Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1223/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva (Hüseynova) Asya İmran qızına, X9, X10, X6, X11, X7, X4, X12, X3, X1 qarşı vərəsə olaraq pay hüquqlarının tanınması, bütün maneə və müdaxilələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-45/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva (Hüseynova) Asya İmran qızına, X9, X10, X6, X11, X7, X4, X12, X3, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum X5 məxsus olan və Qazax rayonu, Canallı kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə onun vərəsə olaraq pay (mülkiyyət) hüquqlarının tanınması, mülkiyyət hüququ ilə mərhum Fəzilə İmran qızna məxsus olan və Qazax rayonu, Canallı kəndində yerləşən 0,25 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə onun istifadə və sahiblik edilməsi ilə əlaqədar bütün maneə və müdaxilələrin aradan qaldırılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı ilə (hakim Fəxri Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh, Əliyeva (Hüseynova) Asya İmran qızına, X9, X10, X6, X11, X7, X4, X12, X3, X1 qarşı vərəsə olaraq pay hüquqlarının tanınması, bütün maneə və müdaxilələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata cavabdeh X13 aid hissəsində xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, vaxtı ilə Leyli Orucovaya qarşı irəli sürülməyən bir iddia tələbi hazırki iddia tələbində yeni iddia kimi qoyulsa da, məhkəmə bu tələbi də MPM-nin 261.0.2ci maddəsinə əsasən qiymət vermişdir. Çünki torpaq sahəsi ilə orada yerləşən fərdi yaşayış evinə istifadə və sahiblik edilməsi ilə əlaqədar bütün maneə və müdaxilələrin aradan qaldırılması tələbi ümmumiyyətlə hazırki iş üzrə cavabdehlərə qarşı heç bir məhkəmədə irəli sürülməmiş və bununla bağlı indiyənədək hər hansı bir məhkəmə qərarı olmamışdır.Yəni hazırki iş üzrə tərəflər arasında belə bir mübahisə olmamışdır. Bu tələb yeni tələbdir və Qazax rayon Məhkəməsində də, hazırkı iş üzrə baxılaraq yekunlaşmışdır. Deməli, tərəflər arasında eyni əsasların və eyni predmetin prosessual qanunvericiliyin normalarına istinad etməklə xitam olunması nəticəsinə gəlinməsi, onun hüquqlarını əsassız olaraq tapdalayır. Odur ki, Qazax Rayon Məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Qazax rayon məhkəməsinin 2(023)-428/2020 saylı 21 may 2020-ci il tarixli qətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1992-ci il tarixli 07 saylı qeydiyyat vəsiqəsinə əsasən X2 miras qalmış, Qazax rayonunun Canallı kəndində yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququnun tanınması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3160/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, üçüncü şəxs X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(023)-428/2020 nömrəli qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh X13 qarşı bacısı X2 miras qalmış Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlaka vərəsəlik hüququ müəyyən edilməklə miras əmlaka tam olaraq vərəsəlik hüququnun tanınması barədə iddiası təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3131/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3160/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qazax Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(023)- 45/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 03 mart 2023-cü il tarixli 2(023)- 45/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, əvvəlki məhkəmə araşdırmaları İddiaçı cavabdeh X13 qarşı vərəsəliyin müəyyən edilməsi və vərəsəlik üzrə miras pay verilməsi tələbi üzrə aparılmışdır. Hazırkı iş üzrə də İddiaçı iddia tələbi vərəsə olaraq pay hüquqlarının tanınması, bütün maneə və müdaxilələrin aradan qaldırılmasıdan ibarətdir və həmin tələb digər cavabdehlərlə bərabər cavabdeh qismində X13 da yönəlmişdir. Göründüyü kimi, İddiaçı həm əvvəlki, həm də hazırkı iş üzrə iddia tələbi vərəsəliyin müəyyən olunmasından ibarətdir. Həmçinin, X15 həm əvvəlki, həm də hazırkı iddia tələbi üzrə cavabdeh qismində iştirak edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin həmin hissəsi üzrə icraata cavabdeh X13 aid hissədə xitam vermişdir. İddiaçı şikayətinin dəlillərində hazırki tələbinin yeni tələb olduğunu, cavabdeh Leyli Orucovaya münasibətdə iş üzrə icraata xitam verilməsinə əsas olmadığını bildirsə də məhkəmə kollegiyasının araşdırması zamanı həmin dəlil öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 03 mart 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 398.0, 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263,264, 397,398.0.1, 400 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d i: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 03 mart 2023-cü il tarixli 2(023)-45/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1223/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1223/2023
26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver