Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1337/2024 06.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1029 manat məbləğində vurulmuş zərər və 30,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BA597043 nömrəli, xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, X4 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Nizami küçəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermiş, nəticədə qeyri-yaşayış sahəsində yerləşən X7 tərəfindən icarəyə götürmüş olduğu qeyri yaşayış sahəsi yanğının təsirinə məruz qalmışdır. AR FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 1720 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi, Cavabdeh icarə müqaviləsi əsasında Gəncə şəhəri, Nizami küçəsində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri,yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”-nın 1.4, 1.5-1.5.1,1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq dönərxanada yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də, 17 oktyabr 2016-cı il tarixdə, saat 06 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halında avadanlıqların satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qab-qacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. Vurulmuş zərərə görə 1029 manat sığorta və ödənilən məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilmiş, Cavabdeh 1029 (bir min iyirmi doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,29 (otuz manat 29 qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hər hansı bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Belə ki, həmin obyektdə işçi kimi işləmişdir və onun adına VÖEN açılmışdır. Həmin obyekti Rövşən adlı şəxs götürmüş, sonra da Babək adlı şəxsə vermişdir. 2015-ci ilin noyabr ayından sonra həmin obyektdə işləməmişdir. Obyekt üzrə icarə müqaviləsi onun adına olmasına baxmayaraq, faktiki olaraq o həmin obyekti işlətməmişdir və onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamışdır. Bundan əlavə, 2022-ci ildə İddiaçı ASC Gəncə Kommersiya Məhkəməsində eyni əsaslarla mənə qarşı iddia qaldırılmış və Gəncə Kommersiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli e-2- 2(115)-80/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş düzgün olmayan ünvana göndərilmiş və nəticədə ona məlumat verilməmişdir. Bu səbəbdən də, məhkəmə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-cı il tarixli, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2010-cu il tarixli, MA ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi ilə T.Arani küçəsinin şimal-şərq istiqamətində yerləşən ticarət təyinatlı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri ilə və digər sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh icarə müqaviləsi əsasında istifadəsində olan Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən dönərxanada üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5-1 5.1,1.5-1.5.3 bəndlərinin tələblərini pozaraq istifadəsində olan dönərxanada yanğın təhlükəsizliyini təmin etməmiş və elektrik qurğularının sazlığına nəzarət etməmişdir. Bu səbəbdən də xx.xx.2016-cı il tarixdə, saat 03 radələrində dönərxananın elektrik naqillərində yaranmış elektrotexniki qəza halından yanğın baş vermiş, nəticədə dönərxana, qonşuluqda yerləşən "Eurolux” elektrik avadanlıqlarının satışı mağazası və qazet köşkü içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız hala düşmüş, qabqacaq satışı mağazası və içərisindəki bəzi əşyalar isə qismən yanğına məruz qalmışdır. 17 oktyabr 2016-cı il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən X3 məxsus Cavabdeh icarəyə götürdüyü dönərxanada, X5 icarəyə götürdüyü “Eurolux" mağazasında, X4 icarəyə götürdüyü qab-qacaq mağazasında və "xxxx" ASC 1 saylı Regional “Mətbuatyayımı idarəsinə məxsus, X6 icarəyə götürdüyü 23 saylı köşkdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi və dəymiş ziyanla əlaqədar məhkəməyə mülki qaydada müraciət etmə hüququnun zərər çəkmiş şəxslərə izah edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixli, 1484/FG/CFİ-083/2017 saylı sığorta aktından görünür ki, dəymiş zərərin bərpası üçün çəkilən xərc ümumilikdə 1169 manat təşkil etmiş, zərər məbləğindən 140 manat azadolma məbləği çıxılaraq 1029 manat ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixli, 4167 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 etibarnamə üzrə nümayəndəsi X2 hesabına 1029 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 936.2-ci maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünüdüyü kimi, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sığorta hadisəsinin cavabdehin qanunazidd hərəkətlərinin nəticəsində baş verməsini müəyyən edərək, iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin obyekti işlətməməsinə dair dəlili xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan izahatı ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildimişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Kollegiya iddiaçının həmin dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarındaki olan mülki iş üzrə məhkəmə bildirişdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə göstərilən ünvanlarda yaşamadıqları təqdirdə bu barədə yerli özünüidarəetmə orqanlı (bələdiyyə) və müvafiq icra hakimiyyəti orqanının (yerli icra nümayəndəliyinə) cavabdehin ünvanını araşdırıb göndərilməsi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(125)-1072/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1337/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1337/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver