Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1320/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X10 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, ərizəçi X3 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 03 avqust 1978-ci ildə nikah bağlamışlar.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxx 1958-ci ildə doğulmuşdur. X5 anası X9r.
3. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 102 saylı arxiv arayışından görünür ki, Xanlar rayonu X18 Rəyasət Heyətinin 28 dekabr 1993-cü il tarixli 10 saylı qərarı əsasında R.Məmmədov adına kolxozun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 100 nəfər fəhlə və qulluqçulara 12.0 ha həyətyanı torpaq sahəsi ayrılmışıdır. R.Məmmədov adına kolxozun arxiv fondunda olan kolxozun ümumi yığıncaqlarının protokollarına tikilmiş üzərinə XDS xx.xx.1993 pr. 10 qeyd edilmiş 100 nəfərlik siyahıda 80-ci sıra sayında X11 yazılmaqla ona veriləcək torpaq sahəsi 0.12 ha qeydə alınmışdır.
4. Torpağa mülkiyyət hüququna dair JN-778 Kod 50807005 saylı dövlət aktında Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə Xanlar rayonun Xanlar rayonunun Qızılca kəndində yerləşən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X4 mülkiyyətinə verilmişdir.
5. Göygöl rayon Qızılca kəndi üzrə İƏD nümayəndəsinin xx.xx.2023-cü il tarixli 03 npmrıli arayışında X11 adında vətəndaşın Qızılca kəndində qeydiyyatda olmadığı və yaşamadığı göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xanlar rayon X18 Rəyasət Heyətinin 28 dekabr 1993-cü il tarixli, 10 saylı qərarı əsasında R.Məmmədov adına kolxozun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi ayrılması ilə əlaqədar tərtib edilmiş 100 nəfərlik siyahının 80-ci sıra sayında qeyd edilmiş “X11” yazısının “Ərizəçi” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 30 dekabr 1958-ci ildə Göygöl rayonu Qırıqlı kəndində anadan olmuşdur. xx.xx.1978-ci ildə X12 ilə rəsmi nikah bağlayaraq ərinin Əsgərov soyadını götürmüşdür. Xanlar rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə Xanlar rayonu Qızılca kəndi ərazisində 0.32 ha torpaq sahəsinə aid X2 adına JN-778 KOD 50807005 saylı Dövlət Aktı verilmişdir. Göygöl rayon Dövlət Arxiv İdarəsinə 2022-ci ildə ərizə ilə müraciət edib qaytanlaşmış təsərrüfat kitablarına əsasən istifadə etdiyi 0.12 ha torpaq sahəsinə dair arayışın verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 102 nömrəli Göygöl rayon Dövlət Arxiv İdarəsinin arxiv arayışında göstərilmişdir ki, “Xanlar rayonu X18 Rəyasət Heyətinin 28 dekabr 1993-cü il tarixli 10 saylı qərarı əsasında R.Məmmədov adına kolxozun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 100 nəfər fəhlə və qulluqçulara 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. R.Məmmədov adına kolxozun arxiv fondunda olan kolxozun ümumi yığıcaqlarının protokollarına tikilmiş üzərində, üzərində XDS xx.xx.1993.pr., 10 qeyd olunmuş 100 nəfərlik siyahıda 80-ci sayda X11 yazılmaqla ona veriləcək torpaq sahəsi 0.12 ha qeydə alınmışdır. Arxiv arayışından göründüyü kimi həmin dövrdə fəaliyyət göstərən Xanlar rayon Qızılca kənd sovetinin sədri XDS-in xx.xx.1993-cü ildə tərtib olunmuş 100 nəfərlik siyahısının 80-ci sıra sayında onun soyadı “Əsgərova” əvəzinə qızlıq soyadı olan “Məmmədova” adı “Qəyaxanım” olduğu halda “Qənirə” kimi yazılmışdır.
8. Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(066)-582/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) ərizə təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi XDS-nin xx.xx.1993-cü il tarixli qərarında qeyd olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş X11 ilə onun eyni şəxs olması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. O, yalnız məhkəməyə sübut qismində Torpağa mülkiyyət hüququna dair JN-778 Kod 50807005 saylı dövlət aktını və Göygöl rayon Qızılca kəndi üzrə İƏD nümayəndəsinin xx.xx.2023-cü il tarixli 03 nömrıli arayışı təqdim etmişdir. Bununla da X11 ilə Ərizəçi eyni şəxs olmasını müəyyən etmək mümkün olmamışdır.
10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
12. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim olunmuş sübutlara baxmayaraq ərizəsini təmin etməmiş və öz qətnaməsini belə əsaslandırmışdır ki, ərizəçi ərizədə XDS-nin xx.xx.1993-cü il tarixli qərarında qeyd olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş Məmmədova QənirəEyvaz qızı ilə onun eyni şəxs olmasının müəyyən edilməsini xahiş etmişdir. Lakin XDS-nin xx.xx.1993-cü il tarixli qərarında qeyd olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş X11 ilə eyni şəxs olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. O, yalnız məhkəməyə sübut qismində JN-778, KOD 50807005 saylı Dövlət Aktını və Qızılca Kənd İcra Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, X11” şəxsin Göygöl rayon Qızılca kəndində yaşamadığı ilə bağlı arayış təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan XDS-nin xx.xx.1993-cü il tarixli qərarında qeyd olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş X11 ilə Ərizəçi eyni şəxs olmasını müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə müvafiq olaraq hüquqi əhəmiyyət daşıyan bir çox faktlar qanunvericiliklə müəyyən edilən orqan tərəfindən verilən müxtəlif sənədlərdə əks olunur. Lakin, hüquqmüəyyənedici həmin sənədlər verilərkən onu verən orqan müəyyən səhvlərə yol verə bilər. Ona görə də, 307.2.5-ci maddədə şəxsin adı, atasının adı və ya soyadı sənəddə göstərilənlərlə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi nəzərdə tutulub. Hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Lakin, məhkəmə təqdim olunmuş şahid ifadələrini və eləcə də, yazılı sübutları nəzərə almayaraq əsassız olaraq ərizəmi təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlilinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi hazırda heç kim tərəfindən istifadə edilmir.
15. Maraqlı şəxslər Göygöl Rayon Arxiv İdarəsi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X24 3 Sayli Gəncə Ərazi İdarəsinə qarşı məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
21. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
22. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
23. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
24. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasya şikayətində iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ərizəçi ilə R.Məmmədov adına kolxozun XDS-nin xx.xx.1993-cü il tarixli qərarı ilə həyətyanı torpaq sahəsi alan vətəndaşların təsdiq olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş X8 eyni şəxs olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, Ərizəçi ilə XDS-nin xx.xx.1993-cü il tarixli qərarında qeyd olunmuş 100 nəfərlik siyahının 80-ci sırasında göstərilmiş X8 eyni şəxs olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.
32. Məhkəmə kollegiyasının iclasında ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizəçiyə məxsus əmək kitabçasında isə ərizəçinin adı “Qəyxanım” kimi qeyd edilmiş, anadan olduğu tarix isə qeyd edilməmişdir. Həmçinin, əmək kitabçasından görünür ki, ərizəçi Xanlar rayonunda 1976-1986-cı illərdə Səməd Vurğun adına kolxozda sağıcı vəzifəsində işləmişdir. Mübahisələndirilən həyətyanı torpaq sahəsi isə R.Məmmədov adına kolxozun XDS-nin xx.xx.1993-cü il tarixli qərarı ilə həmin kolxozun üzvləri üçün ayrılmışdır. Digər tərəfdən, siyahıda 80-ci sırasında göstərilmiş X1 müəssidə işlədiyi qeyd edilsə də, iş materiallarında olan əmək kitabçasında ərizəçinin 1992-1993-cü illərdə işləməsi müəyyən olunmur.
33. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-582/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.