Məhkəmə qərarları › İş №2(104)-121/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-121/2025

07.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-121/2025 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi (vəkili) vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 iştirakları ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2, cavabdeh1 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı vərəsəlik paylarının müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddiaçı cavabdeh2 ilkin iddia üzrə üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddiaçı1 və iddiaçı2 qarşı miras qalmış əmlaka vərəsə tanınması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZE 19120486 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı1 ##.##.1933-cü il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır.

2. AZE 04560922 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı2 ##.##.1939-cu il tarixdə anadan olmuşdur və hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatdadır.

3. *** nömrəli doğum haqqında arayışdan görünür ki, iddiaçı1 ##.##.1933-cü il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X13 qeyd edilmişdir.

4. İ-İE ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mamedova (Məmmədova) Asya Məmmədəli qızı ##.##.1939-cu il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X44 qeyd edilmişdir.

5. Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin Söyüdlü kənd soveti üzrə 1935-1938-ci illərə dair doğum aktının qeydiyyatı kitabında mərhum X32 ## ###### 1937-ci ildə anadan olması qeyd edilmişdir.

6. ##.##.2022-ci il tarixli *** nömrəli doğum haqqında arayışdan görünür ki, X54 ##.##.1952-ci il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X44 qeyd edilmişdir.

7. ##.##.2022-ci il tarixli *** nömrəli doğum haqqında arayışdan görünür ki, X21 ##.##.1946-cı il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X44 qeyd edilmişdir.

8. ##.##.2022-ci il tarixli *** nömrəli doğum haqqında arayışdan görünür ki, X14 ##.##.1943-cü il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X44 qeyd edilmişdir.

9. ##.##.2022-ci il tarixli *** nömrəli doğum haqqında arayışdan görünür ki, X55 ##.##.1931-ci il tarixdə anadan olmuş, atası qrafasında X12, anası qrafasında X44 qeyd edilmişdir.

10. ##.##.2023-cü il II-JQ ****** nömrəli ölüm haqqında arayışdan görünür ki, X12 ##.##.1972-ci il tarixdə ölmüşdür.

11. ##.##.2023-cü il tarixli JQ-****** nömrəli ölüm haqqında arayışdan görünür ki, X44 ##.##.1997-ci il tarixdə Gədəbəy rayonun Söyüdlü kəndində ölmüşdür.

12. ##.##.2022-ci il tarixli IV-JQ № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ##.##.1995-ci il tarixdə ölmüşdür.

13. ##.##.2022-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında arayışdan görünür ki, X54 ##.##.2022-ci il tarixdə ölmüşdür.

14. ##.##.2000-ci il tarixli AZ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ##.##.2000-ci il tarixdə ölmüşdür.

15. ##.##.2000-ci il tarixli AZ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızı ##.##.2000-ci il tarixdə ölmüşdür.

16. ##.##.2006-cı il tarixli AZ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ##.##.2006-cı il tarixdə ölmüşdür.

17. ##.##.2004-cü il tarixli AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ##.##.2004-cü il tarixdə ölmüşdür.

18. JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X69 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir.

19. Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/* nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan 1960-1962ci illərə dair * nömrəli təsərrüfatbaşına kitabın 188-ci şəxsi hesabında qeydiyyatda olmaqla mərhum X12 adına təsərrüfat qeyd edilmiş, torpaq qrafasında 0.25 torpaq sahəsi və tikili qrafasında 1937-ci ildə inşa edilmiş ev qeyd edilmişdir.

20. Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli **/* nömrəli arxiv arayışına əsasən 1937-ci ildə inşa edilmiş ev halhazırda Söyüdlü kəndində mövcuddur və X29 Məmmədəli oğlunun adınadır.

21. Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli və Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023- cü il tarixli məktubların təsdiq edilmiş surətindən görünür ki, cavabdeh1 ##.##.2020-ci il tarixdən Gədəbəy rayonu, Söyüdlü kəndində X54 evinə qeydiyyata alınmışdır və həmin ünvanda yaşayır.

22. ##.##.1973-ci il tarixli AZ ****** nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 ##.##.1973-ci il tarixdə Məmmədova (Qurbanova) Nasxanım Popur qızı ilə nikaha daxil olmuşdur.

23. ##.##.1977-ci il tarixli IV-JQ ****** nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh2 ##.##.1977-ci il tarixdə anadan olmuş, atası qrafasında X21, anası qrafasında X16 qeyd edilmişdir.

24. ##.##.2017-ci il tarixli AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ##.##.2017-ci il tarixdə ölmüdşür.

25. Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli, ##.##.2023-cü il tarixli, 528 və *** nömrəli məktublardan göürnür ki, X54 qalmış mirasın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

26. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X23 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. İddiaçı iddiaçı2 onun anasıdır. X33 vəfat etdikdən sonra cavabdeh cavabdeh2 və onun ailə üzvləri anasını və digər dayısı iddiaçı1 Məmmədli oğlunu Sədrəddinin yaşadığı ev və torpaq sahəsindən istifadə etməyə, bununla da Sədrəddindən miras qalmış əmlakı idarə etməyə imkan verməmişlər. Halbuki, iddiaçılar X59 qanun üzrə vərəsələridir və Sədrəddindən qalmış miras əmlakı qəbul etmişlər.

27. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X24 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır, cavabdeh2 və onun ailə üzvləri ilə qonşudur. X54 ona Vüsal və onun ailə üzvləri baxıb qulluq etmişdir. Sədrəddinin ölümüdnədn sonra da onun dəfnini Vüsal təşkil etmişdir. Sədrəddinin əmlakını hazırda Vüsal və Röyal idarə edir, torpaq sahəsini onlar əkib-becərir.

28. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Əsgərov İsaq İbrahim oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, qəbir daşları düzəltməklə məşğul olur. X54 qəbir daşını o, düzəltmişdir. Qəbir daşının düzəldilməsi üçün sifarişi cavabdeh2 vermiş və pulunu da o, ödəmişdir.

29. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X11, X18 və X3 məhkəmə iclasında şahid X24 ilə eyniməzmunlu ifadələr verdilər.

30. ##.##.2024-cü il tarixli, ** saylı Şəmkir Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri arayışından görünür ki, X69 adına Milli Qeydiyyat Sistemində Gədəbəy rayonu üzrə fərdi yaşayış yeri aşkar edilməmişdir.

31. ##.##.2024-cü il tarixli AZ-II № ****** seriyalı ölüm haqqında şəhadətnaməsində görünür ki, iddiaçı1 ##.##.2024-cü ildə ağciyər-ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir.

32. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli, № ***** nömrəli arayışından görünür ki, iddiaçı2 ##.##.1939-cu ildə anadan olmuşdur. Əri qrafasında X25 ##.##.1938-ci ildə anadan olmuş, ##.##.1989-cu ildə vəfat etmişdir. Övladları qrafasında X34 ##.##.1965-ci ildə, Dosməmmədova Cahidə Müzəffər qızı ##.##.1966-cı ildə, Dosməmmədov Pərviz Müzəffər oğlu ##.##.1968-ci ildə, Dosməmmədova İsmət Müzəffər qızı ##.##.1969-cu ildə anadan olmuşdur.

33. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli, № ***** nömrəli arayışından görünür ki, X69 ##.##.1952-ci ildə anadan olmuş, ##.##.2022-ci ildə vəfat etmişdir. Atası qrafasında X35 ##.##.1972-ci ildə vəfat etmişdir. Anası qrafasında X36 ##.##.1909-cu ildə anadan olmuş, ##.##.1997-ci ildə vəfat etmişdir.

34. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli, № ***** nömrəli arayışından görünür ki, iddiaçı1 ##.##.1933-cü ildə anadan olmuş, ##.##.2024-cü il tarixdə vəfat etmişdir. X19 ##.##.1938-ci ildə anadan olmuş, ##.##.2020-ci ildə vəfat etmişdir. Övladları Məmmədov İlham Səyyar oğlu ##.##.1961-ci ildə, Hüquqi varis ##.##.1963-cü ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.1972-ci ildə anadan olmuşdur.

35. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli, № ***** nömrəli arayışından görünür ki, X37 ##.##.1946-cı ildə anadan olmuş, ##.##.1995-ci ildə vəfat etmişdir. Arvadı qrafasında X20 ##.##.1950-ci ildə anadan olmuş, ##.##.2017-ci ildə vəfat etmişdir. Övladları qrafasında cavabdeh2 ##.##.1977-ci il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.1979-cu ildə anadan olmuşdur.

36. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü ildə tarixli, № ***** nömrəli arayışından görünür ki, X22 ##.##.1943-cü ildə anadan olmuş, ##.##.2006-cı ildə vəfat etmişdir. Əri qrafasında X4 ##.##.1926-cı ildə anadan olmuş, ##.##.1971-ci ildə vəfat etmişdir. Övladları qrafasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ##.##.1967-ci ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 ##.##.1968-ci ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 ##.##.1970-ci ildə anadan olmuşdur

37. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin 31.10. 2024-cü il tarixli, № ***** nömrəli arayışından görünür ki, X57 ##.##.1931-ci ildə anadan olmuş, ##.##.2000-ci ildə vəfat etmişdir. Əri qrafasında Sadıqov Məlik İbrahim oğlu ##.##.1932-ci ildə anadan olmuş, ##.##.1997-ci ildə vəfat etmişdir. Övladları qrafasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məlik qızı ##.##.1959-cu ildə, X2 ##.##.1963-cü ildə, Əliyeva İnarə Məlik qızı ##.##.1967-ci ildə anadan olmuşdur.

38. Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin ##.##.2024-cü il tarixli, № ****** nömrəli arayışından görünür ki, X15 ##.##.1935-ci ildə anadan olmuş, ##.##.2004-cü ildə vəfat etmişdir. Arvadı qrafasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 ##.##.1939-cu ildə anadan olmuşdur. Övladları qrafasında Məmmədov İlqar Siyaş oğlu ##.##.1963-cü ildə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.1968-ci ildə anadan olmuşdur.

39. Gədəbəy Rayon Dövlət Arxivi № *** nömrəli, ##.##.2022-ci il tarixli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin Söyüdlü kənd soveti üzrə 1935-1938-ci illərə dair doğum aktının qeydiyyatı kitabına mərhum bacısı X32 **/***** nömrəli aktla ## ###### 1937-ci ildə anadan olması qeyd edilmişdir. Atası qrafasında X8, anası qrafasında X26 qeyd edilmişdir.

40. JN-***D nömrəli, KOD ******** saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu Aqrar İslahatı Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə 0.25 hektar torpaq sahəsi X54 mülkiyyətinə verilmişdir.

41. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli rəyindən görünür ki, Gədəbəy rayonun kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şahədətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində 4 ədəd fərdi yaşayış evi və əl damı mövcuddur. Təsərrüfat başına kitabda mərhum mərhum X35 adına qeydə alınmış tikili ilə bağlı hər hansı məlumat (fərdi yaşayış evinin cizgi sxemi və yerləşmə mövqeyi) olmadığından torpaq sahəsinin üzərində olan 4 ədəd fərdi yaşayış evindən hansı ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Texniki İnventar Büro tərəfindən X35 adına tərtib edilmiş texniki pasportda 3 ədəd fərdi yaşayış evi qeyd edilib. İddiaçıların iddia etdikləri fərdi yaşayış evində 2012-ci ildə əsaslı dəyişiklər edilmişdir. İddiaçılar X27 və iddiaçı2 iddia etdikləri faktiki istifadə edilən fərdi yaşayış evinin ölçüləri ilə Texniki İnventar Büro tərəfindən X35 adına tərtib edilmiş texniki pasportda qeyd edilən fərdi yaşayış evinin ölçüləri eynilik təşkil etmir. (Qeyd: Gədəbəy rayonun kəndində yerləşən, JN- 373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şahədətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya uygunsuzluğu vardır).

Birinci instansiya məhkəməsində icraat

41. İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2, cavabdeh1 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum qardaşları X69 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq iddiaçı1 ½ hissə, iddiaçı2 ½ hissə payının müəyyən edilməsi və həmin mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

42. İddia tələbini onunla əsaslandırılmışdır ki, ataları X12 ailə qurduğu .0X13ndan 1 övladı, X44 isə 7 övladı olmuşdur. iddiaçı1 anası X13 1933-cü ildə, X12 ##.##.1972-ci ildə, X44 isə ##.##.1997-ci ildə vəfat etmişdir. Eləcə də qardaş-bacılarından Məmmədova Səmayə Məhəmmədəli qızı ##.##.2000-ci ildə, X15 ##.##.2024-cü ildə, X32 ##.##.2000-ci ildə, Qurbanova (Mamedova ) Kimya Məmmədəli qızı ##.##.2006-cı ildə, X47 ##.##.1996-cı ildə, X69 isə ##.##.2022-ci ildə vəfat etmişdir. Bildirmişdir ki, mərhum ataları X12 Gədəbəy rayonu, Söyüdlü kəndində 0.25 ha torpaq sahəsi olmuşdur. O, 1937-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Valdeyinlərinin ölümündən sonra həmin torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə kiçik qardaşları X54 mülkiyyətinə verilmişdir. Bu barədə X54 adına JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Elecə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X54 adına qeyd edilmişdir. Evin mövcudluğu barədə Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, **/* nömrəli arxiv arayışı və Gədəbəy rayonu Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayış ərizəyə əlavə olunmuşdur. Həmin evdən başqa 0.25 ha torpaq sahəsinə 4 ədəd əlavə ev vardır. Beləliklə, X54 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qeyd etmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair X54 adına JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə vardır. Eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mövcudluğu və X54 adına qeydə alınması Gədəbəy rayon Dövlət Arxivi və Gədəbəy rayon Söyüdlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Həmin əmlakı X54 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi qardaşları X54 qalmış miras kütləsinə daxil edilməlidir. JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinin əslini əldə etmək imkanları olmadığından həmin sənədin kserosurəti iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, sübutların təmin edilməsi məqsədilə JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə müvafiq sorğu göndərilməsini xahiş etmişdir. Mərhum qardaşları X54 ölümundən sonra ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq iddiaçılar qəbul etmişdilər, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdilər. Onlar qardaşları X54 vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişdilər. Lakin digər qardaşları mərhum X47 oğlu cavabdeh2 və sonuncunun oğlu cavabdeh1 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi onların hər ikisinə ##.##.2023-cü il tarixdə imtina məktub vermişdir. Odur ki, cavabdeh2 və onun oğlu cavabdeh1 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdıqlarına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlər cavabdeh2, eləcə onun uşağı cavabdeh1 c oğlundan qalmış miras əmlaka münasibətdə ikinci növbə vərəsəliyi istisna olunur. Göründüyü kimi miras qoyan X54 iki vərəsəsi, yəni qardaş və bacılar sağ olduqları üçün onun diğər qardaş-bacılarının uşaqları və onların uşaqlarının vərəsəliyi istisna olunur. Belə olan halda hazırki cavbadeh cavabdeh2 və onun uşağı cavabdeh1 X54 miras qalmış əmlaka vərəsə ola bilməz.

43. Cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh2 cavabdehlər iddiaçı1, iddiaçı2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum əmisi X54 miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi tələbləri barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

44. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı2 Məhəmmədəli qızı və iddiaçı1 Məhəmmədəli oğlu ona və qeyrilərinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” iddia qaldırmışdır. Onların iddiasını qəbul etmədiyini bildirmişdir. Öz qarşılıqlı iddiasını müdafiə edir. Belə ki, onun mərhum əmisi X69 ##.##.2022-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra qalan miras əmlak mərhum atası Təhməzin qanuni vərəsəsi olaraq o rəsmi qaydada qəbul etmişdir və faktiki olaraq həmin əmlakı idarə etmişdir. Mərhum əmisi Sədrəddin evli olmadığı və uşaqları olmadığı üçün onun oğlu hazırki iş üzrə cavabdeh qismində mübahisəyə cəlb edilmiş cavabdeh1 faktiki olaraq övladlığa götürmüş və onlarla vəfat edən günə kimi bir ailədə yaşamışdır. Onun vəfatından sonra da onlar miras mülkdə yaşamışlar və mərhum atasına münasibətdə, mərhum atasının qanun üzrə birinci növbə vərəsəsi olaraq, həmin mülkdə yaşamaqla, notariat kontora rəsmi ərizə verməklə mirası rəsmi olaraq qəbul etmişdir. Belə ki, onun həm atası, həm də anası vəfat etmişlər. Mərhum əmisinin vəfatından sonra miras əmlakı idarə etmişdir. Komunal xidmət haqlarını ödəmiş və miras torpaq sahəsini əkib becərmişdir. İddiaçılar isə heç vaxt mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etmədikləri üçün hesab etmişdir ki, onlara miras əmlakdan heç bir pay müəyyən olunmamalıdır. Çünki, Səyar ümumiyyətlə Azərbaycan Respublikasına bir neçə gün bundan əvvəl gəlmişdir. Hətta mərhum əmisinin yas mərasimində və dəfnində iştirak etməmişdir. Digər iddiaçı Asya da onun kimi mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etmədiyindən onlar X29 Məhəmmədəli oğlundan miras qalmış əmlaka vərəsə tanına bilməzlər. Mərhum əmisindən Gədəbəy rayonunun Söyüdlü kəndində miras əmlak olaraq 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Hesab etmişdir ki, həmin torpaq sahəsinə o, qanun üzrə vərəsə tanımır. Qeyd etmişdir ki, rəsmi olaraq qəbul etmişdir. Eyni zamanda mərhumun bütün dəfn xərclərini o, çəkdiyini bildirmişdir.

45. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquluyev) ilk iddia tələbinin qismən təmin edilməsi, X54 miras qalmış, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka iddiaçı1 və iddiaçı2 hər birinin 1/3 hissə payının müəyyən edilməsi və mirasın həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ əsasında onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ilk idida tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, X54 miras qalmış, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın əmlakın 1/3 hissəsinə cavabdeh2 qanun üzrə vərəsəliyin tanınması və mirasın həmin hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qarşılqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı1 və iddiaçı2, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh2 aid edilməsi qət edilmişdir.

46. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçıların qardaşı X54 10.2022-ci il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X69 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də X69 məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evi Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arayışa əsasən X69 adınadır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların X29 Məhəmmədəli oğluna məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi barəsində X69 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Yəni, X69 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlak X69 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxildir. Qanun üzrə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyan evlənməmişdir. Onun birinci növbə qanun üzrə vərəsə ola biləcək valideynləri vəfat etmişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, miras qoyanın bacıları və qardaşları onun ikinci növbə qanun üzrə vərəsəsidir. Miras qoyanın hazərda iddiaçılar olan bir bacısı və bir qardaşı sağdır. Eləcə də iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh2 miras qoyanın mərhum qardaşı X38 övladıdır. Təhməz Məmmədov ##.##.1995-ci il tarixdə ölmüşdür. X48 qalmış miras onun ölümü ilə, yəni ##.##.2022-ci il tarixdə açılmışdır. Həmin vaxt Təhməz Məmmədov sağ olmamışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1159.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək qardaşı X38 olmadığından onun oğlu cavabdeh2 ikinci növbə qanun üzrə vərəsə sayılır və atasına çatası miras payını almalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsinə və həmin qərarda qeyd edilmiş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, miras qoyanın sağ olan bacısı və qardaşı (iddiaçılar) və qardaşı uşağı (cavabdeh cavabdeh2) miras qalmış əmlaka ikinci növbə qanun üzrə vərəsə sayılırlar və onların hər biri mirasdan bərabər pay almalıdırlar. Ona görə də ilkin iddia tələbi qismən təmin edilməli, X54 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka iddiaçılar iddiaçı1 və iddiaçı2 hər birinin 1/3 hissə payı müəyyən edilməli və mirasın həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ əsasında onlar tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, X54 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın 1/3 hissəsinə iddiaçı cavabdeh2 qanun üzrə vərəs tanınmalı və mirasın həmin hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.

47. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması Mülki Məcəllənin 14.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1273, 1301-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

48. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Gədəbəy rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsində, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməmiş hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin etməklə kobud qanun pozuntularına yol vermişdir. Əvvala ona görə ki, mərhum əmisi X69 ##.##.2022-ci ildə vəfat etmişdir. Əmisinin vəfatından sonra ondan qalan miras əmlakı mərhum atasının qanun üzrə vərəsəsi olaraq o, qəbul etmiş və faktiki olaraq həmin əmlakı idarə etmişdir. Əmisinin uşaqları olmadığı üçün oğlu hazırki işlə bağlı olaraq cavabdeh olan cavabdeh1 faktiki olaraq övladlığa götürmüşdür. Mərhum əmisinin vəfatından sonra isə miras əmlakı idarə edib, kommunal xərcləri ödəyir və həmin miras torpaq sahəsini əkibbecərmişdir. iddiaçı1 isə Azərbaycan Respublikasına bir müddət əvvəl gəlmişdir. Hətta o, mərhum əmisinin yas mərasimlərində və dəfnində iştirak etməmişdir. Belə olduğu halda məhkəmə necə ilk iddia üzrə iddiaçılara miras əmlakı qəbul etməsi faktını müəyyən edə bilər. Eyni zamanda ilk iddia üzrə iddiaçılar miras əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməmişlər. Belə olduğu təqdirdə ilk iddia üzrə iddiaçılar necə miras əmlaka vərəsə təyin olunmuşlar. Məhkəmənin heç bir mötəbər sübut araşdırmadan bu nəticəyə hansı səbəbdən gəlməsi, mübahisə predmeti olan məhkəmə qətnaməsindən aydın deyil. Eyni zamanda mərhum əmisinin adına fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən də qanunsuz tikili mirasın kütləsinə daxil ola bilməz və həmin əmlak miras əmlak kimi bölünə bilməz. Qeyd etdiyi səbəblərə görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianı qismən təmin etməklə, eyni zamanda qanunsuz tikilini miras kütləsinə daxil edib, miras əmlak kimi bölməklə, əslində ilk iddiaçıların mövqeyindən çıxış etmiş, heç bir mötəbər sübut araşdırmadan, heç bir hüquqi əsas olmadan ilk iddianı qismən təmin etmişdir. O, isə qarşılıqlı iddia ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməklə, əsas vermişdir ki, məhkəmə qarşılırlı iddia tələbini tam təmin etsin. Bu səbəbdən də Gədəbəy rayon Məhkəməsinin mübahisə predmeti olan qətnaməsini, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmamış hissəsində ədalətsiz və qanunsuz hesab etmişdir. Bununla da məhkəmə həm maddi, həm də prosesual hüquq normalarını kobudluqla pozmuşdur. Yuxarıda da qeyd etdiyi kimi mərhum əmisinin uşaqları olmadığı üçün oğlu cavabdeh1 övladlığa götürmüşdür. Buna görə də hesab etmişdir ki, oğlu miras əmlakın qanuni vərəsəsidir. Qeyd etdiyi kimi X49 vəfatından sonra onun miras əmlakını atası Təhməz Məmmədovun ölümündən sonra mərhum atasının birinci növbə vərəsəsi olaraq o, həmin mülkdə yaşamaqla, notariat kontora ərizə verməklə mirası rəsmi olaraq qəbul etmişdir. İddiaçılar isə miras əmlakı nə faktiki, nə də ki rəsmi qaydada qəbul etməmişdilər. X49 vəfatından sonra mən miras əmlakı idarə etmiş, kommunal xidmət haqlarını ödəmiş və miras torpaq sahəsini əkibbecərmişdir. Bununla da mirası tamamilə qəbul edib, idarə etmişdir. Mərhum əmisinin ölümündən sonra miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etmişdir. Belə hesab etmişdir ki, ilk iddiaçılar miras əmlakın vərəsələri hesab oluna bilməzlər. Eyni zamanda mərhum əmsindən miras olaraq yalnız həyətyanı torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsi mirasın kütləsinə daxildir. Qanunsuz tikili isə heç vaxt mirasın kütləsinə daxil ola bilməz. Gədəbəy rayon Məhkəməsi isə heç bir hüquqi qeydiyyatı olmayan fərdi yaşayış evini, miras əmlakın kütləsinə daxil etməklə, ciddi qanun pozuntusuna yol vermişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə obların təqdim etdikəri sübutları araşdırmamış, sübutları onlardan qəbul etdiyi halda onlara öz qəbul etdiyi qətnamədə qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyasında icraat: Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

51. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi (vəkili) vəkil2 izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

52. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil rələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmşdir.

53. Əvvəlki məhkəmə iclasında iştirak edən və qarşılıqlı iddiaçı cavabdeh2 İsayeva Xalidə İsa qızı izahatında, X27 adına ev olmadığını, X39 Təhməzin evində yaşadığını və evin Məmmədov Təhməz tərəfindən tikildiyini qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (## #### 2025-ci ilədək olan redaksiyada):

22. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də, vəsiyyət üzrə vərəsə qəbul edir.

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

29. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

35. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı apelyasya şikayətində qətnamə ilkin iddianın təmin edilməmiş hissəsində, qarşılıqlı iddianı isə təmin edilmiş hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və ilkin iddia tələbi və qarşılıqlı iddia qismən təmin edilməlidir.

50. İlkin və qarşılıqlı iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçıların qardaşı X54 10.2022-ci il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X69 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də X69 məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evi Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arayışa əsasən X69 adınadır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların X29 Məhəmmədəli oğluna məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi barəsində X69 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Yəni, X69 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlak X69 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxildir. Onun birinci növbə qanun üzrə vərəsə ola biləcək valideynləri vəfat etmişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, miras qoyanın bacıları və qardaşları onun ikinci növbə qanun üzrə vərəsəsidir. Miras qoyanın hazərda iddiaçılar olan bir bacısı və bir qardaşı sağdır. Eləcə də iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) cavabdeh2 miras qoyanın mərhum qardaşı X38 övladıdır. Təhməz Məmmədov ##.##.1995-ci il tarixdə ölmüşdür. X48 qalmış miras onun ölümü ilə, yəni ##.##.2022-ci il tarixdə açılmışdır. Həmin vaxt Təhməz Məmmədov sağ olmamışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1159.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək qardaşı X38 olmadığından onun oğlu cavabdeh2 ikinci növbə qanun üzrə vərəsə sayılır və atasına çatası miras payını almalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsinə və həmin qərarda qeyd edilmiş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, miras qoyanın sağ olan bacısı və qardaşı (iddiaçılar) və qardaşı uşağı (cavabdeh cavabdeh2) miras qalmış əmlaka ikinci növbə qanun üzrə vərəsə sayılırlar və onların hər biri mirasdan bərabər pay almalıdırlar. Ona görə də ilkin iddia tələbi qismən təmin edilməli, X54 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN- 373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka iddiaçılar iddiaçı1 və iddiaçı2 hər birinin 1/3 hissə payı müəyyən edilməli və mirasın həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ əsasında onlar tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, X54 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın 1/3 hissəsinə iddiaçı cavabdeh2 qanun üzrə vərəs tanınmalı və mirasın həmin hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməməlidir.

51. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarına istinad etməklə bütün vərəsələrin mirası qəbul etməsi nəticəsinə gəlmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, miras X48 ölümü ilə ##.##.2022-ci il tarixdə açılmışdır. Həmin tarixdə Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçılar ##.##.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı qəbul edilərkən icraatda olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun istinad etməklə düzgün nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin miras əmlakın kütləsi və vərəsələrin dairəsi ilə bağlı gəldiyi nəticə qismən razılaşsa da, qeyd edir ki, birinci instansiya məhkəməsi həm miras əmlakın kütləsi, həm də, vərəsələrin dairəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, miras əmlakın kütləsi ilə bağlı birinci instansiya məhkəməsi mərhuma məxsus torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras kütləsinə daxil etsə də, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli rəyindən görünür ki, Gədəbəy rayonun kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şahədətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində 4 ədəd fərdi yaşayış evi və əl damı mövcuddur. Təsərrüfat başına kitabda mərhum mərhum X35 adına qeydə alınmış tikili ilə bağlı hər hansı məlumat (fərdi yaşayış evinin cizgi sxemi və yerləşmə mövqeyi) olmadığından torpaq sahəsinin üzərində olan 4 ədəd fərdi yaşayış evindən hansı ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Texniki İnventar Büro tərəfindən X35 adına tərtib edilmiş texniki pasportda 3 ədəd fərdi yaşayış evi qeyd edilib. İddiaçıların iddia etdikləri fərdi yaşayış evində 2012-ci ildə əsaslı dəyişiklər edilmişdir. İddiaçılar X27 və iddiaçı2 iddia etdikləri faktiki istifadə edilən fərdi yaşayış evinin ölçüləri ilə Texniki İnventar Büro tərəfindən X35 adına tərtib edilmiş texniki pasportda qeyd edilən fərdi yaşayış evinin ölçüləri eynilik təşkil etmmir. Gədəbəy rayonun kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şahədətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya uygunsuzluğu vardır. Bu baxımdan X29 Məmmədli oğlunun mülkiyyətində olmuş Gədəbəy rayonun kəndində yerləşən, JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şahədətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin üzərində 4 ədəd fərdi yaşayış evi və əl damı mövcud olsa da, həmin tikililər qeydiyyata alınmadığından həmin tikililərin miras əmlaka daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

52. Məhkəmə kollegiyası vərəsələrin dairəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki X29 Məmmədli oğlunun birinci növbə qanun üzrə vərəsə ola biləcək valideynləri vəfat etmişdir. İkinci növbə vərəsələri kimi bacı qardaşları X21, X55, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızı, X15, X22, iddiaçı2, iddiaçı1 olmuşdur. MM-nin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İş materialları ilə müəyyən olunur ki, X55 ##.##.2000-ci il tarixdə vəfat etmiş, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məlik qızı, X2 və Əliyeva İnarə Məlik qızı qalmış, X21 ##.##.1995-ci il tarixdə vəfat etmiş, övladları cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qalmış, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızı ##.##.2000-ci il tarixdə vəfat etmiş, övladları X9, X10, X28, X6 qalmış, X22 ##.##.2006-cı il tarixdə vəfat etmiş, övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 qalmış, X15 ##.##.2004-cü il tarixdə vəfat etmiş, övladları Məmmədov İlqar Siyaş oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qalmış, iddiaçı1 ##.##.2024-cü ildə vəfat etmiş, övladları Məmmədov İlham Səyyar oğlu, Hüquqi varis və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qalmışdır.

53. Məhkəmə kollegiyası mirasın qəbulu ilə bağlı qeyd edir ki, hazırkı iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarı qəbul edilərkən icraatda olduğundan və vərəsələr qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiyi üçün bütün vərəslər mirası qəbul etmiş sayılırlar.

54. Məhkəmə kollegiyası hesab edir ki, X29 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmış və miras əmlak üzərində X55 övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məlik qızı, X2 və Əliyeva İnarə Məlik qızı 1/7 payı, X21 övladları cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 1/7 payı, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızının övladları X9, X10, X28, X6 1/7 payı, X22 övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 payı 1/7 hissədə, X15 övladları Məmmədov İlqar Siyaş oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 1/7 payı, iddiaçı1 övladları Məmmədov İlham Səyyar oğlu, Hüquqi varis və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1/7 payı, iddiaçı2 1/7 payı müəyyən edilməlidir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

57. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır.

58. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :

Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia və qarşılıqı iddia qismən təmin edilsin. X29 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində ikinci növbə qanun üzrə vərəsələr X55 övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məlik qızı, X2 və Əliyeva İnarə Məlik qızı payı 1/7 hissədə, X21 övladları cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 payı 1/7 hissədə, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızının övladları X9, X10, X28 və X6 payı 1/7 hissədə, X22 övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8 payı 1/7 hissədə, X15 övladları Məmmədov İlqar Siyaş oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4s payı 1/7 hissədə, iddiaçı1 payı 1/7 hissədə, iddiaçı2 payı 1/7 hissədə müəyyən edislin. İlkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar