Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1349/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-856/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, dəymiş ziyanın həcmi 8640 kubmetrdir.
2. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 29 iyul 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla Bərdə rayonu, Qazaxlar kəndi ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı sayğaca müdaxilə edilməsi aşkar olunaraq aktlaşdırılmışdır.
3. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 21 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla Bərdə rayonu, Qazaxlar kəndi ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğacın labaratoriyada yoxlanılması üçün göndərildiyi aktlaşdırılmışdır.
4. İşdə olan **********01029 abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə borcu 1036.80 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 X4 İdarəsi tərəfindən 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” ilə 8640 m.3 qazı itirilməsinə görə ona əsassız hesablanmış 1036,80 manatın **********01020 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, fərdi vətəndaş olaraq 2012-ci ildən hal-hazıradək qaz istehsalçısıdır. 2012-c ildən Azəriqaz İB-nin Tərtər X4 İdarəsi tərəfindən onun həyətindən bayır tərəfdə kəndarası yolla mexaniki tipli G-4 markalı qaz sayğacı qurlaşdıralaraq fərdi yaşayış evinin qaz təchizatı həmin sayğac vasitiəsi ilə həyata keçirlmişdir. Ötən 10 il ərzində qazdan istifadə ilə əlaqədar paylayıcı şəbəkə, yaxud Tərtər QRİİ ilə onun araasında heç bir narazılıq olmamış, istehlak etdiyi qazın dəyərini də həmişə sayğac göstəricisinə uyğun olaraq ödəmişdir. Həm də istehlakçı olaraq istehlak etdiyi qazı ancaq məişətdə-mətbəxdəki 2 gözlü qaz sobasından istifadə zamanı işlətmişdir. Həmçinin bildirir ki, 2012-ci ildə 21 iyul 2022-ci il tarixinədək olan müddətdə onunla Azəriqaz İB arasında və ya onun Tərtər RQİİ yaxud həmin idarənin Bərdə Xidmət Sahəsi arasında qazın alqı-satqısı barədə hər hansı bir müqavilə olmamış, ona abonent kitabçası verilməmişdir. Bunun səbəbi ona məlum deyildir. 21 iyul 2022-ci il tarixdə Azəriqaz İB-nin Tərtər RQİİ-nin Bərdə Xidmət Sahəsinin nümayəndələri gələrək 2012-ci ildə quraşdırlımış həmin sayğacı çıxartmış və onu “Smart tipli sayğacla əvəz etmişdirlər”. Bunun səbəbi olaraq izah etmişdirlər ki, həmin mexaniki sayğac 10 ildən artıqdır ki quraşdırılmılşdır, odur ki köhnəlmişdir, bundan başqa bütün ölkə üzrə smart tipli müasir tipli qaz sayğacları quraşdırılır ki, qazın pulu istehlakçı tərəfindən karta yüklənsin. Həmin nümayəndələr mexaniki sayğacı söküb çıxararkən onun üzərində hər hansl bir zədə, o cümlədəndə plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması barədə ona heç bir məlumat verilməmişdir. Ümumiyyətlə heç bir iradları olmamışdır, sayğaclın plombu da salamat olmuşdur. Elə həmin 21 iyul 2022-ci il tarixdə onunla Tərtər RQİİ-nin Bərdə Xidmət sahəsinin nümayəndəsi vasitəsi ilə “Paylayıcı ilə məişət qurğusu istifadəçisi arasldnda qazın alqı-satqısı barədə” 21 iyul 2022-ci il tarixli 36265 nömrəli müqavilə bağlanmışdır. Bir neçə gün bundan əvvəl Tərtər RQİİ-dən onun ünvanına 29 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamə daxil olmuşdur. Tələbnamədə bildirilir ki, sənayə və məişət qaz sayğaclarının kalibirləmə labaratoriyiasının Qaz sayğacının yoxlanılması barədə 29 iyul 2022-ci il tarixli 29/1710-02876-1 nömrəli Aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmast qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Əsas 29 iyul 2022-ci il tarixli ******* nömrəli AKT. Qaz sayğacının nominal qaz sərfi 4 kub metr orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x90=8640 kubmetr. Beləliklə sözügedən tələbnaməyə əsasən Tərtər RQİİ ondan 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat pulun ödənilməsini tələb edir və həmin məbləğ onun abonent saldosuna qalıb borc kimi daxil edilmişdir. Aşağıda şərh etdiyi səbələrdən Tərtər RQİİ-nin bu tələbini qanunsuz hesab edir. 1. 2012-ci ildən 21 iyul 2022ci il tarixədək istfadəsində olmuş Elektron tipli G-4 markalı ******* nömrəli mexaniki qaz sayğacının çıxarılması, əvəzində SMART tipli qaz sayğacının quraşdırılmasına dair. 21 iyul 2022-ci il tarixli ******* nömrəli aktda ad-soyadının qarşısında olan imza ona məxsus deyildir, o, imza etməyib, onun əvəzindən kimin imza etdiyini də bilmir. 21 iyul 2022-ci il tarixdə sayğac əvəzlənərkən heç bir akt tərtib edilməyib və ona aktın surəti verilməyib, nə də həmin vaxt sayğacda hər hansı bir zədə o cümlədən də sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması ona bildirilməyib. 2. ******* nömrəli aktda göstərilənlərə görə ******* nömrəli sayğac sökülüb götürülərkən onun üzərindəki blomlar sağsalammat olub. Bu fakt həmin sayğaca müdaxiləni istisna edir. 3. 21 iyul 2022-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, ekranda dəlik aşkar olundu. Tələbnamədə isə göstərilir ki, labaratoriya yoxlaması zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması aşkar olundu. Göründüyü kimi akt və labaratoriya rəyi bir biri ilə ziddiyət təşkil edir. 4. Tələbnamədə göstərilir ki, 8640 kub metr həcmində itirilmiş qazın bərpası üçün əsas 29 iyul 2022- ci il tarixli 035436 nömrəli aktdır. 29 iyul 2022-ci il tarixli ******* nömrəli aktda isə göstərilir ki, 30 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı MSK-29/1710-1 saylı akta əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirlidi. Hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. Bu aktdakı qanunsuzluqları diqqətə çatdırır. 30 iyul 2022-ci il tarixdə sayğaca yerinə baxış keçirirlisə necə ola bilər ki , aktın tarixi 29 iyul 2022-ci il olsun? 2) Kalibirləmə labaratoriyasının 29/170-02876-1 saylı aktı və ******* nömrəli akt eyni, yəni 29 iyul 2022-ci il tarixlidir. Necə ola bilər ki, 29 iyul 2022-ci il tarixdə həm sayğaca yerində baxış keçirlsin həmdə elə həmin gün bu sayğac Bakı şəhərində yoxlanılsın? 3) 29 iyul 2022-ci il tarixdə bu sayğaca yerində heç bir baxış keçirlə bilməzdi, çünki ******* nömrəli sayğac hələ 21 iyul 2022-ci il tarixdə sökülüb götürülərək əvəzində SMART tipli müasir sayğac quraşdırılmışdı. 4) 29 iyul 2022-ci il tarixli ******* nömrəli AKT-da onun ad soyadının qarşısında olan imza ona məxsus deyil və o, imza etməmişdir, onun əvəzinə kimin imza etdiyini də bilmir. Bu aktın surətini də tələbnaməni aldıqdan sonra əldə etmişdir. 5. 2012-ci ildən 21 iyul 2022-i il tarixədək olan müdətdə onunla “Azəriqaz “ İB-nə Tərtər RQİİ, nə də həmin idarənin Bərdə xidmət sahəsi arasında qazın alqı-satqısı barədə, o cüməldən də hyətindən kənardakəndarrası yholda quraşdırılmış qaz sayğacını gecə gündüz onun mühafizə edib ona keşik çəkməklə qorumalı olmağı barədə müqavilə olmamışdır, yəni sayğacın zədələnmməsinə görə onun maddi məsuliyyəti nəzərdə tutulan öhdəliyi yoxdur. Yolun içərisinə quraşdırılmış sayğacın zədəlnməsinə və onun ekranının, yaxud plastmas qapağının deşilməsinə görə itirilmiş qazın bərpası da həmin sayğacı quraşdıranlar tərəfindən ödənilməlidir. 6.Ona məlum olduğuna görə mexaniki qaz sayğacları hər 5 ildə bir dəfə çıxarılaraq “Azəriqaz” İBnin Metrologiya Departamentinə albarator yoxlamaya göndərilməli, əgər yoxlama nəticəsində istismara yararlı hesab edilərsə, yenidən quraşdırılaraq istismara verilməlidir. Lakin ******* nömrəli mexaniki sayğac 2012-ci ildə quraşdırılıb istifadəyə verilməsinə baxmayaraq istismarda olduğu 10 ildən çox (21 iyul 2022-ci il tarixədək) bir dəfə də olsun ki, labarator yoxlamaya göndərilməmişdir. Bundan başqa ona məlum olduğuna görə həmin mexaniki qaz sayğacı 2012-ci ildə quraşdırılarkən xüsusi dəmir qutunun işərisində quraşdırılmaqla, onun üzərində quraşdırıldığı dirək isə ən azı 58-60 mm-lik dəmir boru olmalı, yaxud sayğacı divara mıxlamalı idi. Lakin cavabdeh bu qaydalara da əməl etməmiş, sayğacı yolun içərisində 32 mm-lik nazik dəmir borunun üzərinə, həm də heç br qoruyucu qutusu olmadan quraşdırıb çıxıb getmişlər. 7. Cavabdehin yol verdiyi qanusuzluqlar hətta o həddə olmuşdur ki, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” də itirilmiş qaz həcmini hesabalyarkən sutkalıq isttifadə müddətini 24 saat hesabı ilə hesablamışdır. Sual olunur ki, onun evində cəmi 1 ədəd 2 gözlü mətbəx peçi olduğu halda sutkanın 24 saatını qazdan istifadə etməyi nə dərəcədə ağlabatandır. Bu hesablama gülüncdür. 8. ******* nömrəli sayğacın ekranında və onun hesablama mexnizminin plastmas alt hissəsində kimin deşik açması ona məlum deyildir və bunu o, etməmişdir. İntizamlı istehlakçı və ödəyici kimi 2012-ci ildən hal-hazıradək onun istifadə etdiyi təbii qaza görə hər ay demək olar ki, təxminən eyni məbləğlərdə ödənişlər etmişdir, yəni ödənişlərində azalma yoxdur. Əgər bu deşik onun tərəfindən açılmış olsaydı, aylıq ödənişləri arasında kəskin fərq olardı. Hazırkı mübahisənin cavabdehlə 21 iyul 2022-ci il tarixli, 36265 nömrəli Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq məhkəmədənkənar, yəni qarşılıqlı anlaşma və razılaşma yolu ilə həlli məqsədi üçün tərəfindən “Azəriqaz” İB-nin Tərtər X4 İdarəsinə 01 noyabr 2022-ci il tarixli Etiraz bildirişi göndərilmiş, həmin etiraz 03 noyabr 2022-ci il tarixdə alınmasına baxmayaraq bu günədək cavablandırılmamış, ona heç bir münasibət bildirilməmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-856/2023 saylı mülki iş üzrə 14 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim:E.Əhmədov) iddia tələbi təmin edilmiş, Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış (abonent saldosu **********01029) 1036.80 (min otuz altı manat səksən qəpik) manat cərimə borcunun silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-856/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Bərdə rayonu, Qazaxlar kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı ******* nömrəli sayğac açılaraq, dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29/1710-02876-1 saylı aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixə abonent İddiaçı 8640 kubmetr, yəni 1036.80 manat itirilmiş qaz hesablanmışdır. Lakin, məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
12. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
13. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
27. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməsinə görə borcunun olması barədə heç bir sübut yoxdur. Hesablanmış borc isə qaz sayğacına müdaxilə edilməsi əsası ilə hesablanmışdır. Həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
28. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
30. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1030 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-856/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.