Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1289/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “bağışlamadan imtina olunması” tələbinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)- 1323/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarış"ın surətindən görünür ki, ünvan 1 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Qazax rayon notariat kontorunda 4Ə-612 reyestr nömrəli notariat işi üzrə xx.xx.2017ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan, 0,072 ha torpaq sahəsini və torpaq sahəsində yerləşən ümumi sahəsi 136,7 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"nın surətindən görünür ki, ünvan 1 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2019-cu il tarixdə dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"nın surətindən görünür ki, ünvan 1 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 oğlunun mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2020-ci il tarixdə dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qazax rayon məhkəməsinin 2(023)-264/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2883/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax rayon məhkəməsinin 2(023)-264/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 2883/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilmiş və iş yenidən axılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1570/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də Qazax rayon məhkəməsinin 2(023)-264/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1570/2022 saylı 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-612 reyestr nömrəli Daşınmaz amlakın bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən 0,072 ha torpaq sahəsi və ümumi sahəsi 136,7 kv.m-dən ibarət olan fərdi vaşayış evi qaynatası X3 və qaynanası X2 mülkiyyətində olmuş və həmin yaşayış evi tam mülkiyyət hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əri X5 adına keçmişdir. xx.xx.2015-ci il tarixdə X6 vəfat etdikdən sonra Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən fərdi yaşayış evin tam mülkiyyət hüququ onun adına keçmişdir. Həmin evi o, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 bağışlamışdır. Həmin müqavilənin bağlanması üçün qızı Günay onu aldatmış və ona təzyiqlər etmişdir. Günay onu notariat kontoruna apararaq, guya evi Banka girov qoyub kredit alıb özünə ev inşa etdirəcəyini bildirmişdir. Günay qızı olduğu üçün ona inanmışdır. Müqavilə bağlandıqdan hal-hazıradək o və oğlu Zaur həmin evdə yaşamışlar və evin bütün kommunal xərclərini o ödəyir. Bağışlama müqaviləsi barədə məlumatı olduqdan sonra o məhkəməyə müraciət edib bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən sonra ona məlum olmuşdur ki, həmin müqavilə bağlanarkən oğlanları Vüqar və Zaur Məmmədovlar həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, Cavabdeh1 guya həmin evdə tək onun qeydiyyatda olması barədə Qazax rayon Notariat Ofisinə saxta arayış təqdim etmişdir. Bununla da həmin bağışlama müqaviləsi bağlanarkən oğlanlarının evdən istifadə hüquqları pozulmuşdur. Hazırda cavabdeh həmin evi əri Cavabdeh2 oğluna bağışlamış, o da ona və oğlu Zaur Məmmədova qarşı evdən çıxarma tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hətta Cavabdeh2 işıq idarəsinə ərizə yazaraq onların evinə elektrik enerjisi verilməsini dayandırmışdır. Bu da onu göstərir ki, qızı Günay tərəfindən bu əqd pis niyyətlə bağlanmışdır və ailə hüquq münasibətlərini kobudcasına pozur. Belə ki, onun və oğlu Zaurun başqa yerdə evləri, mülkiyyətləri yoxdur, bunu qızı Günay da bilir, lakin buna baxmayaraq o, onun və oğlu Zaurun ailəsi ilə birlikdə evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2 dəfələrlə onu söyüb təhqir edərək evdən çıxmasını tələb etmiş, onu döymüş, evin pəncərəsini sındırmışdır. Bununla bağlı o, 102 xidmətinə və Qazax RPŞ-yə müraciət etmişdir. Onlar uzun illərdir həmin evdə yaşayırlar və onların mübahisəli evdən istifadə hüquqları vardır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1323/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “bağışlamaqdan imtina olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 673.3cü maddəsinə görə bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hazırki iş üzrə iddiaçı cavabdehə bağışlamadan imtina etməsi və bağışlama müqaviləsinin ləğv etmək istəməsi barədə hər hansı bildiriş göndərməmişdir. Nəzərə alınmalıdır ki, bağışlamaqdan imtina barədə iradənin ifadəsi məhz bildirişin göndərilməsi ilə həyata keçirilir, bildiriş göndərilməyibsə deməli imtina da mövcud deyil. Məhkəmə mövcud oİmayan imtinanı tanıya bilməz. Digər tərəfdən, iddiaçı bağışlamadan imtina etmək və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmək üçün Mülki Məcəllənin 673.3-cü maddəsində əzərdə tutulan müddəti də ötürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda Cavabdeh2 oğlunun mülkiyyətindədir və onun mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən müvafiq çıxarış verilmiş və həmin çıxarış hazırda qüvvədə olmaqla heç kim tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə iddiaçı ilə cavabdeh arasında həmin fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi mümkün deyil. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarş "bağışlamaqdan imtina olunması" tələbinə dair iddiası təmin edilməməlidir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının izahatına məhəl qoymamış və belə qənaətə gəlmişdir ki, "iddiaçı cavabdehə bağışlamadan imtina etməsi və bağışlama müqaviləsinin ləğv etmək istəməsi barədə hər hansı bildiriş göndərməmişdir. Nəzərə alınmalıdır ki, bağışlamaqdan imtina barədə iradənin ifadəsi məhz bildirişin göndərilməsi ilə həyata keçirilir, bildiriş göndərilməyibsə deməli imtina da mövcud deyil. Məhkəmə mövcud olmayan imtinanı tanıya bilməz. Digər tərəfdən, iddiaçı bağışlamadan imtina etmək və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmək üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulan müddəti də ötürmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda Cavabdeh2 oğlunun mülkiyyətindədir və onun mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə iddiaçı ilə cavabdeh arasında həmin fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi mümkün deyil". Hesab edilir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının qızı Günayla həmin ev ilə bağlı uzun müddətdir ki, mübahisələri var və Günay bilir ki, iddiaçı bağışlanma müqaviləsini məhkəmədə mübahisələndirmişdir və bununla bağlı iddiaçı Qazax RPŞ-nə müraciət etmiş, yəni Günay və onun əri Cavabdeh2 iddiaçının müqavilənin ləğv olunması istəyi barədə məlumatları olmuşdur. Əgər məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinin hərfi mənasına əsaslanırsa onda hesab edir ki, məhkəmə həmin işə baxmamalı, iddia tələbini mümkünsüz hesab edib işi geri qaytarmalı və bildirişin göndərilməsi təmin olunduqdan sonra işə baxa bilərdi. Bundan başqa, iddiaçı müddəti ötürməmişdir, Cavabdeh2 oğlu iddiaçıya, oğlu Zaur Məmmədova və Zeynəb Osmanovaya qarşı təxminən 2021-ci ilin oktyabr ayında məhkəmədə iddia qaldıraraq onları həmin evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra onalrın ailə hüquq münasibətlərinin kobudcasına pozulmasını bilmişdir və həmin işin məhkəmədə dayandırılmasına dair müraciət etdikdən sonra həmin iş məhkəmə tərəfindən dayandırılmış və avqust 2022-ci də iddiaçı bağışlanma müqaviləsindən imtina olunmasına dair məhkəməyə müraciət etmişdir, yəni Mülki Məcəlləsinin 673.3-cü maddəsində nəzərdə tutulan bir illik müddəti ötürməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən bu halların heç birinə qiymət verilməmiş, yalnız maddi hüquq normaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə cavabdehlərin işdə iştirak etməsini lazımı qaydada təşkil etməmiş, yalnız onların etirazlarına əsaslanmışdır. Məhkəmə işi obyektiv araşdırması üçün cavabdehlərin məhkəmədə iştirak etməsini təmin etməli idi. Bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi işə tam, hərtərəfli və obektiv baxmayaraq qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır. Apellayasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçı məhkməmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 666.l-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. İlk növbədə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə də haqlı olsa da, maddi hüquq normalarını düzgün əsaslandırmamış və maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı tələbində İddiaçı ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə- 612 reyestr nömrəli Daşınmaz amlakın bağışlanma müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin mübahisəyə mülki qanunvericliyin bağışlamanın ləğvi ilə bağlı müddəalarını tətbiq etməli olduğu halda, mülki qanunvericliyin bağışlamaqdan imtinaya dair müddəalarını tətbiq etmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, bağışlamanın ləğvi ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına bağışlamanın ləğvi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsidir. Həmin normada deyilir ki, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Göründüyü kimi mülki qanunvericilik başğışlamanın ləğvini iki meyarla əsaslandrımışdır. Hazırki iddia tələbinin təmin edilməsi üçün yuxarıda qeyd olunan mülki qanunvericiliyin normaları baxımından əsaslar yoxdur. Belə ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına əməl olunmadığına görə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1323/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1289/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1289/2023
22.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver