Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1266/2025 30.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra- Birlik) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 1 ünvanında yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evinə 07 iyun 2021ci il tarixdə Zenner G4T markalı **********2 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Birlik ilə cavabdeh arasında 23 noyabr 2024-cü il tarixdə 8S-25-14654/24 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə(bundan sonra- Müqavilə) imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. 28 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, abonent Cavabdeh(cavabdehin) 2024-cü ilin dekabr ayına təbii qazdan istifadəyə görə 2947,65 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Birlik, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, 2947,65 manat debitor borcun və ödənilmiş 49,47 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birlik tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Gəncə X3 İdarəsi ilə Cavabdeh (kod: **********10000) arasında GX-25-14654/24 saylı 23 noyabr 2024-cü il tarixli Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlaçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh İddiaçı Gəncə X3 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X3 İdarəsinə 2947,65 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə 06 dekabr 2024-cü il tarixli, HŞ-xx/xx-0213 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(040)- 341/2025 nömrəli iş üzrə qəbul etdiyi 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbinin təmin edilməsi, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2947,65 manat borc, həmçinin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 49,47 manat dövlət rüsumunun pul əvəzi, cəmi 2997,12 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarında olan sübutlarla və məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 2947,65 manat debitor borcunun olduğu öz təsdiqini tapmışdır. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.11, 1.14, 13.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə ədalətli araşdırma aparmamış, cavabdehin iştirakı olmadan keçirilmiş məkəmə nəticəsində iddiaçının xeyrinə qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdehin iddiaçı quruma heç bir borcu yoxdur və borcun mənbəyi barədə onda hər hansı məlumat yoxdur. Məhkəmə hesablanmış borcu əsassız və etibarsız sayaraq ləğv etməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Birlik apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən cavabdehin yaşadığı fərdi yaşayış evinə 07 iyun 2021-ci il tarixdə Zenner G4T markalı **********2 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Birlik ilə cavabdeh arasında 23 noyabr 2024-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəməyi öhdəsinə götürmüşdür. 28 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, abonent Cavabdeh(cavabdehin) 2024-cü ilin dekabr ayına təbii qazdan istifadəyə görə 2947,65 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materialları ilə müəyyən olunur ki, cavabdehin Müqavilə üzrə ödənilməmiş öhdəliyi var və istehlak etdiyi qazın dəyərini ödəmək cavabdehin vəzifəsidir. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Kəlbəcər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2025ci il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1266/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1266/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver