Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-121/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 qızının katibliyi, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (üçüncü şəxslər Gəncə şəhər 2 saylı Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14n 3 saylı Gəncə Ərazi İdarəsi) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli, **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olmuşdur.
2. Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ƏMDK-nin yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evini Cavabdeh bağışlamışdır.
3. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 21 nömrəli fərdi yaşayış evində X5 və onun ailə üzvləri qeydiyyatdadırlar.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 2010/2023 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X6 tərəfindən Cavabdeh bağışlanmış və ona xx.xx.2023-cü il tarixli, **********07-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
5. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh adına fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi, **********07-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır.
6. Gəncə şəhəri Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3005/2022 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan 1938-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2022-ci ildən dispanserdə qeydiyyatdadır. Xəstə İddiaçı2 mütəmadi olaraq pulsuz dərmanlarla təmin edilir.
7. Ambulator kitabçadan çıxarışdan görünür ki, pasiyentin (İddiaçı2) vəziyyəti “Huşu aydın. Bələdliliyi məkana, zamana görə pozulub. Zahirən narahatdır. Söhbət əlaqəsinə çətinliklə daxil olur. Verilən suallara əsəbi, qısa cavablar verir. Konfliktə meyillidir. Maraq dairəsi məhduddur. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub. Depressivdir, gərgindir. Əhval-ruhiyyəri dəyişkəndir. Baş ağrılarından, huşsuzluqdan şikayət edir, hövsələsizdir” kimi qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Məhkəmə X3 X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3183 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs İddiaçı2 “Damar mənşəli demensiya” (Ağıl zəifliyi) (F01) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşın zəifləməsi, davranışın qeyri-adekvat olması, Azərbaycan Respublikası Gəncə şəhəri Psixo-Nevroloji Dispanserində qeydiyyatda olması) həmçinin müayinə zamanı aşkar olunan məlumatlar (zahirən narahat və bir qədər gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları anlamaması, əhval-ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı2 xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs İddiaçı2 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh arasında Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanılmış 8İ-704 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını və Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu X4 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
10. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanılmış 8İ-704 nömrəli bağışlama müqaviləsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli, **********07-10301 reyestr nömrəli ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
11. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 3 mərhum atası X2 adınadır. Bir neçə ay öncə miras qalmış fərdi yaşayış evinə o və anası vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişlər. Gəncə 2 saylı notariat kontorunun notariusu Nəsib İmanov vərəsəliklə bağlı notariat işinin aparılması üçün vərəsəliyin dairəsini müəyyənləşdirmişdir. Onun Elnur adlı qardaşı olmuş və o, 2021-ci ildə vəfat etmişdir. Notarius mərhum qardaşı Elnurun arvadı və uşaqlarının Elnura münasibətdə payları olmasını bildirərək həmin şəxslərin gələrək onlara düşəsi paydan imtina etmələrini bildirmişdir. O, notariusa bildirmişdir ki, atası 2006-ci ildə vəfat etmiş, qardaşı isə 2021-ci ildə vəfat etmişdir və qardaşı vəfat edənə kimi atasından miras qalmış əmlakdan hər hansı bir pay istəməmişdir. Çünki mərhum qardaşı və onun ailə üzvləri anası İddiaçı2 mülkiyyətində olan Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayırlar. O, bunları notariusa demiş və bildirmişdir ki, onlar evdə qeydiyyatda deyillər və onların evində yaşamırlar, indiyənə kimi də mərhum qardaşının bununla bağlı hər hansı bir müraciəti və istəyi olmamışdır. Buna görə də xahiş etmişdir ki, onların ərizəsinə baxıb, müraciətlərini təmin etsin. Bütün bu dediklərinə baxmayaraq, notarus onun dediklərinə əhəmiyyət verməyərək onları notariusa dəvət etmiş, mərhum qardaşı Elnurun arvadı və uşaqları notarusa gələrək atasından miras qalmış əmlakın onların adlarına keçməsinə razılıq verməmişlər və bu azmış kimi mərhum qardaşı Elnurun oğlu Emil notariusdan imtina məktubu alaraq atasından miras qalmış əmlaka yiyələnmək məqsədilə məhkəmədə iddia qaldırmışdır. Qardaşı oğlu Emil məhkəmədə iddia qaldırdığı üçün o və anası yenidən notarusa müraciət etmişdir ki, onların paylarını notarius müəyyən etsin, lakin 2 saylı notariat ofisinin notariusu bunu da etməmiş və onlara məhkəmədə iddia olduğu üçün bunu edə bilmədiyini demişdir. Onlar notariusdan dediklərini zorla yazılı şəkildə almışlar və məcburən atasından miras qalmış mirasa anasının və onun paylarının müəyyən edilməsi üçün mərhum qardaşı Elnurun oğlu Emilin verdiyi iddiaya qarşılıqlı iddia ərizəsi vermişlər. Qardaşının arvadı və oğlu Emil belə bir hərəkət etdikləri üçün anası onun mülkiyyətində olan və mərhum qardaşı Elnurun ailəsi və uşağının qeydiyyatda olduqları və yaşadıqları Gəncə şəhəri, Ə.Əliyev küşəsi, ev 21-dən onların çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu iddialar hazırda məhkəmənin icraatındadır və davam edir. O, işləmək məqsədilə Rusiya Federasiyasına gedib-gəlir. Onun Rusiya Federasiyasında olmasından, anası İddiaçı2 1938-ci il təvəllüdlü yaşlı, qoca, xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxslər anasını aldadaraq, hətta hədə-qorxu gələrək xx.xx.2023cü il tarixdə Gəncə 2 saylı notariat ofisinə apararaq anasının mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evini qardaşı oğlu Emilin adına bağışlama etmişlər. xx.xx.2023-cü il tarixdə o, evlərinə qayıtmış və bunun nə məsələ olmasını aydınlaşdırmaq üçün qardaşının arvadı İlhaməni evlərinə çağırmışdır. Onlar evlərində müəyyən razılığa gəlmişlər ki, sabah notarusa gedəcəklər. xx.xx.2023-cü il tarixdə səhərdən axşama kimi İlhamə onu aldadıb, sonda notarusa gəlməmişdir. O, anasını da götürərək notarusa getmiş və bildirmişdir ki, “onların hazırda məhkəmədə iddialarının olduğunu bilə-bilə və anasının qoca olmasını görə-görə bunu niyə etmisən?”. O, hər şeyi düz etdiyini ona bildirmiş və “Emili gətir bura ləğv edim” demişdir. Özüdə yaxşı bilir ki, Emili ora gətirməsi qeyri-mümkündür. Buna baxmayaraq, o, İlhaməyə zəng edərək notariusa gəlmələrini, gəlmədikləri təqdirdə onlardan şikayət edəcəyini bildirmişdir. Onlar bir daha notarusa gəlməmişlər. Belə olan halda o, notariusa bildirmişdir ki, bağışlama müqaviləsinin bir nüsxəsini anasına verməli idi, lakin verməmisdir, bağışlama müqaviləsinin bir nüsxəsini anasına versin məhkəmədə iddia qaldırsınlar. Notarius bağışlama müqaviləsinin ksero sürətini verəcəyini bildirmiş, lakin o, əslini isdədikdə o, gedin sabah gələrsiz verərəm deməklə onları yola salmışdır. Notarius hər vəclə, bütün gücü ilə onun bütün işlərinə maneə yaratmışdır. Əvvəlcə atasından qalmış miras əmlakı onların adına vərəsəlik etməmiş və onları məhkəməyə sürükləmiş, onların məhkəmədə işləri olduğunu bilə-bilə bu tərəfdən aldadılmış, hədəqorxu gələrək notariusa gətirilmiş ahıl, yaşlı, qoca arvadın evinin dələduzlara ələ keçirilməsi üçün dələduzlara şərait yaradaraq bağışlama müqaviləsi imzalamışdır. Bu azmış kimi müqavilənin sürətini anasına verməmiş və o anası ilə birgə gedib isdədikdə o, bağışlama müqaviləsini yenidən verməmişdir. xx.xx.2023-cü il tarixdə işin sonunda ona, yəni anasına zorla bağışlama müqaviləsinin dublikatını vermişdir. Bunlardan əlavə olaraq anası İddiaçı2 aldadıldığını bildikdən dərhal iki gün sonra Gəncə şəhər 2 saylı notariat ofisinə gedərək bağışlama müqaviləsini ləğv etdirmək istəsə də, onlar və notarius Emili dəfələrlə notariusa dəvət etsələr də o, notariat ofisinə gəlməkdən boyun qaçıraraq öz çirkin, məkirli niyyətini ortaya qoymuşdur. Bütün bu olanlar onu göstərir ki, bu hərəkət əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 izahatında göstərmişdir ki, Emil adlı şəxs onu dərman almaq adı ilə aldadaraq aparmışdır. Emilin ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini Emilə bağışlamamışdır. Evi böyük oğlu Elnura toy olanda vermişdir. Evi Emilə vermək istəmir.
13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, işləmək məqsədi ilə Rusiya Federasiyasına gedibgəlir. Onun Rusiya Federasiyasında olmasından, anası İddiaçı2 yaşlı, qoca və xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxs anasını aldadaraq hətta hədə-qorxu gələrək anasının mülkiyyətində olan hazırki mübahisəli fərdi yaşayış evini Emilin adına bağışlama etmişlər.
14. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 izahatında göstərmişdir ki, İddiaçı2 və mərhum yoldaşının 2 evindən biri 21 nömrəli ev İddiaçı2, digəri isə 57 nömrəli ev isə mərhum X7in adına olmuşdur. X7 öləndən sonra onun adına olan 57 nömrəli ev miras qalmışdır və hazırda həmin evdə Elmir yaşayır. İddiaçı2 adına olan 21 nömrəli evdə isə böyük oğlu Elnur yaşamışdır. Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu məhkəmədə mübahisə olduğunu bilərəkdən bağışlanma müqaviləsini bağlamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı2 Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 21 saylı ünvanda yerləşən fərdi yaşayış evini 1993-cü ildə oğlunu evləndirmək üçün almışdır. Hazırda həmin evdə mərhum oğlu Elnurun arvadı və nəvəsi yaşayır. İddiaçı2 hal-hazırda oğlu Elmirdən maddi cəhətdən asılı olduğu üçün təsir altındadır. Əslində mübahisənin səbəbi X1 miras qalmış 57 saylı evdən miras payın müəyyən edilməsi ilə əlaqədardır. Belə ki, 57 saylı evin vərəsəlik qaydasında İddiaçı1 payı tam olmaqla ona keçməsi barədə Cavabdeh mirasdan imtina etməməsi ilə bağlıdır. Çünki, İddiaçı2 mülkiyyətində olan 21 nömrəli fərdi yaşayış evi ilk dəfə alğı-satqı yolu ilə alınan bir andan həmin evi böyük oğlanları mərhum Elnura verilmiş və həmin evdə də Elnurun ailəsi yaşamışdır. Bağışlanan evdən miras açılan günədək iddiaçıların heç bir maraqları olmamışdır. Bağışlama notarial qaydada həyata keçirilib, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçıların nümayəndəsi xx.xx.2022-ci il tarixdə Bayram Musayevdən miras qalmış 57 saylı evə dair vərəsəlik işi açılması barədə notariusa müraciət etdikləri vaxtdan 1 ildən artıq, yəni xx.xx.2023-cü iln fevral ayında bağlanmış bağışlanma müqaviləsinin aldatma yolu bağlanması barədə göstərdikləri inandırıcı deyildir. Aldatma və ya hədə-qorxu ilə bağlı hər hansı bir sübut yoxdur. İddianın əsassız olduğunu qeyd edərək, təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
16. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 390.1 və 666.1-ci maddələrinə istinad edilmişdir.
Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
18. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, ünvan 3 mərhum atası X2 adınadır. Bir neçə ay öncə miras qalmış fərdi yaşayış evinə o və anası vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişlər. Gəncə 2 saylı notariat kontorunun notariusu Nəsib İmanov vərəsəliklə bağlı notariat işinin aparılması üçün vərəsəliyin dairəsini müəyyənləşdirmişdir. Onun Elnur adlı qardaşı olmuş və o, 2021-ci ildə vəfat etmişdir. Notarius mərhum qardaşı Elnurun arvadı və uşaqlarının Elnura münasibətdə payları olmasını bildirərək həmin şəxslərin gələrək onlara düşəsi paydan imtina etmələrini bildirmişdir. O, notariusa bildirmişdir ki, atası 2006-ci ildə vəfat etmiş, qardaşı isə 2021-ci ildə vəfat etmişdir və qardaşı vəfat edənə kimi atasından miras qalmış əmlakdan hər hansı bir pay istəməmişdir. Çünki mərhum qardaşı və onun ailə üzvləri anası İddiaçı2 mülkiyyətində olan Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayırlar. O, bunları notariusa demiş və bildirmişdir ki, onlar evdə qeydiyyatda deyillər və onların evində yaşamırlar, indiyənə kimi də mərhum qardaşının bununla bağlı hər hansı bir müraciəti və istəyi olmamışdır. Buna görə də xahiş etmişdir ki, onların ərizəsinə baxıb, müraciətlərini təmin etsin. Bütün bu dediklərinə baxmayaraq, notarus onun dediklərinə əhəmiyyət verməyərək onları notariusa dəvət etmiş, mərhum qardaşı Elnurun arvadı və uşaqları notariusa gələrək atasından miras qalmış əmlakın onların adlarına keçməsinə razılıq verməmişlər və bu azmış kimi mərhum qardaşı Elnurun oğlu Emil notariusdan imtina məktubu alaraq atasından miras qalmış əmlaka yiyələnmək məqsədilə məhkəmədə iddia qaldırmışdır. Qardaşı oğlu Emil məhkəmədə iddia qaldırdığı üçün o və anası yenidən notariusa müraciət etmişdir ki, onların paylarını notarius müəyyən etsin, lakin 2 saylı notariat ofisinin notariusu bunu da etməmiş və onlara məhkəmədə iddia olduğu üçün bunu edə bilmədiyini demişdir. Onlar notariusdan dediklərini zorla yazılı şəkildə almışlar və məcburən atasından miras qalmış mirasa anasının və onun paylarının müəyyən edilməsi üçün mərhum qardaşı Elnurun oğlu Emilin verdiyi iddiaya qarşılıqlı iddia ərizəsi vermişlər. Qardaşının arvadı və oğlu Emil belə bir hərəkət etdikləri üçün anası onun mülkiyyətində olan və mərhum qardaşı Elnurun ailəsi və uşağının qeydiyyatda olduqları və yaşadıqları Gəncə şəhəri, Ə.Əliyev küşəsi, ev 21-dən onların çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu iddialar hazırda məhkəmənin icraatındadır və davam edir. O, işləmək məqsədilə Rusiya Federasiyasına gedib-gəlir. Onun Rusiya Federasiyasında olmasından, anası İddiaçı2nm 1938-ci il təvəllüdlü yaşlı, qoca, xəstə olmasından istifadə edən mərhum qardaşı Elnurun arvadı İlhamə, oğlu Emil və onun xalası oğlu Gündüz adlı şəxslər anasını aldadaraq, hətta hədə-qorxu gələrək xx.xx.2023cü il tarixdə Gəncə 2 saylı notariat ofisinə apararaq anasının mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evini qardaşı oğlu Emilin adına bağışlama etmişlər. xx.xx.2023-cü il tarixdə o, evlərinə qayıtmış və bunun nə məsələ olmasını aydınlaşdırmaq üçün qardaşının arvadı İlhaməni evlərinə çağırmışdır. Onlar evlərində müəyyən razılığa gəlmişlər ki, sabah notarusa gedəcəklər. xx.xx.2023-cü il tarixdə səhərdən axşama kimi İlhamə onu aldadıb, sonda notarusa gəlməmişdir. O, anasını da götürərək notarusa getmiş və bildirmişdir ki, “onların hazırda məhkəmədə iddialarının olduğunu bilə-bilə və anasının qoca olmasını görə-görə bunu niyə etmisən?”. O, hər şeyi düz etdiyini ona bildirmiş və “Emili gətir bura ləğv edim” demişdir. Özüdə yaxşı bilir ki, Emili ora gətirməsi qeyri-mümkündür. Buna baxmayaraq, o, İlhaməyə zəng edərək notariusa gəlmələrini, gəlmədikləri təqdirdə onlardan şikayət edəcəyini bildirmişdir. Onlar bir daha notarusa gəlməmişlər. Belə olan halda o, notariusa bildirmişdir ki, bağışlama müqaviləsinin bir nüsxəsini anasına verməli idi, lakin verməmisdir, bağışlama müqaviləsinin bir nüsxəsini anasına versin məhkəmədə iddia qaldırsınlar. Notarius bağışlama müqaviləsinin ksero sürətini verəcəyini bildirmiş, lakin o, əslini isdədikdə o, gedin sabah gələrsiz verərəm deməklə onları yola salmışdır. Notarius hər vəclə, bütün gücü ilə onun bütün işlərinə maneə yaratmışdır. Əvvəlcə atasından qalmış miras əmlakı onların adına vərəsəlik etməmiş və onları məhkəməyə sürükləmiş, onların məhkəmədə işləri olduğunu bilə-bilə bu tərəfdən aldadılmış, hədəqorxu gələrək notariusa gətirilmiş ahıl, yaşlı, qoca arvadın evinin dələduzlara ələ keçirilməsi üçün dələduzlara şərait yaradaraq bağışlama müqaviləsi imzalamışdır. Bu azmış kimi müqavilənin sürətini anasına verməmiş və o anası ilə birgə gedib isdədikdə o, bağışlama müqaviləsini yenidən verməmişdir. xx.xx.2023-cü il tarixdə işin sonunda ona, yəni anasına zorla bağışlama müqaviləsinin dublikatını vermişdir. Bunlardan əlavə olaraq anası İddiaçı2 aldadıldığını bildikdən dərhal iki gün sonra Gəncə şəhər 2 saylı notariat ofisinə gedərək bağışlama müqaviləsini ləğv etdirmək istəsə də, onlar və notarius Emili dəfələrlə notariusa dəvət etsələr də o, notariat ofisinə gəlməkdən boyun qaçıraraq öz çirkin, məkirli niyyətini ortaya qoymuşdur. Bütün bu olanlar onu göstərir ki, bu hərəkət əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir. Bundan əlavə anası İddiaçı2 Gəncə şəhəri Psixo-Nevroloji Dispanserdə qeydiyyatdadır. Bununla bağlı arayış təqdim etmişlər. O, anasının psixi vəziyyəti ilə bağlı ekspertizanın təyin edilməsini xahiş etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 ekspert rəyi ilə razı olduğunu bildirdi və tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onların dəqiqləşdirilmiş iddia tələbi İddiaçı2 ilə Cavabdeh arasında Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanılmış 8İ-704 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli, **********07- 10301 reyestr nömrəli ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 ekspertiza rəyinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb– sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia vera bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətinin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********07-10301 reyestr nömrəli, ********** Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus olmuşdur. Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı2 ƏMDK-nin yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, ev 21 nömrəli fərdi yaşayış evini Cavabdeh bağışlamış və sonuncunun daşınmaz əmlaka dair hüquqları ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
31. Hazırda iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması zamanı İddiaçı2 anlaqsız vəziyyətdə olması ilə bağlıdır.
32. Məhkəmə kollegiyası ilk əvvəl yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, mülki hüquq münasibətləri iştirakçıları arasında münasibətlərinin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsini əks etdirən mülkiyyət hüququnun yaranma əsaslarından biridir. Belə müqavilələlərdən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi bir sıra spesifik əlamətə malik olmaqla özündə əvəzsiz müqavilə olmasını, hədiyyə alanın əmlakının artmasını, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının olmasını şərtləndirir. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən də göründüyü kimi, hər bir şəxs arzuladığı və qanunvericilik baxımından yol verilən əqdi bağlayarkən iradə sərbəstliyinə malikdir və əqdin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Heç kəs iradəsinə zidd olan əqdin bağlanmasına məcbur edilə bilinməz. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı sayılır. Əqd bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət edilməsi zəruridir, əks halda həmin əqd mübahisələndirilərək etibarsız sayıla bilinər. Əqdin etibarsızlığının səbəblərindən biri də fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqddir. Belə ki, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.
34. Məhkəmə kollegiyası tərəfindən İddiaçı2 xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşub-düməməsi, öz hərəkətlərini idarə edib-etməməsini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə X3 X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3183 nömrəli rəy ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı2 “Damar mənşəli demensiya” (Ağıl zəifliyi) (F01) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşın zəifləməsi, davranışın qeyri-adekvat olması, Azərbaycan Respublikası Gəncə şəhəri Psixo-Nevroloji Dispanserində qeydiyyatda olması) həmçinin müayinə zamanı aşkar olunan məlumatlar (zahirən narahat və bir qədər gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları anlamaması, əhval-ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətin olmaması və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı2 xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs İddiaçı2 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir.
35. Göründüyü kimi, ekspert rəyi ilə İddiaçı2n müqavilə bağlanan zaman anlaqsız vəziyyətdə olması öz təsdiqini tapır. Həmçinin iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3005/2022 saylı məktubdan da görünür ki, İddiaçı2 xx.xx.2022-ci ildən dispanserdə qeydiyyatda olmuş və mütəmadi olaraq pulsuz dərmanlarla təmin edilmişdir. Həmçinin ambulator kitabçadan çıxarışda pasiyent İddiaçı2 vəziyyəti -“Huşu aydın. Bələdliliyi məkana, zamana görə pozulub. Zahirən narahatdır. Söhbət əlaqəsinə çətinliklə daxil olur. Verilən suallara əsəbi, qısa cavablar verir. Konfliktə meyillidir. Maraq dairəsi məhduddur. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub. Depressivdir, gərgindir. Əhval-ruhiyyəri dəyişkəndir. Baş ağrılarından, huşsuzluqdan şikayət edir, hövsələsizdir.” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.
37. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.
38. Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zamanı anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur.
39. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur.
40. Anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar.
41. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanan zaman İddiaçı2 onda olan psixonevroloji xəstəliyə görə anlaqlı olmamış, özünün hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. Qeyd edilən əqd onun iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və tətbiq ediləcək hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə- 68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir.
43. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi olan çıxarışın ləğvi ilə bağlı qeyd edir ki, həmin tələb törəmə hüquq münasibəti olub, mübahisələndirilən bağışlama müqaviləsi nəticəsində yaranmışdır. Əqd etibarsız hesab edildikdə heç bir hüquqi hüquqi nəticələrə səbəb olmur. Belə olan halda, etibarsız hesab edilmiş bağışlama müqaviləsi heç bir hüquqi nəticəyə səbəb olmadığından onun əsasında aparılmış qeyd də ləğv edilməlidir.
44. Apellyasiya instansiya məhkəməsi şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1862/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilsin. İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-68 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********07- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.