Məhkəmə qərarları › İş №2(104)-1353/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1353/2024

04.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1353/2024 04.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğvi, miras əmlak üzərində payın müəyyən edilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı3, o və digər iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Fərruz qızı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *8 aprel 2*24-cü il tarixli 2(125)-188/2*24 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə *4 oktyabr 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. V-JQ seriyalı, 294*81 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3* ilə İddiaçı3 arasında nikah 2* mart 199*-cı il tarixində Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2* mart 199*-cı il tarixində 124 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Mahmudova” soyadı verilmişdir;

2. 1-İE seriyalı 327963 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 12 fevral 1959-cu il tarixində doğulmuşdur. Atası: İddiaçı1 Abbas oğlu, anası: X15r;

3. İİ-İE seriyalı, 149*11 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3* 15 yanvar 1961-ci il tarixində doğulmuşdur. Atası: İddiaçı1 Abbas oğlu, anası: X15r;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 29 fevral 2*24-cü il tarixli, 3-16-5/8-16/2*24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaş İddiaçı1 Abbas oğlu barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: arvadı - X31 15.*7.1927 (13.*4.2*11-ci ildə vəfat edib), uşaq – X2* 12.*4.1956 (*4.*4.2*1*-cu ildə vəfat edib) uşaq – X12 *2.*7.1957, uşaq – X26 12.*2.1959 (31.*7.2*23-cü ildə vəfat edib) uşaq – X43 15.*1.1961 (29.*6.2*21-ci ildə vəfat edib);

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *7 may 1993-cü il tarixdə 387 nömrə qeyd edilmişdir;

6. Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Gəncə şəhər Çoxsahəli Məınzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər X5 tərəfindən verilmiş 31 avqust 2*23-cü il tarixli, 1457 nömrəli arayışdan görünür ki, arayış X21 vərəsəliyi rəsmiləşdirmək üçün dövlət notariat kontoruna təqdim etməkdən ötrü verilmişdir ondan ötrü ki, ünvan 9 yaşayış evi İddiaçı1 Abbas oğlu (notariusun xx.xx.1989-cu il tarixli, 3-3-3*5 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi) üçün şəxsi mülkiyyət hüququ ilə texniki inventarlaşdırma bürosunda qeydə alınmışdır. Yaşayış evi 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla, 188*-ci ildə tikilmişdir;

7. 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31 avqust 1993-cü il tarixli, 3-1- 24* reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Abbas oğlunun sağ qalmış əri (arvadı) X31 onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır;

8. 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31.*8.1993-cü il tarixli 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, ünvan 1 ünvanı X16 adına keçmişdir;

9. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 8645 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə X7 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ondan ötrü ki, Nizami rayonunda, C.Cabbarlı, İ dalan, 6 küçəsində 166,4 kv,m 5 (beş) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilişi, bir hissəsi) X16 mülkiyyət hüququ əsasında qeydə alınmışdır; 1*. 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, Lermantov küçəsi, ev 26-da yaşayan X31 və Bakı şəhəri, Naxçıvani küçəsi, ev 26, mənzil 17-də yaşayan Cavabdeh1 ilə həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar: X31 DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6 378,* kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1-5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evini (mənzilini) Cavabdeh1 bağışlamışdır. Bağışlanan ev (mənzil) girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur;

11. 14 avqust 2*23-cü il tarixli, 3-16-5/8-7*-H-3446/2*23 nömrəli Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 13 aprel 2*11-ci il tarixdə ölmüşdür;

12. AZ-T seriyalı, 233143 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 1989-cu il tarixində doğulmuşdur. Atası: X3*, anası: İddiaçı3dır;

13. AZ-İ seriyalı, 21139* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1994-cü il tarixində doğulmuşdur. Atası: X3*, anası: İddiaçı3dır;

14. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1984-cü il tarixində doğulmuşdur. Atası: X25, anası: X22r;

15. İİ-BO seriyalı, 861898 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3* 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Bu barədə 2*21-ci ilin iyun ayının 3*-da 17*21971***25*1*82**9 nömrəli akt qeydi tərtib olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

16. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair ünvan 2unmuş 31 avqust 1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 2unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1- 138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına verilmiş *2 avqust 2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələblərini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına olmuşdur. İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra 3 vərəsəsi qalmışdır: həyat yoldaşı X31, oğlu X25 və İddiaçı3 həyat yoldaşı X3* olmuşdur. Hələ İddiaçı1 Abbas oğlunun sağlığından ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yalnız X17 ailəsi, yəni onlar yaşamışlar. Elə hazırda da bu mülkdə yaşayırlar. Digər vərəsələr isə hələ İddiaçı1 Abbas oğlunun sağlığından başqa ünvanda yaşamışlar. Yəni atasından qalmış miras əmlak yalnız X3* tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin miras əmlak X3* tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Bu illər ərzində miras mülkün İddiaçı1 Abbas oğlunun adında qalmasını zənn edərək hər hansı bir maneə olmadan orada yaşamışlar. Ona görə də sənədləşmə işləri ilə məşğul olmamışlar. Lakin, bu günlərdə xəbər tutmuşlar ki, İddiaçı1 Abbas oğlu 1993-cü ildə vəfat edən kimi hətta vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün 6 aylıq müddəti gözləmədən ünvan 2unmuş 31 avqust 1993-cü il tarixli, 3-1- 241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların yaşadıqları mülk Davudun arvadı X16 adına keçmişdir. Sonradan isə X31 bu mülkü ünvan 2unmuş 22 may 2**6-cı il tarixli 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Hesab edirlər ki, həm vərəsəlik, həm də bağışlanma zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, sözügedən miras əmlakın yalnız onların ailəsi, yəni mirasqoyanın oğlu X3* tərəfindən qəbul edilməsinə baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, X3* atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmiş, miras əmlakda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Uzun illərdən bəri bütün kommunal xərclər də onlar tərəfindən ödənilmişdir. Yəni, atasından qalmış miras əmlak yalnız X3* tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin, miras əmlak X3* tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Həmçinin, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun burada yaşamamış və onlara qarşı hər hansı bir iradı, tələbi olmamışdır. Göründüyü kimi, qanunsuzluqlar göz qabağındadır. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Yuxarıda qeyd etdiyi kimi, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun burada yaşamamış və onlara qarşı hər hansı bir iradı tələbi olmamışdır. Yəni, həmin vaxt mülk yalnız formal olaraq Cavabdeh1 bağışlanmışdır. Sözügedən bağışlama müqaviləsinin uydurma, yalan əqd olması açıqaydın göz qabağında olması səbəbindən həmin müqavilə də etibarsız hesab olunmalıdır. Həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə bağlı demək olar ki, bütün müddəaları evin bağışlanması halı ilə bağlı hazırki vəziyyəti əks etdirir. Ona görə də sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün də iddia qaldırmaq qərarına gəlmişlər. Bundan başqa, X21 verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin 3* aprel 2**6-cı il tarixində bitməsinə baxmayaraq, bağışlama əməliyyatı məhz bu müvəqqəti şəxsiyyət vəsiqəsi ilə 22 may 2**6-cı il tarixdə həyata keçirilmişdir. Bundan başqa, bağışlanma zamanı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, onların razılıq ərizələri alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur.

18. Cavabdeh1 iddiaya etiraz verərək qeyd etmişdir ki, Gəncə şəhəri Cəfər Cabbarlı küçəsi 1-ci dalanda yerləşən 6 nömrəli yaşayış evi 7 yaşayış otağından ibarət olmaqla X13 xüsusi mülkiyyətində olmuşdur. Həmin yaşayış otaqlarının 3 yaşayış otağında mülk sahibi X23, arvadı X6 ilə, 2 yaşayış otağında mülk sahibinin oğlu İddiaçı1 Abbas oğlu arvadı X31 ilə, 2 yaşayış otağında İddiaçı1 oğlu X25 arvadı X32 ilə yaşamışlar. 199*-cı ilin martından İddiaçı3 nikahlarını rəsmiləşdirməklə İddiaçı1 digər oğlu X24 ərə gedərək mülk sahibi Abbas Hüseynovun arvadı X2 yaşadığı 3 otaqlı yaşayış otağına köçmüş və orada yaşamağa başlamışlar. Mülk sahibi X13 vəfatından sonra notarisun xx.xx.1989-cu il tarixli, 3-3-3*5 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülk İddiaçı1 Abbas oğlunun adına keçmişdir. Mülk sahibi İddiaçı1 Abbas oğlu *6 mart 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdəki 53,4 kv.m 4 otaqdan ibarət hissəsini X8 şəhər 1 saylı Dövlət Kontorunda təsdiq olunmuş 31 avqust 1993- cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən öz adına keçirtmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni alarkən X31 tərəfindən notariat kontoruna tələb olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərdən biri də X1* Bürosu tərəfindən verilmiş 17.*8.1993-cü il tarixli, 1457 nömrəli arayışda göstərilmişdir ki, tikinti “A”-da 53,4 kvadratmetr 4 yaşayış otağından, 11,3 kvadratmetr örtülü eyvandan və 1*,8 kvadratmetr dəhlizdən ibarət yaşayış evi 188*-ci ildə tikilmişdir. *6 may 1993-cü il tarixində vəfat etmiş İddiaçı1 Abbas oğlunun ildönümündən sonra, yəni, 1994-cü ildə Cavabdeh1 atası Azərbaycan Respublikasının Baş Naziri vəzifəsində işləmiş X25 tərəfindən anası Fatma Rəhimovanın adına olan mülkdə 166,4 kvadratmetr sahəli 5 yaşayış otağından və 99,1 kvadratmetr köməkçi sahədən ibarət yaşayış evini tikdirmişdir. 1993-cü ilin oktyabr ayında baş vermiş məlum hadisələrlə bağlı X25 ölkəni tərk edərək, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, oradan isə Tula şəhərinə getmişdir. Həmin vaxt Surət Hüseynovun qardaşı Asif Hüseynov da ailə üzvləri ilə birlikdə Tula şəhərində yaşamışdır. 1996-cı ildə İddiaçı3 anasının ölümü ilə bağlı həm anasının yas yerində iştirak etməsi, həm də anasına vermiş olduğu 7**** manat pulu götürməsi üçün Tula şəhərindən Gəncə şəhərinə gəlmişdir. 26 mart 1997-ci il tarixində X46 şəhərində tutularaq, Bakı şəhərinə gətirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə İ dərəcəli Məhkəmə Kollegiyasının 1* fevral 1999-cu il tarixli hökmü ilə X18 ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayətkarlıq yolu ilə əldə edilmiş, məhum Surət Hüseynova məxsus 17136*** manat dəyərində X16 adına qeydiyyatda olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan 6 saylı ev dövlət nəfinə müsadirə edilmişdir. Surət Hüseynova ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra İddiaçı3 188*ci ildə tikilmiş 53,4 kvadratmetr tikilmiş sahəli 4 otaqlı evi uçurtdurub, Surət Hüseynov tərəfindən kubikdən tikdirilmiş 166,4 kvadratmetr əsas 99,1 kvadratmetr köməkçi sahədən ibarət təzə evə köçmüşdür. X25 Azərbaycan Respublikası Prezidentinin 17 mart 2**4-cü il tarixli fərmanı ilə əfv edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli, 2-352/2**5 nömrəli qətnaməsi ilə ünvan 5 ünvanda yerləşən 166,4 kvadratmetr əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət olan 5 otaqlı ev müsadirədən çıxarılaraq, X21 qaytarılmışdır. Bundan sonra Fatma Rəhimova adına olan Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalanda yerləşən 166,4 kvadratmet əsas və 99,1 kvadratmetr köməkçi sahədən ibarət 5 otaqlı 6 nömrəli “A” literli yaşayış evini Gəncə şəhər 1 saylı Notariat kontorunun 22.*5.2**6-cı il tarixli 4-Ə-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X9 Nail Sürət oğluna bağışlamışdır. Həmin vaxt Fatma Rəhimova tərəfindən bir sıra lazımi sənədlər, o cümlədən Gəncə ərazi idarəsi tərəfindən verilmiş *4.*4.2**6-cı ıl tarixli, 77 nömrəli arayışı da notariat kontoruna təqdim edilmişdir. Həmin yaşayış evinin kubikdən tikilməsi, əsas sahənin 166,4 kvadratmetr, köməkçi sahənin 99,1 kvadratmetr, otaqlarının sayının isə 5 olması göstərilmişdir. Bağışlama müqaviləsindən sonra Cavabdeh1 verilmişdir. Hazırda haqqında mübahisə gedən ev İddiaçı1 miras qalmamış, həmin ev Surət Hüseynov tərəfindən tikdirilmişdir. Mərhum İddiaçı1 qalmış ev isə İddiaçı3 tərəfindən uçurulduğundan hal-hazırda miras əmlak kimi mövcud deyildir. X25 31 iyul 2*23-cü ildə vəfat etmişdir. X37 ərindən miras qalmış evi yox (çünki həmin miras ev mövcud olmamışdır), atası Surət Hüseynov tərəfindən tikdirilmiş evi Cavabdeh1 bağışlamışdır. Bütün qohumlar və məhkəməyə gətirəcəkləri şahidlər də təsdiq edərlər ki, hazırda üstündə mübahisə gedən ev iddiaçı Cavabdeh1 atası X25 tərəfindən tikdirilmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 iyun 2*23-cü il tarixli, 3-21-3-33/2-5831/2*23 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, 6 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunun 31.*8.1993-cü il tarixli, 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 Abbas oğlunun vərəsəsi X4, ona *8.*9.1993-cü il tarixli, 8645 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**8-ci il tarixli, 2-352/2**5 saylı qətnaməsinə əsasən X16 xüsusi mülkiyyətində olan ünvan 7 saylı mülk (ev) müsadirə siyahısından çıxarılmaqla, onun özünə və mülkiyyətinə qaytarılması qət edilmişdir. Qeyd edilən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanmış, sonuncunun adına *2.*8.2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 15 mart 2*24-cü il tarixli, 3-21-3-33/2-2766/2*24 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, 6 saylı fərdi yaşayış evinin arxiv qovluğunda olan sənədlərdən məlum olur ki, Kirovabad şəhər notariat kontorunun 19.*2.1941-ci il tarixli, 776 saylı reyestrdə təsdiq etdiyi akta əsasən Kirovabad şəhəri, Cəfər Cabbarlı küçəsi, 17 saylı fərdi yaşayış evinin X3 istifadəsində olmuşdur. X3 adına bu əmlakın yerləşdiyi 378.* kvm torpaq sahəsinə dair 3*.*5.1948-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli, 4-3-3*5 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Cəfər Cabbarlı küçəsi, 1-ci dalan, ev 6 olan bu fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına keçmişdir. 1 saylı notariat kontorunun 31.*8.1993-cü il tarixli, 3-1-241 saylı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən bu mülk X16 adına keçmiş və ona *8.*9.1993-cü il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli, 2-352 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 1*.*2.1999-cu il tarixli hökmü ilə müsadirə edilmiş Cəfər Cabbarlı küçəsi, 1ci dalan, 6 saylı fərdi yaşayış evi X16 xüsusi mülkiyyətinə qaytarılmışdır. X21 *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X31 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 adına *2.*8.2**6-cı il tarixli, 2*1*13****34-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cinayət işi ilə əlaqədar bu mülkün arxiv işi 28.*8.1997-ci il tarixli, 365 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmiş və geri qaytarılmamışdır. Bu əmlaka dair dublikat arxiv işi açılmış, arxiv sənədlərinin 2**5-ci ilədək olan nüsxələri yalnız təsdiq olunmamış surətlərdən ibarət olduğu üçün onların surətlərinin verilməsi mümkün olmamışdır.

19. Gəncə Şəhər Məhkəməsinin *8 aprel 2*24-cü il tarixli 2(125)-188/2*24 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiasının, iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumunun da iddiaçılara aid edilməsi qət edilmişdir. 2*. Birinci instansiya məhkəməsi mövqeyini *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 75, 76, 77, 78, 79, 8*, 81, 82, 83, 84, 85 və 86-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

22. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına olmuşdur. İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixdə vəfat etmişdir. Hələ İddiaçı1 Abbas oğlunun sağlığından ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yalnız X17 ailəsi, yəni onlar yaşamışıq. Elə hazırda da bu mülkdə onlar yaşayır. Digər vərəsələr isə hələ İddiaçı1 Abbas oğlunun sağlığından başqa ünvanda yaşamışlar. Yəni, miras qoyandan qalmış miras əmlak yalnız X3* tərəfindən qəbul edilməklə idarə edilmişdir. Lakin, miras əmlak X3* tərəfindən qəbul edilsə də, o mirası öz adına rəsmiləşdirmədən 29 iyun 2*21-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras əmlakda yalnız onların ailəsi yaşamağa davam etməklə mirası qəbul etmişlər. Bu illər ərzində miras mülkün İddiaçı1 Abbas oğlunun adında qalmasını zənn edərək hər hansı bir maneə olmadan orada yaşamışlar. Ona görə də sənədləşmə işləri ilə məşğul olmamışlar. Bu yaxınlarda xəbər tutmuşlar ki, İddiaçı1 Abbas oğlu 1993-cü ildə vəfat edən kimi, hətta vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün 6 aylıq müddəti gözləmədən ünvan 2unmuş 31 avqust 1993-cü il tarixli 3-1-241 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların yaşadıqları mülk miras qoyanın arvadı X16 adına keçmişdir. Sonradan isə X31 bu mülkü yenə də onların xəbəri olmadan ünvan 2unmuş 22 may 2**6-cı il tarixli 4Ə-1- 138 reyestr № li bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Belə ki, 2*23cü ilin iyun ayında yaşadıqları evə dair vərəsəlik işlərinin aparılması üçün vəkil vasitəsilə sorğu verilmiş və yalnız bundan sonra sözügedən mülk üzərində yuxarıda göstərilən əməlliyyatların aparıldığı məlum olmuşdur. Hesab edirlər ki, həm vərəsəlik, həm də bağışlama zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, sözügedən miras əmlakın yalnız onların ailəsi, yəni miras qoyanın oğlu X3* tərəfindən qəbul edilməsinə baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Həmçinin, mülkün Cavabdeh1 bağışlanmasına, hazırda onun adına olmasına baxmayaraq, o bir gün də olsun orada yaşamamış və onlara qarşı hər hansı bir iradı, tələbi olmamışdır. Göründüyü kimi, qanunsuzluqlar göz qabağındadır. Ona görə də bütün bunlardan məlumat aldıqdan dərhal sonra pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişlər. Lakin məhkəmə heç bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxartmış və bununla da onların vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Hesab edir ki, məhkəmənin sözügedən qətnaməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması isə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir. Mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə bağlı demək olar ki, bütün müddəaları evin bağışlanması halı ilə bağlı hazırkı vəziyyəti əks etdirir. Ona görə də sözügedən bağışlama müqaviləsi də etibarsız hesab edilməli idi. Bundan başqa, X21 verilmiş müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin 3* aprel 2**6-cı il tarixində bitməsinə baxmayaraq, bağışlama əməliyyatı məhz bu müvəqqəti şəxsiyyət vəsiqəsi ilə 22 may 2**6-cı il tarixdə həyata keçirilmişdir. Həmçinin, bağışlama zamanı evdə pasport qeydiyyatında olmağınza baxmayaraq, onların razılıq ərizəsi alınmadan bağışlama müqaviləsi təsdiq olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Abbas oğlunun adına olmuşdur. İddiaçı1 Abbas oğlu *6 may 1993-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra 3 vərəsəsi qalmışdır: həyat yoldaşı X31, oğlu X25 və X3*. Hələ İddiaçı1 Abbas oğlunun sağlığından Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1-ci dalan, 6 ünvanında yerləşən fərdi yaşayış evində yalnız X17 ailəsi, yəni iddiaçılar yaşamışlar. İddiaçılar elə hazırda da bu mülkdə yaşayırlar. Digər vərəsələr isə hələ miras qoyan İddiaçı1 Abbas oğlunun sağlığında başqa ünvanda yaşamışlar. Yəni, miras əmlak yalnız vərəsə X3* tərəfindən faktiki qəbul edilməklə idarə edilmişdir. Cavabdeh1 bir gün belə olsa, həmin mülkdə yaşamamışdır. İddiaçılar isə fasiləsiz həmin mülkdən istifadə etmişlər. Miras əmlak iddiaçılar tərəfindən sökülüb və İddiaçı3 tərəfindən yeni ev inşa edilmişdir. Mirası əvvəlcə X3* qəbul etmiş, daha sonra isə iddiaçılar qəbul etmişdirlər. X31 2*11-ci ildə vəfat etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli qətnaməsinə əsasən X16 xüsusi mülkiyyətində olan ünvan 7 saylı mülk (ev) müsadirə siyahısından çıxarılmaqla, onun özünə və mülkiyyətinə qaytarılması qət edilmişdir. Məhkəmə qaydasında mübahisələndirdikləri bağışlama müqaviləsi isə 2**6-cı ildə bağlanmışdır. Hesab edirlər ki, iddia müddətini ötürməmişlər. Çünki, 2*23-cü ilin iyun ayında iddiaçılar yaşadıqları evə dair vərəsəlik işlərinin aparılması üçün vəkil vasitəsilə sorğu vermişlər və yalnız bundan sonra sözügedən mülk üzərində yuxarıda göstərilən əməlliyyatların aparıldığı məlum olmuşdur. Bundan məlumat alan zaman isə dərhal məhkəmədə iddia qaldırmışlar.

25. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Surət oğlunun etibarnamə üzrə nümayəndəsi X32 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hal-hazırda mübahisəli əmlak mövcud deyildir. Ona görə də miras əmlakdan söhbət gedə bilməz. Belə ki, sökülən ev 188*-ci il tarixində tikilməklə, 53,4 kvadratmetr 4 yaşayış otaqdan ibarət olmuşdur. İddiaçı1 vəfat etdikdən sonra ondan miras qalmış əmlak Fatma Rəhimovanın adına rəsmiləşmişdir. Cavabdeh1 atası, yəni onun mərhum həyat yoldaşı Surət Hüseynov anasının adına olan mülkdə 5 otaqlı yaşayış evini tikdirmişdir. Fatma Rəhimova da onun adına olan 5 otaqlı 6 nömrəli “A” literli yaşayış evini Gəncə şəhər 1 saylı Notariat kontorunun 22.*5.2**6-cı il tarixli, 4 bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh1 Surət oğluna bağışlamışdır. Yəni, X37 ərindən miras qalmış evi yox, Surət Hüseynov tərəfindən tikilən evi nəvəsinə bağışlamışdır. Bundan başqa mərhum Asif Hüseynov hələ sağlığında evin atasından anasına keçdiyini bilmiş, buna dair heç bir etiraz etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Cavabdeh1 bağışlanılan ev həmin həyətdə yerləşir. Həmişədən Bakıda yaşamışlar, Gəncə şəhərində yaşamamışlar. Uşaqlarım Bakı şəhərində böyümüşdür, çünki məhrum həyat yoldaşı Surət Hüseynov Bakıda həbsdə olmuşdur. Mübahisəli evdə 2*21-ci ilədək heç kəs yaşamamışdır. Mərhum qaynanası Fatma Rəhimova həyat yoldaşı Surətə şikayətlənərək “Gəncədəki evdə qala bilmədiyini, oğlu-qızının oraya gələ bilmədiyini” bildirmiş bundan sonra isə mərhum əri Surət Hüseynov hazırkı evi inşa etdirmişdir. Mərhum əri həbsdən çıxdıqdan anasından Gəncədə tikdirdiyi evi oğlu Nailə bağışlnamasını istəmişdir. Ona görə də mərhum qaynansı Fatma Rəhimova evi nəvəsi Nailə bağışlamışdır. İddiaçı3 da yeni evin tikildiyini görmüşdür, lakin orada yaşamamışdır. Mərhum əri Surət Hüseynovun tikdirdiyi ev baba yurdundakı sökülmüş evin yerində tikilməyib. İddiaçılar Rusiyada yaşayıblar, lakin onlar bunu danırlar. Həyat yoldaşı Surət həbsdən azad edildikdən sonra qaynı Asif həbs edilmişdir. Asif vəfat etmiş, onun ailə üzvləri yas mərasiminə görə Azərbaycana gəlmişlər və oğlu Nailin evində qalmışlar. Həyat yoldaşı Surət də buna etiraz etməmişdir ki, iddiaçılar yasa görə gəliblər, bir müddət qalacaqlar.

26. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Surət oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəlki ev 7 yaşayış otağından ibarət olmaqla Abbas Abuzər oğlunun xüsusi mülkiyyətində olmuşdur. Onun vəfatından sonra evi İddiaçı1 vərəsəlik şəhadətnaməsi ilə öz adına keçirmişdir. Həmin ev 188*-ci ildə tikilmişdir. Həmin yaşayış otaqlarının 3 yaşayış otağında mülk sahibi X23, arvadı X6 ilə, 2 yaşayış otağında mülk sahibinin oğlu İddiaçı1 Abbas oğlu arvadı X31 ilə, 2 yaşayış otağında İddiaçı1 oğlu X25 arvadı X32 ilə yaşamışlar. Hazırda həmin əmlak mövcud deyil. X37 həmin əmlakın müsadirə siyahısından çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.*3.2**5-ci il tarixli qətnaməsinə əsasən X16 xüsusi mülkiyyətində olan Gəncə şəhəri Cəfər Cabbarlı küçəsi 1-ci dalan 6 saylı mülk (ev) müsadirə siyahısından çıxarılmaqla, onun özünə və mülkiyyətinə qaytarılması qət edilmişdir. X37 2**6-cı ildə bağışlama müqaviləsi ilə evi nəvəsi Cavabdeh1 bağışlamışdır.

27. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, miras qalmış ev sökülməmişdir, həmin ev yararsız vəziyyətə düşüb uçmuşdur. Mübahisəli ev qaynatasının atası Seyidabbasın olub, ondan sonra qaynatası Davud müəllimin mülkiyyətinə keçib. Rusiya Federasiyasına gedib gəlmişlər, orada yaşamışlar. Hazırda mübahisəli evdə yaşayırlar. 1994-cü ilə qədər uçan evdə yaşamışlar. Qaynanası da onunla bir yerdə yaşamışdır. Evin qaynanasının adına keçməsindən məlumatı olmayıb. 1993-cü ildə yoldaşı ilə birlikdə baba yurdunu sökdürüb yeni ev inşa edirmişlər. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı3 bildirmişdir ki, miras qalmış ev təxminən 2***-ci illərdə uçmuşdur. Evin müsadirə edilməsindən, habelə müsadirədən azad olunmasından məlumatları olmamışlar.

28. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Surət oğlunun etibarnamə üzrə nümayəndəsi X32 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı evi qaynatasının onlar üçün tikdirdiyini, onun ora gəlin gəldiyini bildirmişdir. Əslində, mərhum qaynatası heç yerdə işləməmişdir, miras qalmış ev isə 1992- 1993-cü illərdə mövcud olmuşdur. 14 il o evdə yaşamışdır. İddiaçılar Seyidabbasın evində qalıblar. Mərhum əri Surət Hüseynov yeni evi 1993-cü ildə tikdirmiş və 1994-cü ildə həmin ev hazır olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, nə qaynatası, nə də digərləri miras qalmış evdə qeydiyyatda olmamışlar. Evi iddiaçı özü sökdürübdür. Bakıdan Gəncəyə gələndə başqa evləri olduğu üçün mübahisəli evdə deyil özlərinə məxsus evdə yaşamamışlar. Mərhum qaynatası 1993-cü ildə vəfat etdikdən sonra əri Surət Hüseynov yeni evi inşa etdirmişdir. Həmin zaman qaynı Asif Hüseynov və ailəsi isə köhnə tikilidə yaşamışlar.

29. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum Asif Hüsyenov 1987-ci ildən miras qalmış evə qeydiyyatda olmuşdur və fasiləsiz olaraq miras əmlakda yaşamaqla mirası faktiki qəbul etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 3*. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1994-cü ildə xəstəxanadan evə qayıtmış və evin qapısının bağlı olduğunu görərək atası evinə getmişdir. Sonra evin açarlarını polisdən alıb evə daxil olmuşdur. 1995-ci ildə Tula şəhərinə getmiş, 1996-cı ildə isə yenə mübahisəli mülkə geri qayıtmışdır. Sonra isə əri Asif Hüseynov vəfat edənə qədər həl il mübahisəli mülkdəki evi təmir etdirmiş və ora vəsait sərf etmişdir. İddiaçı3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Surət oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar mübahisəli mülkdə yaşadıqları üçün kommunal xərclər də onlar tərəfindən ödənilmişdir. Miras mülkdə yerləşən yeni tikili 1994-cü ildə inşa edilmiş, 2**6-cı ildə də isə qanuni əsaslarla nümayəndəsi olduğu şəxsə bağışlanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X19 bildirmişdir ki, mübahisəli ev dövlət qeydiyyatına alınarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Əmlak qeydiyyata alınarkən bütöv mülkiyyət kimi şəxsin adına qeydiyyata alınmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə qanunamüvafiq məhkəmə aktı qəbul olunmasını xahiş etmişdir.

33. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş 11.*9.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

34. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

35. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

36. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

37. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

38. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.

*1.*9.2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

39. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 4*. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

41. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

42. Maddə 668. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.*.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri 5*. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı1 Abbas oğlu ilə X28 ailə qurmuşlar, onların birgə ailə münasibətlərindən X25, X3*, X2* və X12 adlı uşaqları anadan olmuşdur. ünvan 9 yaşayış evi İddiaçı1 Abbas oğlunun şəxsi mülkiyyət hüququ kimi texniki inventarlaşdırma bürosunda qeydə alınmışdır. Həmin yaşayış evi 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla, 188*-ci ildə tikilmişdir. İddiaçı1 Abbas oğlu *6 may 1993cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – arvadı X31, uşaqları X25, X3*, X2* və X12 olmuşlar. Miras qoyan Davud Hüsyenovdan miras qalan əmlak isə ünvan 9 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evi olmuşdur. Adları qeyd olunan vərəsələrdən X31 mirasın qəbulu barədə ərizə ilə notariat orqanına müraciət etmiş və 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31.*8.1993-cü il tarixli 3-1-241 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanı X16 adına keçmişdir. Digər vərəsələr mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Bununla yanaşı müəyyən olunur ki, miras əmlak olan 53,4 kvadratmetr 4 yaşayış otağından ibarət olmaqla 188*-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız vəziyyətə düşərək məhv olmuşdur. Bundan sonra isə miras əmlakda ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evi inşa edilmişdir. Daha sonra isə X31 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli müqavilə əsasında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6378, kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evini nəvəsi Cavabdeh1 bağışlamışdır. X31 13 aprel 2*11-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, miras qoyan Davud Hüseynoun vərəsələri X3* 29 iyun 2*21ci il tarixdə, X26 isə 31 iyul 2*23-cü il tarixdə vəfat etmişlər.

55. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, miras qoyan İddiaçı1 *6 may 1993-cü il tarixində vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanı ünvan 10yestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında arvadı Fatma Rəhimovanın adına keçmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hazırki tələblə 24.*8.2*23-cü il tarixdə məhkəmədə iddia qaldırmışlar. Belə olduğu halda məhkəmə *1.*9.2***-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 valideyni X3* mövcud iddia tələbi ilə məhkəməyə hələ sağlığında müraciət etməmiş, hazırkı iddiaçılar isə məhkəməyə müraciət edərkən də, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşlər. Bu səbəbdən iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

57. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, miras qoyan İddiaçı1 Abbas oğlunun ölümündən sonra miras qalan ünvan 9 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız vəziyyətə düşdüyündən tamamilə sökülərək yenidən ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yeni yaşayış evi inşa edilmişdir. Qeyd olunan hallar həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahat və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır.

58. Bununla belə, məhkəmə kollegiyası hazırkı halda miras qoyan İddiaçı1 Abbas oğlundan miras qalmış ünvan 9 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evinin tamamilə sökülüb-sökülməməsi və söküldüyü halda evin yenidən inşa edilməsi ilə bağlı araşdırma aparılmasına hüquqi qiymət verilməsini zəruri hesab etmir.

59. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 6*. İş materiallarından aydın olur ki, *6 may 1993-cü il tarixdə vəfat etmiş İddiaçı1 Abbas oğlundan qalmış ünvan 9 ünvanda yerləşən 53,4 kv.m 4 yaşayış otağından ibarət 188*-ci ildə tikilmiş fərdi yaşayış evinin qəbuluna dair arvadı X31 31 avqust 1993-cü il tarixdə notariat kontoruna yazılı ərizə ilə müraciət etmiş və həmin müraciəti əsasında miras əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra həmin şəhadətnamə əsasında qeyd olunan mülk X16 adına keçmiş və ona *8.*9.1993-cü tarixli 8645 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

61. Həmçinin, iş materialları ilə İddiaçı1 Abbas oğlunun birinci növbəli vərəsəsi mərhum X1 miras əmlakla bağlı hər hansı mübahisəsinin olması müəyyən edilməmişdir. Yəni, miras əmlakla bağlı vərəsəlik *6.*5.1993-cü il tarixdə açıldığı halda mərhum Asif Hüseynov mirasın açıldığı vaxtdan vəfat etdiyi zamanadək ötən 28 (iyirmi səkkiz) il müddət ərzində miras mülkün tam həcmdə anası Fatma Rəhimovanın adına keçməsinə etiraz olaraq hər hansı hərəkət göstərməmiş və bununla da miras əmlakın faktiki olaraq tam həcmdə anası Fatma Rəhimova tərəfindən qəbuluna razılıq vermişdir. Məhkəmə kollegiyası tərəfindən miras əmlakın Fatma Rəhimovanın adına rəsmiləşdirilməsindən mərhum Asif Hüseynovun məlumatsız olması barədə iddiaçı tərəfin arqumentləri ağlabatan mühakimə əsasında inandırıcı hesab edilməmişdir.

62. Nəzərə almaq lazımdır ki, vərəsə mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. O, mirası qəbul etməyə məcbur edilə bilməz. Ona görə ki, mirasın qəbul edilməsi könüllü əqd olmaqla vərəsənin iradə ifadəsinə əsaslanır. Qeyd olunmalıdır ki, mülki hüquqda iradə sərbəstliyi ümumiyyətlə insanların öz şəxsi məsələləri ilə bağlı subyektiv mənafe və mövqeləri barəsində müstəqil qərar vermək və bu qərar istiqamətində hərəkət etmək azadlığına malik olduqlarını ehtiva edir.

63. *1.*9.2***-ci il tarixədək qüvvədə olmuş 11.*9.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə görə, miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun. Onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

64. Hazırkı işdən görünür ki, *6.*5.1993-cü il tarixdə miras açılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 atası və İddiaçı3 əri mərhum Asif Hüseynov sağ olmuş və sonuncu 29 iyun 2*21-ci il tarixdə vəfat etmişdir.

65. Göründüyü kimi iddiaçıların iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

66. Kollegiya qeyd edir ki, iddiaçılar mübahisəsini etdikləri əmlakdan paylarının müəyyən olunmasına dair subyektiv hüquq sahibi deyillər.

67. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya hesab edir ki, iddiaçıların digər “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” tələbi üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur.

68. Məhkəmə kollegiyası həmçinin iddiaçıların digər “ünvan 2unmuş 22 may 2**6-cı il tarixli, 4Ə-1-138 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələblərini də qanuni və əsaslı saymır. Belə ki, mərhum X31 22 may 2**6-cı il tarixli, 4Ə-1- 138 reyestr nömrəli müqavilə əsasında DƏDRX-nin Gəncə şəhəri Ərazi İdarəsinin 24.*4.2**6-cı il tarixli, 77 nömrəli arayışına əsasən *4.1*.2**5-ci il tarixli, 8645 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Gəncə şəhəri, C.Cabbarlı küçəsi, 1 dalan, ev 6378, kv,m torpaq sahəsi “A” yaşayış binasının ümumi sahəsi 265,5 əsas sahə 166,4, köməkçi sahə 99,1- 5 otaq “A” ümumi sahəsi 173,* çardaq ibarət yaşayış evini Cavabdeh1 bağışlamışdır.

69. Hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanmalıdır. Hazırkı mübahisələndirilən bağışlama müqaviləsində hədiyyə alan tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt müəyyən olunmamışdır. 7*. Digər tərəfdən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).

71. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçıların, *8.*4.2**9-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi, bu tələbin normaların qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Başqa sözlə, həmin müqaviləyə dair hüquqi proseslər barəsində mülkiyyətçi Fatma Rəhimova tam sərbəst şəkildə hərəkət edərək əmlakın müqəddəratı barədə iradə ifadəsini bəyan etmiş, bu iradə ifadəsi əsasında isə əmlak özgəninkiləşdirilmişdir. Eyni zamanda, bağışlama müqaviləsinin onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olmaması da müəyyən edilməmişdir.

72. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2*1*-cu il 25 oktyabr tarixli Qərarı).

73. Kollegiya eyni zamanda iddiaçıların “Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv olunması” barədə iddia tələbləbinə hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli əmlaka dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair bağlanmış yuxarıda göstərilən bağışlama müqaviləsindən törəmişdir. Mübahisəli əmlaka dair qeyd olunan müqavilə etibarsız hesab edilmədiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da ləğv olunması üçün də əsaslar yoxdur.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *8 aprel 2*24-cü il tarixli 2(125)-188/2*24 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar