Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1248/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-266/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyətdə olan pay torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-266/2025 nömrəli qətnaməsi (hakim Taleh Musayev) ilə, iddia tələbinin qismən təmin edilməsi, Şəmkir şəhəri 20 Yanvar küçəsində qeyri-yaşayış binasına dair Cavabdeh1 ilə Cavabdeh3 arasında Şəmkir rayon 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1318 reyestr nömrəli, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi, Şəmkir şəhəri Şəmkir küçəsində yerləşən həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında Şəmkir rayon 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1316 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında Şəmkir rayon 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1391 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və Şəmkir şəhəri ərazisində yerləşən 0.0240 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında Şəmkir rayon 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1317 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti yoxlanılarkən Cavabdeh3 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 tərəfindən “AZEMİS” – Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun formada təqdim edilməmişdir. Belə ki, həmin şikayət Azərbaycan Respublikasının MPM-in 02 saylı Əlavəsində müəyyən edilmiş texniki tələblərə və forma göstəricilərinə uyğun olaraq sistem üzərindən elektron qaydada tərtib olunaraq təqdim edilməmiş, əksinə, kağız daşıyıcıda hazırlanaraq fiziki imza ilə təsdiqləndikdən sonra yalnız skan edilmiş formatda elektron kabinetə yüklənmişdir. Bu isə prosessual qaydaların pozulması ilə nəticələnmiş və şikayətin formal baxımdan düzgün təqdim olunmadığını göstərmişdir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 02 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-266/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-266/2025 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1248/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1248/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver