Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1356/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X14 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(042)-237/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qiymətləndirmə Aktından görünür ki, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumillikdə 2610 manat məbləğində pul vəsaiti ayrılmışdır.
2. Ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslər X19,X23, X12, X9 və X7 ümumillikdə 4860 manat məbləğində ödəniş edilmişdir.
3. BPQMİ-nin Map Şöbəsi tərəfindən verilmiş Arayışından görünür ki, Cavabdeh Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatdadır.
4. Arayışdan görünür ki, xx.xx.2021-ci tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində X10 etibarnamə əsasında idarə etdiyi ”VAZ 21063” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs X13 məxsus “VAZ 21074” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
5. Cinayət İşinin rədd edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X15” X26 tərəfindən verilmiş ekspert rəylərindən görünür ki, X12, X11, Cavabdeh və X9 yüngül dərəcəli xəsarətlər almışlar.
7. Sığorta Ödənişi ilə bağlı Aktın surətindən görünür ki, “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş, sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı, 10-CE369 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı, **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə 4860 manat sığorta ödənişi həyata keçirilmişdir.
6. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5539 saylı ekspert rəyindən (tədqiqatın nəticə hissəsindən) görünür ki, nəzəri hesablama yolu ilə, qərardadla birgə təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 1993-cü il buraxılış, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci həmin tarix üçün, yəni 2023-cü ilin mart ayına təxminən 2060,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti- 1085,00 manat - təmir-bərpa işlərinin qiyməti- 975,00 manat Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 1993-cü il buraxılışlı, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(104)-1356/2024 nömrəli qərardadla birgə təqdim edilmiş materiallarda olan qüsur aktı əsasında hesablanır.
7. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5539 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50,00 (əlli) manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4860 manat və ödənilmiş dövlət rüsumuna görə 68.60 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun cavabdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş, sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı 10-CE369 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Daha sonra araşdırılma aparılmış,Cavabdeh əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. "xxxx" ASC tərəfindən 19 iyun 2023-cü il tarixli 1178/23 nömrəli məktubla Cavabdeh qarşı 4860 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
10. Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-237/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya qaydasında 4860 manat, 78.60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi, 4938.60 manatın alınaraq, "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən PQA nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı 10-CE369 dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır.Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı 10-CE369 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı **- CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə, 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, lakin əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 4860 manat və ödənilmiş dövlət rüsumun əvəzi olan 78.60 manat alınaraq, "xxxx" ASC-ə ödənilməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2,-ci maddələrinə,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-237/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(042)-237/2024 saylı qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və iddiaçının nümayəndəsinin iştrakı olmadan işə baxaraq dəymiş ziyanla bağlı müvafiq ekspertiza təyin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, 14 mart 2023-cü il tarixdə nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə gələn təcili tibbi yardım ağır xəsarət aldığı üçün onu, yüngül xəsarət aldıqları üçün X11 və X6 xəstəxanya apardılar, X12 isə hadisə yerində qaldı. Lakin buna baxmayaraq ekspert Sahib Süleymanovunda xəsarət alması barədə rəy verib. Bundan başqa baş vermiş yol nəqliyyat hadisəsində avtomaşınlara dəymiş zərər məbləği həqiqəti əks etdirmir, iddiaçı tərəfindən təqdim edilən qiymətləndirmə aktında göstərilən qiymətlər real bazar qiymətlərinə uyğun deyil. Lakin birinci instansiya məhkəməsi bütün bu xüsusatların araşdırlması ilə əlaqədar iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş və iş üzrə müvafiq ekspertiza təyin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə bəsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyanla bağlı ekspertiza təyin etməmiş, yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədləri subut kimi qəbul edərək iddianın təmin edilməsi qənatinə gəlmişdir. Halbuki ,Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-cimaddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, apellyasiya şikayətində çəkişmə prinsipinin pozulması qeyd edilsə də, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi heç bir prosessual hüquq normasının pozulması kimi xarakterizə oluna bilməz. Mülki işlə bağlı bütün sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə baxışında iştirak etməməyi üzrlü səbəbdən olmuşdur. Cavabdehə tələb barədə hərtərəfli məlumat verilmişdir. Ekspertizanın təyin edilməsi barədə qanunvericilik normanı imperativ norma kimi deyil, dispozitiv norma olaraq müəyyənləşdirmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə qeyd etmişdir ki, qəza zamanı heç kimə ziyan dəyməmişdir. Sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, həmin vaxt sürücülük vəsiqəsi olmamışdır.
17. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
21. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
25. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;
32. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
33. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
42. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(042)-237/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən PQA nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 mart 2023-cü il tarixdə Şəmkir rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Racer” markalı 10-CE369 dövlət qeydiyyat nişanlı və “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuş,sərnişin qismində əyləşən 3 nəfər isə xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Daewoo Racer” markalı 10-CE369 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 2060 manat, “VAZ 21061” markalı **-CA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 550 manat, sərnişin qismində əyləşən X2 dəymiş zərər üzrə 750 manat, X1 dəymiş zərər üzrə 750 manat, X3 dəymiş zərər üzrə 750 manat, ümumillikdə, 4860 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Vaz 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, lakin əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh subroqasiya qaydasında 4860 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78.60 manatın alınaraq, ona ödənilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin e- 2(042)-237/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır.
50. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və çəkişmə prinsipi pozulmuşdur. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyevin imzası ilə daxil olmuş ərizədə işlərinin çoxluğu, işçi sayının azlığı, Baş ofisin Bakı şəhərində yerləşdiyi üçün gediş-gəlişin çətinliyi ilə bağlı işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Həmçinin, sənədləri məhkəmə kollegiyasına təqdim etmişlər.
51. Məhkəmə kollegiyası iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5539 saylı ekspert rəyindən (tədqiqatın nəticə hissəsindən) görünür ki, nəzəri hesablama yolu ilə, qərardadla birgə təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 1993-cü il buraxılış, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci həmin tarix üçün, yəni 2023-cü ilin mart ayına təxminən 2060,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti- 1085,00 manat - təmir-bərpa işlərinin qiyməti- 975,00 manat Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 1993-cü il buraxılışlı, “Daewoo Racer” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(104)-1356/2024 nömrəli qərardadla birgə təqdim edilmiş materiallarda olan qüsur aktı əsasında hesablanır. Odur ki, apellyasiya şikayətinin dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
52. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(042)-237/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.
54. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5539 saylı ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50,00 (əlli) manat müəyyən edilmişdir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci cavabdehə aid edilməli və 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(042)-237/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(042)-237/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci cavabdehə aid edilsin və 50 manat məbləğində olan ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.