Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1289/2024 10.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: atalığın etiraf edilməsi faktının müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(125)-782/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1980-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1921-ci il təvəllüdlü X7 xx.xx.1980-ci il tarixdə ölmüşdür;
2. xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana qrafasında X8 qeyd olunmuş, ata qrafasında soyad, ad və ata adına dair qeydiyyat aparılmamışdır;
3. xx.xx.2023-cü il tarixli 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1921-ci il təvəllüdlü X3 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: oğlu Ərizəçi (xx.xx.1955);
4. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, xx.xx.1955-ci ildə Gəncə şəhərində anadan olmuş, barəsində xx.xx.1955-ci il tarixdə Maraqlı şəxsndə 3462 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, həmin vaxt valideynlərin nikahı olmadığından doğum haqqında akt qeydi tək ananın ərizəsi əsasında tərtib olunmuş, ana haqqında məlumatlar tam yazılsa da atanın məlumatları ananın deməsinə görə yazılmışdır. Odur ki, ərizəçiyə göstərilənlərlə bağlı yaşadığı ərazi üzrə məhəkəməyə müraciət etmək hüququ izah edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X17 ilə X6 ana-bala olmaları faktının, X6 1966-cı ildə ölməsi faktının, 23 avqust 1980-ci ildə vəfat etmiş X3 onun, yəni Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir.
6. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda, 0,0217 ha torpaq sahəsində yerləşən 139,1 kvm sahəli ev mülkiyyət hüququ ilə 1/5 paylarla ata tərəfdən nənəsi X11, atası X5, əmisi X16, əmisi X12 və əmisi X9 məxsusdur. Bu barədə Kirovabad şəhər məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarış vardır. Hazırda mülkiyyətçilərdən heç kim yaşamır, yaılnız o və əmisi oğlu X2. Əmisi oğlu ilə miras qalmış ev üstündə aralarında söz söhbət yaranmışdır. O, miras evi mülküyyətinə keçirib və əmisi Əvəzin payını oğlu Ceyhuna keçirilməsini istəyir. Lakin miras qoyanlara aid bəzi sənədləri notariusa təqdim edə bilmədiyindən notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Miras mülkdən ona düşən payı ona görə notariatda adına keçirə bilməmişdir ki, Ceyhun Əliyevlə aralarında paylara dair mübahisə yaranmışdır. O, onun vərəsə olmağını qəbul etməyib, yaşlı və xəstə olduğu üçün miras evi təkbaşına öz adına keçirtmək istəyirdi. Hazırda onlar barışmışlar və hərə öz miras payına sahib olmaq istəyir. Onun doğum haqqında şəhadətnaməsində ata qrafası boşdur.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Hüseyn onun qonşusudur, münasibətləri yaxşıdır. Hüseynin atası Daşdəmir, anası Solmaz idi. Daşdəmirin ata adını bilmir, amma soyadı Əliyev idi. Daşdəmir azı 15 ildir ki, vəfat edib. Hüseyn Daşdəmirin anası Gülxarın evində yaşayır. Həmin ev ata-baba evidir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Hüseyn onun qonşusudur, münasibətləri yaxşıdır. Hüseynin ata-anası eyni küçədə mağaza işlədirdi. Atası Daşdəmir, anası Solmaz idi. Daşdəmirin ata adını bilmir, anası Gülxar idi. Daşdəmir azı 15 ildir ki, vəfat edib. O, Solmazdan əvvəl vəfat etmişdi. Daşdəmirin qardaşı kimi Qənbərin adını eşitsə də, onu tanımır.
9. Gəncə Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(125)-782/2024 nömrəli qərardadı ilə Ərizəçi “X17 ilə X6 ana-bala olmaları faktının və X6 1966-cı ildə ölməsi faktının müəyyən edilməsi” tələblərinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
10. Gəncə Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(125)-782/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) Ərizəçi “23 avqust 1980-ci ildə vəfat etmiş X3 onun, yəni Ərizəçi atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.10, 308 və 311-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, atаlığın еtirаf еdilməsi fаktı еlə bir fаktdır ki, məhkəmə qаydаsındа müəyyən оlunmаsı üçün аidiyyəti rаyоn (şəhər) qеydiyyаt şöbəsinin dоğum hаqqındа şəhаdətnаmədə düzəliş аpаrılmаsındаn imtinа cаvаbı tələb еdilə bilməz. Çünki, həmin şöbə 70 il əvvəl dоğulmuş vətəndаşın, yəni onun dоğum hаqqındа şəhаdətnаməsinin bоş аtа qrаfаsınа хаhişi əsаsındа аtаsının аdını yаzmаq səlаhiyyətində dеyil. Bеlə qеydin аpаrılmаsı (əlаvənin еdilməsi) аncаq məhkəmə qаydаsındа mümkündür. 70 il əvvəl vеrilmiş dоğum hаqqındа şəhаdətnаmənin bоş аtа qrаfаsınа vətəndаşın sözü ilə vаlidеyninin аdını yаzаn vəzifəli şəхs vəzifəsində qаlа bilməz. Bеlə hərəkətə görə müəyyən hаllаrdа hаqqındа cinаyət işi də qаldırılа bilər. Qеydiyyаt Şöbəsi hеç bir hаldа onun ərizəsini təmin еdə bilməz, оnun ərizəsindən imtinа cаvаbının nə əhəmiyyəti vаr ki, məhkəmə bеlə bir cаvаb оlmаmаsınа görə ərizəni rədd еdir. Аtаsı uzun illər öz əmlаkı kimi еtirаzsız və fаsiləsiz sаhiblik еtdiyi mülkə 1/5 pаylа mülkiyyətçidir. Mirаs qоyаnlаrın hаmısı ölmüşlər, hаmısının (özlərinin və аilə üzvlərinin) bаrəsində ətrаflı аrаyışlаr vеrilmiş, аrаyışlаrdа həttа hansı şəxsin kimin uşаğı оlmаsı göstərilmişdir. Bir sözlə, ərizəsinə mаhiyyəti üzrə bахılmаsı üçün çаtışmаyаn hеç nə оlmаsа dа, məhkəmə аsаn bir işi bilə-bilə və yа hаkim üçün yеtərli bilgisi оlmаmаsı səbəbindən əngəlləmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. 14 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atаsı uzun illər öz əmlаkı kimi еtirаzsız və fаsiləsiz sаhiblik еtdiyi mülkə 1/5 pаylа şərikidir. Mirаs qоyаnlаrın hаmısı vəfat etmişlər, onlar (özlərinin və аilə üzvlərinin) bаrəsində ətrаflı аrаyışlаr vеrilmişdir. Miras evi mülkiyyətimə keçirib və əmisi Əvəzin payını oğlu Ceyhuna keçirilməsini istəyir. Lakin miras qoyanlara aid bəzi sənədləri notariusa təqdim edə bilmədiyindən notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Belə ki, ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafası boşdur, orada atası haqqında məlumatlar yoxdur. Lakin, 23 avqust 1980-ci ildə vəfat etmiş X3 oğludur və məhkəmə tərəfindən bu faktın təsdiq edilməsini istəyir. Sədrlik edənin suallarına cavab olaraq ərizəçi bildirmişdir ki, ona məxsus olan şəxsiyyət vəsiqəsində soyadı Əliyev, adı Hüseyn, ata adı isə Daşdəmir oğlu qeyd edilmişdir. Lakin, ona məlum olmayan səbəblərdən doğum haqqında şədatənamədə atası barədə məlumat göstərilməmişdir. X10 olduğunu bilən şəxslər var, onların məhkəmə iclasında şahid qismində iştirakını təmin edə bilər.
16. 24 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, doğulandan ünvan 3 ünvanda olan evdə yaşamışdır. Onlar ailələrində beş qardaş olmuşlar, qardaşları vəfat etmişdir. Sədrlik edənin suallarına cavab olaraq ərizəçi bildirmişdir ki, hal-hazırda ata yurdunda, yəni ünvan 4 ünvanda yerləşən evdə yaşayır. Onun uşağı yoxdur.
17. 24 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki, Ərizəçi ailədə beş qardaş olmuşlar - İsbəndiyar, Rauf, Nurəddin, Bəxtiyar və Hüseyn. Onlardan dördü vəfat etmişdir, sağ qalan yalnız Hüseyndir. Onların atalarının adı Daşdəmir olmuşdur və onlarla qonşu olmuşdur. Mərhum Daşdəmirin anasının adı Gülxar, arvadının adı Solmaz idi. Daşdəmir Əliyev də, həyat yoldaşı Solmaz xanımda da vəfat edib. Sədrlik edənin suallarına cavab olaraq şahid Vaqif Babayev bildirmişdir ki, foto şəkildəki şəxslər sağdan sola doğru birinci şəxs Daşdəmirdir, sonra Hüseyndir, digər şəxsi tanımır. Daşdəmir Əliyev təxminən 1980-ci ildə vəfat etmişdir.
18. 24 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki, Ərizəçi 4 qardaşı - İsbəndiyar, Rauf, Nurəddin və Bəxtiyar olmuşdur və onlar vəfat etmişlər. Ərizəçi onların qonşusu olmuşdur, onun atası isə Daşdəmir əmi idi. Daşdəmir əmi vəfat edəndə onun təxminən 13 yaşı var idi. Ərizəçi anası isə Solmaz xala olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq şahid Kamal Ələsgərov bildirmişdir ki, Hüseynin anası Solmaz xala təxminən 6-7 il qabaq vəfat etmişdir və onun yas mərasimində iştirak etmişdir. Ərizəçi atası Daşdəmir əmi çoxdan vəfat edib, o həmin vaxt onun az yaşı olmuşdur. Ancaq, yas mərasimi ilə bağlı qurulan çadırı xatırlayır.
20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmin orqan məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
23. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
24. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
25. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
32. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
33. Maddə 307.2.10. Atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.
34. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
35. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə və mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Onun anası X8 olmuşdur. Ərizəçi doğulmasına dair xx.xx.1955-ci il tarixdə Maraqlı şəxsndə 3462 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, həmin vaxt valideynlərin nikahı olmadığından doğum haqqında akt qeydi tək ananın ərizəsi əsasında tərtib olunmuş, ana haqqında doğum akt qeydində məlumatlar yazılsa da, lakin ata barədə məlumatlar ananın deməsinə görə yazılmışdır. Ərizəçinin anası Solmaz Əliyeva vəfat etmişdir. Həmçinin ərizəçinin öz atası hesab etdiyi xx.xx.1921ci il təvəllüdlü X7 da xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında məlumatlar göstərilmədiyini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni, atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.
45. Daha sonra Plenum qeyd etmişdir ki, ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər.
46. Hazırkı işdə Ərizəçi xx.xx.1921-ci il təvəllüdlü və xx.xx.1980-ci il tarixdə vəfat etmiş X3 onun atası olduğunu bildirir və bunun əsası kimi iş üzrə dindirilmiş şahid ifadələrinə istinad edir.
47. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
49. Ərizə üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması məqsədilə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər dindirilmişdir.
50. Məhkəmə kollegiyası şahid ifadələrini sistemli şəkildə tədqiq edərək qeyd edir ki, şahidlər verdikləri ifadələrdə ərizəçinin anasının mərhum Solmaz Əliyeva, atasının isə mərhum X7 olduğu, habelə ərizəçinin mərhum Daşdəmir Əliyevin anası Gülxar Əliyevaya məxsus evdə yaşadığı bildirmişlər.
51. Məhkəmə kollegiyası qeyd edir ki, bu məlumatlar mərhum X3 ərizəçinin atası olması qənaətinə gəlmək üçün kifayət qədər güclü, aydın və bir-birinə uyğun sübutlar hesab edilə bilməz. Ona görə ki, şahidlər verdikləri ifadədə mərhum X3 Ərizəçi atası olduğunu bildirsələr də, lakin bu məlumatlar onların şəxsi mülahizələrinə əsaslanır. Başqa sözlə, şahidlərin verdikləri ifadədədəki məlumatlar hər hansı etibarlı mənbələrdən qaynaqlanmır. Xüsusilə diqqət yetirilməli haldır ki, apellyasiya baxışı zamanı dindirilmiş şahidlərə məsələnin həlli ilə bağlı sədrlik edən tərəfindən müvafiq suallar verilmiş, lakin şahidlər verilmiş suallar barədə ətraflı məlumata sahib olmadıqlarını bildirmişlər ki, bu da əslində həmin şahidlərin məsələnin həlli barədə mühüm əhəmiyyət daşıyan hallar barədə məlumatsız olduqlarını göstərir.
52. Göründüyü kimi, hazırkı işdə atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi üçün «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında nəzərdə tutulmuş üç şərt məcmu halda mövcud deyildir.
53. Nəzərə almaq lazımdır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
56. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
57. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
58. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ərizə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki ərizəçi ərizədə göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
59. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(125)-782/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.