Məhkəmə qərarları › İş №2(104)-1275/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1275/2023

03.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1275/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 nömrəli Tovuz ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-525/2014 nömrəli qiyabi qətnaməsi ilə (hakim Nofəl Mustafayev) ərizə təmin ediləsi, JN-1232A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mərhum atası X1 miras qalmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 nömrəli Ərazi İdarəsində onun adına qeydə alınması qət edilmişdir. Maraqlı şəxs6 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-525/2014 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və əmlakın naturada bölünərək adına qeydı alınması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-525/2014 nömrəli qiyabi qətnaməsinin ləğv olunması barədə Maraqlı şəxs6 tərəfindən verilmiş ərizənin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs6 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və qərardadın ləğv edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-525/2014 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-2762 nömrəli qərardadı ilə (hakimlər, sədrlik edən Rəhman Muradov, Ədil Məmmədov və Fikrət Mehtiyev) şikayət təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-525/2014 nömrəli qərardadının tam, xx.xx.2022-ci il tarixli, 2(062)-525/2014 nömrəli qərardadının qismən – şikayətin təmin olunmayan hissəsində ləğv edilməsi və Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-525/2014 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə Maraqlı şəxs6 ərizəsinə qanunun analogiyası tətbiq edilməklə baxılıb hüquqi qiymət verilməsi üçün mülki işin Tovuz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-525/2014 nömrəli qərardadı ilə Maraqlı şəxs6 tərəfindən verilmiş ərizə təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-525/2014 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-333/2022 nömrəli qərardadı ərizə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və əmlakın naturada bölünərək adına qeydə alınması tələbinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması, eyni zamanda Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(062)-525/2014 nömrəli qiyabi qətnaməsi üzrə icra dönüş həyata keçirilməsi və həmin qətnamə əsasın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Ərizəçi adına verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 nömrəli Tovuz ərazi İdarəsi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 nömrəli Tovuz ərazi İdarəsi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət müddət ötürülmədən verilmişdir. Belə ki, qərardad İdarəyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Tovuz Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(062)- 333/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 mart 2023-cü il tarixli 2(062)- 333/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 nömrəli Tovuz ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış, şikayət isə xx.xx.2023-cü il tarixdə rabitə orqanına verilmişdir. Beləliklə, şikayət qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə verilmiş, bununla belə üzürlü səbəbdən buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikasının MPM-in 130.3-cu maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-in 363.1, 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri çərçivəsində düzgün nəticəyə gəlmişdir. Ona görə də, Məhkəmə Kollegiyası şikayətin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 mart 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 396, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 mart 2023-cü il tarixli 2(062)-333/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar