Məhkəmə qərarları › İş №2(104)-1266/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1266/2024

20.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1266/2024 20.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər X7, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 (maraqlı şəxs Ağstafa rayon Notariat ofisi) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər X7, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 (maraqlı şəxs Ağstafa rayon Notariat ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mərhum X1 adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2002-ci ildə vəfat etmiş məhrum atası X4 ilə xx.xx.1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1965-ci ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi (hakim Zamiq Rəsulov) ilə, iddianın təmin edilməsi, xx.xx.2003-cü ildə mərhum X1 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair X5 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V- 03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X6, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqları tanınması qət edilmişdir. Daha sonra iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı əlavə qətnamənin çıxarılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, mərhum atası X1 adına qeydə alınmış yaşayış evi üzrə miras əmlakın 1965-ci ildə valideynlərinin birgə nikahı dövründə əldə etdiklərini nəzərə alaraq, mərhum anası X3 da yaşayış evi üzrə ½ payı nəzərə alınmaqla, həmin ½ hissə pay üzrə miras sahibi kimi anasından qalan miras əmlakın da mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qərardadı ilə, iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının ünvan 2 ünvanında yerləşən, mərhum atası X1 adına qeydə alınmış yaşayış evi üzrə miras əmalkın 1965-ci ildə valideynlərinin birgə nikahı dövründə əldə etdiklərini nəzərə alaraq, mərhum anası X3 da yaşayış evi üzrə ½ payı nəzərə alınmaqla, həmin ½ hissə pay üzrə miras sahibi kimi anasından qalan miras əmlakın da mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə əlavə qətnamə çıxarılması barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən narazı qalan iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə xahiş etmişdir. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)- 20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in)357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızına göndərilmiş və iddiaçı tərəfindən qətnamənin hansı tarixdə qəbul edilməsi müəyyən edilməmiş, sonuncu tərəfindən apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da apellyasiya şikayətənin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülüb-ötürülməməsini yoxlanılmadan birinci instansiya məhkəməsi şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində daxil olmuşdur ki, bununla da apellyasiya şikayətənin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin ötürülüb-ötürülməməsini yoxlanılmadan birinci instansiya məhkəməsi şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunmalıdır ki, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Azərbaycan Respublikasının MPM-in 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən , apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmiş, lakin həmin apellyasiya şikayəti mülki iş materiallarına əlavə edilməmiş və MPM-nin tələblərinə uyğun olaraq qiymət verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı və cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-20/2024 nömrəli müraciətdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)- 20/2024 nömrəli qərardadından iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı tərəfindən verilmiş şikayət xx.xx.2024-cü ildə Ağstafa Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayətin uyğunluğunun yoxlanılması üçün mülki işin Ağstafa Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının MPM-in 384.0.6-cı maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikasının MPM-in 402.2.5-ci maddəsinə görə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363, 364,366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1266/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və cavabdeh X5 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinin yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar