Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1338/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X3 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" X9 nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X4rşı “borcun silinməsi” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1578/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Törəmə Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1578/2024 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" X29 Cəmiyyəti tərəfindən Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, ev 3 ünvanında yerləşən 16 saylı mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış borcun 698 (altı yüz doxsan səkkiz) manat 39 (otuz doqquz) qəpik hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Törəmə Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1587/2024 saylı xx.xx.2024 tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qanunsuz hesablanmış 813 manat borc məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mülk şəxsi mülkiyyət hüququnda ona məxsusdur. Anası və atası bir ildən artıq xəstə idilər. Bina evinin pilləkənlərini qalxmaq qabiliyyətləri olmadığına görə o, valideyinlərini faktiki yaşadığı (Cavad xan küç, ev 13-də məhlə evi) ünvanda saxlamışdır. X10 xx.xx.2022-ci ildə, atası Abbasov Elbrus xx.xx.2022-ci ildə vəfat etmişdir. Yalnız yas mərasimində həmin evdə sudan istifadə olunmuşdur. Həmin ev 04 dekabr 2023-ci il tarixdən etibarən onun mülkiyyətindədir. Həmin mülk ona məxsus olsa da, o, qeyd edilən Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi (M.Haciyev), ev 3, mənzil 16-da yaşamır. Evdə heç bir yaşayış olmadığından və ümumiyyətlə heç bir kommunal vasitədən istifadə olunmadığından evin qapıları 2022-ci ildən bağlıdır. X30 TSC tərəfindən ona aid olan, heç bir yaşayış olmayan ünvan 3 ünvanına 813 manat borc yazılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Törəmə Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilərək iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərin dəyəri istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanmışdır və nəticədə illər üzrə istehlakçı tərəfindən sudan istifadə və tullantı suların axıdımasına dair tam ödəniş edilməmişdir, 813 manat borc yaranmışdır. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) is günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) is günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X31 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışının surətindən görünür ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 3 saylı evin 16 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022- ci il təvəllüdlü X13 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan şəxslər: Ələsgərova (Abbasova) Günay Elbrus qızı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək; Kazımova (Abbasova) Sevinc Elbrus qızı xx.xx.2003- cü il tarixdən hal-hazıradək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (vəfat edənədək) və X13 xx.xx.2005-ci il tarixədək xx.xx.2022-ci il tarixədək (vəfat edənədək). İş materiallarında olan ünvan 1 ünvanına aid abonent kartından görünür ki, xx.xx.2005-ci il tarixli müqavilə üzrə həmin mənzilin abonent hesabına 2011-cı il üçün illik qalıq borc 84.48 manat; 2012-cı il üçün illik qalıq borc 86.40 manat; 2013-cı il üçün illik qalıq borc 86.40 manat; 2014-cı il üçün illik qalıq borc 86.40 manat; 2015-cı il üçün illik qalıq borc 86.40 manat; 2016-cı il üçün illik qalıq borc 87.18 manat; 2017-ci il üçün illik qalıq borc 108.9 manat; 2018-ci il üçün illik qalıq borc 110.25 manat; 2019-cu il üçün illik qalıq borc 109.35 manat; 2020-ci il üçün illik qalıq borc 109.8 manat; 2021-ci il üçün illik qalıq borc 198.92 manat; 2022-ci il üçün illik qalıq borc 216 manat; 2023-cü il üçün illik qalıq borc 189 manat; 2024-cü il üçün yanvar ayı üçün qalıq borc 4.5 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X14 arasında xx.xx.2019-cu ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Ələsgərova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.2008-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Kazımova Soyadı verilmişdir. İş materiallarında olan AR Müdafiə Nazirliyi 407 nömrəli Hərbi hissənin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri, Tereşkova küçəsi, ev 42, mənzil 27 ünvanında xx.xx.2019-cu ildən yaşayır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışındam görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi: əri X7, qızı X17 və qızı X15r İş materialları ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi (keçmiş M.Hacıyev), 3 saylı evin 16-cı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Valideynləri xəstə olduğundan bina evinin pilləkənlərini qalxmaq qabiliyyətləri olmadığına görə iddiaçı valideyinlərini faktiki yaşadığı həyət evində saxlamışdır. X10 xx.xx.2022-ci ildə, atası Abbasov Elbrus xx.xx.2022-ci ildə vəfat etmişdir. Valideynlərinin yas mərasimləri həmin evdə qeyd olunsa da, sonrakı vaxtlarda həmin ünvanda daimi yaşayış olmamışdır. Bununla belə Gəncə Sukanal TSC tərəfindən ona aid olan ünvan 3 ünvanına 813 manat borc yazılmışdır. Birincin instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda Ələsgərova (Abbasova) Günay Elbrus qızı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu ilədək; Kazımova (Abbasova) Sevinc Elbrus qızı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-cu ilədək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və X13 xx.xx.2005-ci il tarixədən xx.xx.2022-ci il tarixədək yaşamışdır. Beləliklə, mübahisəli ünvanda xx.xx.2011ci ildən xx.xx.2019-cu ilədək 3 nəfər, xx.xx.2022-ci il tarixədək 2 nəfər, xx.xx.2022-ci il tarixədək 1 nəfər yaşamışdır. Belə ki, X5 xx.xx.2019-cu ildən, İddiaçı xx.xx.2008-ci ildən evlənərək başqa ünvanda yaşamışdır. Bundan başqa, mübahisəli ünvan üzrə göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2011-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 84.48 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 19.68 manat borc silinməlidir; 2012-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2013-cü il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2014-cü il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2015-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 86.4 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 64.8 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 21.6 manat borc silinməlidir; 2016-cı il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 87.18 manat borc hesablansa da, 01 yanvar 2016-cı il tarixdən 15 may 2016-cı il tarixədək 4,5 ay müddət üçün köhnə tariflə 3 nəfər üçün hesabat aparılmaqla illik 24.3 manat borc, 16 may 2016 – 31 dekabr 2016-cı il tarixlər arasında 7,5 ay üçün yeni tariflə 3 nəfər üçün 50.64 manat borc, illik cəmi 74.94 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 12.24 manat borc silinməlidir; 2017-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 108 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 81 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 27 manat borc silinməlidir; 2018-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 110.25 manat borc hesablansa da, əslində 3 nəfər üçün hesabat aparılmaqla illik 81 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 29.25 manat borc silinməlidir; 2019-cu il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 109.35 manat borc hesablansa da, xx.xx.2019-cı il tarixdən xx.xx.2019-cu ilədək tarixədək 3 nəfər üçün hesabat aparılmaqla illik 20.25 manat borc, xx.xx.2019-cu ildən – 31 dekabr 2016-cı il tarixədək arasında 2 nəfər üçün 40.5 manat borc olmaqla, illik cəmi 60.75 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 48.6 manat borc silinməlidir; 2020-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 109.8 manat borc hesablansa da, əslində 2 nəfər üçün hesabat aparılmaqla illik 54 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 55.8 manat borc silinməlidir; 2021-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 198.92 manat borc hesablansa da, 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək 01 ay müddət üçün köhnə tariflə 2 nəfər üçün 4.5 manat borc hesablanmalı, 01 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlər arasında 11 ay üçün yeni tariflə 2 nəfər üçün 99 manat borc olmaqla, illik cəmi 103.5 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 95.42 manat borc silinməlidir; 2022-ci il üzrə 4 nəfər üçün hesabat aparılmaqla illik 216 manat borc hesablansa da, 01 yanvar 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 nəfər üçün 81 manat borc hesablanmalı, xx.xx.2022-ci il tarixədək 1 nəfər üçün 4.5 manat borc olmaqla, illik cəmi 85.5 manat borc hesablanmalı idi, buna görə artıq hesablanmış 130.5 manat borc silinməlidir. Bundan başqa, 2023-ci il üzrə 189 manat borc, 2024-ci ilin yanvar ayı üzrə 4.5 manat borc hesablansa da, həmin dövr üzrə sözügedən ünvanda yaşayış olması müəyyən edilmədiyi üçün həmin dövr üçün iddiaçıdan ödənişin tələb edilməsi düzgün deyildir, belə ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçıya hesablanmış cəmi 698.39 manat (19.68+21.6+21.6+21.6+.21.6+12.24+27+29.25+48.6+55.8+95.42+130.5+189+4.5=698.3 9) borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 3-cü bəndinə görə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabibetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin “Qaydalar”ın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,30 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,15 manat müəyyən edilmişdir. Həmin qərar 16 may 2016-cı il tarixdən qüvvəyə minmişdir. Bu qərarədək tarif isə bir kubmetr təmiz su üçün 0,30 manat və çirkab suyun axıdılmasına görə 0,06 manat olmuşdur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 30 yanvar 2021-ci il tarixli Qərarı ilə Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilmiş, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonları istisna olmaqla digər inzibati ərazi vahidləri üçün əhali istehlakçı qrupunun istifadə etdiyi 1 m3 su üçün tarif 0,60 manat, tullantı sularının axıdılması üçün hər kub metr suya 0,30 manat müəyyən edilmişdir. Həmin qərar 01 fevral 2021-ci il tarixdən qüvvəyə minmişdir. İş materiallarından da göründüyü kimi mübahisəli ünvanda Ələsgərova (Abbasova) Günay Elbrus qızı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu ilədək; Kazımova (Abbasova) Sevinc Elbrus qızı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-cu ilədək; X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və X13 xx.xx.2005-ci il tarixədək xx.xx.2022-ci il tarixədək yaşamışdır. Beləliklə, mübahisəli ünvanda xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək 3 nəfər, xx.xx.2022-ci il tarixədək 2 nəfər, xx.xx.2022-ci il tarixədək 1 nəfər yaşamış, 2023-ci il üzrə və 2024-ci ilin yanvar ayınadək isə həmin mənzildə yaşayış olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən mübahisə olunan dövr ərzində iddiaçıya faktiki vəziyyət, yəni mübahisəli ünvanda şəxslər qeydiyyatda olsa da, lakin faktiki yaşayış olmadığına görə 698.39 manat artıq borc yazıldığından birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1578/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1578/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1338/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1338/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver