Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1237/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-55/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən Cavabdeh istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, onun əşyaları ilə birlikdə həmin evdən çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam boşaldılaraq bizə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılsın və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi qət edilmişdir . Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-55/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən təkrarən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş 2(125)- 55/2023 saylı mülki işə baxılarkən, iş üzrə cavabdeh Yusibov X2 Respublikasında olmuş, hazırda da Türkiyə Respublikasındadır. Dövlət Sərhəd Xidməti izlənilərsə Cavabdeh hansı tarixdən Türkiyə Respublikasına getməsi və işə baxılarkən, o cümlədən hal-hazıradək Azərbaycana qayıtmamasını müəyyən etmək olar. Hazırda Cavabdeh etibarnamə göndərmişdir ki, həmin etibarnamə əsasında Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilsin. O, məhkəmə qətnaməsi ilə tanış olsa da, apellyasiya şikayəti vermək üçün səlahiyyəti olmadığından (etibarnamə olmadığından) hərəkətsiz qalmışdır. Cavabdeh Azərbaycan Respublikasında olmadığından, Cavabdeh əvəzinə başqa şəxs qətnaməni qəbul etmişdir. Lakin Cavabdeh özü və ailə üzvləri (anası və bacısı) Türkiyə Respublikasındadır. Hazırda Cavabdeh nümayəndəsi və vəkili tərəfindən qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)- 55/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verir və xahiş edir ki, buraxılmış müddəti üzürlü hesab edərək qətnamədən şikayət vermə müddətini bərpa edilsin və iş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-55/2023 saylı qərardadı ilə (hakim Xədicə Səfərli) Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 həmin qərardaddan şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-55/2023 saylı qərardadının ləğv edilməsini və ya əks təqdirdə şikayətin aidiyyəti üzrə Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasında olmadığından, Cavabdeh əvəzinə qətnaməni başqa şəxs qəbul etmişdir. Lakin Cavabdeh özü və ailə üzvləri (anası və bacısı) Türkiyə Respublikasındadır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadını qanunsuz hesab edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5424/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-55/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qətnaməni aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti verməli olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək, qanunla müəyyən olunmuş apellyasiya şikayətini vermə müddətini üzürlü səbəb olmadan ötürmüş və müddətin bərpasına dair ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı bir mötəbər sübüt əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti Cavabdeh tərəfindən xəbərnaməyə imza etdirilməklə, xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində, yəni xx.xx.2023-cü il tarixədək apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayətini sonradan xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermiş, bununla da, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Ona görə də,Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-55/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən hazırkı apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi isə, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il il tarixli qətnaməsinin surəti Cavabdeh tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə qəbul edilmiş, onun həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 55/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, bundan sonra, onun vəkili və nümayəndəsi Vəkil1 Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən hazırkı apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi isə, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Cavabdehin uzun müddət ölkə xaricində yaşaması barədə şikayətin dəlilləri buraxılmış prosessual müddətin bərpasına prosessual hüquqi əsas vermir. Belə ki, o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün xx.xx.2023-cü il tarixdə vəkili ilə hüquqi xidmət barədə müqavilə bağlamış, vəkil tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-55/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-55/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına baxmayaraq, yeni şikayət yalnız xx.xx.2024-cü il tarixdə, yəni 7 ay sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmuşdur ki, bu da onu deməyə əsas verir ki, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Cavabdeh tərəfindən vəkilinə Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixli etibarnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-55/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-55/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1237/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1237/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver