Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1330/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi (vəkili) X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat konturu, Gəncə şəhər 2 saylı notariat konturu və Gəncə şəhər 3 saylı notariat konturuna qarşı “alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilmələri” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqısatqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontoruna qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilərək 53000 ABŞ dollarının qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə hesablanması qaydasında borcun ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən narazı qalan Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası 18 may 2018-ci il tarixdə şikayəti təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən öz qüvvəsində saxlanmışdır. Cavabdeh1 Ali Məhkəmənin 18 may 2018-ci il tarixli qərarından məlumat aldıqdan 7 gün sonra borcun əmlaka yönəldilməməsi üçün ən azı 7 daşınmaz əmlakını, gözə dəyən bahalı nəyi varsa hamısını, o cümlədən Yaponiya istehsalı “Toyota Korolla” markalı minik avtomobilini uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirmişdir. Onun uydurma alqı-satqı yolu ilə nikah bağlamadığı, lakin faktiki arvadı olan Cavabdeh2 adına keçirdiyi Daşınmaz Əmlaklar aşağıdakılardır: xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi ilə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 28/22 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyekti (sabiq “Yasəmən” mağazasını) satmışdır. Bu iddiasında o, yalnız Cavabdeh1 öz arvadı ilə bağladığı 3 uydurma alqı-satqı müqaviləsini mübahisələndirməyi lazım bilmişdir. Bu 3 əmlakın ümumi dəyəri Cavabdeh1 ona olan borcunu ödəmək üçün ona yetərlidir. Cavabdeh1la Cavabdeh2 bir ailədə bir evdə yaşayırlar. Onların birgə yaşayışından həddi-büluğa çatmamış bir uşaqları vardır. Qətnamə ərəfəsində Cavabdeh1 2 gün ərzində 2 daşınmaz əmlakı, 1 aydan sonra isə daha bir daşınmaz əmlakı öz arvadına satmasında məntiq yoxdur. Bu müqavilələr ona görə əhəmiyyətsizdir (etibarsızdır) ki, ailəsi rəsmiyyətdə özündən və Cavabdeh1la qeyrirəsmi yaşayışdan doğulan 13 yaşlı övladı Ayxandan ibarət olan Cavabdeh2 evdar qadındır. 15 ildir ki, işləmir, pensiya almır, biznesi yoxdur, oğru-quldur, çapqıncı deyildir. Təxmini qiyməti 200000 manat olan bu 3 daşınmaz əmlakı bu qadın ala bilməzdi, çünki hər hansı qazanc mənbəyi olmayan bu qadın uşağı ilə birliklə Cavabdeh1 himayəsindədir. Həmin müqavilələrin əhəmiyyətsizliyini o, borc ödənişinin təmin edilməsi naminə məhkəmədə tələb etmək məcburiyyətində qalmışdır. Buna hüququ var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə...” 30 iyul 2008-ci il tarixli qərarında deyilir ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Cavabdeh1 yuxarıda göstərilən 3 daşınmaz əmlakını məhz uydurma müqavilələrlə satması onun elə həmin ərəfədə başqa daşınmaz əmlaklarını başqa şəxslərə satması faktları ilə də təsdiq olunur. Başqaları ilə bağlanmış alqı-satqı müqavilələri aşağıdakılardır: 1. Gəncə şəhəri, Todan küçəsi, 123A №-li ev xx.xx.2018-ci il tarixli 4Ə-132 №-li alqı-satqı ilə satılmışdır. 2.Gəncə şəhəri, M. Hüseynov küçəsi, ev 3/15, xx.xx.2018-ci il tarixli 4Ə-1540 nömrəli alqı-satqı ilə satılmışdır. 3.Gəncə şəhəri, Akademik Z.Məmmədov küçəsi, 1-ci döngə, ev 35, mənzil 14 nömrəli ev xx.xx.2018-ci il tarixdə 4Ə-32 nömrəli müqavilə ilə satılmışdır. 4.Yeni Gəncədə 24 B nömrəli evin 14-cü mənzil xx.xx.2017-ci il tarixdə, satılmışdır. Bu 4 ev və mənzilin ümumi bazar dəyəri təxminən 250000 manatdır. Bu qədər pul qazanan adam nəyə görə elə həmin müddətdə daha 3 daşınmaz əmlakından xilas olmalı idi. Cavabdeh1 xx.xx.2018-ci il tarixli qətnamə qanuni qüvvəsini alandan sonra icra məmuruna yaşadığı yer barədə yanlış məlumatlar verərək, uzun müddət onu çaşdırmış, fırıldağı aşkar ediləndən sonra isə özünü gah Qarabağ uğrunda döyüşlərin iştirakçısı, gah şizofreniyaya mübtəla olan anlaqsız adam kimi qələmə vermiş, lakin ifşa olunduğundan, düşündüyü fırıldaqları həyata keçirə bilməmişdir. İcra məmuru onun barəsində xx.xx.2018-ci il tarixdə axtarış qərarı vermiş, məcburi gətirilmə təqdimatı yazmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-300/2019 nömrəli qərardadı ilə ölkədən çıxmaq hüququnu. müvəqqəti məhdudlaşdırmış, nəhayət borc üzrə hər hansı ödəniş etməməsindən, ancaq yalan vədlər verməsindən bezmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(044)-590/2021 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsinin əsasında 500 manat cərimə etdirmişdir. Lakin bunun da təsiri olmamışdır. Cavabdeh1 borcundan 1 manat da ödəməmiş və ödəmək fikrində deyildir. Onun borcunu ödəməyəcəyinə andı vardır. İşləri məhkəmədə olanda cavabdeh ona özü belə deməklə əsəbiləşdirməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər X8 Komissiyası Cavabdeh1 həkim qardaşı Ehtibar Xəlilovun hesabına onun barəsində fəaliyyət qabiliyyətli şəxs olmamasına dair rəy vermişdir. Lakin uydurma rəy Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” tərəfindən ləğv olunmuşdur. Beləliklə cavabdehin borcdan yayınmaq üçün növbəti saxtakarlığı da ifşa olunmuşdur. Cavabdeh1 həqiqətən psixi xəstədirsə, fəaliyyət qabiliyyəti yoxdursa, onun bağladığı müqavilələr, ələlxüsus arvadı ilə bağladığı müqavilələr bu halda da etibarsız (əhəmiyyətsiz) hesab edilməli, satılan əmlaklar Cavabdeh1 özünə qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş halları düzgün araşdırmayıb. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3746/17 №-li qətnaməsinə əsasən Cavabdeh1 onun xeyrinə 53.000 ABŞ dolları tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini xx.xx.2018-ci ildə almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikahlarını qeyd etdirmədən azı 14 ildir ki, “vətəndaş nikahı” deyilən qaydada ailə qurub, birgə yaşayırlar, həmin nikahdan 13 yaşında Ayxan adlı uşqları var. Hərəsi bir yerdə qeydiyyatda olsa da, hazırda faktiki olaraq 2004-cü ildə Cavabdeh1 adına alınmış, xx.xx.2018-ci il tarixli formal alqı-satqı müqaviləsindən Cavabdeh2 mülkiyyətinə keçmiş 3 otaqlı mənzildə (Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25) yaşayırlar. Cavabdeh1 apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3746/17 №-li qətnaməsini ləğv etdirə bilməyəcəyinə tam əmin olandan sonra ona olan borcunu məcburi ödənişə yol verməmək üçün kiçik bir zaman ərzində mülkiyyətində olan 7 daşınmaz əmlakı və “Tayota-Carolla” markalı bahalı avtomaşını özgəninkiləşdirmişdir. Burada o, həmin alqı-satqılardan yalnız üçünü mübahisələndirir. Cavabdeh1 arvadı Cavabdeh2 adına keçirdiyi bu üç daşınmaz əmlak borc ödənişi üçün yetərlidir. Onun əmlakları olan xx.xx.2018 tarixli 4ə-1573№-li alqı-satqı müqaviləsi ünvan 5 ünvandakı 2 otaqlı (yaşayış sahəsi 41.7 kv.m) mənzilə aiddir, 13.000 manata “satılmışdır” (bazar qiyməti 20 min manatdan aşağı deyil); xx.xx.2018-ci il tarixli 4ə-164 №-li alqı-satqı müqaviləsi Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25№-li 3 otaqlı (yaşayış sahəsi 59.1 kv.m) mənzilinə aiddir, 20.000 manata “satılmışdır” (bazar qiyməti 60-70 min manat civarındadır); xx.xx.2018-ci il tarixli 4ə-153 №-li alqı-satqı müqaviləsi Gəncə şəhəri, Xətai prospekti, 237/1 №-li ünvanda yerləşən 139.1 kv.m sahəli ”Yasəmən” mağazasına (beşmərtəbəli binanın 1-ci mərtəbəsi) aiddir, 60.000manata “satılmışdır” (bazar qiyməti 180.000-200.000 manat civarındadır) Cavabdeh1 4 daşınmaz əmlakdan və 1 xarici avtomaşından, eləcə də mübahisələndirdiyi 3 daşınmaz əmlakdan əldə etdiyi puldan (borcun ödənişinə 5-6 qat imkan verən təxminən yarım milyon manatdan) ötən 5 il ərzində 1 manat da olsa, ödəməmişdir və ödəmək fikri yoxdur. Təxminən yarım milyon manat bazar dəyəri olan çoxsaylı əmlakını adından çıxarmasının yeganə səbəbi borc ödənişindən yayınmaqdır. Arvadı ilə bağladığı alqı-satqı müqavilələri hüquqdan suiistifadədir, məqsəd nəticə yaratmaq deyil, daşınmaz əmlakların üzərlərinə həbs qoyulmasının qarşısını almaqdır. Müqavilədən əvvəl Dədə Qorqud küçəsindəki mənzildə necə yaşayırdısa, indi də eləcə yaşayır. Onun minimum bu 3 müqaviləni bağlamaqla məqsədinin borc ödənişindən yayınmaq olmasını yaşadığı ünvanı haqqında yalnış məlumat verməklə xeyli müddət icra məmurundan gizlənmiş, yeri aşkar edildikdən sonra məcburi gətirilib, 500 manat cərimə edilmişdir. Bundan sonra o, başqa taktikaya əl atmış, həkim-narkoloq qardaşı Ehtibar Xəlilovun adından məhkəməyə ərizə təşkil edib, özünü fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanıtdırmaq, bununla da borcdan yayındığına görə cəzasız qalmaq istəmişdir. O, üçüncü şəxs kimi məsələyə qarışıb, Cavabdeh1 fiziki və ruhi cəhətdən tam sağlam olmasını, şizofreniyaya mübtəla olması barədə dispanserdə olan qeydi saxta olmasını, onu 1-ci Qarabağ müharibəsinin qatma-qarışıqlığında qardaşı Ehtibar Xəlilovun təşkil etməsini (Etibarın həkim olduğu narkoloji dispanserlə ruhi-əsəb dispanseri bir həyətdə yerləşir, həkimləri bir yerdə oturub-durur, yeyib içir, bir-birlərinin işlərini “aşırırlar”), Yaşarın 28 ildən sonra yeni problemi (borc ödənişi məsələsi) yarananda Ehtibar növbəti dəfə fırıldağa başçılıq edib, həkim dostlarının köməyi ilə ona xəstəliyinin tutması barədə saxta arayış düzəltmişdir. O, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-1101/2019 №-li qətnamə çıxardılmasını bilən kimi maraqlı şəxs qismində şikayət vermişdir. Saxta qətnamə apellyasiya məhkəməsində ləğv edilmiş, qardaşlar cinayət məsuliyyətinə alınmalarından qorxub, geriyə çəkiləndən sonra onların təşkil etdikləri ərizə xx.xx.2019-cu il tarixli 2(104)-4004/2019 №-li qərardadla baxılmamış saxlanılmışdır. Bu işdən fərqli olaraq həmin işdə ona “şikayət verməyə subyektiv hüququn yoxdur”-deyən olmamışdır. Məhkəmə cavabdeh tərəfin xeyrinə maraq göstərib, maddi hüquq normlarını aşkarcasına inkar edərək, gözdən pərdə asmaq üçün Azərbaycan Respublikası Konstitutsiyası Məhkəməsi Plenumumun “M.Bağırovun şikayəti üzrə...” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarın müddəalarına əməl etməmişdir. Halbuki mübahisənin predmeti həmin müqavilələrin mülki qanunvericiliyə uyğun olub-olmaması və tərəflərin iradələri deyil. Həmin müqavilələr ona olan borc ödənişindən yayınmaq üçün, yəni borcu ödəməmək (ziyan çəkməyinə əsas yaratmaq) üçün bağlanmış, mülkiyyət (mülkiyyəti özgəninkiləşdirmək) hüququndan sui-istifadə edilmişdir. Ona olan borc ödənişini təmin etmək üçün həbsə alınmalı daşınmaz əmlakların və xarici avtomaşının kiçik zaman kəsiyində satılması, onlardan üçüncünün “satıcı”nın arvadının mülkiyyətinə keçməsi müqavilələrin mülki hüquqa uyğun olub-olmamasından asılı olmayaraq ona nisbətdə qanunsuzluq, nadürüstlük, ədalətsizlikdir. Bu müqavilələr hüquqdan, daha dəqiq desək, xüsusi mülkiyyətdə olan əmlaka dair müqavilə bağlamaq hüququndan sui-istifadə etməklə bağlanmışdır. Cavabdeh1la və onunla bağlı qətnamənin qanuni qüvvəyə münməsindən 10 gün sonra 3 daşınmaz əmlakın satılması (onun arvadının adına keçirilməsi ilə özgəninkiləşdirilməsi) hüquqdan sui-istifadənin kvadratıdır, hədəf isə odur. Məqsəd onu borcunu həmin əmlakların hesabına almaqdan məhrum etməkdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən Cavabdeh1 nümayəndə vasitəsilə təmsil olunsa da özü, digər Cavabdeh2 və üçüncü şəxslər üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat kontoru, Gəncə şəhər 2 saylı notariat kontoru və Gəncə şəhər 3 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) X20 apellyasiya şikayətinin dəlilklərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 1959-cu il tarixdə Goranboy rayonu, Əzizbəyov kəndində doğulmuş, ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)- 5584/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh1 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli, 2(102)-3284/2018 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1, nümayəndəsi və vəkili Məmmədov Adəm Məhərrəm oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elçin Məmmədovun borclunun məcburi gətirilməsi haqqında təqdimatdan görünür ki, Azərbaycan Respublikası İcra haqqında qanunun 84.2-ci maddəsini rəhbər tutaraq ünvan 10 ünvanda yaşayan Cavabdeh1 Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” 20 sentyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1959-cu ildə Goranboy rayonu, Əzizbəyov kəndində anadan olmuş, ünvan 12 ünvanında qeydiyyatda olan Cavabdeh1 barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “İcra sənədinin aidiyyatı üzrə göndərilməsinə dair” 04 oktyabr 2018-ci il tarixli Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Elşən Məmmədovun qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3746/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər üzrə İcra idarəsinin xx.xx.2018-ci il tarixli, 29991/16 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılır. Belə ki, borclu şəxsin icra sənədində göstərilən ünvanda yaşamadığı və qeydiyyatda olmadığı tərəflərindən müəyyən olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-590/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 29 may 2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1ünvan 13 ünvanında yerləşən mənzili alıcı Cavabdeh2 13000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 26 may 2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 14 ünvanında yerləşən 3 otaqlı mənzili alıcı Cavabdeh2 20000 manat (iyirmi min manat) satdı. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, 28 iyun 2018-ci il tarixli, 4Ə-153 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti (keçmiş H.Əliyev) 1 ünvanında yerləşən ümumi sahəsi 139,1 kv,m olan qeyri-yaşayış sahəsinin alıcı Cavabdeh2 60000 manat (altmış min manat) qiymətinə satdı. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 177 nömrəli, 16 mart 2020-ci il tarixli rəyindən görünür ki, keçirdiyi xroniki xəstəliyi ilə əlaqədar olaraq hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına hesab yoxdur. İş materiallarında olan Cavabdeh1 hazırki iddia ərizəsinə etirazından görünür ki, İddiaçı onun əvvəllər şəriki olmuş və onlar birlikdə alver və daşınmaz əmlakların alqısatqısını etmişlər. 2011-ci ildə onlar dəri kurtka və şuba alveri ilə məşğul olmaq qərarına gəlmiş və Rusiya Federasiyasında yaşayan Amil adlı şəxsə bu işlə əlaqədar 46000 (qırx altı min) ABŞ dolları məbləğində pul vermişlər. Razılaşmaya əsasən Amil adlı şəxs şubanın və dəri kurtkaların satışından əldə olunan məbləğdən onlara qazanc verməli idi. Təxminən 1 il müddətinə Amil adlı şəxs onlara ayrı-ayrılıqda ümumilikdə 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul vermişdir. Sonradan Amilin işlədiyi Rusiya Federasiyasında olan “Çerkizov” adına bazar bağlanmış və Amil adlı şəxs onlara artıq malların əlində qaldığını və hər hansı qazanc əldə edə bilmədiyini, buna görə də əlində olan şuba və dəri kurtkaları onlara geri qaytaracağını bildirmişdir. O, bu barədə İddiaçı bildirdikdən sonra aralarında narazılıqlar yaranmış və İddiaçı ondan 23000 (iyirmi üç min) ABŞ dolları pulu geri istəmişdir. Halbuki, iddiaçı həmin pulun 4000 (dörd min) ABŞ dollarını qazanc götürmüş və o, isə həmin alverdən 23000 (iyirmi üç min) ABŞ dolları pul itirmişdir. Bundan başqa onunla iddiaçının arasında digər alver də olmuş və həmin alverdən onun iddiaçıya borcu qalmadığı təqdirdə ondan 30000 (otuz min) ABŞ dolları ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları pul tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 saylı qərarına əsasən ondan 53000 ABŞ dolları alınaraq İddiaçı verilməsi qərara alınmışdır. “Toyota-Korolla” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə nə onun adına, nə də ki, ona məxsus olmamışdır. Həmin avtomaşın 17 avqust 2007-ci il tarixdən X16 məxsus olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi mülklərin kimə məxsus olmasını iddiaçının özü yaxşı bilir və onları tanıyır. Çünki iddiaçı həmin mülklərin hamısına dair alqı-satqının əhəmiyyətsiz hesab edilməsini xahiş etməmiş, yalnız digər cavabdeh olan Cavabdeh2 adına qeydə alınmış əmlakların alqısatqısını mübahisələndirmişdir. Onun digər cavabdeh olan Cavabdeh2 ilə aralarında ərarvad münasibəti yoxdur. Bundan əlavə o, iddiaçıya mülkiyyətində olan Gəncə şəhəri, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evini təklif etmiş, həmin mülk qiymətləndirilmiş və açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçı iddia ərizəsində onun iddiaçıya məhkəmə qətnaməsi ilə olan borcunu ödəməyəcəyinə dair and içdiyini yazmışdır. Bundan əlavə o, səhhətində olan problemlərlə əlaqədar dəfələrlə Gəncə şəhər Psixatriya Xəstəxanasında qalmaqla müalicə almışdır. Axırıncı dəfə o, həmin xəstəxanada 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək müalicə almışdır. Onun fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)- 4004/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hal-hazırda əlilliyinə görə aldığı müavinətin 50 faizi, yəni 135 manat pul vəsaiti İddiaçı xeyrinə tutulur. İddiaçı iddia ərizəsində DƏDRX-nin Gəncə Ərazi İdarəsinin mülklərin alqı-satqısına dair 21 dekabr 2018-ci il tarixli məktubunu əlavə etmiş və məhkəmə iclasında da bildirmişdir ki, iddia ərizəsində göstərilən mülklərin onun tərəfindən başqa adamlara satılmasına dair xəbəri 2018-ci il tarixdən məlum olmuşdur. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı apellyasiya şikayəi vermiş və şikayətində həmin əmlakların başqa şəxsə satılmasını bildirmişdir. İş materiallarında olan AA seriyalı, 988921 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X6 surətindən görünür ki, 2007-ci il buraxılışlı, “Toyota Corolla” minik markalı, **- TO-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sahibi X17r. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 04 may 2022-ci il tarixli, 133 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 41000 (qırx bir min) manat təşkil edir. İş materiallarında olan Açıq Hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, hərracın təçkilatçısı “X9”nın nəzdində yaradılmış “Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən məlumat üçün bildirilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş 1656/2018 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən bağ evi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq aşağıda göstərilən tarixdə və ünvanda keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 04 yanvar 2020-ci il tarixli, 108/2006 nömrəli arayışdan görünür ki, vətəndaş Cavabdeh1 06 fevral 2006-cı ilən halhazıradək X34 Dispanserində qeydiyyatda durur. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2019-cu il tarixli, xx/xx-2547 nömrəli arayışının surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1959-cu il tarixdə Goranboy rayonu Əzizbəyov kəndində anadan olmuş Cavabdeh1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 21 dekabr 2018-ci il tarixli, **********89 nömrəli məktubunda bildirilmişdir ki, Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, ev 28, 22 saylı mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-4-714 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il 4Ə-1573 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,11 ha torpaq sahəsi Göygöl rayon notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-53 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Göygöl rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-185 saylı alqı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi X2. Gəncə şəhəri, Kəpəz rayon, Dədə Qorqud küçəsi, ev 50B, 25 saylı mənzil Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-141 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-164 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, X18 küçəsi, 1-ci döngə, ev 35, 14 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-3- 389 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-32 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X3. Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Hüseynov küçəsi, ev 3, 15 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1-102 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1540 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X7. Gəncə şəhəri, Todan küçəsi, 123A saylı fərdi yaşayış evi Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə/1-08 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-132 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X2. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 24B, 14 saylı mənzil Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-491 saylı alqı-satqı müqaviləsinə əsasən X19 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1891 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X4. Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 17V, 3 saylı mənzil Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-02-330 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-3293 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Xəlilov Hicran Abbas qızına satılmışdır. Gəncə şəhəri, Bayan küçəsi, 2-ci döngə, 9 saylı fərdi yaşayış evi Gəncə şəhər 1 sayı notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-2-253 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X5. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci dalan, 19A saylı fərdi yaşayış evi Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 4Ə-01-43 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə- 101 saylı alqı-satqı müqaviləsinə əsasən bu fərdi yaşayış evi X1. Gəncə şəhəri, Kəpəz rayonu, X32 prospekti, 237, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli 000585 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsinə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2018ci il tarixli 4Ə-153 saylı alqı-satqı müqaviləsinə əsasən bu qeyri-yaşayış sahəsi Cavabdeh2 satılmışdır. Gəncə şəhəri, ünvan 19 ünvanında yerləşən bağ evi Gəncə şəhər 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 4Ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış və alıcıya xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 53000 (əlli üç min) ABŞ dolları məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı bildirməsinə görə Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəməmək üçün adına olan daşınmaz əmlaklarını uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirmişdir. Ona görə də Cavabdeh1 digər Cavabdeh2 ilə bağladığı ünvan 1 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələri ilə cavabdehin ona olan borcunu ödəməyə kifayət etiyindən məhz həmin alqı-satqı müqavilələrini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə ilk növbədə İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququnun pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyevtik mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, eyni zamanda İddiaçı Cavabdeh1 ilə digər Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin bağlanmasında tərəf olmamış, mübahisəndirilən alqı-satqı müqavilələrinin bağlanması İddiaçı maraqlarına toxunmasını sübut edə bilməmiş, bununla da müəyyən olunur ki, İddiaçı subyektiv hüquqa malik olduğunu göstərə bilməmiş, həmçinin İddiaçı Cavabdeh1 ona olan borcunu ödəməmək üçün əmlaklarını alqı-satqı müqavilələri əsasında arvadı olan digər Cavabdeh2 adına keçirdiyini iddia etmiş olsa da, lakin Cavabdeh2 ilə Cavabdeh1 arasında nikahın bağlanması, faktiki ər-arvad münasibətlərinin olması və ya birgə təsərrüfatı idarə etmələri barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçının cavabdehə ödənilməmiş 53.000 ABŞ dolları məbləğində borcu vardır və həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığına görə icraya yönəldilmişdir. İşdən göründüyü kimi cavabdehin adında bir sıra daşınmaz əmlaklar olmuşdur ki, onların bir hissəsi iddiaçının göstərdiyi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3746/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdan əvvəl, digərləri isə həmin qətnamə qüvvəyə mindikdən sonra alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. İddiaçı həmin müqavilələri uydurma müqavilə hesab edərək etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Kollegiya qeyd edir ki, hər bir tərəf tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iş üzrə cavabdehlər olan Cavabdeh1 ilə Cavabdeh2 ər-arvad olmasına istinad edərək aralarında bağlanmış alqı-satqı müqavilələrinin formal xarakter daşıdığını və həmin müqavilələrin cavabdehin borcunun ödənilməsindən yayınmaq üçün edildiyini bildirir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. İş materiallarından cavabdehlərin birgə nikahda olmaqla ər-arvad olmaları və onların həmin nikahdan uşaqlarının olması təsdiq olunmur. Cavabdeh1 da iddia ərizəsinə qarşı verdiyi etirazında Cavabdeh2 ilə ər-arvad olduğunu inkar etmiş, iddiaçı isə həmin halı, həmçinin onların birgə təsərrüfat aparmalarını sübuta yetirə bilməmişdir. İşin hallarından görünür ki, hazırkı işdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hal olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları və Azərbaycan Respublikasы MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-736/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1330/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1330/2023
21.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver