmiş və notariat kontoru tərəfindən onlara paylarına uyğun olaraq xx.xx.2017-ci il tarixli, 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, vərəsələrdən Cavabdeh2 və Cavabdeh3 Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 15 aprel 2017-ci il tarixli 3M-168 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən öz paylarını Cavabdeh1 bağışlamışlar, bu zaman digər vərəsənin, yəni iddiaçının razılığının alınması qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Qanunun sadalanan normalarını nəzərə alan məhkəmə işin faktiki hallarına münasibətdə qeyd edir ki, hazırkı halda əqdin etibarsız hesab olunmasına əsaslar yoxdur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində İddiaçı adından verilmiş ərizədəki imzanı mübahisələndirmiş, məhkəmə kollegiyası tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və həmin ərizədəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçının saxtalaşdırıldığı iddia edilən sənədlərdə qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qətnamə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçının formal mülahizələrindən ibarət olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiаçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-284/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 133 (bir yüz otuz üç) manat miqdarında pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(104)-1202/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1202/2023
22.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver