Məhkəmə qərarları › İş №2(104)-1362/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1362/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1362/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5 qarşı mülki iş üzrə Qətnaməsi Açar söz: hərracın yekunlarına dair protokolların və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, icra hərəkətlərinin qanunsuz hesab edilməsi və ipoteka predmetlərinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, ipoteka müqavilələrinə xitam verilməsi. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X1, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh3 BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli B0001/15 saylı kredit müqaviləsinə əsasən Kredit verən Kredit alana illik 25% dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərtilə 60.000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı2 arasında bağlanmış həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, 141 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.

3. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı1 arasında bağlanmış həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.

4. Cavabdeh3 BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli B0002/15 saylı kredit müqaviləsinə əsasən Kredit verən Kredit alana illik 25% dərəcəsi ilə 42 ay müddətinə qaytarmaq şərtilə 15.000 ABŞ dolları məbləğində kredit vermişdir.

5. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 BOKT ASC ilə İddiaçı2 arasında xx.xx.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanaraq, sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, 141 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.

6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 51.543,54 ABŞ dolları (əlli bir min beş yüz qırx üç dollar 54 sent) əsas, 4.267,90 ABŞ dolları (dörd min iki yüz altmış yeddi dollar 90 sent) kreditdən istifadəyə görə faiz borcu və 54,37 ABŞ dolları (əlli dörd dollar 37 sent) hesablanmış dəbbə borcu olmaqla, cəmi 55.865,81 ABŞ dolları (əlli beş min səkkiz yüz altmış beş dollar 81 sent) borcun ödəniş günündəki məzənnəyə uyğun olaraq milli manat ekvivalentində əvəzi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 BOKT ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 məxsus Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Cavabdeh5 məxsus Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinə yönəldilməsi və mənzillərin açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehlərə verilməsi, Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiymətinin müvafiq olaraq 100.000 (bir yüz min) manat və 85.000 (səksən beş min) manat müəyyən edilməsi, fərdi yaşayış evləri açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzillərin boşaldılması, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, İddiaçı2, X6, Cavabdeh5 və X4 Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, ev 141dən, evdə yaşayanların hamısının, rəsmi qeydiyyatda olan X7 da daxil olmaqla Gəncə şəhəri, Xudatat bəy Rəfibəyli küçəsi, 1-döngə, ev 20-də yerləşən evdən çıxarılması qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)- 1475/2018 saylı qətnaməsi ilə Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı qətnaməsi Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra vərəqəsi xx.xx.2018-ci il tarixdə icra olunması üçün Cavabdeh2nə göndərilmişdir.

9. Cavabdeh2 icra məmuru Cahid Qasımovun xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır.

10. Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli məktub ünvanlanaraq, həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə İddiaçı2 və Cavabdeh5 məxsus əmlakların satılması xahiş edilmişdir.

11. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2019cu il tarixli, 01 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2019-cu il tarixdə, saat 11:00-da açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.

12. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2019cu il tarixli, 01 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2019-cu il tarixdə, saat 11:00-da açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.

13. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2019cu il tarixli, 02 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2019-cu il tarixdə, saat 11:00-da açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.

14. Hərrac Mərkəzi "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2019-cu il tarixli təklif məktubu ilə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin təkrar hərracının baş tutmaması barədə bildirilmiş və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 24 faiz az olmayan qiymətlə, yəni 63.750 manat və 54.187,50 manat qiymətlə ipoteka saxlayana təklif edilmişdir.

15. Cavabdeh2 icra məmuru Cahid Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi icra olunmadan geri qaytarılmışdır.

16. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi icra edilməsi üçün təkrarən Cavabdeh2nə göndərilmişdir.

17. Cavabdeh2 icra məmuru Cahid Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.

18. Cavabdeh2 icra məmuru Cahid Qasımovun xx.xx.2021-ci il tarixli qərarı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-121/2017 saylı icra sənədi üzrə icraat dayandırılmışdır.

19. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(043)-515/2021 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)- 121/2017 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə Cavabdeh2 icra məmuru Cahid Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar ləğv olunmuş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün qərardadın surəti Cavabdeh2nə göndərilmişdir.

20. Cavabdeh2 tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda ipoteka predmetləri olan Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin açıq hərrac yolu ilə satılması xahiş edilmişdir.

21. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2021ci il tarixli, 01 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.

22. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2021ci il tarixli, 02 nömrəli bildirişə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur.

23. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli buraxılışlarında Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri satışı üzrə hərrac keçiriləcəyi barədə elan verilmişdir.

24. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli buraxılışında Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri satışı üzrə hərracın baş tutmaması barədə elan verilmişdir.

25. İpoteka predmeti olan fərdi yaşayış evlərinin təkrar hərracı baş tutmadığı üçün Hərrac Mərkəzi "xxxx" MMC xx.xx.2021-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. Həmçinin, həmin təklif məktubunun surəti məlumat üçün ipoteka qoyanlara və borcluya da göndərilmişdir.

26. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/03 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir.

27. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/04 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir.

28. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Cavabdeh3 BOKT ASC Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə, Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə satın almışdır.

29. Cavabdeh3 BOKT ASC tərəfindən Cavabdeh2nə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 818 saylı məktubda göstərilmişdir ki, Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evləri müvafiq olaraq 63.750 manat və 54.187,50 manata satılaraq, 55.865,81 ABŞ dolları kreditin ödənilməsinə yönəldilmişdir. Əmlakın satışından əldə olunan qalan pulun 22.965,53 manatı ikinci kredit müqaviləsinə əsasən 2(043)-867/2017 saylı qətnamə üzrə 16.947,13 ABŞ dolları kreditə yönəldilmişdir. Həmin məbləğ 22.965,63 manat təşkil etmişdir. Hal-hazırda Cavabdeh5 Cavabdeh3 BOKT ASC-yə 5.844,49 manat borcu vardır.

30. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** saylı və ********** saylı çıxarışlara əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, ev 141 və ünvan 8 ünvanlarında yerləşən fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT ASC-nin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

31. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2nə, Cavabdeh3 BOKT ASC-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC ilə Cavabdeh3 ASC-nin arasında bağlanmış 28/03 və 28/04 nömrəli hərracın yekunlarına dair protokollarının və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə digər, cavabdeh Gəncə şəhəri üzrə İcra İdarasinə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və onlara məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi 141 və ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməklə B0001/15/11 sayli va B0001/15/12 saylı ipoteka müqavilələrinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

32. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-121/2017 saylı, xx.xx.2017 nömrəli qətnaməsinə və icra sənədinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi 141 nömrəli fərdi yaşayış evi və Gəncə şəhəri Xudat bəy Rəfibəyli küçəsi 20 nömrəli fərdi yaşayış evini 3-cü şəxs Cavabdeh3 BOKT-na ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi borcun tutulması və tutmanın ipoteka müqaviləsi fərdi yaşayış evlərinə yönəldilməsi qət olunmuşdur. Sonradan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-121/2017 nömrəli qətnamə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Açıq Hərraca göndərilmiş və hərrac keçirilərək tələbkara təklif edilmiş və təklif tələbkar tərəfindən qəbul edilməyərək geri cavabdeh (sifarişçi) Cavabdeh2nə qaytarılmışdır. Bundan sonra Cavabdeh2 tərəfindən Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-121/2017 nömrəli icra vərəqəsi Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə icra hərəkətləri hərracın keçirilməsi və ipoteka o əmlakına tutma yönəldilməsi barədə prosedur yekunlaşmış və ipoteka saxlayan AR İpoteka haqqında qanunun 43-cü maddəsinə, İcra haqqında qanunun 23-cü maddəsinə və AR Konstitussiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən icra işi üzrə prosessual qərar qəbul etmişdir, həmin qərar hazırda qüvvədədir. İpoteka münasibətlərini tənzimləyən xüsusi qanun olan «İpoteka haqqında qanunu» və Mülki Məcəlləsinin tələblərinə əsasən qanunvericilik 3 dəfə hərrac keçirilməsini göstərmiş və hər baş tutmamış hərracın nəticəsi olaraq predmetin hər dəfədə dəyirinin ilkin olaraq 15%, sonra 25% və sonda təkliflə nəticələnən hüquqları göstərmişdir. Cavabdeh2 özünün qanuni qüvvəyə malik olan icra vərəqəsinin geri qaytarılması barədə qərar olduğu halda yenidən eyni əmlaka dair sifariş verilərək hərracın keçirilməsinin təşkil etməsi Məhkəmə qərarlarının icrası haqqında qanunun və İpoteka haqqında qanunun tələblərini pozması olduğundan ona qarşı iddia tələbləri əsaslıdır. Bundan sonra Cavabdeh2 qanunsuz olaraq bir məktubla yenidən icraata başlayaraq yenidən hərraca sifariş vermişdir. Hansı ki, AR mülki Məcəlləsinin və İcra haqqında qanunun tələbinə əsasən bütün qaydalara riayət edilmişdir. Bu cür qanunun tələblərinin pozulması ilə digər cavabdeh Finex Kredit BOKT-u özü qanunsuzluğa yol verərək bilərəkdən qanunun tələblərini pozmaqla hərracdan bizə məxsus olan əmlakları 02 aprel 2021-ci il tarixdə almışdır. Göründüyü kimi hər iki cavabdehlərin hərəkət və hərəkətsizliyi onun mülkiyyət hüququnun pozulmasına yönəldiyindən onlara qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaradır. Həmçinin bildirir ki, cavabdeh "xxxx" MMC-ti tərəfindən hərrac keçirilsədə keçirilmiş hərrac baş tutmamış və yekunda bizə məxsus evimiz Bank Olmayan Kredit Təşkilatının balansına götürülməsi barədə mübahisələndirilən hərracın yekunları barədə protokol və müqavilə bağlansada həmin müqavilə qanunun tələblərinin pozulması ilə bağlanmışdır. Həmçinin ipoteka əmlakı üzrə keçirilmiş qanunsuz hərracın nəticələri etibarsız olduğundan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Orqanı tərəfindən digər cavabdeh Finex Kredit BOKT-nin ASC-nin adına mülkiyyət hüququna dair aparlımış Qeydiyyat ləğv edilməlidir. Lakin, cavabdeh orqan tərfindən bu qeydiyyatın prezumpsiyası olduğundan hazırda mübahisələndirilən hərracın nəticələri etibarsız hesab edilməklə ləğv edilməlidir.

33. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi təmin edilməmişdir.

34. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hərracın təşkilatçısı olan Respublika Xammal və X8 Mərkəzi Cavabdeh1 vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçılara məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir.

35. Məhkəmə həmin nəticəyə gələrkən “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 42.8, 43.7, 43.7-1 və 48.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 88 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

36. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən bağlanmış ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının xitam edilməsi əsaslıdır. Belə ki, 2017-ci il tarixdə icra məmuru Cahid Qasımov tərfindən ipoteka tələbi üzrə sifariş edilərək hərraca göndərilmiş əmlak hərracda satılmamış və iş icra idarəsinə qaytarılmış və bundan sonra icra məmuru tərfindən icra vərəqəsi icra olunmadan yenidən icraya qaytarılmışdır. İpoteka haqqında qanunda və məhkəmə qərarlarının icrası haqqında qanunun tələbinə əsasən ipoteka predmetinə tutma yönəldildikdən sonra onun hərraca çıxarılması və satılmaması satılmadıqdan sonra təkrar icra vərəqəsi üzrə əmlakın yenidən hərraca göndərilməsi proseduru nəzərədə tutulmamışdır. Bundan sonra icra məmuru tərfindən ipoteka predmetinin hərraca çıxarılması hissəsi icra olunmadan pulunu cavabdehlərdən tutulması üzrə icra hərəkətləri başlanmalıdır. Artıq bu halda tələbkar hərrac vasitəsi ilə ipoteka predmeti üzrə hərracdan əmlakı əldə etmək hüququnu itirməklə imtina etmişdir. Bu halda məhkəmə tərfindən hərracdan sənədlərin istənilməsi üzrə heç bir araşdırma aparılmamışdır. Hərracın keçirilmə proseduru müəyyən edilmiş və 2017-ci il tarixdə keçirilmiş hərracda əmlak satılmamış və 30 gün müddətinə tələbkar əmlakı əldə etməmiş və bundan sonra isə qanunu özündə icra vərəqəsinin yenidən məhkəməyə göndərildikdən sonra əmlakın təkrar hərraca göndərilməsi proseduru müəyyən edilməmişdir. Belə ki, tələkar artıq 2017-ci il tarixdə ona edilmiş təklif üzrə 30 gün müddətində və keçirilmiş hərraclarda əmlak satılmamaqla özüdə həmin əmlakı almaqdan könüllü olaraq öz hərəkətsizliyi ilə imtina etmişdir. Bu halda artıq təkrar hərracın keçirilməsi proseduru qanunvericiliklə müəyyən edilməmişdir. Hərracla bağlı prsoseduraların yekunlaşmasından sonra məhkəmə tərfindən 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin qanuniliyinin tanınması zamanı məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə 2020-ci il tarixdə keçirilmiş hərracla 2017-ci il tarixda keçirilmiş hərracın nəticələri ilə bağlı hər iki icra sənədlərini araşdırmamış və 2017-ci il tarixdə hərracla bağlı sənədləri sorğu etməmişdir. Qeyd olunanlar onu göstərir ki, məhkəmə nisbi həqiqi və faktiki halları araşdırmamışdır. Məhkəmə iş materiallarında olan 2017-ci il tarixdə keçirilmiş hərracda tələbkarın əmlakı almaması və icra məmuru tərəfindən icra sənədinin icra olunmadan geri qaytarılması ilə bağlı sənədləri və 2020-ci il tarixdə keçirilmiş hərracın qanunsuz olmasını və qanunvericilikdə təkrar hərrac keçirilməsi ilə bağlı halları qimətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlillərinə etirazını onunla əsasdırmışdır ki, birinci dəfə harracın keçirilməsi 2020-ci ildə pandemiya dövrünə düşdūyündən, həmin dövrdə icra işlərinin dayandırılması barədə rəsmí göstərişə əməl edilmiş və icra idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə icra işi dayandırılaraq geri qaytarılmışdır. Ancaq pandemiya məhdudiyyati aradan qalxdıqdan sonra yenidən icra vərəqi verilərək qanuni qüvvəyə minmiş 2(043)-121/2017 saylı qatnaməsinin icrası təmin edilməsi üçũn prosesual qərarlar qəbul edilmiş, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin xx.xx.2021 tarixi, 8(043)-515/2021 saylı qərardadı ilə icra işinin dayandırılması barədə qərar ləğv edilərək icra edilməsi üçün aidiyyati üzrə göndərilmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən lazımı icra tədbirləri hayata keçirilmiş va iş üzrə hərrac prosedurları, protokollarin tərtibi təmin edilmiş, nəticədə ipoteka predmeti olan evlər tələbkar "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçmişdir. Hesab edirlər ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası həyata keçirilən proseslər tam olaraq qanunvericiliyin tələblərinə uyģun həyata keçirilmiş və bu sənədlər üzrə məhkəməyə təqdim edilmişdir.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

39. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(104)-1900/2022 nömrəli qətnaməsi ilə (hakimlər-İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 276/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

ç) Kassasiya instansiya məhkəməsində icraat

40. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, eləcədə iş üzrə yeni qərar çıxarılmasını, bu mümkün olmadıqda işin təkrar apellyasiya baxışına göndərilməsi dair qərar qəbul edilməsini xahiş etmişlər.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-600/2023 nömrəli qərarı ilə (hakimlər-Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Zaur Əliyev və Əhməd Nurməmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(104)-1900/2022 nömrəli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

42. Kassasiya instansiyasının mövqeyinə görə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.Eləcədə, xüsusi ilə qey edilməlidir ki, ipoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Bu maddənin tətbiqi ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, həmin normada nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Qeyd olunan maddədə nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə oxşar izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, qeyd edilən mənzil üzərində qanunla müəyyən edilmiş qaydada və formada iki dəfə hərrac keçirilmiş, qeyd edilən hərracdan cavabdeh təşkilat məlumatlı olmuş, habelə tələbkara həmin əmlak təklif etmiş, lakin cavabdeh həmin əmlakı əldə etməmişdir.Habelə ipotekanı saxlayan təşkilatın keçirilmiş ilkin hərracların qanunsuz olması və ya məlumatsız olmaları barədə hər hansı bir iradları və iddialarıda olmamışdır. Bundan əlavə həmin hərrac qanunla müəyyən edilmiş qaydada keçirildiyindən və həmin əmlak vaxtında əldə edilmədiyindən hesab edirik ki, ipotekaya xitam verilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini,qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, həqiqətəndə keçirilmiş 2019-cu il hərraclar barədə onlara rəsmi bildiriş gəlmiş və qeyd edilən əmlak onlara təklif edilmişdir. Lakin onlar həmin əmlakı vaxtında ala bilməsələrdə, sonradan müraciət edərək, iş yenidən icraya yönəlmiş və onlar həmin əmlakları əldə etmişlər.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

46. İş üzrə İddiaçı2 və cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (nümayəndələri) heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

48. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

49. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

50. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

51. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

52. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

53. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

54. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

55. Maddə 415.6. Əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.

56. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

57. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu

58. 41.1 və 41.2-ci maddələrinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.

59. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

60. 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir.

61. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

62. 42.3-cü maddəsinə görə, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

63. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

64. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

65. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

66. 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı

67. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

68. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən isə, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

72. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

77. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

78. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

79. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

80. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

81. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka ilə yüklü edilmiş mübahisəli mənzillərin icra sənədinin icrası ilə əlaqədar açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmiş, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq keçirilmiş və hərrac zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir.

83. Məhkəmə Kollegiyası aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir.

84. Belə ki, iddiaçılar tələblərinin əsası kimi icra sənədi üzrə 2019-cu ildə keçirilmiş iki hərracın baş tutmadığı, əmlakların tələbkara təklif edildiyi və tələbkar tərəfindən qəbul edilmədiyi, bu səbəbdən icra sənədinin geri qaytarıldığı, bununla da “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən ipotekaya xitam verildiyi, mübahisəli mənzillərə dair 2021-ci ildə yeni hərracların keçirilməsinin qanunsuz olduğu ilə əsaslandırmışlar.

85. İşin faktiki hallarından görünür ki, Hərrac mərkəzi tərəfindən mübahisəli mənzillərin açıq hərracda satışı haqqında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli 1 saylı, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli 02 saylı bildirişlərinə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur. Cavabdeh2 icra məmuru Cahid Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)- 121/2017 saylı icra sənədi icra olunmadan geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli bildiriş və xx.xx.2019-cu il tarixli təklif məktubuna əsasən mübahisəli mənzillərin hərracı keçirilmiş, lakin satılmadığından tələbkara təklif edilmişdir. Hərrac mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən mübahisəli mənzillərin hərracları keçirilmiş alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 tərəfindən Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda ipoteka predmetləri olan Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin açıq hərrac yolu ilə satılması xahiş edilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 01 nömrəli və xx.xx.2021-ci il tarixli, 02 nömrəli bildirişlərə əsasən Cavabdeh2, İddiaçı2, X6, Cavabdeh5 və Cavabdeh3 BOKT ASC-yə Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri, Xudadat bəy Rəfıbəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evlərinin xx.xx.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək və xx.xx.2021-ci il tarixdə, saat 11:00-dən 17:00-dək açıq hərraca çıxarılması, o cümlədən hərracın keçirilmə yeri, qaydası, ilkin satış qiyməti və s. barədə məlumat verilmiş və onlara hüquqları izah olunmuşdur. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/03 saylı protokolu əsasında ipoteka predmeti olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir. Həmçinin, qeyd olunan sənədlərin mötəbərliyi işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.

86. Göründüyü kimi, 2019-cu il tarixdə 2 dəfə hərrac keçirilmiş və tələbkar tərəfindən ipoteka predmetləri əldə edilməmişdir. Lakin, buna baxmayaraq 2021-ci il tarixdə yenidən 2 dəfə hərrac keçirilmiş, həmin hərrac nəticələri əsasında ipoteka predmetləri olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi 54.187,5 manat qiymətə və Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evi 63.750 manat qiymətə Cavabdeh3 BOKT ASC-yə satılmaqla yuxarıda qeyd edilən qanunverciliyin tələbləri pozulmuşdur.

87. Çünki, baxılan iş üzrə “İpoteka haqqında” Qanunun iddiaçıların istinad etdiyi hallara tətbiq edilməli olan 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

88. İstinad olunan normanın rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.Eləcədə, xüsusi ilə qey edilməlidir ki, ipoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

89. Bu maddənin tətbiqi ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, həmin normada nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Qeyd olunan maddədə nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

90. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi ipoteka predmetləri olan əmlakların 2019-cu il tarixdə keçirilmiş ikinci hərracın nəticələrindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilməmiş və bununla da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbləri pozulmuşdur.

91. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edilibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

92. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

93. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

94. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

95. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

96. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

97. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

99. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

100. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/03 və 28/04 saylı protokolların nəticəsi, həmin nəticələr əsasında hərracın yekunları üzrə bağlanmış əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilələr etibarsız hesab edilməli, Cavabdeh3 BOKT ASC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi və Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilməli, Cavabdeh3 BOKT ASC-nin Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, ev 141 və ünvan 8 ünvanlarında yerləşən fərdi yaşayış evləri üzərində B0001/15/11 sayli va B0001/15/12 saylı ipoteka müqavilələrinə əsasən yaranmış ipoteka hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rusumu cavabdehdən alınıb iddiaçılara verilməlidir.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.2, 385.1.4, 402-403, 405-407 və 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-276/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/03 və 28/04 saylı protokolların nəticəsi və həmin nəticələr əsasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilələr etibarsız hesab edilsin. Cavabdeh3 BOKT ASC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Xudadat bəy Rəfibəyli küçəsində, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evi və Gəncə şəhəri, X9 küçəsində yerləşən 141 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv edilsin. Cavabdeh3 BOKT ASC-nin B0001/15/11 sayli va B0001/15/12 saylı ipoteka müqavilələri ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, ev 141 və ünvan 8 ünvanlarında yerləşən fərdi yaşayış evləri üzərindəki ipotekaya (yüklülüyə) xitam verilsin. Ödənilmiş 10 manat dövlət rusumu Cavabdeh3 BOKT ASC-dən alınaraq iddiaçılara verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar