Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1218/2025 25.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçım cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə və miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X12 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və üçüncü şəxs qismində işə cələb edilmiş X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə və miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(021)-530/2025 nömrəli qətnaməsindən üçüncü şəxs qismində işə cəlb edilmiş X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 1933 saylı 10 avqust 2024-cü il tarixli məktubdan görünür ki, 10 avqust 2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, 05 may 2020-ci il tarixdə vəfat etmiş X3nun vəfatından sonra irs qalmış miras əmlaka dair Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə almış vərəsə tərəfindən onun mirası faktiki idarə etməyi barədə məlumat verilmədiyindən və ya ona da digər vərəsələrlə bərabər qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət edilmədiyindən onun adı miras qoyanın əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməsi tövsiyə edilir.
2. Bərdə rayon VVAQ Şöbəsinin 13 iyul 1988-ci il tarixli Хİİİ-ЖГ № 320130 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxx 1988- ci ildə Bərdə rayonunda doğulmuşdur. X3, anası isə Cavabdeh2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 iyul 1988-ci ildə 402 nömrə ilə qeyd edilmişdir.
3. ********** qeydiyyat nömrəli 07 oktyabr 2024-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 223.5 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,081 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 hər birinin ½ hissədə paylı mülkiyyətindədir.
4. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m olan qeyri-yaşayış binası X5 xüsusi mülkiyyətindədir.
5. 12 yanvar 2021-ci il tarixli 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05 may 2020-ci ildə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh2 və qızı Cavabdeh3 mərhum Şahin Süleymanovdan miras qalmış Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi ümumi sahəsi 0,0066 ha olan torpaq sahəsindən onlara çatası ½ hissələrdə miras payları (irs) almalıdır.
6. 12 sentyabr 2024-cü il tarixli 2V-1804 reyestr nömrəli və 2V-1805 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh2 və qızı Cavabdeh3 mərhum Şahin Süleymanovdan miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 223,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən onlara çatası ½ hissələrdə miras payları (irs) almalıdır.
7. 12 yanvar 2021-ci il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, 2V-42 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 05 may 2020-ci ildə vəfat etmiş X5 vəfatından sonra Cavabdeh3 ona çatası miras payını Cavabdeh2 bağışlamışdır.
8. Daşınmaz əmlakın 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 62,1 kv.m olan qeyri-yaşayış binası və 0,0044 ha torpaq sahəsini 40000 manata X1.
9. ********** qeydiyyat nömrəli 19 fevral 2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binası X9 xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3ndan onlara miras qalmış ünvan 5 ünvanında yerləşən evə, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən mağazaya və digər əmlaklara vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 05 may 2020-ci ildə xəstəlik nəticəsində vəfat etmişdir. Mərhum atasından Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən 81 saylı mənzil və mağaza miras qalmışdır. Atasının vəfatından sonra 3 vərəsəsi qalmışdır. Miras əmlaka anası Cavabdeh2 və bacısı Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almışlar. Ayrı təsərrüfatda olduğundan onu vərəsə kimi qeyd etdirməmişlər. O, hazırda atasının vərəsəsi olmaq istəyir. Vərəsəlik şəhadətnaməsi ona gələcəkdə miras əmlakdan pay hüququ əldə edilməsi üçün lazımdır. Mirası o və ailə üzvləri faktiki olaraq idarə edir. Mirasla bağlı notariusa müraciət etməmişdir. Atasından qalmış miras əmlakı qəbul etməyi barədə “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etsə də oradan imtina verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir.
12. İddiaçı daha sonra iddia həcminin artırılmasına dair ərizə verərək, mərhum X3ndan onlara miras qalmış ünvan 7 ünvanında yerləşən evə, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən mağazaya və digər əmlaklara vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsinə, müddətin bərpa olunmaqla cavabdehlərə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsində icraat zamanı X14 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
14. Bərdə Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(021)-530/2025 nömrəli (hakim F.Babaşov) qətnaməsi ilə iddia tələbi artırılmış həcmdə təmin edilməsi; Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2021-ci il tarixli, 2V-42 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli 2V-1804 reyestr nömrəli və 2V-1805 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr və xx.xx.2024- cü il tarixli 2V- 1804 reyestr nömrəli və 2V-1805 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 223,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ilə bağlı xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi; İddiaçı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddət üzürlü hesab edilib bərpa edilməklə mərhum X4 miras qalmış ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 223,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə; ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m olan qeyri-yaşayış binasına; Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsində İddiaçı və digər vərəsələrin vərəsəlik payı müəyyən edilməsi; Hazırki qətnamə mərhum X4 miras qalmış əmlaklara notarius tərəfindən vərəsələrin payları müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğu və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1159.1.1, 1225.1, 1225.3, 1229, 1230, 1243.1, 1243.2, 1243.3, 1248.1, 1255, 1274, 1291-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 216-220, 227, 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs qismində işə cəlb edilmiş X14 apellyasiya şikayəti verərək, qətnamənin “Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsində İddiaçı və digər vərəsələrin vərəsəlik payının müəyyən edilməsi” hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qanuni əsaslarla Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0066 hatorpaq sahəsini notarial qaydada iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 almışdır. Qeyri-yaşayış binasına və onun yerləşdiyi torpaq sahəsinə 19 fevral 2021-ci il tarixdən mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin əmlakı alarkən iddiaçı ilə cavabdehlər arasında mübahisə olduğundan xəbərsiz olmuşdur. Eləcədə, Notariat qaydasında alqı-satqı müqaviləsi bağlayarkən mülklə bağlı yüklülük və məhdudiyətin olubolmaması barədə məlumatlar yoxlanılmışdır. İddiaçı isə 4 ildən sonra məhkəmədə iddia qaldırmışdır. Belə olan halda, məhkəmənin onun adına mübahisəli mülkə dair bağlanmış alqı-satqı müqaviləsinin, dövlət reyesterində aparılmış qeydin və müvafiq çıxarışın etibarsız hesab edilməsi barədə gəldiyi hüquqi nəticə əsassız olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 izahat verərək bildirmişdir ki, Bərdə rayonu, Güloğlular kəndində 0,0066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasını 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 50000 manata almışdır. Həmin məbləğin 10000 manatını əvvəlcədən vermiş, 40000 manatını isə alqı-satqı müqaviləsi bağlanarkən vermişdir. Buna baxmayaraq məhkəmə onun mülkiyyətində olan həmin əmlakıda vərəsələr arasında bölmüşdür. X6 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əslində X2 qeyriyaşayış sahəsini istəmir. Satışdan əldə olunan puldan ona çatası məbləği anası və bacısı Aygündən tələb edir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, atasından miras qalmış əmlakları o və anası qəbul etmişdir. Bərdə rayonu, Güloğlular kəndində 0,0066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyriyaşayış binasını 50000 manata anası Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında X1.
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X11 izahatında bildirmişdir ki, ərindən miras qalmış əmlakları o və qızı Ayğün qəbul etmişdir. Bərdə rayonu, Güloğlular kəndində miras qalmış 0,0066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasını mülkiyyətinə keçirdikdən sonra 50000 manata X1.
23. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasıına baxmayaraq, Cavabdeh2 və Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
29. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
41. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər:
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya baxışının hədləri
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi “Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsində İddiaçı və digər vərəsələrin vərəsəlik payının müəyyən edilməsi” hissədə mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X5 05 may 2020-ci ildə ölümündən sonra ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 223,5 kv.m olan 3 otaqlı fərdi yaşayış ev, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 81 kv.m olan qeyri-yaşayış binası, Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyriyaşayış binası və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsi miras qalmışdır. Miras qoyanın üç nəfər birinci növbə vərəsəsi, yəni arvadı Cavabdeh2, uşaqları Aygün və İddiaçılardır. Vərəsələrdən Cavabdeh2 və Cavabdeh3 mirasın qəbulu ilə bağlı Bərdə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin müraciət etmişdir. Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsinə dair hər birinin payı ½ hissədə olmaqla sonuncuların adına xx.xx.2021-ci il tarixli, 2V-42 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadəthamə, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 223,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə dair hər birinin ½ hissədə payları olmaqla Cavabdeh2 adına xx.xx.2024-cü il tarixli 2V-1804 reyestr nömrəli, Cavabdeh3 adına isə 2V-1805 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh3 Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsindəki miras payını 12 yanvar 2021-ci il tarixdə anası X8 bağışlamışdır. Sonuncunun adına reyestr nömrəsi **********92-06301 olan 18 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş və bunun əsasında da Cavabdeh2 mülkiyyətində olan həmin qeyriyaşayış sahəsini və onun yerləşdiyi torpaq sahəsini 19 yanvar 2021-ci il tarixdə 50000 manata X1. (Müqavilədə 40000 manat göstərilsədə, 10000 manat əvvəlcədən avans verilib) Əmlak hazırda Cahid Həsənovun mülkiyyətindədir və buna dair onun adına (tam) reyestr nömrəsi **********92-06301 olan, 19 fevral 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
49. Miras əmlakdan pay hüququ əldə edilməsi ilə bağlı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən üçüncü şəxs X14 apellyasiya şikayəti vermişdir.
50. Kollegiya qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
51. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsi vərəsəlik qaydasında, daha sonra isə miras payın bağışlanması müqaviləsi əsasında tam olaraq Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra sonuncu həmin əmlakı 19 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında 50000 manata Cahid Həsənova satmışdır.
52. Kollegiya hesab edir ki, iddia tələbini qeyd olunan hissədə təmin edərkən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsi mirasın kütləsinə aid olmamışdır. Çünki, qeyd olunan əmlak artıq 2021-ci ildən qanuni əsaslarla Cahid Həsənovun mülkiyyətinə keçmişdir.
53. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
54. Məhkəmə kollegiyası işin bu vəziyyətində diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir.
55. X13 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
56. Həmçinin qeyd olunmalıdır ki, əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.
57. Hazırkı halda, X14, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh2 50000 manata satın almışdır.
58. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, habelə və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair Cavabdeh2 ilə X14 arasında notarial qaydada 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən hazırkı iş üzrə iddiaçının miras əmlakla bağlı iddiası olmamışdır. Qeyd olunan həmin əmlakın iddiaçının iradəsi olmadan (mirasda payının olması baxımından) özgəninkiləşdirilməsi X10 məlum olmamışdır. Çünki, yuxarıda da qeyd edilənlərdən də görünür ki, 19 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan 3 il 9 aya yaxın müddət keçdikdən sonra iddiaçı mirasla bağlı mübahisə açmışdır.
59. Bütün bu qeyd olunanlara əsasən demək olar ki, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs, həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir.
60. X14 19 yanvar 2021-ci il tarixli əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əmlakı əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır. Belə olan təqdirdə isə qeyd olunan əmlak mirasın kütləsi kimi vərəsələr arasında paylara bölünə bilməsdi. Mirasdan məhrum olan şəxs digər vərəsələrdən yalnız zərər tələb edə bilər.
61. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Qeyd olunanlara əsasən məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(021)-530/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsində İddiaçı və digər vərəsələrin vərəsəlik payının müəyyən edilməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(021)-530/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Bərdə rayonu, Güloğlular kəndində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi 0,0066 ha torpaq sahəsində İddiaçı və digər vərəsələrin vərəsəlik payının müəyyən edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.