Məhkəmə qərarları › İş №2(104)-131/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-131/2025

07.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-131/2025 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinə qarşı mülki iş üzrə Açar sözlər: mirasda məcburi pay; bağışlanmış əşya hesabına məcburi payın tamamlanması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1, Tovuz regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi ## #### 2022-ci il tarixli çıxarışdan görünür ki, X1 ilə X5 ##.##.2005-ci il tarixdə nikaha girərək ailə qurmuşlar.

2. ## #### 2022-ci il tarixli arayışlardan görünür ki, X1 və X2 birgə nikahından ##.##.1974-cü ildə iddiaçı2, ##.##.1976-cı ildə iddiaçı1, ##.##.1977-ci ildə iddiaçı3 anadan olmuşlar.

3. AZ-İ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ## #### 2005-ci il təvəllüdlü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs atası X1, anası cavabdeh1dır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2019-cu il olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evi X1 tam, torpaq sahəsi isə cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ümumi birgə mülkiyyətindədir.

5. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ## ### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0,1199 ha torpaq sahəsininin 1/3 hissəsini arvadı cavabdeh1 bağışlamışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 26220110044, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evi cavabdeh1 tam, torpaq sahəsi isə 2/3 hissədə cavabdeh1, 1/3 hissədə isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir.

7. AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ## #### 2022-ci il tarixdə ölmüşdür.

8. “xxxx” MMC tərəfindən verilmiş MB-**/**** saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evinin dəyəri 18500 manat, evin yerləşdiyi 0,1199 ha torpaq sahəsinin dəyəri isə 21500 manat təşkil edir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar X1 ilə X2 birgə nikahlarından anadan olmuşlar. X4 anaları Məhsəti Zeynalovanın ölümündən sonra ## ##### 2005-ci il tarixdə X5 ilə evlənib ailə qurmuşdur. Zeynalova Məlahət mübahisəli mülkə ərə gəlmişdir. X1 ## ### 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini arvadı cavabdeh1 bağışlamışdır. X1 vəfat etdikdən sonra onlar atalarının yas mərasimində iştirak etmişlər. Məlahət onları mübahisəli evə buraxmadığından aralarında mübahisə yaranmışdır. Onların atalarına məxsus olmuş evdən məcburi payları vardır.

11. Tovuz Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, bağışlama müqaviləsinin mübahisəli fərdi yaşayış evinə dair hissədə qismən, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair hissədə isə tamamilə etibarsız hesab edilməsi; # #### 2022-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cavabdehə aid hissədə ləğv edilməsi, mübahisəli fərdi yaşayış evinə iddiaçıların hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə iddiaçıların ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manatının birinci cavabdehdən alınaraq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 667.1, 1134.1, 1145, 1146, 1160, 1137, 1159.1.1, 1193, 1243.2, 1243.3, 1246-cü maddələrinə, “Notariat haqqında” Qanunun 40, 103 və 104-cü maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il ## ####### tarixli, # ###### 2021-ci il tarixli, ## ##### 2014-cü il tarixli və ## #### 2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, mərhum X1 onun əri olmaqla bağışlama müqaviləsini öz iradə ifadəsi olaraq, bəlkə də əvvəlcədən qızlarının onu evdən qovacaqlarını düşündüyündən bağlamışdır. Iddiaçılar mübahisəli evdə deyil, uzun illər ölkə kənarında yaşamışlar. Atalarının vəfatından 33 gün sonra yas mərasiminə gəlmişlər. Bu zaman mübahisə salaraq onu evdən qovmağa çalışmışlar. Mərhum sağ ikən öz əmlakı barəsində sərəncam hüququnu həyata keçirib bağışlama etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

17. Qətnamədən iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

e) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2023-cü il tarixli 2(104)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi; işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı ## ######## 2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrini həmin maddələrə Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhə uyğun olmayan şəkildə tətbiq etmiş və belə qənaətə gəlmişdir ki, həmin maddənin rəhbər tutulmasının əsas şərti bağışlama müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində bu vərəsələrin miras əmlakının artmasına səbəb olmasıdır. Hazırkı işdə isə iddiaçılar tərəfindən mərhum ataları Zahid Yolçuyevin hər hansı bir mirasının qəbul edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab olunduğu təqdirdə paylarının artacağı görünmür. Onlar sadəcə atalarının sağlığında bağışladığı əmlaka iddia edirlər ki, bu da bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1200-cü maddəsi miras qoyanın sağlığında etdiyi bağışlamanın etibarsızlığı əsasını nəzərdə tutmur. Əksinə, belə əqd Mülki Məcəllənin etibarsızlıq əsaslarını tənzimləyən normalarına müvafiq olaraq etibarsız hesab edildiyi halda, ümumiyyətlə, 1200-cü maddənin tətbiqi imkanı aradan qalxır və əqdin predmeti olmuş əşya vərəsəliklə bağlı digər mülki qanunvericilik normalarına uyğun olaraq vərəsələr arasında bölünür. Bundan fərqli olaraq isə Mülki Məcəllənin 1200-cü maddəsi etibarlı əqd əsasında miras qoyanın ölümündən əvvəlki iki il ərzində üçüncü şəxsə bağışladığı əşya (onun dəyəri) hesabına məcburi paya hüququ olan şəxslərin məcburi payın tamamlanmasını nəzərdə tutur. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

f) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi; Tovuz Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi; iddianın təmin edilməməsi qət edilmişdir.

21. Qətnamədən iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

g) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2024-cü il tarixli 2(102)- ****/**** nömrəli qərarı ilə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2023-cü il tarixli qətnaməsinin miras əmlakda payların müəyyən edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi; Işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması; Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı ## ######## 2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, məhkəmə kollegiyası bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın Mülki Məcəllənin 1200-cü maddəsi baxımından təmin edilməməli olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 1200-cü maddəsi miras qoyanın sağlığında etdiyi bağışlamanın etibarsızlığı əsasını nəzərdə tutmur. Əksinə, belə əqd Mülki Məcəllənin etibarsızlıq əsaslarını tənzimləyən normalarına müvafiq olaraq etibarsız hesab edildiyi halda, ümumiyyətlə, 1200-cü maddənin tətbiqi imkanı aradan qalxır və əqdin predmeti olmuş əşya vərəsəliklə bağlı digər mülki qanunvericilik normalarına uyğun olaraq vərəsələr arasında bölünür. Apellyasiya instansiyası məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi barədə gəldiyi nəticə hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə də uyğun olmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsinə dair iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi rədd edərklən iddiaçıların məcburi payın dəyərini tələb etmək hüququna malik olmalarına, buna baxmayaraq, onların belə tələb irəli sürməməsinə istinad etmişdir. Halbuki, iddia tələbi iki hissədən – ## ### 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsindən ibarət olmuşdur. Tələb düzünə olaraq məcburi payın tamamlanması barədə olmasa da, iddia ərizəsinin məzmunu mahiyyət etibarı ilə məcburi payın tamamlanmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçıların məcburi payın dəyərini tələb etmək hüququna dair tələb irəli sürməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Ali Məhkəməsinin əvvəlki qərarında qeyd edilən xüsusatla bağlı şərh edilən göstərişlərə əməl etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 47. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2(104)- ****/**** nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1193 və 1200-cü maddələrini, həmin maddələrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən ##.##.2021-ci il tarixli qərarında verilmiş rəsmi şərhə uyğun olmayan şəkildə tətbiq (şərh) etmişdir. Mülki Məcəllənin 1200-cü maddəsi bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas verməsə də, məcburi paya hüququ olan şəxsə, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək hüququ verir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin miras əmlakda vərəsəlik paylarının müəyyən edilməsi barədə iddiaya işin halları və Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı kontekstində heç bir qiymət verməmiş, iddianı qeyd edilən əsasla təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə göstərilmişdir. Həmin normaya görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas götürülməlidir; bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı, Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır. Hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün iddiaçıların miras əmlakda məcburi paylarının həcmi müəyyən edilməli, həmin paylara uyğun olaraq miras əmlakda iddiaçıların məcburi payının həcmi təsbit edilməli, eyni zamanda məcburi payın pul ifadəsi ilə nə qədər olmasına aydınlıq gətirilməli və tərəflərlə müzakirə edilməklə iddiaçıların məcburi payının pul əvəzi ilə tamamlanması məsələsinə baxılmalıdır.

h) Prosessual məsələlər

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

28. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

29. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

30. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

31. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

38. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2024-cü il tarixli 2(102)- ****/**** nömrəli qərarından görünür ki, mülki iş - miras əmlakda payların müəyyən edilməsi barədə iddianın təmin edilməyən hissəsində yeni apellyasiya baxışına qaytarılmış, iddianın təmin edilməyən qalan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Belə olan təqdirdə hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı «miras əmlakda payların müəyyən edilməsi» hissədə yoxlanılmalıdır. Çünki işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiyası məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «mübahisəli fərdi yaşayış evinə iddiaçıların hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə iddiaçıların ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıların hər birinin miras əmlak olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən, ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evi üzərində 1/10 hissədə, torpaq sahəsi üzərində isə 2/30 hissədə məcburi paylarının olması nəzərə alınmaqla, cavabdeh cavabdeh1 ümumilikdə 9849,99 manat məbləğində pul tutularaq, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 hər birinə 3283,33 manat verilməli, iddia yoxlanılan qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X1 ilə X2 1969-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından iddiaçı3, iddiaçı2 və iddiaçı1 adlı uşaqları dünyaya gəlmişdir. X2 ##.##.1999-cu il tarixdə vəfat etmişdir. Bununla yanaşı müəyyən olunur ki, X1 ## ##### 2005ci il tarixdə Zeynalova (Yolçuyeva) Məlahət Xanputa qızı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların bu ailə münasibətlərindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlı uşaqları dünyaya gəlmişdir. X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1987-ci ildə ilkin, ##.##.2019-cu il tarixdə yenidən qeydə alınmış Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 196,9 kvadrat metr, yaşayış sahəsi 92 kvadrat metr, yardımçı sahəsi 104,4 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi olmuşdur. Evin yerləşdiyi 0,1199 hektar torpaq sahəsi isə X1, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ümumi birgə mülkiyyətində olmuşdur. Tovuz Regional “ASAN” Xidmət Mərkəzinin notariat ofisində 4Ə642 reyestr nömrəsi ilə təsdiq olunmuş ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi ilə X1 mübahisəli fərdi yaşayış evini və torpaq sahəsinin 1/3 hissəsini cavabdeh cavabdeh1 bağışlamış, sonuncunun mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin 2/3 hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə qeydə alınmışdır. Bundan sonra X1 ## #### 2022-ci il tarixdə vəfat etmiş, onun – iddiaçı3, iddiaçı2 və iddiaçı1, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ibarət vərəsələri vardır. Iddiaçılar miras əmlakda məcburi payın tamamlanması və.s tələblərlə məhkəməyə müraciət etmişlər.

46. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

47. Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

48. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Belə ki, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyildir. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır.

49. Bununla belə, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, bağışlanan əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə bağışlama ilə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur.

50. Tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.

51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ##.##.2021-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə görə, tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

52. Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, bağışlanmış əmlak hesabına məcburi payın tamamlanmasını təmin edən zaman müqaviləyə müdaxilə edilməsi (etibarsız və ya ləğv edilməsini) zəruri sayılmır. Tamamlanmanın təmin edilməsinin müəyyən edilməsi üçün müqaviləyə müdaxilə edilmədən xəyali olaraq bağışlanmış əşya mirasa daxil edilməli, bu baxımdan mirasın dəyəri hesablanmalı, müəyyən olunmuş dəyərə münasibətdə məcburi payın həcmi müəyyənləşdirilməli və vərəsəyə çatacaq həmin həddə məcburi payı ödənilməlidir.

53. Xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi istinad edilən qərarında məhz «məcburi payın dəyəri ödənilir» ifadəsindən istifadə etmişdir ki, bu da özlüyündə əmlakın (mirasın) naturada deyil də, pul formasında ödənilməli olmasını ehtiva edir.

54. Məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcminə Mülki Məcəllənin 1193-cü maddəsində verilən anlayışa görə, məcburi pay - vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısıdır.

55. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Mülki Məcəllənin 1195-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

56. Bir sözlə, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcmini ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.

57. Əgər məcburi paya müdaxilə aşkar edilirsə, hüququ pozulan vərəsənin hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır.

58. Bu mənada, vərəsəlik mübahisəsinə baxarkən məhkəmə, hədiyyə edilmiş əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini, o cümlədən mirasın qəbulu ilə bağlı dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.

59. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçıların hazırkı tələbi məhz bağışlanmış əmlak hesabına məcburi paylarını əldə etməyə yönəlmişdir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

61. Hazırkı iş üzrə iddia ərizəsi ## ###### 2022-ci il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də mərhum X1 miras qalmış əmlakın məcburi pay hüquqlu vərəsələr tərəfindən qəbul edilib-edilməməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir

62. Bu baxımdan işin halları tədqiq olunduqda görünür ki, miras qoyan Zahid Yolçuyevin məcburi pay hüquqlu vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Əksinə, X1 mirası ## #### 2022-ci il tarixdə açıldığı halda, iddiaçılar ##.##.2022-ci il tarixdə, yəni mirasın qəbulundan imtina üçün Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş üç aylıq müddət bitmədən hazırkı tələb irəli sürmüşlər ki, bu da özlüyündə iddiaçıların mirasın qəbuluna yönəlmiş iradə ifadəsinin bariz göstəricisidir.

63. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, mərhum X1 mülkiyyətində olmuş mübahisəli fərdi yaşayış evini və torpaq sahəsini ölümündən 22 gün əvvəl cavabdeh cavabdeh1 bağışlamışdır. Iddiaçılar mərhumun övladları olmaqla onun məcburi pay hüququlu vərəsələridir və iddialarında onlara çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişlər.

64. Göründüyü kimi, iddiaçıların irəli sürdükləri faktiki hallar onların tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1200-ci maddəsinin dispozisiya əlamətləri ilə uzlaşmaqdadır.

65. Bununla belə, Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ##.##.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq iddiaçıların məcburi payının hansı həcmdə pozulduğunu müəyyənləşdirmək məqsədilə iş üzrə qiymətləndirmə təyin edilmiş və alınan rəylə Tovuz rayonu Aşağı Öysüzlü kəndindəki ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evinin dəyəri 18500 manat, evin yerləşdiyi 0,1199 ha torpaq sahəsinin dəyəri isə 21500 manat müəyyənləşdirilmişdir.

66. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin təsviri hissəsindən göründüyü kimi, qiymətləndirmənin aparılması zamanı daşınmaz əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri müəyyən edilmişdir. Alınan rəyin şübhə altına alınması və əslində əmlakın dəyərinin daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki, iddiaçı tərəf məhkəməyə ünvanladığı etiraz ərizəsində alınmış rəylə əmlakın müəyyən olunan qiymətinin əslində daha artıq olması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət görməmiş və bu barədə apellyasiya şikayətinin dəlilini əsassız saymışdır.

67. Işin halları əsasında müəyyən edilir ki, X1 ## #### 2022-ci il tarixdə vəfat etmiş, onun – iddiaçı3, iddiaçı2, iddiaçı1, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ibarət 5 vərəsəsi vardır. Əgər əmlak bağışlanmasaydı məcburi payın həcmi isə Tovuz rayonu Aşağı Öysüzlü kəndində ümumi sahəsi 196,9 kv.m yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi bütövlükdə və evin yerləşdiyi 0,1199 ha torpaq sahəsinin mərhum X1 payına düşən 1/3 hissəsi təşkil edəcəkdi. Bu xüsusda kollegiya qeyd etməyi zəruri sayır ki, iş materiallarına əsasən X8 qərarı ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,1199 ha torpaq sahəsinin bütövlükdə mərhum X1 mülkiyyətinə verilmiş olduğu müəyyən edilsə də, lakin sonradan həmin torpaq sahəsi ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında X1, cavabdeh1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin reyestr qeydinə düzəliş və ya etiraz edilməməklə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olmuşdur. Hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrindəki qeydə uyğun olaraq kollegiya həmin torpaq sahəsinin 1/3 hissəsini mərhum Zahid Yolçuyevin mülkiyyəti kimi qəbul etmişdir.

68. Kollegiya mərhum Zahid Yolçuyevin ölümündən əvvəlki 2 il ərzində edilən bağışlama ilə birlikdə bütöv miras əmlakının kütləsini və məcburi pay hüquqlu vərəsələrin dairəsini nəzərə alaraq qeyd edir ki, qanun üzrə birinci növbəli vərəsələr iddiaçı3, iddiaçı2, iddiaçı1 hər biri mərhum Zahid Yolçuyevin miras əmlakı olan fərdi yaşayış evi üzərində 1/10 hissədə, torpaq sahəsi üzərində isə 2/30 hissədə (çünki torpağın 1/3 hissəsi mərhum Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olmuşdur) məcburi pay hüququna sahib olmuşlar.

69. Mülki qanunvericiliyin məcburi pay və onun tamamlanması ilə bağlı yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən kollegiya belə qənaətə gəlir ki, bağışlama müqaviləsinin predmeti olmuş əmlakdan qanun üzrə vərəsəlik zamanı vərəsələrə çatası payın yarısı (məcburi pay) tamamlanmalı və cavabdeh cavabdeh1 ümumilikdə 9849,99 (evin dəyəri 18500 manat : 10 =1850; torpaq sahəsinin dəyəri 21500 manat : 30 x 2 = 1433,33 manat; 1850 + 1433,33 = 3283,33 manat) tutularaq, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 hər birinə 3283,33 manat verilməlidir. Birinci instansiya məhkəməsi isə mübahisə predmeti olan əmlak üzərində iddiaçıların vərəsəlik paylarını düzgün müəyyən etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və hüququn tətbiqi ilə bağlı yanlış nəticəyə gəlmişdir.

70. Bundan əlavə, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə fəaliyyətinin dəyəri 500 (beş yüz) manat olmuşdur. Kollegiyanın qənaətinə görə, həmin vəsait cavabdeh cavabdeh1 tutularaq qiymətləndirici təşkilat olan “xxxx” MMC-nin müvafiq bank hesabına ödənilməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni «mübahisəli fərdi yaşayış evinə iddiaçıların hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə iddiaçıların ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilsin.

Iddia yoxlanılan qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qiymətləndirmənin dəyəri 500 (beş yüz) manat cavabdeh cavabdeh1 tutularaq “xxxx” MMC-nin müvafiq bank hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar