Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1320/2025 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Yusifov Ilkin Bəxtiyar oğluna qarşı mülki iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ; keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Yusifov Ilkin Bəxtiyar oğluna qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 503013090825-***** reyestr nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Yanıqlı kəndində yerləşən ümumi sahəsi 86,4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Yusifov Ilkin Bəxtiyar oğluna məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,2034 ha torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə Yusifov Ilkin Bəxtiyar oğlu, X2, X1 və X3 məxsusdur.
2. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Yusifov Ilkin Bəxtiyar oğlu arasında olan ##.##.2024-cü il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ##.##.2014- cü il təvəllüdlü Nihat, ##.##.2016-cı il təvəllüdlü Ülvi və ##.##.2017-ci il təvəllüdlü Idris adlı uşaqların nikah pozulduqdan sonra anasının yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
3. «xxxx» MMC tərəfindən verilmiş CVN/F **-***/** saylı mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Yusifov Ilkin Bəxtiyar oğlunun mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən ümumi sahəsi 86,4 kv.m olan fərdi yaşayış evində 2017-2023-cü illərdə aparılmış tikinti-təmir işləri 9018,30 manat dəyərində qiymətləndirilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə el adəti qaydasında evlənməklə nikahlarını ##.##.2014-cü il tarixdə qeydə aldırmışlar. Birgə nikahlarından ##.##.2014-cü il təvəllüdlü Nihat, ##.##.2016-cı il təvəllüdlü Ülvi və ##.##.2017-ci il təvəllüdlü Idris adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə quran zaman onun yaşadığı Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və təsərrüfatı birgə idarə etmişlər. Uşaqları da həmin evdə doğulub boya-başa çatmışdır. Lakin aralarında narazılıq yaranmış və cavabdeh onu evdə yaşamağa qoymamışdır. Müvəqqəti olaraq atası evində yaşayır. Hesab edir ki, gəlin köçdüyü evdə onun yaşayış hüququ vardır.
6. Cavabdeh Yusifov Ilkin Bəxtiyar oğlu iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə ##.##.2014-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş və birgə nikahlarından üç uşağı doğulmuşdur. Iddiaçı heç bir səbəb olmadan 2023cü ildə evdən çıxıb getmiş, daha sonra isə nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Onun iddiası üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Iddiaçı evlənən zaman gəlin kimi onun mərhum baba və nənəsinə məxsus Tovuz rayonu, Yanıqlı kəndində yerləşən evə köçmüşdür. Baba və nənəsi mübahisəli evi ##.##.2019-cu ildə notarial qaydada ona bağışlamışdır. Iddiaçı isə həmin evdə müvəqqəti yaşamış və evdən istifadə hüququ əldə etməmişdir.
7. Tovuz Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddiaçı İddiaçı cavabdeh Yusifov Ilkin Bəxtiyar oğluna qarşı «evə köçürülmə» tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh Yusifov Ilkin Bəxtiyar oğlu apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilənlər əsassızdır. Onlar birgə nikah dövründə mübahisəli mənzildə hər hansı təmir işləri aparmamışlar. Mərhum baba və nənəsi həmin evi bağışlama müqaviləsi əsasında ona hədiyyə etmişlər. Nə əvvəlki mülkiyyətçilər, nə də ki, o iddiaçıya həmin evdə daimi yaşayacağı barədə vəd verməmişlər. Iddiaçı həmin evdə müvəqqəti yaşamış və yaşayış sahəsindən istifadə hüququ əldə etməmişdir. Bundan başqa, iddiaçı mübahisəli evdən qovulmamış, öz iradəsi ilə oranı tərk etmişdir. Hazırda iddiaçı ilə nikahları pozulmuş olduğuna görə sonuncu onun ailə üzvü hesab olunmur. Ona görə də iddia təmin edilməməlidir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Əvvəlki məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2013-cü ildə cavabdehlə faktiki ailə qurmaqla mübahisəli evə gəlin köçmüş, 2014-cü ildə isə nikahlarını rəsmiləşdirmişlər. Ev cavabdehin babasının adına olub, o da həmin evdə cavabdehin baba və nənəsinə baxmış, 3 uşağı həmin evdə anadan olmuşdur. Babasının ölümündən bir müddət sonra cavabdeh onu döydüyünə görə uşaqları ilə birlikdə evdən çıxmaq məcburiyyətində qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə mübahisəli evi tamamilə yenidən düzəltdirmişlər. Demək olar ki, köhnədən olan evin sadəcə 4 divarı qalıb. Evdə artırmalar olub, bütün bu işləri isə hissə-hissə etmişlər. Cavabdeh usta kimi işləmiş, o isə fəhləlik etmişdir. Eyni zamanda, evin həyətində əkin-biçim edib ailəsinə dəstək olmuşdur. Evdə təmir işlərinə təxminən 2017-ci ildən başlamışlar, hissə-hissə 2023-cü ilədək təmir etmişlər. Hazırda yaşamağa başqa yeri yoxdur, anasına məxsus evdə müvəqqəti məskunlaşmışdır. Həmin ev 2 otaqdan ibarətdir və 9 nəfər (anası, qardaşı, qardaşı arvadı, onların iki uşağı, özü və özünün üç uşağı).
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq ## ####### 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
14. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
15. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
16. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
17. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, iddiaçı İddiaçı ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdeh Yusifov Ilkin Bəxtiyar oğlunun mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən ümumi sahəsi 86,4 kv.m olan fərdi yaşayış evində istifadə hüququ 1 (bir) il 6 (altı) ay müddətə müvəqqəti saxlanılmaqla qeyd olunan müddətə həmin fərdi yaşayış evinə köçürülməsi müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
30. Işin müəyyən olunmuş və faktiki hallarından görünür ki, tərəflər ##.##.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından ##.##.2014-cü il təvəllüdlü Nihat, ##.##.2016-cı il təvəllüdlü Ülvi və ##.##.2017-ci il təvəllüdlü Idris adlı uşaqları doğulmuşdur. Iddiaçı İddiaçı cavabdehlə ailə quran zaman gəlin kimi hazırda cavabdeh Ilkin Yusifovun mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Tərəflər həmin yaşayış sahəsndə birgə ailə təsərrüfatı idarə etmişlər. Sonradan onların ailə münasibətləri pozulduğundan 2023-cü ildə faktik ayrılmışlar, daha sonra isə məhkəmə qətnaməsi əsasından ikahları pozulmuş, birgə nikahdan doğulmuş üç azyaşlı uşaq da iddiaçı Aytən Yusifovnın himayəsinə verilmişdir. Iddiaçı İddiaçı cavabdehə məxsus fərdi yaşayış evindən 2023-cü ilin noyabr ayında çıxmış, həmin vaxtdan hazırki vaxtadək valideyninə məxsus fərdi yaşayış evində yaşayır. Iddiaçı İddiaçı mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olduğunu əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
33. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olduğunu iddia etmiş və bunu cavabdeh İ.Yusifovla birgə nikahda olduqları dövrdə (2017-2023-cü illər) sonuncunun mülkiyyətində olan fərdi yaşayış evində ümumi ailə gəlirləri hesabına əsaslı təmir-tikinti işləri aparılması ilə əlaqələndirmişdir.
35. Bu mənada, iddianın qanuni əsası kimi Ailə Məcəlləsinin 35-ci maddəsi nəzərdən keçirilməlidir. Həmin normaya əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
36. Bu maddənin dispozitiv şərtləri ödənildiyi halda, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə mülkiyyəti kimi qəbul edilməklə iddiaçı əmlakın birgə mülkiyyətçisi qismində həmin yaşayış sahəsinə köçürülə bilərdi.
37. Ancaq, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 35-ci maddəsi ərin və ya arvadın əməyi hesabına əmlakda istənilən təmir işlərinin deyil, əmlakın dəyərini xeyli artıran (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) vəsaitin qoyulması müəyyən edildiyi halda, həmin əmlakın onların birgə mülkiyyəti sayılması imkanını nəzərdə tutur.
38. Bu halın, yəni tərəflərin birgə nikahda olduqları 2017-2023-cü illərdə mübahisəli fərdi yaşayış evində əsaslı tikinti-təmir işlərinin aparılıb-aparılmamasının müəyyənləşdirilməsi məqsədilə apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası və qiymətləndirmə təyin edilmiş, alınan rəylə qeyd edilən illərdə əmlakda tikinti-təmir işləri aparıldığı və bu işlərinin görülməsinə təqribən 9018,30 manat vəsait sərf edildiyi müəyyən edilmişdir.
39. Rəydən görünür ki, qiymətləndirmə iddiaçı tərəfindən təqdim edilmiş evin foto şəkilləri və videotəsvirlər əsasında aprılmışdır. Eyni zamanda, dövrlər üzrə dəyişikliyi müəyyən etmək üçün google earth proqram təminatından istifadə edilməklə görülən işlərin qiyməti müəyyən edilmişdir. Iş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, qiymətləndirmə rəyindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etmişdir.
40. Nəzərə alınsa ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak (o cümlədən ailə gəlirləri) onların ümumi birgə mülkiyyəti sayılır, bu halda birgə nikah dövründə mübahisəli fərdi yaşayış evinin tikinti və təmirinə sərf edilmiş 9018,30 manat vəsaitin ½ hissəsi, yəni 4509,15 manat hissəsi iddiaçı İddiaçı payına düşən hissədir.
41. Kollegiyanın qənaətinə görə, əmlakın tikinti və təmirinə sərf edilmiş 4509,15 manat pul məbləği əmlakın dəyərini xeyli artıran vəsait kimi qiymətləndirilə bilməz. Bu mənada, işin mövcud halları əsasında mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə mülkiyyəti sayılması kimi bir qənaətə gəlmək mümkün deyildir.
42. Bununla yanaşı iddiaçı İddiaçı 2014-cü ildə cavabdehlə ailə qurmaqla hazırda sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinə köçdüyündən onun həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranmış hazırkı mübahisə ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Qeyd edilməlidir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi Mənzil Məcəlləsinin 30.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
44. Bu maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Lakin, nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
45. Bununla belə, ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir.
46. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
47. Yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarındakı hüquqi mövqe).
48. Konstitusiya Məhkəməsi istinad olunan qərarında mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.
49. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, “Elektron məhkəmə” informasiya sistemi üzərində əldə edilmiş məlumatlara əsasən iddiaçı İddiaçı adına qeydə alınmış daşınar və ya daşınmaz əmlak, o cümlədən əməkhaqqı müavinət və digər hər hansı gəliri müəyyən edilməmişdir. Hansı ki, onun himayəsində üç azyaşlı uşağı da vardır və onları digər valideynin iştirakı olmadan təşbaşına böyüdür. Işin sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı İddiaçı özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı yoxdur və məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni iddiaçının keçmiş əri olan cavabdehin mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində 1 il 6 ay müddətə müvəqqəti istifadə hüququ saxlanılmaqla mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar vardır.
50. Eyni zamanda göstərilməlidir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılmaqla (müvəqqəti) köçürülməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır.
51. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının ## ###### 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
52. Birinci instansiya məhkəməsi isə iddianı tamamilə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
53. Məhkəmə kollegiyası həmçinin MPM-nin 220.6-cı maddəsindəki səlahiyyətinə əsaslanaraq qeyd edir ki, bu qətnaməyə əsasən iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ 1 il 6 ay müddətinə müvəqqəti saxlanılmaqla, oraya köçürülməsi müəyyən edildiyindən qətnamənin icra qaydası müəyyən edilməli, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun müvəqqəti saxlanıldığı 1 il 6 ay müddətin axımı iddiaçının mübahisəli evə köçürüldüyü tarixdən hesablanmalıdır.
54. Bundna əlavə, tikinti-texniki ekspertizası və qiymətləndirmə fəaliyyəti həyata keçirilməsi ilə əlaqədar ödənilməli xidmət haqqı 200 manat təşkil etmişdir. Kollegiyanın qənaətinə görə, məhkəmə xərcləri iddiaçıya aid edilməli və qeyd edilən xidmət haqqı iddiaçıdan tutularaq qiymətləndirici təşkilatın müvafiq bank hesabına ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Iddiaçı İddiaçı ##.##.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdeh Yusifov Ilkin Bəxtiyar oğlunun mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən ümumi sahəsi 86,4 kv.m olan fərdi yaşayış evində istifadə hüququ 1 (bir) il 6 (altı) ay müddətə müvəqqəti saxlanılmaqla qeyd olunan müddətə həmin fərdi yaşayış evinə köçürülsün. Iddiaçı İddiaçı yaşayış sahəsinə istifadə hüququnun müvəqqəti saxlanıldığı 1 (bir) il 6 (altı) ay müddətin axımı onun mübahisəli evə köçürüldüyü tarixdən hesablansın. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qiymətləndirmə rəyinin verilməsi ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqı iddiaçı İddiaçı tutularaq «xxxx» MMC-nin müvafiq bank hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.