Məhkəmə qərarları › İş №2(104)-1344/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1344/2024

25.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1344/2024 25.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh4 BOKT QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı «hərracın, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin və mülkiyyət hüququna dair qeydin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair aparılmış qeydin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 02477527 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 0,0722 hektar torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixli 10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 1766/2015 nömrəli qətnaməsindən görünür ki, X2, X5, X3 və "xxxx" MMC-dən müştərək qaydada, cəmi 51.091 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə ödənilməli, kredit borcunun İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin fərdi yaşayış evi açıq hərracdan satılmalıdır.

3. xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə icra icraatına başlanılmışdır.

4. xx.xx.2015-ci il tarixli 04/2423 nömrəli, xx.xx.2015-ci il tarixli 04/3597 nömrəli, xx.xx.2015-ci il tarixli 01/3934 nömrəli və xx.xx.2015-ci il tarixli 04/4186 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin surətlərindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması barədə açıq hərracın yeri və vaxtı haqqında tərəflərə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən məlumat verilmişdir.

5. xx.xx.2016-cı il tarixli 04/69 nömrəli məlumatın surətindən görünür ki, "xxxx" ASCyə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 57.375 manat məbləğinə əldə edilməsi Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən təklif olunmuş və həmin əmlakın 1 ay müddətində əldə olunmamasının hüquqi nəticələri izah edilmişdir.

6. İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır.

7. Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğunun surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKT-yə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmişdir.

8. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 328/2019 nömrəli qərardadının surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

9. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin surətlərindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin satılması barədə açıq hərracın yeri və vaxtı haqqında Cavabdeh3 MMC tərəfindən tərəflərə məlumat verilmişdi.

10. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 76/1 nömrəli hərracın yekun protokoluna əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 57.375 manat məbləğinə Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur.

11. xx.xx.2023-cü il tarixli 01/648 nömrəli Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etmək mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında əmlakın əldə edilməsi barədə protokolun və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri 2 saylı Notariat Ofisində İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddiaçının nümayəndəsi vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərracın, onun nəticələrinin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin və əmlaka Cavabdeh4 QSC BOKT mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)1766/15 nömrəli qətnaməsinə əsasən X2, X5, X3 və "xxxx" MMC-dən müştərək qaydada, cəmi 51.091 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-yə ödənilməsi, kredit borcunun İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında İddiaçı məxsus fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixli, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli bildirişlərinə əsasən hərraclar keçirilmiş, lakin alıcı olmadığına görə əmlaklar satılmamışdır. Hərrac təşkilatının xx.xx.2016-cı il tarixli məlumatına əsasən Gəncə şəhəri, Nizami küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif olunmuşdur. Lakin 1 ay müddət keçməsinə baxmayaraq, bank tərəfindən əmlak balansa götürülməmişdir. «X18»nin xx.xx.2016-cı il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi mövcud qanunvericiliyə əsasən hərracları keçirilmiş, yekunu haqqında məlumat verilmiş və sifariş məktubu üzrə icra müddəti başa çatdığı üçün sifariş icra olunmadan Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. Qeyd olunanlara əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018- ci il tarixli qərarı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi həmin məhkəməyə geri qaytarılmışdır. Beləliklə də, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş, hərrac baş tutmadıqdan sonra ipoteka predmeti xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-yə təklif olunmasına baxmayaraq, 1 ay müddətində əmlak balansa götürülməmişdir. Bununla belə, həmin əmlaka dair sonradan Cavabdeh3 MMC tərəfindən yenidən hərrac keçilmiş və qeyd olunan əmlak Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. Buna görə də, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac, onun nəticələri və Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeyd ləğv edilməlidir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh3 MMC tərəfindən Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərrac, onun nəticələrinin - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokolun, cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə (yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlak, reyestr nömrəsi **********29-10301) Cavabdeh4 QSC BOKT-un mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10 nömrəli ipoteka müqaviləsi üzrə (Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli, yeni qaydalarla Gəncə şəhəri, Bakı küçəsi, 65 nömrəli daşınmaz əmlakın yüklü edilməsinə dair) ipotekaya xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən hərraclar hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmiş, həmin hərracların qanuniliyi bu və ya digər qaydada mübahisələndirilməmişdir. Qeyd olunan hərracların nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir. Halbuki, ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. «İpoteka haqqında» Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Göründüyü kimi, istər mülki qanunvericiliyin, istərsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə ipoteka predmeti olan əmlak barəsində sonuncu hərraclardan əvvəl keçirilmiş 2 hərrac hərracların keçirilməsi üçün müəyyənləşdirilmiş qaydada keçirilmişdirsə və onların keçirilməsi qanunazidd hesab olunmamışdırsa, həmin hərraclardan sonra hərracların keçirilməsi qanunaziddir. Hazırki halda isə ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş, həmin hərracların nəticələri etibarsız hesab olunmadan yenidən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin əmlakın satılması üçün Cavabdeh3 MMC tərəfindən açıq hərrac keçirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixli hərraclar qanunazidd keçirildiyindən həmin hərrac, onun nəticələri - ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 76/1 nömrəli protokol, Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilə və əmlaka Cavabdeh4 QSC BOKT mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 QSC BOKT tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 1205 nömrəli sorğu ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh4 QSC BOKT-yə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi üzrə məlumat verilməsi xahiş edilmiş, icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018- ci il tarixli qərardan Cavabdeh4 QSC BOKT tərəfindən şikayət verilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılmasının mümkün olmamasına və həmin əmlakın ipoteka saxlayana təklif olunmasına dair işin hallarından Cavabdeh4 QSC BOKT ən gec halda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edildiyi tarixdə xəbərdar olsa da, ipoteka predmetinin qəbul edilməsi üçün hər hansı hərəkət etməmişdir. Hətta Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən vahid məhkəmə təcrübəsini formalaşdıran ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının tələbləri də nəzərə alınmamışdır. Halbuki, Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilərkən artıq qeyd olunan vahid məhkəmə təcrübəsi formalaşmış, habelə qeyd olunan Qərardadın 58-ci bəndində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair müqavilə bağlamaq vəzifəsini icra etmədiyi halda tələbkarın məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Digər tərəfdən Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-yə ünvanlanan xx.xx.2016-ci il tarixli 13/271 nömrəli məktub mülki işin məhkəmə hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də, həmin məktubun həqiqətən Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC-yə çatdırılmasına dair hər hansı poçt xəbərnaməsi, qəbz və ya digər sübut dəfələrlə təklif olunmasına baxmayaraq, cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 01/648 nömrəli məktubda isə İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlər toplusunu uzun müddət keçdiyi üçün məhkəməyə təqdim etməyin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, ipoteka predmeti olan, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 07 ay 24 gün, "xxxx" ASC-yə məxsus tələbetmə hüququnun Cavabdeh4 QSC BOKT-yə keçməsindən 8 il 01 ay 08 gün, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadının qəbul edilməsindən 4 il 06 ay, vahid məhkəmə təcrübəsini formalaşdıran ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli 04/2022 nömrəli Qərardadının qəbul olunmasından 8 ay 09 gün sonra - xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, eləcə də, Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə sonuncu hərracın keçirilməsindən 7 il 01 ay 23 gün sonra Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ilk hərrac keçirilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsində aparılmış qeydin ləğv edilməsinə dair hissədə təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi yalnız daşınmaz əmlaka mülkiyyət, habelə digər əşya hüquqlarının dövlət qeydiyyatını aparan orqandır və daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması üçün əsas olan sənədlərin təqdim edilməsi ilə öz vəzifə səlahiyyətlərinin icrasını təmin edir. Başqa sözlə, daşınmaz əmlakın dövlət qeydiyyatının qanuniliyi mübahisələndirilmədiyi müddətdə əmlakın mülkiyyətiçisinin şərti olaraq, «A», yaxud «B» kimi qeyd olunmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə hər hansı təsiri yoxdur. Qeyd olunan səbəbdən də, daşınmaz əmlakın dövlət qeydiyyatının bu və ya digər qaydada (məhkəmə qərarı, müqavilə və s.) dəyişdirilməsi, həmçinin qeydiyyatın aparılması əsaslarının ləğv və ya etibarsız hesab olunması daşınmaz əmlakın əvvəlki qeydiyyatının qanunsuz olması ilə eyniləşdirilə və bu nəticəyə gəlməyə əsas ola bilməz. Belə ki, məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verdiyi təqdirdə hüquqi statusa həmin qərarla birbaşa təsir edilməsindən bəhs oluna bilər. Hazırki halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyi mübahisələndirilmir və iddianın təmin, yaxud rədd edilməsi ilə heç bir halda birbaşa onun mənafeyinə toxunulmur, eləcə də ona əlavə hüquq və vəzifələr yaradılmır. İddia tələbində qeyd olunduğu qaydada «İddiaçı məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması» isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə uyğun olaraq, ipotekaya xitam verilməsinə dair məhkəmə qətnaməsinin icrası qaydasında həll edilən məsələdir və ipotekaya xitam verilməsi ilə həmin xüsusat həll olunur.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.2, 414.1, 414.2, 414.3, 416.1, 416.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 6.1, 10.1, 41.1, 41.2, 43.1, 43.3, 43.4, 43.5, 43.8, maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

18. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin olunmasının əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsini əsas gətirmişdir. Məhkəmə qeyd olunan maddi normanı düzgün tətbiq etməmişdir. Belə ki, bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktubu xx.xx.2016-cı il tarixdə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, bank tərəfindən ipoteka predmetinin banka təklif edilməsi ilə bağlı hərrac mərkəzinin təklifi bank tərəfindən qəbul edilmiş və müvafiq prosedurların başlanması barədə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC-yə məktub göndərilmişdir. Göründüyü kimi bank tərəfindən üzərinə düşən bütün prosedur hərəkətlər yerinə yetirilsə də, Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC hərəkətsiz qalaraq üzərinə düşən prosedur hərəkətləri yerinə yetirməmişdir. Bundan başqa məhkəmə tərəfindən banka prosesdə iştirakla bağlı rəsmi məlumat verilməmişdir. Nəticədə onlar tərəfindən təqdim ediləcək sübut məhkəməyə verilməmişdir. Bu isə mülki işin ətraflı araşdırılmaması ilə nəticələnmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsi Qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi bank tərəfindən hərrac təşkilatına ipoteka predmetinin əldə edilməsilə bağlı məktub göndərilmiş, bununla da bank öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Məktub hərrac mərkəzi tərəfindən alınsa da, hərrac mərkəzi tərəfindən heç bir hərəkət edilməmişdir. Bundan başqa məhkəmə məhkəmə prosesinin vaxtı barədə banka məlumat verməmişdir. Nəticədə bank tərəfindən sübutlar təqdim olunmamışıdr. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsi Qanunvericiliyin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, bank tərəfindən hərrac təşkilatına ipoteka predmetinin əldə edilməsilə bağlı məktub göndərilmişdir. Bununla da, bank öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Məktub hərrac mərkəzi tərəfindən alınsa da, hərrac mərkəzi tərəfindən heç bir hərəkət edilməmişdir. Göründüyü kimi bank tərəfindən ipoteka predmetinin banka təklif edilməsi ilə bağlı hərrac mərkəzinin təklifi bank tərəfindən qəbul edilmiş və müvafiq prosedurların başlanması barədə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC-yə məktub göndərilmişdir. Göründüyü kimi, bank tərəfindən üzərinə düşən bütün prosedur hərəkətlər yerinə yetirilsə də, Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC hərəkətsiz qalaraq üzərinə düşən prosedur hərəkətləri yerinə yetirməmişdir. Bundan başqa məhkəmə tərəfindən banka prosesdə iştirakla bağlı rəsmi məlumat verilməmişdir. Nəticədə tərəfimizdən təqdim ediləcək sübut məhkəməyə verilməmişdir. Bu isə mülki işin ətraflı araşdırılmaması ilə nəticələnmişdir. Məhkəmə iddianın təmin olunmasının əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsini əsas gətirmişdir. Məhkəmə qeyd olunan maddi normanı düzgün tətbiq etməmişdir. Belə ki, bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktubu xx.xx.2016-cı il tarixdə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 BOKT QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur.

27. 196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

«İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu:

28. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

29. 2.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

30. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

31. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

32. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

40. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, lakin hərracın keçirilməsi baş tutmamışdır. xx.xx.2016-cı il tarixli 04/69 nömrəli məlumatla "xxxx" ASC-yə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinin 57.375 manat məbləğinə əldə edilməsi Respublika Xammal və X17 Mərkəzi "xxxx" MMC tərəfindən təklif olunmuş və həmin əmlakın 1 ay müddətində əldə olunmamasının hüquqi nəticələri izah edilmişdir. "xxxx" ASC tərəfindən qeyd olunan əmlak əldə olunmamış, buna görə də, icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarla Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli icra sənədi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadında müəyyənləşdirilmiş mövqeyə görə, ipotekaya xitam verilməsi tələbi hərracların müəyyənləşdirilmiş qaydaları pozulmaqla keçirilməsi əsası ilə təmin edilmədiyi təqdirdə, həmin əmlaklarla bağlı hərraclar keçrilməmiş hesab edildiyi üçün onların yenidən təşkili “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin (yalnız iki hərracın keçirilməsi) tələblərinə zidd olmayacaqdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.

47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü tarixli Qərarında qeyd edilmişdir ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

48. Birinci instansiya məhkəməsimnin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, ipoteka predmeti olan iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evilə bağlı xx.xx.2015-ci il tarixdə və xx.xx.2015ci il tarixdə hərraclar keçirilmiş, bundan sonra ipoteka predmeti tələbkara təklif olunmuşdur. Tələbkar tərəfindən təklif daxil olmadığından icra işi məhkəməyə qaytarılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-328/2019 nömrəli qərardadına əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1766/2015 nömrəli qətnaməsi üzrə «icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması»na dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hüseynovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Gəncə şəhər üzrə İcra İdarəsinin "xxxx" Auctions MMC-yə hərracın keçrilməsi haqqında sifarişinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1766 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi (ilkin satış qiyməti 90.000 manat) barədə hərracın keçirilməsi xahiş olunmuşdur. Sonra ilk hərracın keçirilməsi 23 fevral 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, lakin hərracın keçirilməsi mümkün olmamışdır. Yenidən hərracın keçirilməsi 15 mart 2023-cü il tarixdə saat 11:00a təyin edilmiş, lakin hərracın keçirilməsi mümkün olmamışdır. Yenidən hərracın keçirilməsi xx.xx.2023-cü il tarixdə təyin edilmiş və xx.xx.2023-cü il tarixli 76/1 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi 57.375 manat məbləğinə Cavabdeh4 QSC BOKT tərəfindən əldə olunmuşdur. Göründüyü kimi, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evi ilə bağlı ikinci dəfə təkrarən 2023-cü ildə hərracların keçirilməsi həm qanunvericiliyə, həm bu sahədə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə, həm də ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarında əks olunmuş mövqeyinə zidd olmuşdur. Belə ki, ipoteka predmeti barəsində artıq hərrac keçirilmiş və həmin hərracın nəticələri mübahisələndirilməmişdir. Təkrar ikinci hərracın keçirilməsi ilə qanunun tələbi pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbini həmin hissədə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

49. Kollegiya apellyasiya şikayətinin bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktubunun xx.xx.2016-cı il tarixdə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən qəbul edilməsi, yəni bank tərəfindən ipoteka predmetinin banka təklif edilməsi ilə bağlı hərrac mərkəzinin təklifinin bank tərəfindən qəbul edilməsi və müvafiq prosedurların başlanması barədə Xammal və Əmlak Birjası Hərrac Mərkəzi "xxxx" MMC-yə məktub göndərilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, hətta bank tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair 13/271 saylı, xx.xx.2016-cı il tarixli məktubun göndərilməsi təsdiqini tapsa belə, bu cavabdeh bank tərəfindən protokolun imzalanmış hesab edilməsi tələbi ilə müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı iddia qaldırılması üçün əsas ola bilərdi. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadında müəyyənləşdirilmiş mövqeyə uyğun olaraq belə iddianın qaldırılması ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi, bu Qərardadın 24-cü bəndində qeyd edildiyi kimi, yəni həmin maddənin dispozisiya şərtlərinin mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.

50. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(125)-2032/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar