Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-13/2025 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Işin halları
1. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-IY ****** nömrəli ## ##### 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ## #### 1991-ci il tarixdə anadan olmuş, atası X1, anası X6r.
2. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X8 ## ###### 2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar.
3. Doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, cavabdeh3 ## ###### 2008-ci il tarixdə anadan olmuş, atası X1, anası X8.
4. Doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, cavabdeh2 ## ###### 2012-ci il tarixdə anadan olmuş, atası X1, anası X8.
5. Doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, cavabdeh4 ## ######## 2016-cı il tarixdə anadan olmuş, atası X1, anası X8.
6. ##.##.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanındakı 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evi X1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
7. ##.##.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
8. Şəmkir rayonu * saylı notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli ## ######## 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 Mayıl Bəhman oğluna məxsus və ünvan 1 14 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini satın almışdır.
9. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ## ###### 2021-ci il tarixdə vəfat etmişdir.
10. İddiaçı tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış ## #### 2022-ci il tarixli ərizədən görünür ki, ## ###### 2021-ci il tarixdə Vəfat etmiş X1 ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq miras əmlakı qəbul etdiyini bəyan etmişdir.
11. Notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair ## #### 2022-ci il tarixli qərardan görünür ki, tərəflər arasında mirasın bərabər payda bölünməsi ilə narazılıq olduğuna görə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.
12. Məhkəmə tapşırığı əsasında Rusiya Federasiyası Ədliyyə Nazirliyindən alınmış sənədlərdən görünür ki, Federasiyanın Tver Vilayətinin Konakovski rayonu administrasiyasının vətəndalıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin arxivində Tver vilayətinin Konakovski rayonu Zavidovo kənd Soveti tərəfindən ## #### 1991-ci il təvəllüdlü X3 adına tərtib edilmiş ## #### 1991-ci il tarixli ** nömrəli doğum haqqında şəhadətnamə qeydi vardır.
13. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, ##.##.1991-ci il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş ##.##.2021-ci il tarixli, ** nömrəli doğum akt qeydinin atalıq qeydi X1 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdeh Şəmkir rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
14. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, mərhum X1 ərizəçi İddiaçı atası olması faktı müəyyən edilmişdir.
15. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ ****** nömrəli ## ##### 2026-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X1 ## #### 1991-ci il tarixdə X6 doğulmuş İddiaçı atası hesab edilmişdir.
16. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V ****** nömrəli ## ##### 2026-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ## #### 1991-ci il tarixdə doğulmuşdur, atası X1, anası X6r.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 qanuni nümayəndəsi və həmçinin özü cavabdeh cavabdeh1 Fanısovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlaklardan onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 atası olmuşdur. O, ## ###### 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən cavabdeh1 mərhum atasının arvadı, cavabdeh4, cavabdeh3 və cavabdeh2 isə onun ögey qardaşlarıdır. Mərhum atasının adına ünvan 3 ünvanında 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evi, Şəmkir şəhəri ərazisində 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir şəhəri ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Atasının ölümündən sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə ilə müraciət edərək ondan qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Lakin, cavabdehlərlə aralarında mirasın bölünməsi ilə bağlı ixtilaf olduğuna görə notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir.
19. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilərək, mərhum X1 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların digər vərəsələrlə yanaşı iddiaçı İddiaçı tərəfindən də qəbul edilməsi faktı müəyyən edilməsi; Həmin miras əmlaklardan cavabdeh1 payı 6/10 hissədə, İddiaçı payı 1/10 hissədə, cavabdeh4 payı 1/10 hissədə, cavabdeh3 payı 1/10 hissədə və cavabdeh2 payı 1/10 hissədə müəyyən edilməsi qət edilmişdir.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1159.1.3, 1193, 1194, 1243.2, 1243.3, 1245 və 1255-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri 21 Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı İddiaçı münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı İddiaçı onun mərhum əri Eyyub Musayevin birinci ailə münasibətindən doğulmuş övladıdır. Iddiaçı onlardan ayrı yaşadığına görə və ləyaqətsiz vərəsə olduğu üçün miras əmlakdan ona pay verilməməlidir. Bundan əlavə, iddiaçı ümumiyyətlə X4 qalmış miras əmlaka vərəsə sayıla bilməz. Çünki, iddiaçı doğum haqqında şəhadətnaməni miras qoyanın vəfatından sonra və saxta yolla əldə etmişdir. Mərhum ərindən miras qalan əmlakı onunla birgə nikah dövründə əldə etmişlər. Həmin əmlakların ½ hissəsi onun mülkiyyətindədir. Özü işləmiş və qazandığı şəxsi vəsait hesabına mərhum əri Eyyub Musayevin miras kütləsinə daxil olan əmlakları əldə etmişdir. Əmlaklar onun vəsaiti hesabına əldə edilmiş olduğundan, iddiaçının həmin əmlaklardan vərəsəlik payı müəyyən edilə bilməzdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. ##.##.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 mərhum əri X1 birinci evliliyindən doğulub. Iddiaçı İddiaçı ayrı yaşadığı və ləyaqətsiz vərəsə olduğu üçün miras əmlakla bağlı hər hənsı bir hüquq əldə etməməlidir. Eyni zamanda, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 mərhum ərindən qalan miras əmlaka vərəsə tanına bilməz. Çünki iddiaçı doğum haqqında şəhadətnaməni cavabdehin mərhum ərinin vəfatından sonra və saxta yolla əldə etmişdir.
25. ##.##.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, atası X1 ## ###### 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X1 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evi, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Atasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna ərizə ilə müraciət edərək ondan qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, əvvəlki doğum haqqında şəhadətnamə Rusiya Federasiyasında verilib. Həmin şəhadətnamədə də ata qrafasında X1 qeyd olunub.
26. Hazırkı məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, cavabdeh və cavabdehin etibarnamə üzrə nümayəndələri(vəkillər) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən məhkəməyə ərizə ünvanlayaraq, başqa məhkəmə prosesi ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılma müddətini nəzərə alıb və MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
31. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
35. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
36. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
37. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
38. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
39. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Apellyasiya şikayəti üzrə baxılan mübahisənin predmeti bölünməz olduğundan hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X1 ilə X6 ailə həyatı qurmuşlar, onların birgə ailə münasibətlərindən İddiaçı adlı övladları dünyaya gəlmişdir. Daha sonra X1 ## ###### 2012-ci il tarixdə X8 ilə nikaha daxil olaraq ailə qurmuşdur (nikahdan sonra arvada Musayeva soyadı verilmişdir). Onların birgə ailə münasibətlərindən ## ###### 2008-ci il təvəllüdlü cavabdeh3, ## ###### 2012-ci il təvəllüdlü cavabdeh2 və ## ######## 2016-cı il təvəllüdlü cavabdeh4 adlı övladları dünyaya gəlmişdir. X1 ilə cavabdeh1 birgə nikah dövründə ünvan 2 ünvanındakı 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evini, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və ünvan 1 14 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. ## ###### 2021-ci il tarixdə isə X1 vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələriarvadı cavabdeh1, övladları İddiaçı, cavabdeh3, cavabdeh2 və cavabdeh4 olmuşlar. X4 miras qalan əmlak isə ünvan 2 ünvanındakı 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və ünvan 1 14 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən payına düşən, yəni ½ hissədən ibarət olmuşdur. Miras qoyan Eyyub Musayevin vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.
52. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
53. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması isə miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Miras qoyan Eyyub Musayev ## ###### 2021-ci il tarixdə vəfat etdiyindən baxılan iddia tələbi ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
55. X9 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
56. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
57. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
58. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
59. Hazırkı iş üzrə iddia ərizəsi ## #### 2022-ci il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də, miras qoyan Eyyub Musayevdən miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
60. Işin mübahisəsiz hallarıdır ki, miras qoyan Eyyub Musayev ## ###### 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı cavabdeh1, övladları İddiaçı, cavabdeh3, cavabdeh2 və cavabdeh4 olmuşlar. X4 miras qalan əmlak isə ünvan 2 ünvanındakı 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və ünvan 1 14 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən payına düşən, yəni ½ hissədən ibarət olmuşdur. Vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməmişlər.
61. Bu halda, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri miras əmlak üzərində bərabər paya malik olmuşlar.
62. Məhkəmə kollegiyası miras kütləsinin həcmini və vərəsələrin sayını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X4 miras qalmış əmlaklar üzərində (miras kütləsi əmlakların ½ hissəsini təşkil edir) onun qanun üzrə birinci növbəli vərəsələri olan cavabdeh1, İddiaçı, cavabdeh3, cavabdeh2 və cavabdeh4 hər birinin 1/5 hissədə vərəsəlik payını müəyyən etmişdir. Eyni zamanda, miras kütləsinə daxil olan əmlakların birgə mülkiyyətdə olması və əmlakların ½ hissəsinin miras qoyanın arvadı cavabdeh1 mülkiyyətində olması nəzərə alındıqda sonuncunun ümumi əmlakdakı payının 6/10 hissə, digər vərəsələrin payının isə 1/10 hissə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı olmuşdur.
63. “Iddiaçı İddiaçı miras qoyan Eyyub Musayevin miras əmlakına münasibətdə ləyaqətsiz vərəsə olması” barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya vurğulayır ki, Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin; Məcəllənin 1139-cu maddəsinə görə isə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Lakin, hazırkı işin hallarından göründüyü kimi, ümumiyyətlə iddiaçı İddiaçı miras qoyan Eyyub Musayevin miras əmlakına münasibətdə ləyaqətsiz vərəsə olması barədə məhkəmədə iddia irəli sürülməmiş, məhkəmə tərəfindən bu barədə qətnamə qəbul edilməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin bu dəlilini əsassız saymışdır.
64. “Iddiaçının doğum haqqında şəhadətnaməni saxta yolla əldə etməsi” barədə apellyasiya şikayətinin dəlili də kollegiya tərəfindən əsaslı sayılmamışdır; belə ki, məhkəmə qərarı ilə iddiaçının doğum akt qeydinin atalıq qeydi ləğv edilmiş olsa da, lakin iddiaçı İddiaçı atalığın etiraf edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin işin həlli hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından, o işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Nəticədə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, mərhum X1 ərizəçi İddiaçı atası olması faktı müəyyən edilmişdir. Həmin qətnamə icra edilərək iddiaçı İddiaçı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə, onun əssında isə doğum haqqında şəhadətnamə verilmişdir. Bu mənada, iddiaçı İddiaçı mərhum atası Eyyub Musayevin miras əmlakına münasibətdə vərəsəlik hüququna malik subyektdir.
65. “Əmlaklar onun vəsaiti hesabına əldə edilmiş olduğundan, iddiaçının həmin əmlaklardan vərəsəlik payı müəyyən edilə bilməzdi” barədə apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız saymışdır. Çünki, mərhum Eyyub Musayevin miras kütləsinə daxil olan əmlaklar onun arvadı cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Nəzərə alınmalıdır ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu mənada, ər-arvadın birgə mülkiyyət rejimi əsasında həmin əmlaklar ər-arvadın birgə mülkiyyəti sayılır və hazırkı halda mərhum Eyyub Musayevlə arvadı cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlakların miras qoyanın payına düşən hissəsi onun miras kütləsi hesab edilir. Belə ki, Mülki Məcəllənin 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
66. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.