Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1287/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək 16 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Tecno Spark 20 C” markalı telefon cihazın qalıq borcu 363,59 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı MMC məhkəməyə şikayət edərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi geri qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, qərardadda göstərilir ki, "ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh qismində göstərilmiş T.İsmayılovun poçt ünvanı 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı ünvan 1 ünvanı göstərilməmiş və faktiki yaşayış ünvanı baradə rəsmi arayış sənədlərə əlavə edilməmişdir." Bununla bağlı qeyd etmişlər ki, cavabdehlə müqavilə imzalanan zaman onun faktiki yaşayış ünvanı qeyd edilməmişdir. Şəxsin yaşayış ünvanı dəyişkən ola bilər və bu yalnız onun özünün deməsi ilə müəyyən oluna bilər. Bu zaman şəxsin həqiqətən də, öz həqiqi faktiki ünvanını qeyd edib-etməməsini müəyyən etmək çətin olur. İddiaçının özünün də belə bir imkanı yoxdur. Şəxsin təqdim edəcəyi hər hansı arayış da onun yaşayış yerini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə şəxsin yaşayış yeri aşaöıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Buna görə də hesab etmişlər ki, cavabdehin faktiki yaşayış ünvanının qeyd edilməməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas ola bilməz. Bundan əlavə bildirmişlər ki, cavabdehin qeydiyyat ünvanı qeyd edilməsə də, onun barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı bildiriş ona qeydiyyatda olduğu yerin icra nümayəndəsi vasitəsi ilə çatdırıla bilər. Belə ki, bir çox rayon məhkəmələrində bu təcrübədən istifadə edilir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-1940/2025 saylı qərardadı ilə qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadı qismən ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi o, nəticəyə gəlmişdir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdehin qeydiyyat ünvanı qeyd edilsə də, hazırda yaşadığı faktiki ünvanı qeyd edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin: 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilən məlumatlardan müəyyən edilir ki, hazırki işdə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Qanunvericiliyin yuxarıda qeyd olunun tələbindən görünür ki, iddia ərizəsində cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları tələb olunur. İddia ərizəsinə cavabdehin eyniləşdirmə məlumatları qeyd olunmuş, iş materiallarının 9-cu vərəqində iddia ərizəsinə cavabdehin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsinin tələblərinə uyğun olmamasını qeyd etsə də, kollegiya tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaydalara uyğun olaraq təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər təqdim olunarkən mülki prosessual qaydalar pozulmamışdır. Odur ki, qərardad ləğv edilməli və iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsinin tələblərinə uyğunluğuna baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 149, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1940/2025 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlük məsələsinə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1287/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1287/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver