Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1209/2025 06.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İİddiaçı nümayəndəsi (vəkili) Vəkil1 vasitəsi ilə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35) qarşı Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-3-2093 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən, X4 miras qalmış 1/3 hissədə paydan Cavabdeh2 irs almaq hissəsində etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışın X6 1/3 hissə payına Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X18 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Atasının Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində 1/3 payı Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2012-ci il tarixli 2V-3-2093 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına keçmişdir. Cavabdeh2 onun əmisi oğludur. O, qanun üzrə vərəsəlik hüuqu haqqında şəhadətnamə alarkən notariusa ərizə təqdim edərək bildirmişdir ki, X6 vərəsələri yoxdur. Notariusa bildirmişdir ki, gələcəkdə bununla bağlı hər hansı problem olarsa, məsuliyyət daşımağa hazırdır. Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsi alarkən birinci növbə vərəsə olaraq onun adını gizlətmişdir. Bu faktı notariat işinə baxmaqla açıq-aşkar görmək olar. Belə ki, Cavabdeh2 notariusa ərizə verərək miras qoyanın birinci növbə vərəsəsinin olmadığını bildirərək beşinci növbə vərəsə kimi ondan qalmış əmlakı qəbul etmişdir. Ona görə də qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, faktiki aparılmış məhkəmə araşdırması isə iddia tələbinin rədd edilməsinə fokuslanmışdır. Birinci instansiya məhkəməsinin hakimi müvəqqəti təminat tədbiri barədə ərizəyə baxarkən işə mahiyyəti üzrə baxma mövqeyi sərgiləmiş, iddianın gələcəkdə rədd edilməsi barədə fikrini açıqaşkar bəyan etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsaslandırmasına hər hansı münasibət bildirməmiş, iddia tələbində olmayan işlə bağlı məhkəmə araşdırması aparmışdır. Məhkəmə qəbul etdiyi qətnamənin nəticə hissəsində səhvə yol verərək, iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı tərəf olaraq mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığını xahiş etsələr də, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Ümumiyyətlə mülki iş materiallarında olan sənədlərlə məhkəmə araşdırmasını və sonda qəbul edilən qətnaməni müqayisə etdikdə birinci instansiya məhkəməsi tərəfindən tamam fərqli istiqamətdə araşdırılma aparıldığını müəyyən etmək olur. İddia ərizəsi və onun mahiyyətindən görünür ki, mübahisələndirilən məsələ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığıdır. Birinci instansiya məhkəməsi məhkəmə araşdırmasını yalnız iddiaçının miras əmlakı qəbul edib-etməməsi üzərində aparmışdır. Birinci instansiya məhkəməsi qəbul edilmiş qətnamənin əsaslandırma hissəsində göstərir ki, məhkəmə mirasın xx.xx.1992-ci ildə açılmasını nəzərə alaraq hesab edir ki, İddiaçıTariyel qızının mirası qəbul etməsinə münasibətdə tətbiq edilməli maddi hüquq norması Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarıdır. Buna görə də İddiaçı miras qoyan X4 qalmış mirası qəbul edib-etməməsi yoxlanılmaqla iddianın əsaslılığı tədqiq edilməlidir. Köhnə Məcəllənin 527, 528, 532 və 528-ci maddələrinə istinad etsə də, maddi hüquq normasının tətbiqində səhvə yol verərək xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarını tətbiq etmişdir. İddiaçı tərəf olaraq iddia tələbini onunla əsaslandırmışlar ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olan Mülki Məcəllənin tələblərinə müvafiq verilmişdir. Bu isə maddi hüquq normasının ciddi pozulmasıdır. Miras qoyan Tariyel Tağıyev xx.xx.1992-ci ildə vəfat etmişdir. Bu isə o deməkdir ki, onun vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan SSR-in 11sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin maddələrinə müvafiq verilməlidir. Birinci instansiya məhkəməsi isə bu fakt üzrə bilərəkdən araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi köhnə Mülki Məcəllənin 533-cümaddəsinə əsasən Cavabdeh2 ikinci növbə vərəsəyə aid olub-olmamasını araşdırmalı idi. Çünki, həmin Mülki Məcəllədə yalnız birinci və ikinci növbə vərəsələrin dairəsi müəyyən edilmişdir. UrfanTağıyev isə nə birinci, nədəki ikinci növbə vərəsəyə aid deyildir. Həmin Məcəllənin 533-cü maddəsində göstərilir ki, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həmdə ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Birinci instansiya məhkəməsi köhnə Mülki Məcəllənin yalnız 527-ci maddəsinin İ abzasına istinad etmiş, İİ abzasına isə münasibət bildirməmişdir. Məhkəmə iddianı o əsasla rədd edir ki, birinci növbə vərəsə olan iddiaçı miras əmlakı qəbul etməmişdir. Əgər məhkəmənin qətnamədə qeyd etdiyi hal birinci növbə vərəsənin mirası qəbul etməməsi faktı təsdiqini tapsa, onda yeni bir hal yaranır. Həmin Məcələnin 527-ci maddəsinin İİ abzasına müvafiq olaraq ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçməli idi. Həmin Məcəllənin 527-ci maddəsinin İİ abzasında göstərilir ki, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Mülki iş materiallarında olan notariat işinin təsdiqlənmiş surətlərində olan Cavabdeh2 mirası qəbul barədə ərizəsinə birinci instansiya məhkəməsi qiymət verməmişdir. Həmin ərizədə Cavabdeh2 göstərir ki, miras qoyanın birinci növbə vərəsələri yoxdur. Əgər onlar gəlsələr onların payını verməyə razıyam. Bu faktı cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək təsdiq etmişdir. İzahatda göstərilir ki, “İddiaçı yalnız 4-5 il bundan öncə Cavabdeh2 yanına gələrək pul istəmiş, Cavabdeh2 isə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etdiyi təqdirdə miras əmlakdan pay ala biləcəyini bildirmişdir. Cavabdeh öz ərizəsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmir. Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, “İddiaçı xx.xx.1992-ci ildə miras açılarkən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin X6 mülkiyyətində olmasından və həmin əmlakın miras qalmasından məlumatı olmuşdur. Lakin İddiaçı X4 miras qalmış həmin əmlakı və digər əmlakları qəbul etməmiş, qeyd olunan xüsusatı məhkəmə iclasında verdiyi izahatla təsdiq etmişdir. Bununla Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən həmin halı sübut etmə vəzifəsindən azad olmuşdur. Bundan başqa, İddiaçı 1993-cü ildə, 2003-cü ildə və 2004-cü illərdə mirasın qəbuluna dair Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində yaşayan qohumları ilə əlaqə saxladığını, lakin həmin şəxslərin ona həmin fərdi yaşayış evində yaşamağa icazə vermədiklərini bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmiş, habelə mirasın açıldığı xx.xx.1992-ci il tarixdən ötən 32 il 05 ay müddətində mirasda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir”. Hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Çünki, iddiaçı tərəf olaraq məhkəmədə miras payın qəbulu ilə bağlı iddia qaldırmamışlar. İddiaçının 32 il 05 ay sonra məhkəməyə müraciət etməsinin səbəbi atasından miras qalmış əmlakın X19 adına keçməsi olmuşdur. İddiaçı 1993, 2003 və 2004-cü illərdə miras əmlakla bağlı maraqlanmışdır. Həmin vaxt vərəsəlik işinin açılmasına zərurət hesab etməmişdir. Səbəb isə o olmuşdur ki, birinci növbə vərəsədir. Heç kəs o sağ ikən atasının payını adına keçirə bilməzdir. xx.xx.2024-cü iltarixdə vəkil sorğusu əsasında müəyyən etmişdir ki, atasından miras qalmış əmlak qanunsuz olaraq Cavabdeh2 adına keçmişdir. Dərhal da, iddia qaldırmışdır. Mülki iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarında görünür ki, mübahisələndirlən məsələ ilə bağlı iddiaçının məlumatı 2012-ci ildən sonra yaranmalıdır. İddiaçı isə vərəsəlik hüququnun gələcəkdə reallaşdırılması imkanının məhdudlaşdırılmasını bildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətinə qarşı verdiyi etirazda qətnamənin qanuni və əsaslı olduğunu qeyd edərək həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı və Cavabdeh2 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, eləcə də Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Dövlət Notariat Arxivindən tələb edilərək surəti işə əlavə edilmiş 3-1-50 saylı notariat işindəki sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Tağıyev X8 məxsus olmuşdur. Tağıyev X16 xx.xx.1943-cü ildə ölmüşdür. Onun üç övladı olmuşdur: X26, Tağıyeva (Cəfərova) Yamən Salman qızı və X23. X23 xx.xx.1983-cü ildə ölmüşdür. Miras qoyanın uşaqlarından X26 xx.xx.1992-ci il tarixdə atasından qalmış mirasın qəbul edilməsinə dair ərizə ilə Cavabdeh1na müraciət etmiş, X20, Tağıyeva (Cəfərova) Yamən Salman qızına və X9 xx.xx.1983-cü ildə öldüyü nəzərə alınaraq onun oğlu X10 adına hər birinin payı mirasın 1/3 hissəsindən ibarət olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan xx.xx.1992-ci il tarixli, 4689 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X14, 1/3 hissədə X11 və 1/3 hissədə X21 məxsus olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 546464 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İşdə olan XVİ-ЖГ seriyalı, 326523 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə anadan olmuş İddiaçı atası X18, anası X7r. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X12, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X6 və xx.xx.2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi ünvan 3 ünvanında yaşayan Cavabdeh2dur. O, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 235 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13883/2024 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər notariat kontorunun 21 yanvar 1961-ci il tarixli, 1-66 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ naqqında şəhadətnaməsinə əsasən mülkün 1/3 hissəsi X40 Tağı uğlunun vərəsəsi X1. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 17 avqust 1962-ci il arixli Şəxsi mülkiyyət hüququ iiə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportu Tağıyev X5 adına qeyd edilmişdir. Fərdi yaşayış evinin ünvanı texniki pasportda ünvan 7əsinin ümumi sahəsi 0.0358 ha olmuşdur. X27 18 may 1963-cü il tarixli, 1-1941 reyestrli bağışlanma müqaviləsinə əsasən müllkün 1/2 hissəsini (18.9 kvadrat metr bir yaşayış otağı, 10.1 kvadrat metr eyvan) X31 bağışlamışdır. Gəncə şəhər 1 sayı notariat kontorunun 16 fevral 1991-ci il tarixli, 3-1-50 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 vərəsələri Cəfərova Yamən Səlman qızına, Tağıyev Tariyel Bəhram oğluna və X2, onların adlarına 1/3 hissə payları göstərilməklə 05 iyun 1992-ci il tarixli, 4689 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 1 sayı notariat ofisinin 21 sentyabr 2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X12, X6 və Tağıyev Tofiq Səlman oğlunun payı Cavabdeh2 keçmiş və 21 sentyabr 2012-ci il tarixli, 2V-3-2094 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X28 payı Cavabdeh2 keçmişdir. Qeyd edilən sənədlərə əsasən Cavabdeh2 27 oktyabr 2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 3-16-5/8-13-828/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X6 ailə üzvləri arvadı X13 (xx.xx.1966-xx.xx.2021), qızı Tağıyeva (Məmmədova) Təranə Taryel qızı (xx.xx.1975) və qızı Tağıyeva (Deniz) Afət Tariyel qızıdır (xx.xx.1991). Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri Atatürk prospekti 235 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Tağıyev X8 məxsus olmuş, hansı ki, xx.xx.1943-cü ildə ölmüşdür. Onun üç övladı olmuşdur: X26, Tağıyeva (Cəfərova) Yamən Salman qızı və X23. X23 xx.xx.1983-cü ildə ölmüşdür. Miras qoyanın uşaqlarından X26 xx.xx.1992-ci il tarixdə atasından qalmış mirasın qəbul edilməsinə dair ərizə ilə notariat orqanına müraciət etmiş, X20, Tağıyeva (Cəfərova) Yamən Salman qızına və X9 xx.xx.1983-cü ildə öldüyü nəzərə alınaraq onun oğlu X10 adına hər birinin payı mirasın 1/3 hissəsindən ibarət olmaqla Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X18 xx.xx.1992-ci ildə ölmüş, onun qızları Tağıyeva (Məmmədova) Təranə Tariyel qızından və Tağıyeva (Deniz) Afət Tariyel qızından ibarət qanun üzrə birinci növbə vərəsələri olmuşdur. X4 Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsi miras qalmışdır. X6 qanun üzrə birinci növbə vərəsələri atalarından qalmış mirası qanunla müəyyən edilmiş müddətdə nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişlər. Həmin mirasa Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2012-ci il tarixli, 2V-3-2093 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh2 payı müəyyən edilmişdir. Cavabdeh2 Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququ Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********43-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35) qarşı Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-3-2093 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən, X4 miras qalmış 1/3 hissədə paydan Cavabdeh2 irs almaq hissəsində etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışın X6 1/3 hissə payına Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandımışdır ki, İddiaçı xx.xx.1992-ci ildə miras açılarkən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin X6 mülkiyyətində olmasından və həmin əmlakın miras qalmasından məlumatı olmuşdur. Lakin İddiaçı X4 miras qalmış həmin əmlakı və digər əmlakları qəbul etməmiş, qeyd olunan xüsusatı məhkəmə iclasında verdiyi izahatla təsdiq etmişdir. Bununla Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən həmin halı sübut etmə vəzifəsindən azad olmuşdur. Bundan başqa, İddiaçı 1993-cü ildə, 2003-cü ildə və 2004-cü illərdə mirasın qəbuluna dair Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində yaşayan qohumları ilə əlaqə saxladığını, lakin həmin şəxslərin ona həmin fərdi yaşayış evində yaşamağa icazə vermədiklərini bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmiş, habelə mirasın açıldığı xx.xx.1992-ci il tarixdən ötən 32 il 05 ay müddətində mirasda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə vəfat etmiş atası X6 birinci növbə vərəsəsi olduğunu qeyd edərək Cavabdeh2 adına verilmiş Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-3-2093 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən, X4 miras qalmış 1/3 hissədə paydan Cavabdeh2 irs almaq hissəsində etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, **********43-10301 reyestr nömrəli çıxarışın X6 1/3 hissə payına Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsini xahiş etdiyindən, və X18 xx.xx.1992-ci il tarixdə öldüyündən mübahisəli münasibətlərə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyasında) normaları tətbiq edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsində 21 iyun 2025-ci il tarixdə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasına görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Kollegiya qeyd edir ki, İddiaçı atası X6 xx.xx.1992-ci il tarixdə öldüyünü və ondan Gəncə şəhəri Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsindən ibarət mirasın qaldığını bilmiş olsa da, yetkinlik yaşına çatdıqdan sonra belə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Onun 1993-cü ildə, 2003-cü ildə və 2004-cü illərdə mirasın qəbuluna dair Gəncə şəhəri, Atatürk prospektində yerləşən 235 nömrəli fərdi yaşayış evində yaşayan qohumları ilə əlaqə saxlaması isə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Ona görə də miras açılan vaxt - xx.xx.1992-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 533cü maddəsinə əsasən ikinci növbə vərəsə kimi X6 əmisi olan Cavabdeh2 atası X26 miras mülkdə yaşamaqla mirası faktiki qəbul etmiş, sonuncunun xx.xx.2001-ci ildə vəfatından sonra oğlu – Cavabdeh2 miras mülkdə yaşayaraq onu idarə etməklə mirası faktiki qəbul etmiş, daha sonra isə notariat orqanına ərizə verməklə adına miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, faktiki aparılmış məhkəmə araşdırması isə iddia tələbinin rədd edilməsinə fokuslanmışdır. Kollegiya şikayətin həmin dəlili ilə məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparıldığına görə razılaşmır. Digər tərəfdən iddiaçı məhkəmə tərəfindən tam və hərtərəfli araşdırmanın aparılmadığını vurğulansa da, araşdırmalı olan hansı halların araşdırılmadığını qeyd etmir. Apellyasiya şikayətinin ikinci dəlili iddiaçı tərəf olaraq mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsızlığını xahiş etsələr də, birinci instansiya məhkəməsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlilini də iddia tələbi tamamilə rədd edildiyinə görə əsassız sayır. Apellyasiya şikayətinin üçüncü dəlilində göstərilir ki, iddia ərizəsi ilə mübahisələndirilən məsələ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığıdır. Birinci instansiya məhkəməsi məhkəmə araşdırmasını yalnız iddiaçının miras əmlakı qəbul edib-etməməsi üzərində aparmışdır. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPMin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırkı halda da iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə son məqsədi atasından qalmış mirası əldə etməsidir ki, bunun üçün əvvəlcə onun özünün mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki mirasın açıldığı vaxt qüvvədə olmuş mülki qanunvericiliyin yuxarıda istinad olunan 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə digər növbə vərəsələrin mirası qəbul etmək hüquqları yaranır. İddiaçı da atası X6 ölümündən sonra mirası qəbul etməmiş, onun ölümündən sonra mirası Cavabdeh2 atası X26 faktiki olaraq qəbul etmişdir. Apellyasiya şikayətinin növbəti dəlilində göstərilir ki, iddiaçı tərəf olaraq iddia tələbini onunla əsaslandırmışlar ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olan Mülki Məcəllənin tələblərinə müvafiq verilmişdir. Bu isə maddi hüquq normasının ciddi pozulmasıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Ona görə ki, Cavabdeh2 mirası atasının xx.xx.2001-ci ildə ölümündən sonra, yəni xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul etmiş, onun atası X26 isə mirası xx.xx.1965-ci ildən qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə uyğun qəbul etmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizələri hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1471/2025 saylı qətnaməs dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1209/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1209/2025
06.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver