Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1328/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə birinci növbəli vərəsə tanınma və miras əmlakda payların müəyyən edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qanun üzrə birinci növbəli vərəsə tanınma və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(021)- 1711/2024 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ölmüş (xx.xx.2023-cü il tarixli, AZ-İİ 359195 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) X1 birinci növbəli vərəsəsi kimi tanınmaları və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən (reyestr nömrəsi **********36-10301) M.İddiaçı3 mülkiyyətində olmuş İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.m-dan ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2023-cü il tarixdə ölmüş (xx.xx.2023-cü il tarixli, AZ-İİ 359195 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən) X1 birinci növbəli vərəsəsi kimi tanınmalarına və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən (reyestr nömrəsi **********36-10301) M.İddiaçı3 mülkiyyətində olmuş İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.m-dan ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə Cavabdeh3 və Cavabdeh2 miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəsatət verərək, İddiaçı2, İddiaçı3 və digərlərinin onlara qarşı mirasın qəbulu və vərəsəliyin müəyyən olunması tələbinə dair mülki işin, vəsatətin təsviri hissəsində qeyd edilən və istinad olunan maddi və prosessual hüquq normaları əsas alınmaqla Bərdə Rayon Məhkəməsinin icraatından çıxarılmasına və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında İddiaçı2 Şahvedi qızı, İddiaçı3 və digərlərinin onlara qarşı mirasın qəbulu və vərəsəliyin müəyyən olunması tələbinə dair iddiaları üzrə üzrə mülki iş vardır. Cavabdeh olaraq onların daimi pasport qeydiyyatları Ağdam rayonudur. Miras əmlakın əsas hissəsi isə İmişli rayonundadır. Onlara qarşı iddia ya Ağdam Rayon Məhkəməsinə, ya da İmişli Rayon Məhkəməsinə verilməlidir. Bərdə Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı ilə (hakim Gündüz Abbasov) iddiaçılar İddiaçı1, İddiaçı2 Şahvedi qızının və İddiaçı3 cavabdehlər Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Miras əmlak üzrə İ növbəli vərəsə kimi tanınmaları və payların müəyyən edilməsi” barədə tələbinə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “Miras əmlak üzrə İ növbəli vərəsə kimi tanınmaları və onların miras paylarının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 şikayət verərək, qərardadın ləğv olunmasını və vəsatətin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddiaçıların və cavabdehlərdən onun və bacısı Cavabdeh2 pasport qeydiyyatı Ağdam rayonudur. MPM-nin maddələrinə əsasən iddia cavabdehin olduğu yerə görə verilir. Bu əsasla da iddia Ağdam rayon Məhkəməsində baxılmalıdır. Həmçinin qeyd edir ki, miras əmlak İmişli rayonu ərazisində yerləşir. Həmçinin cavabdehlərdən ögey qardaşı Ağayev X2 rayonunda qeydiyyatda olsa da, faktiki ünvanı İmişli rayonu Göbəktala kəndidir. Məhkəmə MPM-nin 35.1.-ci maddəsinin tələblərini nəzərə almadan qərardad qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 may 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, vəsatət qismən təmin edilməli, mülki iş məhkəmə ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən MPM-nin 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə birinci növbəli vərəsə tanınma və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qanun üzrə birinci növbəli vərəsə tanınma və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişlər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 mülki işin ərazi aidiyyəti üzrə Ağdam və ya İmişli rayon məhkəməsinə göndərilməsi barədə vəsatət vermiş, işə baxan birinci instansiya məhkəməsi isə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsində deyilir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilməlidir ki, «yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İşdəki sənədlərdən müəyyən olunur ki, ilkin iddia üzrə cavabdehlərdən Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi Bərdə şəhəri Heydər Əliyev prospekti 100 nömrəli ünvanda yerləşir. Digər ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi ilkin iddia üzrə cavabdeh qismində göstərilsə də, lakin iddia ərizəsinin məzmununa nəzər saldıqda ilkin iddiaçıların tələbinin adı qeyd olunan cavabdehə qarşı yönəlməsi müəyyən edilmir. İlkin iddia ərizəsinin məzmunu sistemli şəkildə tədqiq olunduqda ilkin iddiaçılarının tələbinin Ağdam rayonunda qeydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yönəlmiş olduğu öz əksini tapır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaya müstəsna aidiyyəti qaydaları əsasında mübahisə predmeti olan əmlakın yerləşdiyi yerin məhkəməsində baxılması üçün prosessual əsaslar mövcud deyil. İşin göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia ərizəsinin Bərdə Rayon Məhkəməsinə verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. İlkin iddianın predmeti və cavabdehlərin yaşayış yeri nəzərə alınmaqla ilkin iddia ərizəsinə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Ağdam Rayon Məhkəməsində baxılmalıdır. MPM-nin 35.3-cü maddəsinə görə, qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, vəsatət qismən təmin edilməli və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 33-34, 45, 36, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 may 2024-cü il tarixli 2(021)-1711/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Vəsatət qismən təmin edilsin. Mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1328/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1328/2024
04.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver