Məhkəmə qərarları › İş №2(104)-1267/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1267/2024

28.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1267/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı X8nın, onun nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlunun, Cavabdeh* və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı X8nın cavabdehlər Cavabdeh*, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin *9.02.2024-cü il tarixli, 2(0*5)-**/2024 saylı qətnaməsindən Cavabdeh* nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin *9.02.2024-cü il tarixli, 2(0*5)-**/2024 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilməsi, X*6 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin etibarsız sayılması, Cavabdeh* adına verilmiş 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarışın ləğv edilməsi, iş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan *26 (yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh* tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinədarlığı agentliyi, VÖEN *40*55507*, Kod 2*0005, м/h АZ4*NАBZ0*360*0000**********, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN *70032662*, hesab АZ34CТРЕ**********000208850* saylı hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh* nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin *9.02.2024-cü il, tarixli 2(0*5)-**/2024-saylı qətnaməsinin bütövlükdə ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X8 cavabdehlər Cavabdeh*, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X9 adından 23.02.20*6-cı il tarixdə verilmiş Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyində verilmiş vəsiyyətnamənin etibarsız sayılması, vərəsəlik hüququ əsasında verilmiş vəsiyyətnamənin və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X*6 onun atasıdır. Atası 04.0*.2020-ci il tarixdə vəfat etmişdir. X*9 isə atası ilə rəsmi nikahda olmuşdur. Vəfat etdikdən sonra onun adına Ağstafa rayon Köhnəqışlaq kəndində, yəni 0,20 ha torpaq sahələri miras qalmışdır. Bundan başqa mərhum atası Ağstafa rayon Köhnəqışlaq kəndində 0,2029 ha torpaq sahəsi üzərində ümumi sahəsi 77,* kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak tərəfindən qəbul edilmiş və mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilmişdir. Lakin miras əmlakı adına qeydə alınmasını vacib bilməmişdir. Belə ki, mərhum atasının anası ilə rəsmi nikahlarından 4 övladı olmuş və onların aralarında heç bir mülki mübahisə yoxdur. Hal-hazırda anası onunla birlikdə Qazaxıstan Respublikasında yaşayır. Cavabdeh onun atasının ikinci həyat yoldaşıdır və onların birgə yaşadığı dövrdə övladları dünyaya gəlməmişdir. Atası vəfat etdikdən sonra o, hazırki cavabdehə öz şəxsi evinə getməməyi və atasına məxsus yaşayış evində ölənədək yaşamağı məsləhət görüb ki, ev sahibsiz qalmasın. Bundan başqa cavabdehə məxsus Tovuz rayonu Xatınlı kəndində yaşayış evi vardır. O, 2022-ci ilin ortalarında həmişə olduğu kimi ata yurduna gəlib və miras əmlaka sahib çıxmaq üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edərkən ona bildirmişlər ki, iki qətnamə mövcuddur. Həmin qətnamələr ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, bu işlə bağlı vəsiyyətnamə mövcuddur. O, həmin vəsiyyətnamənin əminliklə saxta olduğunu bildiyi üçün Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyinə yaxınlaşıb və qeydiyyat kitabının surətini verilməsini xahiş etmişdir. Qeydiyyat kitabının surətindən də göründüyü kimi, 04 saylı qeydiyyata alınan iş başqa adamın adına məxsusdur. Hal-hazırda iş üzrə cavabdeh ortaya vəsiyyətnamə çıxarıb ki, vəsiyyətnamədə 23.02.20*6-cı ildə atası tərəfindən şəxsən imzalanmaqla yazıldığı göstərilmişdir. Belə ki, həmin vəsiyyətnamə tərtib olunarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmayıb və saxta şəkildə tərtib olunmuşdur. Vəsiyyətnamə tərtib olunarkən notariat kontoruna məxsus blankdan istifadə olunmaqla şahid kimi tanımadığı şəxslər iştirak edib və vəsiyyatnaməni imzalayıb. Bu da qanuna zidd hərəkətdir. Hətta həmin vəsiyyətnamə mərhum atasının əvəzinə imza da atılmaqla, saxtalaşdırılmışdır. Eyni zamanda Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı qətnamələri ilə Əsəd Abbasovdan miras qalmış torpaq sahəsinə və yaşayış evinə cavabdehin vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilsə də, tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsi qeyd edilən hər iki qətnamələri ləğv etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh* nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmışdır. Belə ki, iddiaçı mərhum atasından ona çatası mirası tələb edir. İddiasını onunla əsaslandırır ki, atası vəfat etdikdən sonra hazırkı cavabdeh onun atasının ikinci həyat yoldaşı Cavabdeh* atasına məxsus əmlakda ölənədək yaşamasını bildirmişdir. Amma iddiaçı onun mərhum atasının öz həyat yoldaşı Cavabdeh* verdiyi vəsiyyətnaməni bilərəkdən görməzdən gəlməsi və vəsiyyətnamənin saxta adlandırması və belə bir tələblə məhkəməyə müraciət etməsini əsassız hesab edirlər. Ona görə ki, mərhum X9 Cavabdeh* verdiyi vəsiyyətnamə ekspert rəyində də qeyd edildiyi kimi mərhumun özü tərəfindən icra olunması da öz əksini tapmışdır. Bununla yanaşı bildirmişlər ki, mərhum X9 vəfatından 4 ildən çox bir vaxt ötmüşdür və onun həyat yoldaşı Cavabdeh* mirası faktiki vəsiyyət üzrə qəbul etmiş və ona sahiblik etməyi bu günə kimi davam etdirməklə yanaşı həmin mirası DƏDRX-də öz mülkiyyətinə almaqla qanuna uyğunluğu həyata keçirmişdir. Həmin evdə iddiaçı ümumiyyətlə yaşamamışdır. Həmin fərdi yaşayış evi onun və mərhum həyat yoldaşı X*6 tərəfindən daşlarına kimi öz əməyilə dağdan daşınaraq inşa olunmuşdur. Bundan başqa mərhum həyat yoldaşı X* öz ayaqları ilə gəlmiş Ağstafa rayonu Köhnə-Qışlaq kənd icra nümayəndəliyində 23 fevral 20*6-cı il tarixdə öz imzası ilə və iradə ifadəsi ilə vəsiyyətnamə vermişdir. Mərhum nə edə bilər ki, dövlətin hansısa bir məmurunun öz işinin qanuni öhdəsindən gələ bilməməsi səbəbindən bu gün onun acı nəticəsini çəksin. Vəsiyyətnaməni tərtib edən kənd icra nümayəndəsi və onun müavinidir, belə ki, vəsiyyətnamədə sadəcə imza müavinindir, ancaq möhür isə kənd icra nümayəndəsinindir. O ki, qaldı onun kitaba salınmaması və qeydə alınmaması mərhumun səhvi deyildir, o dövlət təşkilatında öz iradə ifadəsini artıq vermiş və bunu da imzalamışdır. Keçmişdə vəsiyyətnaməni eləcə dəftərin bir vərəqində ölən şəxs sözlə yazıb imza edərdi, onu da tanıyırdılar. İndi isə hansısa məmurun səhlankarlığı səbəbindən vəsiyyətnamənin etibarsız sayılması sadəcə gülüncdür. Umumilikdə isə Mülki Məcəllənin prinsiplərinə ziddir. Ölən şəxsi bir daha geri qaytarmaq mümkün deyildir, onun sağlığında verdiyi və ekspert tərəfindən də təsdiqlənən imza nümunəsidə əsas verir ki, vəsiyyətnamə mərhum tərəfindən verilmişdir. O vaxtında bilsəydi ki, həmin günü onun verdiyi vəsiyyətnamə kənd icra nümayəndəsi tərəfindən düzgün tərtib edilməyibdir onda o da hər bir halda daha da ağıllı olan bir qruma müraciət edərdi. Hər bir halda o yaşlı bir insan olmuşdur və evinə də yaxın olduğu üçün o, kənd icra nümayəndəliyinə etibar etmişdir. O vəfat etsə də belə onun sağlığındaykən ötürdüyü iradə ifadəsi hələ də qüvvədədir. Çünki həmin vəsiyyətnamədən başqa yaxşı və ya pis başqa vəsiyyətnamədə yoxdur. Müvafiq dövlət təşkilatının səhlənkarlığı və səhvi səbəbindən o əziyyət çəkməməlidir. Hansı ki, o vəsiyyət üzrə mirası vaxtında qəbul etmiş və adına çıxarış belə alaraq, mirasa tam sahiblik etdiyi halda, məhkəmə onun qanuni mülkiyyət hüquqlarını belə pozaraq sözü gedən qətnaməni çıxarmışdır. Hansı ki, iddiaçı tərəfindən həmin iddia tələbi verilərkən mirasdakı müddətlər hələ Məcəllə ilə qüvvədə idi və o da həmin müddətlərin, yəni istər mirasın qəbulu üzrə, istərsə də vəsiyyətnamənin olmasını məhkəmənin nəzərinə çatdırmışdır. Vəsiyyətnamə o zaman saxta və etibarsız sayılardı ki, vəsiyyət edən şəxs başqa şəxs olsun və ya həmin şəxsin imzası olmasın və vəsiyyətnamənin qeydiyyat tarixi olmasın. Göründüyü kimi, şahidlərdə ifadə edirlər ki, mərhumun özü tərəfindən vəsiyyətnamə imzalanmışdır. MM-nin **86-cı maddəsində belə qeyd edilir ki, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya da bilər, o ki, qaldı mərhumun öz imzası və şahid ifadələri də təsdiq edir ki, vəsiyyətnamə mərhum tərəfindən verilmişdir, amma onun vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən hansı formada təsdiqlənməsi üçün mərhum və ya o, özü hazırda məsuliyyət daşımırlar və ya buna görə də nə üçün mülkiyyət hüququndan məhrum edilməlidir. O orada 30 ildən çox əziyyət çəkmiş, yaşamış və hazırda da yaşayır, belində daş daşımışdır. Bundan başqa vəsiyyətnamənin qeydə alınma tarixidə yerindədir. Əsas isə hansısa tarixin qeydə alınmasıdır. Ona görə də hesab edir ki, maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmış məhkəmə qətnaməsinin ləğv olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəsinin və maraqlı şəxs Ağstafa Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh* və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası kollegiyasının iclasında iştirak etmiş iddiaçı X8 və onun nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlu şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.*.*-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmin Məcəllənin 385.*.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan Ağstafa RİHB-nın Köhnəqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyul 2020-ci il tarixli *05/g saylı arayışından görünür ki, mərhum X*6 həqiqətən ölən günə qədər Köhnəqışlaq kəndində yaşamış və onun adına 0* saylı təsərrüfatbaşına kitabın 0* səhifəsində 0,65 ha torpaq sahəsi, *988-ci ildə tikilmiş ümumi sahəsi 32 kv.m olan yaşayış evi qeyd olunmuşdur İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-**4 KOD 502*00*8 saylı Dövlət Aktından görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 3* yanvar *998-ci il tarixli 0* nömrəli qərarı ilə X*6 və Cavabdeh* 0,45 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-996A KOD 502*00*8 saylı şəhadətnamədən görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 3* yanvar *998-ci il tarixli 0* nömrəli qərarı ilə X*0 0,20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu Köhnəqışlaq kəndində yerləşən yaşayış evini, bağını, pay torpağını, Köhnəqışlaq kəndində yaşayan *7 sentyabr *992-ci ildə ailə qurduğu həyat yoldaşı Cavabdeh* vəsiyyət edir. İş materiallarında olan Ağstafa RİHB-nın Köhnəqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *5 yanvar 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 04 yanvar 2020-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 4/648 saylı rəyi müəyyən olunmuşdur ki, 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamədə “İmza” qarafasında “X*6” yazılarının önündəki imza X*6 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri *26 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası mərhum X*6 özünə məxsus Ağstafa rayonu Köhnəqışlaq kəndində yerləşən yaşayış evini və pay torpağını qeyri-rəsmi olaraq yaşadığı Cavabdeh* vəsiyyət etmiş, həmin vəsiyyətnamə 23.02.20*6-cı il tarixdə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyində X6 imzası, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuşdur. Qeyd edilən vəsiyyətnamə təsdiq olunarkən Ağstafa rayonu Köhnəqışlaq kənd sakinləri X** və X*3 şahid qismində iştirak etmişlər. X*6 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən 0,2029 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 77,* kv.m olan yaşayış evi, JN-**4 kod 502*00*8 nömrəli Dövlət Aktı ilə 0,45 ha və torpağın mülkiyyətə verilməsinə dair JN996A kod 502*00*8 nömrəli şəhadətnamə ilə 0,20 ha torpaq sahələri miras qalmışdır. Əsəd Abbasovun vəfatından sonra Cavabdeh* ərizə ilə məhkəməyə müraciət edərək ondan miras qalmış yaşayış evinə və torpaq sahələrinə vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilərək müvafiq şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)- *0**/202* saylı qətnamələri ilə Əsəd Abbasovdan miras qalmış torpaq sahəsinə və yaşayış evinə Cavabdeh* vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Qətnamələr üzrə Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarış almışdır. Bundan sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ləğv edilərək ərizələr baxılmamış saxlanılmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarında göründüyü kimi, barəsində mübahisə edilən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən şəxs orada iştirak etsə də qanunvericiliyə zidd olaraq vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən deyil, yerli icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən tərtib edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən vəsiyyətnamədə olan imzanın Əsəd Abbasov tərəfindən imzalanmaması mübahisələndirildiyindən, həmin halın obyektiv həll olunması üçün mülki iş üzrə məhkəmə xəttşunaslıq ekpertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində imzanın Əsəd Abbasova aid olması göstərilsə də, həmin ekspertin rəyi kifayət qədər aydın və ya tam deyildir. Məhkəmə tərəfindən vəsiyyətnamənin qanunvericiliyin tələblərinə əsasən verilməməsi aşkar olunduğundan və onun həqiqiliyinə şübhə yarandığından əlavə ekspertizanın təyin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və sübutların qiymətləndirilməsi zamanı müəyyən edilmiş qaydalar üzrə qiymətləndiriləcəkdir. Qanunla notariat hərəkətlərinin aparılması yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə edilsə də, həmin tələblər pozularaq qeyd edilən hərəkətlər onun müavini tərəfindən aparılmışdır. Belə ki, notariat hərəkətlərinin aparılması yuxarıda qeyd edilən əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə olunmuşdur. Lakin, hazırki vəsiyyətnamə tərtib və təsdiq edilərkən aparılan notariat hərəkətləri nümayəndə tərəfindən deyil onun müavini tərəfindən aparılmışdır. Yəni vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən tərtib və təsdiq olunmuşdur. Müavinə belə bir səlahiyyət verilməmişdir. Müavin yalnız bir halda, yerli icra hakimiyyəti başçısının nümayəndəsi məzuniyyətdə və ya digər səbəbdən işdə olmadığı halda müvafiq əmrlə onu əvəz etdiyi halda, müavin onun səlahiyyətlərini həyata keçirə bilər. Hazırki vəziyyətdə yerli icra hakimiyyəti başçısının nümayəndəsi işdə olduğu halda, müavin vəsiyyətnaməni təsdiq etmiş, yerli icra hakimiyyəti başçısının nümayəndəsi isə onu möhürlə təsdiqləmişdir. Halbuki, qanunvericilikdə bir səxs tərəfindən vəsiyyətnaməni təsdiq edərək imzalanması, digər şəxs tərəfindən möhürlənməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilməklə “Notariat haqqında” Qanunun *5-ci maddəsinin və ondan irəli gələn “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndinin tələbləri pozulmuşdur. Məhkəmə X*6 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin qeydiyyatdan keçməsinə dair reyestr jurnalı tələb olunaraq baxış keçirilmişdir. Jurnala keçirilmiş baxış zamanı isə vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs barədə məlumatlara dair notariat hərəkətlərinin aparılması həmin reyestr jurnalında aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 ifadəsində göstərmişdir ki, o, 20*3-20*8-ci illərdə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində işləmiş, hal hazırda isə orada mühasib vəzifəsində işləyir. X*5 Kərimovaya Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində vermiş olduğu vəsiyyətnamə onun tərəfindən hazırlanaraq imzlanmış və nümayəndəliyin möhürü ilə təsdiq olunmuşdur. Lakin vəsiyyətnamə hər hansı reyestr kitabına qeyd edilməmişdir. Göründüyü kimi, vəsiyyətnamənin təsdiq edilməsi barədə aparılan notariat hərəkəti müvafiq reyestrdə qeyd edilməmiş və müstəqil nömrə verilməmişdir. Belə ki, vəsiyyətnamənin qeydə reyestr kitabında 03-04 nömrələri ilə qeyd edilməsi göstərilsə də nümayəndəliyin notariat hərəkətlərinin aparılmasına dair reyestr kitabına baxış zamanı həmin nömrələrdə, vəsiyyətnamənin qeydə alınması deyil, digər şəxslərin imzalarının təsdiq edilməsi qeyd olunmuşdur. Reyestrə, qeydə alınmamış notariat hərəkəti onun doğruluğnu, düzgünlüyünü şübhə altına alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərmişdir ki, o, X*5 Kərimovaya vəsiyyətnamə verən zaman Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində şahid kimi olmasını, vəsiyyətnaməni icra nümayəndəsinin müavini Şəadət Əliyev təsdiqləməsini, vəsiyyətnamə tərtib və təsdiq edilərkən Cavabdeh* da orada iştirak etməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi videodiskə baxış keçirilmişdir. Çəkilişdən görünür ki, iddiaçı atasının evində olan zaman çəkiliş aparılıb. Ailəvi toplantı, masa arxasında, süfrə açaraq mehriban şəkildə söhbət edirlər, bağa gəzinti edirlər. Hətta cavabdeh çəkiliş zamanı bildirir ki, gəlin ata yurduna sahib çıxın, bu sizin evinizdir. Cavabdeh evə hər hansı bir iddiası olması barədə fikir bildirmir. Video çəkiliş vəsiyyətnamə verilməsindən sonrakı dövrdə aparılsa da, vəsiyyətnamə barədə söhbət açılmır. Məhkəmə hesab edir ki, X*7 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə verilərkən “Notariat haqqında” Qanunun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulduğundan həmin vəsiyyətnamə etibarsız sayılmalıdır. Göründüyü kimi, Cavabdeh* 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ilə onun vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Bundan sonra həmin qətnamələr icra edilərək Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra iddiaçı tərəfindən Məhkəmə qətnamələri yuxarı instansiya məhkəməsində mübahisələndirilərək apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ləğv edilərək ərizələr baxılmamış saxlanılmışdır. Yəni, çıxarışların və vərəsəlik haqqında şəhadətnamələrinin verilməsinə əsas olmuş məhkəmə qətnamələri ləğv edilmişdir. Bu səbəbdən həmin çıxarış və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **66-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin **67-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin **68-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin **79.*-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmion Məcəllənin **79.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin **80.*-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin **80.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndində əsasən bu əsasnamənin 5.*-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun *8-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun *8-ci maddəsinə əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. Həmin Qanunun 47-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən şəxs orada iştirak etsə də qanunvericiliyə zidd olaraq vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən deyil, yerli icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən tərtib edilmişdir. Həqiqətən də işdə olan X9 özünə məxsus Ağstafa rayonu Köhnəqışlaq kəndində yerləşən yaşayış evini və pay torpağını Ağstafa rayonu Köhnəqışlaq kəndində yaşayan Cavabdeh* vəsiyyət etməsinə dair vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə vəsiyyət edən X2 ilə Ağstafa rayonu Köhnəqışlaq İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən iki şahidin yanında yazılmış, vəsiyyət edən tərəfindən vəsiyyətnaməni tərtib etmiş şəxs və şahidlərin yanında imzalamışdır. Kollegiya qeyd edir ki, vəsiyyətnamənin bu qaydada tərtib edilməsi Mülki Məcəllənin **80.2-ci maddəsinin tələbinə uyğundur. Belə ki, Mülki Məcəllənin həmin maddəsində göstərilir ki, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır, yəni vəsiyyət edən özü iştirak etdiyi halda belə vəsiyyətnamənin notarius tərəfindən tərtib edilməsinə yol verilir. Vəsiyyətnamənin mərhum X*6 tərəfindən şəxsən imza edilməsi birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə yanaşı iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizsasının rəyi ilə də təsdiq olunur. Qaldı ki, vəsiyyətnamənin İcra Başçısının inzibati ərazi üzrə nümayəndəsi tərəfindən yox, onun müavini tərəfindən imza edilməsinə kollegiya onunla bağlı qeyd edir ki, ümumiyyətlə vəsiyyətnamə şəxsin ölüm hadisəsi baş verdiyi halda əmlakı barədə sərəncam verməsidir. Vəsiyyət edən şəxsin ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə etdiyi sərəncam iradəvi aktdır, vəsiyyət edən şəxsin iradə ifadəsidir. İddiaçı tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilmiş mərhum X*6 tərəfindən yazılmış əlyazma məktublardan görünür ki, artıq 8 ildir Azərbaycandadır, övladları ona nəinki baş çəkmir. Hətta onun məktublarına cavab yazmırlar. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi dəlillərindən biri vəsiyyətnamənin reyestrdə qeydiyyata alınmamasıdır. Kollegiya qeyd edir ki, vəsiyyətnamənin təsdiq edildiyi gün, yəni 23.02.20*6-cı il tarixdə X*6 əmlakına dair vəsiyyətnamə qoyması üçün Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində olması həm işdəki sənədlər, həm də birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur. Bundan başqa Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, X*6 tərəfindən *4 manat dövlət rüsumu da ödənilmiş, vəsiyyətnamədə şahid kimi imza edən şəxslər X** və X7 imzalarının təsdiq edilməsinə dair qeyd 03,04 nömrəsi ilə reyestrə daxil edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X** 20*6-ci ilin fevral ayında imza təsdiq ilə bağlı müraciət etmədiyini, yalnız X*6 vəsiyyətnamə qoyarkən həmin vaxtı icra nümayəndəsi olmuş Tural Həsənovun təklifi ilə şahid qismində vəsiyyətnaməyə imza etdiyini göstərmişdir. Həmin vaxtı X9 vəsiyyətnaməni ailəsinə verdiyini bilmiş, X9 digər vərəsələrinin olmasından məlumatı olmadığını göstərmişdir. Qeyd olunanlar bir daha onu təsdiq edir ki, X*6 yaxın ərazidə notariat ofisi olmadığına görə həqiqətən də notariat orqanının funksiyasını yerinə yetirən icra nümayəndəliyinə vəsiyyətnamə qoymaq üçün getmiş, vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı Cavabdeh* vəsiyyətnamənin qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini göstərsə də, lakin onun həmin dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamışdır. Vəsiyyətnamə ləğv edilmədiyindən iddia tələbinin çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi hissədi də təmin edilə bilməz. İddiaçı X8 miras mülkdən məcburi pay tələb etmədiyindən məhkəmə kollegiyası həmin hissəyə dair münasibət bildirməmişdir. Lakin bununla belə kollegiya hesab edir ki, iddiaçının, eləcə də mərhumun digər vərəsələrinin mirasdan məcburi paylarının müəyyən edilməsi üçün iddia ilə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığına və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh* nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin *9.02.2024-cü il tarixli, 2(0*5)-**/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın.. İddiaçı Abbasovaın Gülnara Əsədovnanın cavabdehlər Cavabdeh*, Ağstafa RİHBnın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan *26 (yüz iyirmi altı) manat məbləğində pul iddiaçı X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinədarlığı agentliyi, VÖEN *40*55507*, Kod 2*0005, м/h АZ4*NАBZ0*360*0000**********, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN *70032662*, hesab АZ34CТРЕ**********000208850* saylı hesabına keçirilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar