Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1304/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1, ( o, həm də, digər iddiaçılar olan bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsidir) və Cavabdeh nümayəndəsi, Vəkil iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə Cavabdeh və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, mərhum X7 miras qalmış mülkiyyətə dair cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bunun nəticəsində alınmış daşınmaz əmlaka dair verilmiş hüquqmüəyyənedici sənəd olan çıxarışın ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən olunmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev ) xx.xx.2003-cü il tarixli 2Vİ-188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı Çıxarış ləğv edilmiş, Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin onda bir (1/10) hissə payı, Cavabdeh isə onda altı (6/10) hissə payının müəyyən olunması, JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mirasın kütləsinə daxil olan 1/5 hissədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin beşdə bir (1/5) hissə (ümumi əmlakın beşdə birinin beşdə biri həddində, yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) paylarının müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 01. 02. 2024- cü il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixli 2V 188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və vərəsəlik hüququna dair şəhadətnamə əsasında verilməyən xx.xx.2013-cü il tarixli ******* saylı çıxarış ləğv olunmuşdur. Mübahisə olunan mülkdən vərəsələr arasında payları müəyyən olunmuşdur. Halbu ki, mübahisə olunan miras mülk 29.08. 2003-cü il tarixdən vəsiyyətnamə üzrə vərəsə kimi onun adına sənədləşdirmişdir. Mübahisə predmeti olan vərəsəlik hüququna dair şəhadətnamə ilə mülk vərəsəlik qaydasında onun adına sənədləşdirilərkən hər bir vərəsənin xəbəri olmuş və 2003-cü ildə vərəsələr mirasın onun adıına sənədləşməsinə etiraz etməmişdirlər. Vərəsələr mirasın qəbulu ilə əlaqədar susmaqla mirasdan pay tələb etməmiş və onların susması mirasdan imtina kimi qiymətləndirilir. Miras açılan vaxt qüvvədə olan MM-nin tələblərinə əsasən mirasın qəbulu 6 ay nəzərdə tutulmuşdur. Mübahisəli mülk onun adına rəsmiləşdirildikdən sonra xx.xx.2004-cü il tarixdə tərəfiindən X1 və satışdan əldə edilmiş puldan 7000 manat qardaşı Raufa verilmişdir. X11 ölümündən sonra mülk onun əri İsmayılov Bədirxanın adına rəsmiləşdirilmişdir. Lakin iddiaçılardan Hüseynova (Məmmədova) Elmira Yusif qızının iddiası əsasında Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X20 ilə aramızda bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mülkün X8 adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi ləğv edilmiş, 0,20 ha torpaq sahəsi və evin onun, yəni Cavabdeh adına qaytarmaqla dövlət qeydiyyatına alınmasına dair qətnamə qəbul edilmişdir. Mülkün onun adına qeydə alınması rəsmiləşdirilmişdir və hazırda onun mülkiyyətindədir.Qeyd olunan qətnamə ilə mülk dövlət reyestrində adına qeydə alınıb, mübahisə olunan vərəsəlik hüququna dair şəhadətnamə artıq hüquqi əhəmiyyətini itirib, sonuncu sənədləşmə məhkəmə qətnaməsi ilə həyata keçrilmişdir. İddiaçılar iddialarında ona verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında alınmış daşınmaz əmlaka dair hüquq müəyyənedici sənəd olan çıxarışın ləğvini və mirasdan payların müəyyən edilməsini xahiş etmişlər. Halbuki, mübahisə edilən əmlak onun adına Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında qeydə alınmışdır ki, Tovuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi hazırda qanuni qüvvədədir və icra olunmuşdur. Məhkəmə iddia ərizəsində göstərilən vərəsəlik hüququna dair şəhadətnamə ilə əldə olunmuş çıxarışı deyil, Tovuz rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilən çıxarışı ləğv etməklə, iddia tələbindən kənara çıxmışdır. Halbuki, məhkəmə qanunvericilikdə nəzərdə tutulan əsasla iddia tələblərindən kənara çıxa bilər. Qanunda isə qeyd etdiyi halla çıxarışın ləğv olunması nəzərdə tutulmayıb. Bundan başqa 7000 manatın vərəsə olduğunu nəzərə alaraq Raufa verdiyi hala qiymət verməmişdir. İddiaçıların evin vərəsəlik hüququ əsasında onun adına qeydə alınması barədə məlumatları olmuşdur və buna zamanında etiraz etməmişdilər. Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə olunan mülk 28 iyun 1996-cı il tarixli vəsiyyətnamə ilə X14 vəfat edəcəyi günə onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. Mirası məhrumun ölümündən sonra Cavabdeh qəbul etmiş, miras açıldıqdan sonra digər vərəsələr pay tələb etməmişdirlər. Aradan xeyli vaxt keçmiş, vərəsələr qanunla nəzərdə tutlan müddəti ötürmüşlər. Bundan başqa 17 iyun 2004-cü il tarixdə, Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X4 əldə etdiyi pulun 7000 manat hissəsini qardaşı Raufa vermişdir. Həmin pulun Raufa verilməsini bacısı Svetlana da bilir. Tovuz rayon məhkəməsinin qətnaməsinə əsasən alqısatqı müqaviləsi etibarsız hesab edildikdə yenidən həmin mülkə görə X9 30.000 dollar pul vermişdir. Qeyd etdiyi faktları vərəsələr bilir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi, həmçinin İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh qardaşı, iddiaçılar isə onun bacı və qardaşlarıdır. X6 21 sentyabr 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra vərəsə kimi atasından miras qalmış mülkü digər iddiaçılarla birgə idarə etmişdir. X5 Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evi var. Cavabdeh Müseyibov X19 yaşayır və bu səbəbdən də miras onların nəzarətində olmaqla mirası idarə etmişlər. Cavabdeh onların xəbəri olmadan mirası öz adına sənədləşdirmişdir. Hətta vərəsəlik işində də vərəsələr gizlədilərək yalnız vərəsə Cavabdeh qeyd edilmişdir. Mirasa dair vərəsəlik hüququna şəhadətnamə verilərkən iddiaçılar notariat hərəkətlərində iştirak etməmişlər. Hesab edir ki, mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən notarius vərəsələrin dairəsini müəyyən etməli və cavadehə yalnız ona çatası hissəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verməli idi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 28 iyun 1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X15 vəfat edəcəyi günə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən daşdan tikilmiş üç otaqlı evini onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydə alınmışdır. 29 avqust 2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X10 vərəsəsi Cavabdehdur və mirasın kütləsinə Tovuz Rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi daxildir 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X2. JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon AİK-nin 17 sentyabr 1998-ci il tarixli 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,15 ha torpaq sahəsi X10, İddiaçı4, X16, X17 və X12 ümumi birgə mülkiyyətinə verilmişdir. 18 may 2007-ci il tarixli 2-215-2007 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X20 arasında bağlanmış 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə etibarsız hesab edilmiş və həmin evin X8 adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi ləğv edilmiş, 0,20 ha torpaq sahəsi və evin əvvəlki mülkiyyətçi Cavabdeh adına qaytarmaqla dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası DƏDRX-nin Tovuz Rayon Ərazi İdarəsinə tapşırılmışdır Eyni zamanda qanuni qüvvədə olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ev vərəsəlik qaydasında Cavabdeh adına keçərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələbləri pozulmuş, həmin işdə iddiaçı olan Elmira Müseyibovanın vərəsə kimi bərabər pay hüququnun olması nəzərə alınmamış, onun vərəsəlik zamanı payı müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq qeyd olunan evi tam olaraq öz adına keçirmişdir. Birinci instansiya məhkəməsi bu iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər bacı qardaşdırlar. Mübahisə olunan mülk qeydiyyat vəsiqəsinə əsasən Tovuz rayonu Abulbəyli kəndində (əvvəllər Bozalqanlı kəndinə aid olmuş) yerləşən bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydə alınmışdır. X15 21 sentyabr 2000-ci ildə vəfat etmişdir. Miras yuxarıda qeyd olunan tarixdə açıldığından vərəslər arasında mübahisə 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülk məcəlləsi ilə tənzimlənməlidir. Tərəflərin təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mərhumun birinci növbəli vərəsələridir. 28 iyun 1996-cı il tarixli vəsiyyətnamə ilə X15 vəfat edəcəyi günə Tovuz rayonu Bozalqanlı kəndində (həmin hissə hazırda Abulbəyli kəndinə aiddir) yerləşən daşdan tikilmiş üç otaqlı evini onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. X3 Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh adına sənədləşmişdir. 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə ilə Cavabdeh Tovuz rayonu Abulbəyli kəndində yerləşən vərəsəlik qaydasında adına sənədləşdirdiyi mübahisə olunan bir mərtəbəli, üç otaqlı, fərdi yaşayış evini X2. İddiaçı X18 məhkəmədə 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və Tovuz rayon məhkəməsinin 18 may 2007-ci il tarixli 2-215-2007 saylı qətnaməsi ilə Cavabdeh ilə X20 arasında bağlanmış 17 iyun 2004-cü il tarixli 222426 saylı müqavilə etibarsız hesab edilmiş və həmin evin X8 adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi ləğv edilmiş, 0,20 ha torpaq sahəsi və evin əvvəlki mülkiyyətçi Cavabdeh adına qaytarmaqla dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası DƏDRX-nin Tovuz Rayon ərazi idarəsinə tapşırılmışdır. Həmin qətnamə qanuni qüvvəsindədir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz olaraq mübahisəli evi yeganə vərəsə kimi tam olaraq öz adına keçirtmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsi mübahisə olunan mülk satıldıqda qardaşına pul verməsi, alqı satqı müqaviləsi etibarsız hesab edildikdən sonra Bədirxana pul verməsi barədə ifadələri iddia tələbinə aid olmadığından pul tələbi ilə bağlı cavabdeh tərəfə iddia hüquqları izah olunmalıdır. Miras mülkə dair mülkiyyətçi sağlığında Cavabdeh adına digər vərəsələrini mirasda məhrum etməklə vəsiyyətnamə verdiyindən miras mülk vəsiyyətnamə üzrə bölünməli, iddiaçılar birinci növbəli vərəsələr olduğundan mirasdan onlara çatası payın yarısı çatmalı, yəni məcburi payları müəyyən olunmalıdır. Eyni zamanda müəyyən edildi ki, cavabdeh mübahisəli mülkü öz adına rəsmiləşdirərkən notariat kontorunda mirasın qəbulu barədə ərizə verərkən yalnış məlumat vermiş, ərizədə ondan başqa miras qoyanın başqa vərəsələrinin olmadığını göstərməklə digər vərəsələrin vərəsəliyə çağırılmaqlarına qəsdən maneçilik törətməklə onların mirasda olan paylarının alınmasına maneçilik törətmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan yalnız özünəməxsus evi oğlu Cavabdeh vəsiyyət etmişdir, torpaq sahəsi barədə heç bir sərəncam verməmişdir. Eyni zamanda torpaq sahəsinin yalnız beşdə bir hissəsi miras qoyanın payına aid edilməklə mirasın kütləsinə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Eyni zamanda iddia ərizəsində çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Lakin hansı çıxarışın ləğv edilməsi göstərilməmişdir. Buna baxmayaraq, məhkəmə xx.xx.2013- cü il tarixli ******* saylı Çıxarışın ləğv edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin həmin halı iddiadan kənara çıxma kimi qiymətləndirmir. Tarix və ya nömrənin yazılmamasını texniki göstərici kimi qiymətləndirir və formal xarakter daşıdığı üçün iddianı həmin hissədə rədd etməyi məqsədə müvafiq hesab etmir. Belə ki, cavabdehin vərəsəlik şəhadətnaməsi əsasında aldığı qeydiyyat vəsiqəsi ilə mübahisəli mülk başqa şəxslərə satılmış, sonradan Tovuz Rayon Məhkəməsinin 18 may 2007-ci il tarixli 2-215/2007 saylı qətnaməsi əsasında həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və alıcının adına olan qeydiyyat vəsiqəsi ləğv olunaraq Cavabdeh adına qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinə tapşırılmışdır. Sonradan Cavabdeh adına göstərilən çıxarış verilmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, X10 xx.xx.2000-ci ildə vəfat etməsindən sonra, onun 5 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsələri, yəni uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə Cavabdeh qalmışdır. 28 iyun 1996-cı il tarixli vəsiyyətnamə ilə X15 vəfat edəcəyi günə Tovuz rayonu Bozalqanlı kəndində (həmin hissə hazırda Abulbəyli kəndinə aiddir) yerləşən daşdan tikilmiş üç otaqlı evini onunla birgə yaşayan oğlu Cavabdeh vəsiyyət etmişdir. X3 Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdiyaşayış evi xx.xx.2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh adına sənədləşmişdir. Cavabdeh mübahisəli mülkü öz adına rəsmiləşdirərkən notariat kontorunda mirasın qəbulu barədə ərizə verərkən yalnış məlumat vermiş, ərizədə ondan başqa miras qoyanın başqa vərəsələrinin olmadığını göstərməklə, digər vərəsələrin vərəsəliyə çağırılmaqlarına və mirasda olan paylarının alınmasına maneçilik törətmişdir. Miras qoyan yalnız özünəməxsus evi oğlu Cavabdeh vəsiyyət etmişdir, torpaq sahəsi barədə heç bir sərəncam verməmişdir. Eyni zamanda torpaq sahəsinin yalnız beşdə bir hissəsi miras qoyanın payına aid edilməklə mirasın kütləsinə daxildir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X22 xx.xx.2021-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə verilmiş vəsiyyətnamə qüvvədədir, tərəflər bunu mübahisələndirməmiş və belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq xx.xx.2003-cü il tarixli 2Vİ-188 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, onun əsasında verilmiş xx.xx.2013-cü il tarixli ******* saylı Çıxarışı ləğv edilmiş, Tovuz rayonu Abulbəyli kəndində bir mərtəbəli, üç otaqlı, yaşayış sahəsi 87,9 kv. m, köməkçi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 hər birinin onda bir (1/10) hissə payı, Cavabdeh isə onda altı (6/10) hissə payının müəyyən olunması, JN-1178A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş torpaq sahəsinin mirasın kütləsinə daxil olan 1/5 hissədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin beşdə bir (1/5) hissə (ümumi əmlakın beşdə birinin beşdə biri həddində, yəni ümumi əmlakın iyirmi beşdə bir hissəsi) paylarının müəyyən olunması, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmuş, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Ona görə də, apellyasiya şikayətinə təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-40/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1304/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1304/2024
20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver