Məhkəmə qərarları › İş №2(104)-1243/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1243/2024

20.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1243/2024 20.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh2, Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(125)-383/2024 nömrəli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 81/03 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(125)-383/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 81/03 nömrəli, 10 dekabr 2021-ci il tarixli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(125)-383/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(125)-383/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 10-1.1. maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2. maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual müddətlər imperativ xarakterə malik olduqlarından həmin müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPMdə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. İşdən müəyyən olunur ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin 31 yanvar 2024cü il tarixli 2(125)-383/2024 nömrəli qətnaməsinin surətini poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 20 fevral 2024-cü il tarixdə imza edərək qəbul etmişdir. Eləcədəı qətnamə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə 14 fevral 2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vaisitəsilə 27 mart 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, şikayət mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq qətnamənin surətini sonuncunun nümayəndəsinin elektron kabinetə yerləşdirmişdir. İddiaçı müddət ötürülməklə apellyasiya şikayəti versədə, lakin müddətin bərpasına dair ərizə verməmişdir. Ona görədə kollegiya hesab edir ki, apellyasiya şikayətini geri qaytarmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(125)-383/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar