Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1274/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(040)-82/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh arasında 05 may 2022-ci il tarixdə AKX- 04022xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər;
2. İddiaçı Gəncə X4 İdarəsinin Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən 24 mart 2023-cü il tarixdə tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh sayğacdan kənar əlavə xətdən istifadə etməsi, dayağın içərisi ilə rezin boru ilə xəttin akşarlandığı müəyyən olunmuş və itirilmiş təbii qazın həcmi 28728 kubmetr həcmində müəyyən olunmuşdur;
3. Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 24 mart 2023-cü il tarixli ******* nömrəli Akt əsasında itirilmiş təbii qazın həcmi 28728 (iyirmi səkkiz min yeddi yüz iyirmi səkkiz) kubmetr miqdarında müəyyən olunmuşdur;
4. 29 sentyabr 2023-cü il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent (№ **********09970) Cavabdeh hesabına 2023-cü ilin aprel ayında 3477,36 manat cərimə borcu yazılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, itirilmiş təbii qaza görə hesablanmış 3477,36 manat borcun və 54,78 manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Gəncə X4 İdarəsi ilə Cavabdeh (kod: **********09970) arasında 05 may 2023-cü il tarixli, AXK-04022xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələridir (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində qaz təsərrüfatına 24 mart 2023-cü il tarixdə baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə (imzadan imtina barədə akta qeyd aparılmaqla) ******* saylı akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edildiyi üçün 28728 kubmetr itirilmiş qazın bərpası üçün 3447,36 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Borcun ödənilməsi barədə HŞ-01/13-713 saylı, 12 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu verilməsinə baxmayaraq, borcun ödənişi təmin edilməmişdir. Hal-hazırda cavabdehin İddiaçınə ümumilikdə ödənilməmiş 3447,36 manat borcu vardır. Borc əsaslıdır və ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal-hazırkı vaxta qədər ödəniş etməməsi İddiaçı maliyyə dayanıqlığına mənfi təsir göstərir və götürülmüş öhdəliklərin vaxtında icra olunmasına mane yaradır.
7. Kəlbəcər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(040)-82/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 500 (beş yüz) manat və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 530 (beş yüz otuz) manat pul vəsaiti alınıb İddiaçı “ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************” nömrəli bank hesabına ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.11, 1.14, 1.20, 3.1, 6-1.1, 6-1.2, 6-2.1, 13.3, 13.9, 22-1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X2” haqqında Qərarının 1.1, 4.8, 4.9, 6.5, 6.5-2 və 6.5-4-cü bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə etməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Lakin, dövlət tərəfindən köçkün və onlara bərabər tutulan şəxslərə kommunal xərclərini qarşılamaq üçün köməklik göstərilmiş, ünvan üzrə (həmin ünvanda 7 nəfər qeydiyyatda olmaqla 420 manat) ayrılmış müavinət abonent tərəfindən təyinatı üzrə istifadə edilməmişdir. 2023-cü ilin mart ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək cavabdehin abonent hesabına işlənmişdir. İstehlakçının qanunsuz hərəkətləri nəticəsində vurulmuş 28728 m3 itirilmiş qazın bərpası üçün 3447.36 manat dəymiş ziyanın ödənilməsi Cavabdeh tələb edilmişdir. Cavabdeh Bahadir oğlu sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə etmiş, nəticədə tələb olunan borc məbləği yaranmışdır. Aşkarlanmış sayğacdan kənar əlavə xətlə bağlı abonentin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) yerində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, faktiki istismarda olan qazişlədici avadanlıqların qeydiyyatı aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdeh tərəfin izahatında sahə nəzarətçisi Elçin adlı şəxsin (soyadı barədə məlumat qeyd edilməmişdir) ondan əlavə xəttən istifadə etməsinə şərait yaratdığını qeyd etmiş, lakin məhkəmə tərəfindən həmin şəxs məhkəməyə çağırılmamış, onun da ifadəsi alınmamışdır. Bununla bağlı iş materiallarının araşdırılması məqsədilə qətnamədə adı qeyd olunan (soyadı barədə qeyd aparılamışdır) işçilər- Elçin Bağırovun (əvvəlki dövrlərdə əraziyə xidmət göstərən), Elşən Əliyevin (hal-hazırda əraziyə xidmət göstərən) izahatları alınmışdır. Adları qeyd olunan şəxslər izahatlarında barələrində yazılanların şər və böhtan olduğunu, cavabdehlə nə zəng, nə də real görüşmədiklərini, ondan hansısa məbləğ müqabilində qazdan qanunsuz istifadə etməsinə şərait yaradılmadığı, əksinə belə halların qarşısının alındığını bildirmişlər. Ünvana “smart” tipli sayğac quraşdırıldığından (əvvəlcədən ödəniş) sayğacın üzərinin oxunması və sərfiyyatla bağlı bildiriş təqdim olunmadığından ərazi üzrə qaz təsərrüfatının nəzarətçiləri abonentlə təmasda olmurlar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 24 mart 2023-cü il tarixdə qaz təsərrüfatına baxış keçirilərkən ünvan 1 ünvanında sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) ******* saylı akt tərtib edilmişdir. Akta sasən sayğacdan kənar əlavə qaz xətt vasitəsilə qazdan qanunsuz istifadə edildiyi üçün 28728m3 itirilmiş qazın bərpası üçün 3447.36 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Sayğacdan kənar əlavə xətdən istehlakçının ünvanında olan qaz işlədici avadanlıqlarda- PQ-4, tutumlu su qızdırıcıda (İran istehsalı) və kombidən istifadə edilmişdir. Borcun ödənilməsi barədə HŞ-01/13-713 saylı, 12 oktyabr 2023-cü il tarixli xəbərdarlıq verilməsinə baxmayaraq borcun ödənişi təmin edilməmişdir. Hal-hazıradək cavabdehin İddiaçınə ümumilikdə ödənilməmiş 3447.36 manat borcu vardır. Cavabdeh özü etiraf etmişdir ki, yaranmış borcun 500 manat olmasını qəbul edir. Cavabdeh 500 manat vəsaitin Elçin adlı şəxsə qanunsuz xəttən istifadə etməsi müqabilində verdiyini bildirmişdir. Bununla bağlı qətnamədə adı qeyd edilən qaz təsərrüfatının nəzarətçiləri Elşən Əliyev və Elçin Bağırovun izahatları alınmışdır. Həmin şəxslər cavabdehin onlara hər hansı məbləğdə pul vermədiklərini bildirmişdirlər. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablanır. Lakin, həmin norma 2024-cü ilin iyun ayından sonra yaranmış hallara şamil edilir. Əvvəlki normada həmin müddət 24 saat olaraq göstərilmişdi. Bu səbəbdən də cavabdeh münasibətdə 24 saatlıq müddət tətbiq edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qaz xəttindən kənar əlavə xətdən istifadə etmişdir. Bunu iddiaçı təşkilatın işçisinin təklifi ilə etmişdir. Belə ki, həmin əməkdaş ona əlavə xətt çəkməsini və bu barədə idarəyə məlumat verməyəcəyini bildirmişdir. Bu təkliflə razılaşmış və 2022-ci ilin dekabr ayında əlavə xətt çəkmişdir. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları yoxlanışa gəlmişlər və əlavə xətt çəkilməsini aşkar etmişlər. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, hesablanmış məbləğdə qazdan istifadə etməmişdir, cərimə məbləğ həddindən artıq yüksəkdir. Cavabdeh təşkilat tərəfindən cərimə hesablanarkən əsassız olaraq qazdan istifadəni 24 saat və 9 ay müddətilə hesablanmışdır. Halbu ki, o kənar xəttdən təşkilatın əməkdaşlarının razılığı ilə 2022-ci ilin dekabr ayının ortalarında istifadə etməyə başlamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.
15. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”
17. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
18. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, “Təbii X2nın pozulması haqqında” 24 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 972 manat tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olan Cavabdeh yaşadığı evdə İddiaçı İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023-cü il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Bu səbəbdən də həmin tarixdə “Təbii X2nın pozulması haqqında” 24 mart 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərək qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq cavabdehin abonent hesabına 3477,36 manat borc yazılmışdır. İddiaçı təşkilat istehlakçının borcu ödəmədiyini əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
33. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
34. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
35. İşin hallarından göründüyü kimi abonent Cavabdeh istifadəsində olan qaz sayğacına qanunsuz qoşulma halı aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin İddiaçı tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir.
36. Çünki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.
37. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçının (abonent kodu **********09970) sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar olunması ilə əlaqədar qaz işlədicilərdən PQ-4 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 270 gün qəbul edilməklə, kombinin maksimal saatıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, QSSQ (İran istehsalı) maksimal saatıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 28728m3 dəymiş ziyan müəyyən olunmuşdur.
38. Göründüyü kimi, istehlakçının təbii qaz vasitəsilə işlətdiyi məişət əşyaları - qaz piltəsi, kombi və QSSQ (İran istehsalı) olmuşdur. Cavabdeh İddiaçı tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən qeyd olunmuş məişət əşyalarının orta günlük iş rejimi sərfiyyatı 24 saat müddətlə hesablanmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qaz piltəsi, kombi və QSSQ adlı qaz işlədicilərin orta günlük iş rejiminin 24 saat hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, qaz sayğacı fərdi yaşayış evinə quraşdırılmışdır. Belə olan halda fərdi yaşayış evində sözügedən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan hal deyil. Bundan başqa, iş materiallarında olan abonent saldosu adlı sənədə əsasən abonentin müvafiq aylar üzrə sərf etmiş olduğu qaz sərfinin həcmi ilə İddiaçı tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən nəzərə alınmış qaz sərfiyyatı həcmi (24 saat) sistemli şəkildə tədqiq olunduqda kənar xətt qoşulmasına görə müəyyənləşdirilmiş qaz sərfiyyatının həddən artıq dərəcədə çox hesablanmış olması təsbit edilir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz işlədicilər olan PQ-4 qaz piltəsinin 8 (səkkiz) saat, kombinin 24 (iyirmi dörd) saat, QSSQ-nin (İran istehsalı) isə 12 saat gündəlik sərfiyyatının hesablanması inandırıcı və ağlabatandır. Həmçinin məişət əşyalarının hər birinin gündəlik qaz sərfiyyatının orta günlük iş rejiminin bu həddə hesablanması abonentin saldo üzrə müvafiq aylara görə sərf etmiş olduğu qaz həcmi ilə də uyğun gəlir.
41. İstehlakçı Cavabdeh gündəlik təbii qaz sərfiyyatının yuxarıda göstərilən həcmdə sərf olunmasını nəzərə alındıqda bu sərfiyyata görə ödənilməli olan məbləğ (1.2 x 8 x 90=864; 2.6 x 24 x 90=5616; 1.5 x 12 x 90=1620. 864+5616+1620=8100. 8100 x 0.12=972) 972 manatdır.
42. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 972 manat tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
43. Bundan əlavə, Cavabdeh məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilir.
44. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.
45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54.78 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 2(040)-82/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “Təbii X2nın pozulması haqqında” 24 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 972 (doqquz yüz yetmiş iki) manat və ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.