Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1317/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)- 148/2024 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə mərhum X2 arasında olan birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 onun himayəsində olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Ərizəçi iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Maraqlı şəxs1 iş üzrə cavabdeh, onun isə iddiaçı qismində qəbul edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs1 onun qızıdır. Aidə isə Sadənin qızı, yəni onun nəvəsidir. Sadənin həyat yoldaşı Samir Nəsirov 2014-cü ildə vəfat etmişdir. Nəvəsi Aidəni uşaq vaxtından o saxlayır. Qızı Maraqlı şəxs1 artıq 4 ildir ki, başqa bir şəxslə ikinci ailə qurmuşdur və Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır. Qızı Maraqlı şəxs1 onun nəvəsi Aidə üçün verilən pulu Maraqlı şəxs1 ikinci həyat yoldaşı alır. Nəvəsi Aidə öz anasının yanında qalmaq istəmir və onunla yaşamaq istəyir. Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-148/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nəvəsi 30 noyabr 2009-cu il təvəllüdlü Aidə adlı uşaq öz anasının yanına getmir. Qızı Maraqlı şəxs1 Aidə adlı uşağa heç vaxt baxmayıb. Nəvəsinin atası vəfat edib, onun ölümü ilə bağlı Aidə adlı uşağa müavinət müəyyən edilib. Qızı Maraqlı şəxs1 isə ikinci dəfə ailə qurub. Onun ikinci əri imkan vermir ki, nəvəsi Aidə onun üçün müəyyən edilmiş müavinəti ehtiyacları üçün sərf etsin. İddiaçı Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında AZ-İİİ seriyalı 476804 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur, atası X4, anası Maraqlı şəxs1dır; Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli 05/10- 305/76 nömrəli arayışdan görünür ki, X4 10 avqust 2014-cü il tarixdə ölmüşdür; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli 2(102)-4954/2022 nömrəli qərarından görünür ki, cavabdeh Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2022ci il tarixli, 2(104)- 1553/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərara əsasən müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli 2(104)-1553/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, 30 noyabr 2009-cu il tarixdə Maraqlı şəxs1 doğulmuş X6 adlı uşaq cavabdehlər Ərizəçi, X5 və X1 alınaraq, anası Maraqlı şəxs1 verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İşdən müəyyən olunur ki, X4 və Maraqlı şəxs1 ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən 30 noyabr 2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. X4 10 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra onun yetkinlik yaşına çatmayan övladı faktiki olaraq ana nənəsi olan iddiaçı Ərizəçi himayəsində qalmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(104)-1553/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 30 noyabr 2009-cu il tarixdə Maraqlı şəxs1 doğulmuş X6 adlı uşaq cavabdehlər Ərizəçi, X5 və X1 alınaraq anası Maraqlı şəxs1 verilməsi qət olunmuşdur. İddiaçı Ərizəçi nəvəsi 30 noyabr 2009-cu il təvəllüdlü X3 onun himayəsində olması faktının təsdiq edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etməmişdir. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu kontekstdə hüquqi dəyərləndirmə aparıldıqda müəyyən olunur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılması üçün qanuni əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ərizəçi iddia ərizəsində nəvəsi 30 noyabr 2009-cu il təvəllüdlü X3 onun himayəsində olması faktının təsdiq edilməsini xahiş edir ki, bu ərizəyə hazırkı mərhələdə məhkəmə qaydasında baxılması yolverilməzdir. Çünki, ailə qanunvericiliyinin müddəalarına görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş hallarda uşaq valideyn himayəsini itirdikdə isə uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Mülki Məcəllənin 33.3-cü maddəsində deyilir ki, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə göstərilən hissədə məhkəmə qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə hazırkı mərhələdə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya nəvəsi X3 onun himayəsinə verilməsi ilə bağlı müvafiq Qəyyumluq və Himayəçilik Orqanına müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə anoloji iddia ilə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. MPM-nin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(015)-148/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və Maraqlı şəxs2 başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, nəvəsi X3 onun himayəsinə verilməsi ilə bağlı müvafiq Qəyyumluq və Himayəçilik Orqanına müraciət etməli, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə anoloji iddia ilə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1317/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1317/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver