Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-133/2025 05.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə QƏTNAMƏSİ Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun və digər iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 və Cavabdeh1 nümayəndəsi (qızı) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(125)- 51*/2*24 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə *5 noyabr 2*25-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. *2 may 2*19-cu il tarixli, 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 surətindən görünür ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olmuşdur.
2. 27 avqust 2*21-ci il tarixli satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 və alıcı Cavabdeh1 tərəfindən Gəncə "xxxx" mərkəzi Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 məxsus olan ünvan 6 evinin (1/1 hissə *,12 ha) ünvan 6 evinin (1/1 hissə, 145,6 kv/m), Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 145,6 kv/m) 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin, bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notarial qaydada təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qoyulmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC ASAN Gəncə şöbəsinə ünvanlanmış 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktubdan görünür ki, ünvan 5an Cavabdeh1 tərəfindən ünvan 6 evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25*** (iyirmi beş min) manat məbləğində pulun müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndi ünvanında qeydiyyatda olanlar: İddiaçı3, İddiaçı2, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olanlar: İddiaçı1, İddiaçı6, İddiaçı4 və İddiaçı5 verilməsi üçün bankda olan 338*1*1944********** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
4. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 27 avqust 2*21-ci il tarixli, FJB2123922**9*28 nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh1 25*** (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir.
5. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2*21-ci il tarixli, 593 nömrəli arayışdan görünür ki, İddiaçı3 ona məxsus olan Samux rayon, Bağbanlar kəndində *,12 ha torpaq sahəsində ev inşa etmişdir. Çıxarış qeydiyyat nömrəsi 1519**8387, qeydiyyat tarixi *2.*5.2*19 olan ünvanda yerləşən fərdi yaşayış evində (mənzil) aşağıda göstərilən şəxslər daimi pasport qeydiyyatındadırlar: İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6. Adları qeyd olunan şəxslərdən başqa həmin ünvanda heç kim daimi pasport qeydiyyatında yoxdur.
6. 213318**2**29 nömrəli, 8İ-2**29 reyestr nömrəli İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin arvadı – İddiaçı2 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
7. İİİ-JQ seriyalı, 27*892 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı1 ilə X2* arasında nikah 23 dekabr 1983-cü il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 dekabr 1983-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir.
8. 213318**2**28 nömrəli, 8İ-2**28 reyestr nömrəli İddiaçı2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı1 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
9. AZ-İ seriyalı, 384618 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı6 ilə X12 arasında nikah 14 mart 2**8-ci il tarixdə Samux rayonu İnstitut qəsəbə və Bağbanlar kəndi İcra nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2**8-ci il tarixdə *5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir.
10. 213318**2**33 nömrəli, 8İ-2**33 reyestr nömrəli X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı6 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
11. AZ-İİ seriyalı, 1*7789 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı3 ilə X4 arasında nikah 14 mart 2*16-cı il tarixdə Gəncə "xxxx" mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2*16-cı il tarixdə 613 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir.
12. 213318**2**27 nömrəli, 8İ-2**27 reyestr nömrəli X6 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı3 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
13. AZ-İ seriyalı, 824456 nömrəli nikah haqqından şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X9 ilə X13 arasında nikah 27 mart 2*13-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 mart 2*13-cü il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İsgəndərov”, arvada “İsgəndərova” soyadı verilmişdir.
14. 213318**2**32 nömrəli, 8İ-2**32 reyestr nömrəli X9 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin arvadı – İddiaçı5 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
15. AZ-İ seriyalı, 557*38 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, İddiaçı4 ilə X14 arasında nikah 25 mart 2*1*-cu il tarixdə Samux rayonu İnstitut qəsəbəsi və Bağbanlar kəndi üzrə İcra nümayəndəliyində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 mart 2*1*-cu il tarixdə *2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir.
16. 213318**2**3* nömrəli, 8İ-2**3* reyestr nömrəli X14 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, ünvan 2irgə mülkiyyətində olan *,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evinin əri – İddiaçı4 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.
17. 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verir(lər): Satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 (ümumi sahəsi *,12 ha olan torpaq sahəsini və ümumi sahəsi 145,6 kv/m olan fərdi yaşayış evini) – Alıcı Cavabdeh1 satdılar. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: -ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *2.*5.2*19 tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 verilmiş 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli X7 əsasən birgə mülkiyyət üzrə *,12 ha; ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən *2.*5.2*19-cu il tarixdə İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 verilmiş 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli X7 əsasən birgə mülkiyyət üzrə *,12 ha; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş 27.*8.2*21-ci il tarixli, qeydiyyat nömrəsi 2127*81442WT331*4 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 6 evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətinə satdılar. Alıcı(lar) isə həmin qiymətə aldı(lar).
18. *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X3 görünür ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi tam pay olmaqla, Cavabdeh1 məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
19. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər Cavabdeh1, Gəncə "xxxx" Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 27.*8.2*21-ci il tarixdə Gəncə “ASAN xidmət mərkəzi”ndə bağlanılmış AN-İ seriyalı, *947355 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin, bu müqavilə əsasında cavabdehin adına olan dövlət reyestrdən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 2*. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə başçısı kimi o, ailəsi ilə birlikdə Samux rayonu, Bağbanlar kəndində yaşayırlar. 2*21-ci ildə oğlu İddiaçı3 onlara böyük məbləğdə borcu olduğunu, tez bir zamanda bu borcu ödəyə bilməsə onun üçün çox pis olacağını demişdir. Təbii ki, onlar bundan çox narahat olmuş, ondan borcun haradan yarandığını soruşsalar da, günü bu gün də onlara bu barədə məlumat verməmiş, sadəcə bildirmişdir ki, şəxslərə başqa-başqa məbləğdə (məsəl üçün Xəyala 34** manat, Müseyibov Süleymana 8** manat, Eldənizə 2*** manat və s.) borcu var, tez bir zamanda borcları qaytarmağa məcburdur, əks halda onun üçün çox pis vəziyyət yaranacaq. Bundan sonra onlar borc pul axtarmağa başlamışlar ki, Elvinin borclarını qaytarsınlar. Elvinin tanıdığı Elnur adlı şəxs ona kömək edə biləcək adam tanıdığını, həmin adamın faiz qarşılığında Elvinə borc verə biləcəyini, hətta özünün də həmin şəxsdən borc aldığını demişdir. Elnur cavabdeh Tərlanla Elvini tanış etmiş, hətta Tərlan onların evlərinə bir neçə dəfə gəlmiş, Elvinin borclarını qaytarması üçün borc verə biləcəyini, lakin işini bütöv tutması üçün onunla müqavilə bağlamaqla evi girov qoymaq lazım olduğunu vurğulamışdır. Elvinin təxminən borcunun 15*** manat olmasını bildirəndən sonra, bu pulu Tərlan onlara 36 ay müddətinə ayda 8** manat qaytarmaq şərti ilə verə biləcəyini demişdir. Beləliklə onlar Gəncə “ASAN” Xidmət mərkəzində 27.*8.2*21-ci il tarixdə müqavilə bağlamışlar. Əslində bu müqavilənin alqı-satqı müqaviləsi olmasını onlar sonradan dərk etmişlər. Belə ki, onların cavabdehlə aralarındakı razılıq belə olmuşdur ki, cavabdeh onlara 15*** manat bir verəcək, onlarla da pulu artıqlaması ilə aybaay geri qaytaracaqlar. Baxmayaraq onlar aralarında rəsmiləşdirilən müqavilənin əslində girov müqaviləsi yox, alqı-satqı müqaviləsi olduğunu sonradan bilmişlər. Lakin hər ay cavabdehə borcu qaytardıqlarından, həmçinin cavabdehlə aralarında narazılıq olmadığından düşünməmişlər ki, cavabdeh bundan suiistifadə edərək aralarında bağlanılan alqı-satqı müqaviləsindən istifadə edib bu gün onları evdən çıxarmaq niyyətində olsun. Yaşadıqları evin bu gün yox, hələ 2*21-ci il tarixdə bazar dəyəri 9**** manatdan aşağı deyildir. Tələsik halda bu evi heç olmasa 7**** manata satmaq mümkündür. Lakin aralarındakı müqavilə formal olaraq bağlanılmış və müqavilədəki 25*** manat qiymət də formal olaraq göstərilmişdir. Belə ki, Elvinə 15*** manat pul lazım idi, lakin notarius onlara bildirmişdir ki, evin qiymətini 15*** manat göstərmək mümkün olmayacaq. Çünki bu qədər ucuz ev satılması inandırıcı olmaz. Ona görə də cavabdeh təzədən evin qiymətini 25*** manat yazdırmış, hətta üstündə əlavə 1**** manat pul olmadığına görə, özünün tanıdığı bir nəfərə dedikdən sonra 1**** manatı da gətirib müqaviləyə uyğun satıcının-onların depozit hesabına qoymuş, bundan sonra Elvin 25*** manatın 1**** manatını onların yanında dərhal cavabdehə qaytarmış, 15*** manatdan da təxminən vergi və sənəd işlərinə görə 12**-13** manat çıxılmış, beləliklə Elvinə haradasa 137** manat pul çatmışdır. Bu dediklərini "xxxx"də etmişlər, hətta orada olan kameralara baxış keçirməklə bunun müəyyən etmək mümkündür. Elvinin borcu təxminən 15*** manat olduğundan, hətta cavabdeh elə orada təzədən Elvinə 1*** manat da pul vermişdir ki, təki Elvin borcunu qaytara bilsin. Danışıq belə olmuşdur ki, 15*** manatı ayda 8** manat olmaqla, 36 ay boyunca ödənişin bu 1*** manata aidiyyəti yoxdur. 1*** manatı isə ayda 4** manat olmaqla 3 ay boyunca ona qaytaraq. Beləliklə 1*** manat pulu Elvin 3 aya qaytarmışdır. 15*** manat borcdan isə 1-ci ayda 8** manatı Afətlə Elnur birlikdə aparıb cavabdehin qonşusuna vermişlər. Çünki cavabdeh evdə olmadığını, ona görə də pulu qonşuya vermələrini demişdir. 2-ci ayı 8** manatı Afətlə Elnur aparıb şəxsən cavabdehə vermişdir. 3-cü ayın ödənişi gələndə Elvin artıq Moskvadan qayıtmış, aparıb özü vermişdir. 4 və 5-ci ayda ödənişi birlikdə 16** manat şəklində vermişdir. Bu minvalla aydan-aya ödənişlər etsələr də, lakin sonralar çətinlikləri olmuşdur. Artıq ödənişlərin vaxtında qaytara bilmədiklərindən cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamış, son zamanlar da bu daha da dərinləşmiş, ona görə də onlar pulu rəsmi olaraq vermək qərarına gəlmişlər. İddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən göründüyü kimi 1*** manat pulu *2.*6.2*23-cü il tarixdə cavabdehin hesabına köçürmüşlər. Təəssüflər olsun ki, qaytardıqları pulların hamısını bu üsulla yox, əldən-ələ vermişlər. Əgər onların aralarında bağlanılmış alqı-satqı müqaviləsinin əsl məzmunu o olmuşdursa ki, onlar əmlakı satıb müqavilədə göstərilən müddətdə (1 ay) evdən çıxacaqlar, onda sual yaranır ki, bəs aradan keçən 2 il müddətində onlar niyə evdən çıxamamışlar və ya bu müddət boyunca niyə cavabdeh maraqlı olmamışdır ki, onları evdən çıxarmış olsun? Hansı ki, cavabdeh cari ilin avqust ayında evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək onlara qarşı iddia qaldırmışdır. Buna da səbəb artıq cavabdehlə aralarında olan narazılıqlardır. Belə ki, onlar cavabdehə 12*** manat pul qaytarmış, lakin cavabdeh bunu danaraq ona bu qədər pul qaytarmadıqlarını deməsidir. Cavabdeh həmin iddia ərizəsində bu qədər gözləməsinin xoşniyyət olduğunu, guya onlara yaxşılıq etdiyini bildirsə də, əlbəttə bunlar tam yalandır. Belə ki, inandırıcı deyildir ki, əgər cavabdehin əsl niyyəti ev almaq olmuşdursa (tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsi yalan əqd deyildirsə) onda niyə görə bu qədərdir gözləmək məcburiyyətində qalmışdır. Cavabdeh evdən çıxarılma tələbi üzrə iddia ərizəsində açıq şəkildə qeyd edir ki, onlar cavabdehin qohumları, tanışları və ailə üzvü deyildir. Göründüyü kimi ev almış olasan, 2 il boyunca satıcılar evdən çıxmasın və bu müddət ərzində satıcılara qarşı tələb irəli sürməyəsən. Bütün bunlar bir daha ona əsas verir ki, həqiqətən də onlar arasında olan müqavilə yalan əqd olmuş, sadəcə tərəflərin niyyəti alınan borc qarşılığında evi girov qomaq olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrindən *2.*9.2*21-ci il tarixli çıxarış almışdır. Hesab edirlər ki, çıxarışın verilməsinə əsas olan müqavilə etibarsız olduğundan, bunun əsasında verilmiş çıxarış da ləğv edilməldir.
21. Gəncə Şəhər Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(125)-51*/2*24 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14*, 324.1, 324.4, 337.1, 337.4, 339.3, 347 və 4*4.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 217, 216- 22*, 233 və 36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. Həmin qətnamədən narazı qalan iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir, əslində isə həmin sübutlar hazırkı alqı-satqı müqaviləsinin evin satılması niyyəti olmadan, məcburiyyətdən, borcun qaytarılmasının təminatı qismində bağlanmasını təsdiq edir. Həmin alqı-satqı müqaviləsi onların ağır vəziyyətə düşmələri nəticəsində girov müqaviləsi adı altında, yəni başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmuşdur. Məhkəmə tərəfindən araşdırılmayan işin faktiki hallarından biri iş materiallarına tərəflərindən əlavə edilmiş *2.*6.2*23-cü il tarixli “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə İddiaçı3 tərəfindən Cavabdeh1 məxsus karta göndərdiyi 1*** manat pulun qəbzidir ki, həmin ödəmənin tarixindən göründüyü kimi, alqı-satqı müqaviləsindən sonraya təsadüf edir. Buradan aydın olur ki, alqı-satqı müqaviləsində satıcı qismində iştirak edən İddiaçı3 alıcı-Cavabdeh1 müqavilə bağlandıqdan sonra pul verməsi, heç də onların alqı-satqı müqaviləsindəki tərəf olaraq vəzifələrinə uyğun deyildir. Belə ki, alqı-satqı müqaviləsi zamanı satıcı deyil, alıcı satıcıya pul ödəməlidir və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, elə müqavilə bağlanan zaman ödənilməlidir. Lakin, satıcı tərəfindən, özü də alqı-satqı müqaviləsindən sonra ödənilməsi, bu müqavilənin əslində nəzərdə tutulmuş əqd olmadığını göstərir. Məhkəmə işin 1*-ci səhifəsində olan, qeyd edilən qəbz barədə nə məhkəmə araşdırılması zamanı tədqiqat aparmamış, nə də qətnamədə qəbzin varlığı barədə ümumiyyətlə heç nə qeyd etməmişdir. Bundan başqa, baxmayaraq ki, iddiaçılar Gəncə "xxxx" mərkəzində onlara 15*** manat pul verildiyini, lakin, evin qiymətinin baha olduğu üçün 15.*** manatın inandırıcı olmadığına görə müqavilədə formal olaraq 25*** manat göstərildiyini bildirmişlər, lakin, məhkəmə "xxxx" mərkəzinə video-görüntülərin əldə edilməsi üçün sorğu göndərməmişdir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, iddiaçılar müqavilədə nəzərdə tutulan müddətdə (1 ay) yaşayış sahəsini tərk etməyi öhdələrinə götürmüşlər, lakin, hazırkı vaxta qədər əvəzsiz olaraq yaşamalarını davam etdirmişlər. Cavabdeh1 tərəfindən isə Samux rayon Məhkəməsində bizə qarşı evdən çıxarılma tələbinə dair iddia tələbi müqavilə bağlanıldıqdan iki il sonra, 2*23-cü ilin avqust ayında aralarında ödənişlə əlaqədar narazılıqlar yarandıqdan sonra qaldırılmışdır(həmin iddia ərizəsini şikayətimə əlavə edilir). Bu fakt mübahisələndirilən alqı-satqı müqaviləsinin alqı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq edir. Cavabdeh1 tərəfindən həmin iddia qaldırılana qədər onlar düşünə bilməzdilər ki, o, bundan sui-istifadə edərək bu gün bizi evdən çıxarmaq niyyətində olsun. Məhz onlar tərəfindən hazırkı iddianın Cavabdeh1 tərəfindən onlara qarşı evdən çıxarılma tələbi qaldırdıqdan sonra qaldırmaları da onu göstərir. Bundan başqa, məhkəmə alqı-satqının predmeti olmuş evin likvid dəyərinin müqavilədə qeyd edilmiş qiymətdən dəfələrlə artıq olmasına da heç bir hüquqi qiymət verməmişdir. Belə ki, ev *,12 ha torpaq sahəsində yerləşməklə, 145,6 kv.m sahədən ibarətdir. Hələ həmin dövrdə evin bazar dəyəri 9* *** manat olmuşdur. Hazırda evin likvid dəyəri 75*** manatdır. 15*** manata və ya formal olaraq müqavilədə göstərilmiş 25.*** manata, həmin ərazidən üzərində ev olmayan, sadəcə *,*6 ha torpaq sahəsi almaq olar. Aydındır ki, onların ev kimi evi 15 *** manat puldan ötrü cavabdehin mülkiyyətinə keçirməkdənsə, hətta 2* *** manat aşağı qiymətə satmaq daha sərfəlidir. Bununla da, evin alqı-satqısına dair müqavilə üzrə iddiaçılara pulun verilməməsi, həmin zaman verilən pulun borc müqaviləsi üzrə iddiaçılara verilməsi öz təsdiqini tapır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, ailə başçısı kimi o, ailəsi ilə birlikdə Samux rayonu, Bağbanlar kəndində yaşayır. 2*21-ci ildə oğlu Elvinin böyük məbləğdə borcu olduğu üçün, onlar borc pul axtarmağa başlamışlar. Tərlan onlara 36 ay müddətinə ayda 8** manat qaytarmaq şərti ilə borc verə biləcəyini demişdir. Onlar Gəncə “ASAN” Xidmət mərkəzində 27.*8.2*21-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh onlara 15*** manat borc vermişdir. Müqavilənin əslində girov müqaviləsi yox, alqı-satqı müqaviləsi olduğunu sonradan bilmişlər. Yaşadıqları evin 2*21-ci il tarixdə bazar dəyəri təxminən 9*.*** manat olmuşdur. Müqavilədəki 25*** manat qiymət də formal olaraq göstərilmişdir. Onlar ödənişləri vaxtında qaytara bilmədiklərindən cavabdehlə aralarında narazılıq olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən göründüyü kimi 1*** manat pulu cavabdehin hesabına köçürmüşlər. Cavabdehin əsl niyyəti ev almaq olmuşdursa onda niyə 2 ildə evdən çıxma tələbi verməmişdir. Onun müqavilədə yazılmış 25.*** manat pulu qaytarmağa imkanı yoxdur. Pensiya alır, ayda az miqdarda pul qaytara bilər. Cavabdeh alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, İddiaçı1 ailə başçısı kimi ailəsi ilə birlikdə Samux rayonu, Bağbanlar kəndində mübahisəli evdə yaşayırlar. 2*21-ci ildə oğlu Elvinin böyük məbləğdə borcu olduğu üçün, onlar borc pul axtarmağa başlamışlar. Cavabdeh1 onlara 36 ay müddətinə ayda 8** manat qaytarmaq şərti ilə borc verə biləcəyini demişdir. Onlar Gəncə “ASAN” Xidmət mərkəzində 27.*8.2*21ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh onlara 15*** manat borc vermişdir. Müqavilənin əslində girov müqaviləsi yox, alqı-satqı müqaviləsi olduğunu iddiaçılar sonradan bilmişlər. Yaşadıqları evin 2*21-ci il tarixdə bazar dəyəri təxminən 9*.*** manat olmuşdur. Müqavilədəki 25*** manat qiymət isə formal olaraq göstərilmişdir. İddiaçılar ödənişləri vaxtında qaytara bilmədiklərindən cavabdehlə aralarında narazılıq olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən göründüyü kimi 1*** manat pulu iddiaşılar cavabdehin hesabına müqavilədən sonra köçürmüşlər. Cavabdehin əsl niyyəti ev almaq olmuşdursa onda niyə 2 ildə evdən çıxma tələbi verməmişdir. İddiaçı1 pensiyaşı olduğu üçün müqavilədə yazılmış 25.*** manat pulu hazırda tam qaytarmağa imkanı yoxdur. Cavabdeh alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, anası Cavabdeh1 Gəncə “ASAN” Xidmət mərkəzində 27.*8.2*21-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla Samux rayonu, Bağbanlar kəndində *,12 ha torpaq sahəsini və orada yerləşən 145,6 kv.m sahədən ibarət evi 25.*** manata alqı-satqı müqaviləsinə əsasən almışdır. Müqavilədən sonra ödənilmiş 1*** manat Aynurun anasından nisyə aldıqları qızılın puludur. Alqı-satqı müqaviləsi şərtlə bağlanmamışdır. İddiaçılar evdən çıxmadıqları üşün məhkəmədə iddia qaldırmışlar. 25*** manat pul verilməklə evin qaytarılmasına razı deyilik. Biz iddiaçı tərəfə borc verməmişik. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. İş üzrə digər iddiaçılar və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 3*. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
34. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
38. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 4*. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
45. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
46. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
47. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
48. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
49. Maddə 4*4.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 5*. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
51. Maddə 56*.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 56*.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *9 fevral 2**6-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.*6.2**8-ci il tarixli Qərarı
52. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” *2.*4.2*21-ci il tarixli Qərar
53. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2**4-cü il tarixli Qərarı
54. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
55. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2*18-ci il 18 iyul tarixli Qərarı
56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
57. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
58. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
59. Maddə 9. Bənd 1. Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.
“Notariat haqqında” qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***–ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimat 6*. Daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər)
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
61. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
62. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
68. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
69. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 7*. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
71. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
72. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
73. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
75. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
77. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(125)-51*/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri alğı-satqı müqavilələrinin etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. 8*. Məhkəmə Kollegiyası göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən alğı-satqı müqaviləsinin etibarsız olub-olmaması müəyyən edilməlidir.
81. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*21-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
82. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).
83. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
84. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
85. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.
86. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanmısı (34*-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).
87. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.
88. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.
89. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. 9*. Yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır.
91. Belə ki, iş materialları ilə müəyyən edilir ki, *2 may 2*19-cu il tarixli, 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olmuşdur. 27 avqust 2*21-ci il tarixində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 və Cavabdeh1 Gəncə "xxxx" mərkəzi Notariat ofisinə ərizə ünvanlayaraq, İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 məxsus olan ünvan 6 evinin (1/1 hissə *,12 ha) ünvan 6 evinin (1/1 hissə, 145,6 kv/m), Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 145,6 kv/m) 25*** manat ** qəpik (iyirmi beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin, bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notarial qaydada təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qoyulmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC ASAN Gəncə şöbəsinə 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktub ünvanlayaraq, ünvan 5an Cavabdeh1 tərəfindən ünvan 6 evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25*** (iyirmi beş min) manat məbləğində pulun müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndi ünvanında qeydiyyatda olanlar: İddiaçı3, İddiaçı2, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olanlar: İddiaçı1, İddiaçı6, İddiaçı4 və İddiaçı5 verilməsi üçün bankda olan 338*1*1944********** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankı ASCnin 27 avqust 2*21-ci il tarixli, FJB2123922**9*28 nömrəli mədaxil qəbzi ilə təsdiq olunmuşdur ki, Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin Azərbaycan Beynəlxalq Bankı ASC-yə ünvanladığı 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktub əsasında 25*** (iyirmi beş min) manat pulu notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evini 25*** (iyirmi beş min) manata Cavabdeh1 satmışlar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "xxxx" mərkəzi Notariat ofisində bu barədə 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X11 verilmişdir.
92. Kollegiya qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) X17 rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini satmaq barədə əvvəlcədən məlumatlı olmuş və notariat ofisində öz iradələrini ifadə edərək öz əmlaklarını cavabdehə satmış və onun hüquqi nəticələri qəbul etmişlər.
93. İddiaçılar apellyasiya şikayətində mübahisəli daşınmaz əmlakın faktiki satış qiymətinin əmlakın real bazar dəyərinə uyğun olmadığını, əmlakın bazar dəyərinin əslində 9*.*** manat, likvid dəyəri isə 75*** manatdan artıq olduğunu bildirərək, bu faktı alğı-satqı müqavilələrinin etibarsızlığına əsas kimi təqdim etmişlər.
94. İş üzrə məhkəmə kollegiyası tərəfindən həmin dəlilin əsaslılığı araşdırılmış, bu məqsədlə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 28.*7.2*25-ci il tarixli, 151/Mİ/25 nömrəli ekspert rəyində göstərilmişdir ki, Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evinin ümumi bazar dəyəri təqribən 88.*** manat, likvid dəyəri isə 71.*** manat təşkil edir.
95. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçılar tərəfindən müqavilələrin qiymət əsasında etibarsız hesab edilməsi barədə təqdim edilən arqumentlər baxılan işdə təsdiqlənmir.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2**3-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2**4-cü il tarixli Qərarında göstərilmişdir ki, mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq olunması mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər.
97. Belə olan halda qeyd edilməlidir ki, tərəflər mübahisəli əmlaka dair alğı-satqı müqavilələrini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçı tərəfin əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmır və iddianın həll edilməsində heç bir rol oynamır.
98. Göründüyü kimi, baxılan işdə satış qiymətinin bazar dəyərindən aşağı olması yalnız bu fakt əsasında əqdin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsız hesab edilməsi üçün həmçinin iradə qüsurları, aldatma, zorakılıq və sair hüquqi hal olmalıdır ki, bunlar da iş üzrə sübuta yetirilməmişdir.
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *2 aprel 2*21-ci il tarixli Qərarında göstərildiyi kimi, etibarlı əqdin formalaşması üçün əsas şərtlər bunlardır: 1) lazımi subyektlərin iştirakı, 2) iradə və iradə ifadəsinin uyğunluğu, 3) hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğu. Hazırkı iş üzrə bu elementlərin hər biri təmin edilmişdir. Bu səbəbdən iddiaçının iradəsinin əksinə hərəkət olunduğu və əqdin etibarsız sayılması iddiası hüquqi əsasdan məhrumdur. 1**. Bütün bu halları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlara hüquqi qiymət düzgün verilmiş, əqdin etibarlı hesab edilməsi haqlı olaraq nəticə kimi çıxarılmışdır. 1*1. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. 1*2. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 1*3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 1*4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 1*5. Mülki işin yuxarıda sadalanan və tədqiq olunan hallarından göründüyü kimi, *2 may 2*19-cu il tarixli, 1519**8387 qeydiyyat nömrəli, 5*7*13*1331*-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X7 əsasən Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evi iddiaçılar - İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 ümumi birgə mülkiyyətində olmuşdur. 27.*8.2*21-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 və Cavabdeh1 Gəncə "xxxx" mərkəzi Notariat ofisinə ərizə ünvanlayaraq, onlara məxsus olan ünvan 6 evinin (1/1 hissə *,12 ha) ünvan 6 evinin (1/1 hissə, 145,6 kv/m), Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, *,12 ha) Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 145,6 kv/m) 25*** manat (iyirmi beş min manat) qiymətə satılması barədə razılığa gəlmişlər. Gəncə Regional "xxxx" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC ASAN Gəncə şöbəsinə 27 avqust 2*21-ci il tarixli, 2641 nömrəli məktub ünvanlayaraq, ünvan 5an Cavabdeh1 tərəfindən ünvan 6 evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25*** manat məbləğində pulun müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndi ünvanında qeydiyyatda olanlar: İddiaçı3, İddiaçı2, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olanlar: İddiaçı1, İddiaçı6, İddiaçı4 və İddiaçı5 verilməsi üçün bankda olan 338*1*1944********** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Həmin pul notariusun depozit hesabına qoymaq üçün banka mədaxil edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İddiaçı5 Samux rayonu, Bağbanlar kəndi ünvanında yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv/m fərdi yaşayış evini 25*** (iyirmi beş min) manata Cavabdeh1 satmışlar. Gəncə "xxxx" mərkəzi Notariat ofisində bu barədə 27 avqust 2*21-ci il tarixli, AN-İ seriyalı, *947355 nömrəli, 4Ə-22*1 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 *2 sentyabr 2*21-ci il tarixli, 1521*23773 qeydiyyat nömrəli, 5*7*13*1331*- 1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X11 verilmişdir. Bundan başqa, iddiaçı tərəf apellyasiya şikayətində alqı-satqı müqaviləsinin evin və torpaq sahəsinin satılması niyyəti olmadan, məcburiyyətdən, borcun qaytarılmasının təminatı qismində bağlanmasını, həmin alqı-satqı müqaviləsi onların ağır vəziyyətə düşmələri nəticəsində girov müqaviləsi adı altında, yəni başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmasını bildirsələr də, qeyd olunanlar apellyasiya instansiyasında araşdırma aparılarkən öz təsdiqini tapmamışdır. Həmçinin, İddiaçı1 alqı-satqı müqaviləsində olan 25.*** manat pulu pensiya aldığı üçün ayda az miqdarda hissə-hissə qaytaracağını bildirsədə, cavabdeh tərəf bununla qəti razılaşmamış və tərəflər arasında borc münasibətlərinin olmasını inkar etmişdir. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) X17 rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kvadratmetr olan fərdi yaşayış evini satmaq barədə əvvəlcədən məlumatlı olmuş və notariat ofisində öz iradələrini ifadə edərək öz əmlaklarını cavabdehə satmış və onun hüquqi nəticələri qəbul etmişlər. Bundan başqa, iddiaçılar tərəfindən müqavilədən sonra cavabdehə ödənilmiş 1*** manata münasibətdə cavabdehin nümayəndəsi izahatında iddiaçı Aynurun, anası Tərlandan nisyə aldığı qızılın pulu olduğu bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, etibarlı əqdin formalaşması üçün əsas şərtlər - lazımi subyektlərin iştirakı, iradə və iradə ifadəsinin uyğunluğu, hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğudur. Baxılan iş üzrə bu elementlərin hər biri təmin edilmişdir. Bu səbəbdən iddiaçıların iradəsinin əksinə hərəkət olunduğu və əqdin etibarsız sayılması iddiası hüquqi əsasdan məhrumdur. 1*6. Beləliklə, baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 1*7. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 1*8. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 1*9. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPMnin 119.1-ci maddəsinə əsasən 35* manat qiymətləndirmə xərci iddiaçılardan müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına ödənilməlidir. 11*. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1, 372.1, 382, 384.*.1, 385.2, 392, 393, 4*2, 4*3.1 və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(125)-51*/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmənin haqqı 35* (üç yüz əlli) manat pul iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6, İddiaçı4, İddiaçı2, İsgəndərova (Həsənova) Aynur Yaşar qızından müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN 2**1378791, "xxxx" ASC Abşeron filialı, VÖEN 99****1881, M/h: AZ*3NABZ*135*1**********2944, Kodu: 8*5539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ 521BAZ4**9**194469783342*1 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.