Məhkəmə qərarları › İş №2(104)-1369/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1369/2023

05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1369/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X14, X22 Xidmət Mərkəzinin Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X5, cavabdehlər Cavabdeh1 və X12 iştirakları ilə, “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair Tovuz Rayon Məhkəməsinin 21 aprel 2*22-ci il tarixli 2(*62)-454/2*22 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: “Torpağın mülkiyyətə verilməsinə dair” 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli (kod 5*3*3*18) şəhadətnamənin surətinə görə, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli, 3* nömrəli qərarı ilə *.28 ha torpaq sahəsi ünvan 2 sakini X1* və X12 mülkiyyətinə verilmişdir. *5.*3.2*21-ci il tarixli AZ-İİ 156185 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə görə, X1* 15.1*.2*12-ci il tarixdə vəfat etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.*3.2*21-ci il tarixli, 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışın surətinə görə, ünvan 2ində *.28 ha torpaq sahəsi X12 və X6 ümumi birgə xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə görə, 15.1*.2*12-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Sumqayıt şəhəri, 17-ci mkr,. ev 1*, mənzil 21 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak 11.*3.2*21-ci il tarixdə X7 verilmiş 5*3*13132*68 reyestr nömrəli 2621**4868 qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən ümumi sahəsi *.28 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hssəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *3.*4.2*21-ci il tarixli 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarışın surətinə görə, ünvan 2ində *.14*525 ha torpaq sahəsi Cavabdeh1 tam xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *3.*4.2*21-ci il tarixli 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyestr nömrəli çıxarışın surətinə əsasən, ünvan 2ində *.14*525 ha torpaq sahəsi X12 tam xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tovuz Rayon Dövlət Arxivinin 1*.*6.2*21-ci il tarixli 112 nömrəli arxiv arayışına görə, Alakol kənd icra nümayəndəliyinin 1996-2***-ci il tarixli 13 nömrəli Təsərrüfatbaşına kitabda X6 adına ünvan 2ində *.28 ha torpaq sahəsi, 1981-ci ildə tikilmiş yaşayış evi ümumi sahəsi 76 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m. olması göstərilmişdir. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *4.*8.2*21-ci il tarixli 599 nömrəli arayışına əsasən, İddiaçı *7.*1.1937-ci tarixdə anadan olub, ünvan 2ində yaşayır. Cavabdeh1 1953-cü ildə anadan olub, Sumqayıt şəhəri 17-ci mkr. ev 1* mənzil 21 ünvanda yaşayır. Onların atası X2, anası isə X8r. Tovuz Regional “ASAN Xidmət Mərkəzi” notariat ofisinin 31.*8.2*21-ci il tarixli 1693 nömrəli arayışına əsasən, 15.1*.2*12-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka dair 13.1*.2*17-ci il tarixdə mərhumun oğlu Cavabdeh1 müraciəti əsasında V-578 nömrəli vərəsəlik işi açılmışdır. Mərhumdan miras qalmış torpaq sahəsinə dair 13.1*.2*17-ci il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mərhumun vərəsəsi ünvan 2ində yaşayan oğlu İddiaçıdur. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.12.2*21-ci il tarixli 82* nömrəli arayışına əsasən, qonşuların deməsinə görə İddiaçı 2**6-cı ildən mərhum anası X1* ilə ona məxsus evdə yaşamışdır və hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Tovuz RİH başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25.*2.2*22-ci il tarixli 15* nömrəli arayışına görə, X1* 15.1*.2*12-ci il tarixdə vəfat etdikdən sonra onun dəfn xərcini onunla birgə təsərrüfatda yaşayan doğma oğlu İddiaçı çəkmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.*6.2*23-cü il tarixli məktubunda əlavə edilmiş ünvan 2ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə qanuni istifadədə olan torpaq sahəsi *,28 ha, ailənin tərkibi 2 nəfər- X1* və X17 qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi idarəsinin 2*.*6.2*23-cü il tarixli məktubunda qeyd edilir ki, 15 saylı Ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsti tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK-i tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli, 3* nömrəli qərarı ilə Tovuz rayonu, Alakol kəndində yerləşən *,28 ha həyətyanı torpaq sahəsinə dair X6 və X12 adlarına 25.*3.2**5ci il tarixli, JN-86A nömrəli «Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə» tərtib edilmişdir. Məktubla həmçinin şəhadətnamənin nüsxəsi təqdim olunmuş, şəhadətnamədə X1* ilə yanaşı X12 adı qeyd edilmişdir. Tovuz Rayon Dövlət Arxivinin *9.*6.2*23-cü il tarixli məktubu ilə təqdim olunmuş 1995-2*1*-cu illər üzrə Alakol kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarının çıxarışlarından məlum olur ki, şəxsi hesab nömrəsi 1112 olan təsərrüfatda 1996-2***-ci illər üzrə ailə başçısı kimi X1* və nəvəsi X17, şəxsi hesab nömrəsi 1166 olan təsərrüfatda 2**1-2**5-ci illər üzrə ailə başçısı kimi X1* və nəvəsi X17, 2**6-2*1*-cu illər üzrə (X1*- 15.1*.2*12-ci ildə vəfat etmiş) X17, İddiaçı, X11 və X13 qeyd edilmişdir. X6 *5.*5.2**6-cı il tarixli ərizəsində oğlu İddiaçı, arvadı və uşağının ona məxsus təsərrüfata yazılmasını xahiş etmişdir. Tovuz rayon İcra Hakimyyəti başçısının aparatının *3.*7.2*23-cü il tarixli məktubuna əlavə edilmiş Alakol kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarının çıxarışlarından məlum olur ki, şəxsi hesab nömrəsi 1259 olan təsərrüfatda *1.1*.2*11- *1.*1.2*15-ci illər üzrə (X1*-adının üzərindən xətt çəkilmiş) İddiaçı, X11 və X13, hesab nömrəsi 1349 olan təsərrüfatda *1.*1.2*16-*1.*1.2*2*-ci illər üzrə və hesab nömrəsi 1955 olan təsərrüfatda İddiaçı, X11 və X13 qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, X22 Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X22 Xidmət Mərkəzində tərtib olunmuş 16.*3.2*21-ci il tarixli 2V-313 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması, miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 2 tarixsiz ərizə təqdim edib, işə tikilmə ardıcıllığına görə 1-ci ərizədə X15 da cavabdeh qismində göstərməklə, 16.*3.2*21-ci il tarixli 2V-313 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında tərtib olunmuş Cavabdeh1 məxsus reyestr nömrəsi 5*3*1315*444 olan çıxarışın ləğv olunması, X14 məxsus reyestr nömrəsi 5*3*1315*445 olan çıxarışın və ona əsas olmuş ilkin sənədlərin ləğv olunması, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını, 2-ci ərizəsində isə torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş X17 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışın qismən - X14 aid hissədə etibarsız hesab edilməsi, 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyster nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə mərhum anası G.Allahverdiyevaya ünvan 2i ərazisində verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *.28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə mərhum anası G.Allahverdiyevaya ünvan 2i ərazisindən *,28 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN- *86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Anası G.Allahverdiyeva 15.1*.2*12-ci il tarixdə vəfat etmişdir. O, anasına məxsus təsərrüfatda anası ilə birlikdə yaşamış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Anasının vəfatından bu günədək həmin əmlak onun istifadəsindədir. Qardaşı olan Cavabdeh1 isə ümumiyyətlə 198*-ci ildən Tovuz rayonundan çıxmış, Tovuz rayonu ərazisində yaşamamış və anasından qalan mirası qəbul etməmişdir. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, mərhum anasının adına tərtib edilmiş JN*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə sonradan qanunsuz yolla Cavabdeh1 oğlu E.Məmmədovun adı əlavə edilmiş və torpaq sahəsinin ikidə bir hissəsi qanunsuz olaraq E.Məmmədovun adına dövlət qeydiyyatına alınmışdır. Onun məlumatı olmadan onun sahiblik və istifadəsində olan əmlakın qalan ikidə bir hissəsinə, yəni mərhum anasının adında qalmış qalan hissəsinə dair 16.*3.2*21-ci il tarixdə qardaşı Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş, həmin şəhadətnamə əsasında isə əmlakın qalan ikidə bir hissəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış, yəni mərhum anasına məxsus olmuş və onun istifadəsində olan əmlak cavabdehlər tərəfindən qanunsuz yolla öz aralarında bölüşdürülmüşdür. Əslində isə həmin miras əmlak sadəcə birinci dərəcəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş və hazırda da onun istifadəsindədir. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) 2(*62-454/2*22 nömrəli, 21.*4.2*22-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamə qismən, yəni sonradan adı şəhadətnaməyə əlavə edilmiş “X17” qeydi etibarsız hesab edilmiş və həmin şəhadətnamədə torpaq sahəsinin tək mülkiyyətçisi G.Allahverdiyeva kimi qəbul edilmiş, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarış qismən - E.Məmmədova aid hissədə etibarsız hesab edilmiş və həmin çıxarışda torpaq sahəsinin tək mülkiyyətçisi G.Allahverdiyeva kimi qəbul edilmiş, 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə G.Allahverdiyevaya ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarından görünür ki, həmin şəhadətnaməyə X12 adı sonradan əlavə edilmişdir. Hüquqların dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli, 5*3*13132*68 reyestr nömrəli çıxarış tərtib edilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamə əsasında X12 və X6 adına ünvan 2i ərazisində *,28 ha həyətyanı torpaq sahəsi 11 mart 2*21-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Gilas Allahverdiyeva 15 oktyabr 2*12-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum anası X1* ilə bir təsərrüfatda yaşamış və hal-hazırda da həmin əmlakda ailəsi ilə birlikdə yaşayır. X1* vəfat etdikdən sonra onun dəfn xərcini onunla birgə təsərrüfatda yaşayan doğma oğlu İddiaçı çəkmişdir. 16 mart 2*21-cı il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 15 oktyabr 2*12-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Sumqayıt şəhəri 17-ci mkr, ev 1*, mənzil 21 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1 hesab edilmişdir. Şəhadətnamə verilən miras əmlak 11 mart 2*21 -ci il tarixdə X7 verilmiş 2621**4868 qeydiyyat nömrəli, 5*3*13132*68 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2i ünvanında yerləşən *,28 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarət olması göstərilmişdir. Yekunda mərhum X6 mülkiyyətində olmuş *,*28 ha torpaq sahəsinin ikidə bir hissəsi X12, ikidə bir hissəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Hər iki çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. İşin bu halı iş materialları və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4, 1159, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.Məmmədov, F.Mehtiyev, Ş.Rzaquliyev) 2(1*4)19*9/2*22 nömrəli, *8.*8.2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə G.Allahverdiyevaya və E.Məmmədova ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin mərhum G.Allahverdiyevanın payına düşən *.14 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum G.Allahverdiyevadan miras qalmış əmlak barəsində 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin ləğv edilib, şikayətin təmin olunmasını, cavabdeh qətnamənin iddia təmin olunan hissədə ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *6.*3.2*23-cü il tarixli, 2(1*2)-365/2*23 nömrəli qətnaməsi ilə (sədrlik edən V.Məmmədov, hakimlər Z.Əliyev, A.Abbasov) kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-19*9/2*22 nömrəli, *8 avqust 2*22-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf məhkəmə prosesində saxta sübut təqdim etmiş, orada E.Məmmədovun adını şəhadətnamədən silməklə məhkəmədə rəy yaratmağa çalışmışdır ki, guya sənədin əslində yalnız G.Allahverdiyevanın adı olmuşdur. Mübahisələndirilən torpaq sahəsində E.Məmmədovun mərhum nənəsi G.Allahverdiyeva və babası İbrahim Allahverdiyev yaşamışlar. Babası torpaq islahatları aparılmamışdan qabaq 1991-ci ildə dünyasını dəyişmişdir. Həmin torpaq sahəsində olan evdə Elşən nənəsi ilə birlikdə yaşadıqları üçün torpaq onların adına qeydiyyata alınmış, bu səbəbdən də torpağa dair mülkiyyət hüququ barədə şəhadətnaməyə hər ikisinin adı daxil edilmişdir. G.Allahverdiyeva 16.*3.2*12-ci il tarixdə ölmüş, onun vəfatından sonra X22 Xidmət Mərkəzində vərəsəlik işi açılmış və Cavabdeh1 adına qanun üzrə vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında *3.*4.2*21-ci il tarixli çıxarış verilmiş və ona aid olan torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Birinci instansiya məhkəməsi həmin hüquq müəyyənedici sənədlərin ləğv edilməsinə əsaslar və mötəbər sübutlar olmadığı halda tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etməklə qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, atası hələ sağlığında ona öz tikdirdiyi evi rəhmətə gedən qardaşının ailəsinə verməsini bildirdiyindən o, öz evini qardaşının ailəsinə verərək, ata evinə, daha sonra Sumqayıt şəhərinə köçmüşdür. Hazırda Sumqayıt şəhərində yaşayır. İddiaçı əvvəllər Sumqayıt şəhərində yaşasa da, sonradan onların təkidləri və təklifi ilə Tovuz rayonu, Alakol kəndinə köçmüşdür. Atası öləndən sonra isə oğlu Elşən anası ilə birlikdə yaşamış, sonradan universitetə qəbul olunduğundan kənddən onun yanına qayıtmış, anası ilə yalnız qardaşı və onun ailəsi yaşamışdır. Atası 1992-ci ildə, anası isə 15.1*.2*12-ci ildə vəfat etmişdir. Qeyd edir ki, anası ölən vaxtdan mübahisəli mülkdə iddiaçı olan qardaşı yaşayır, onlar mübahisəli mülkə gedib-gəlmişlər. Qardaşı oğlunu evdən qovduqdan sonra o, “Asan Xidmət”ə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir. İddiaçı oğluna şəhadətnamənin şəkilini göndərmiş, həmin şəhadətnamədə Elşənin adı qeyd edilməmişdir. Lakin onların “Asan Xidmət”dən əldə etdikləri şəhadətnamədə oğlunun da adı qeyd edilmiş və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh X17 məhkəmə kollegiyası iclasında izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, torpağın mülkiyyətə verilməsinə dair JN- *86A nömrəli şəhadətnamənin surətini ASAN xidmət mərkəzindən alıbdır və həmin şəhadətnamədə onun da adı qeyd edilmişdir. Belə ki, kənddə islahat aparalın zaman o, nənəsi ilə yaşadığından ona da torpaq sahəsi verilmişdir. Lakin universtetə daxil olduğundan kənddən çıxıb getmiş, nənəsi öldüyü vaxt əmisi Müzəffər mübahisəli evdə yaşamışdır. Sonradan kəndə iddiaçının söküntü işləri apararaq, özünə yeni ev tikdirməsindən xəbər tutduqda ora getmiş, ona göz aydınlığı verərək evin arxasındakı 8 sot torpağa dəyməməsini bildirmişdir. Belə ki, hələ nənəsi sağlığında vəsiyyət etmişdi ki, həmin 8 sot torpağı ona versinlər. Bu zaman iddiaçı onu təhqir edərək evdən qovmuş, o da bundan sonra “Asan Xidmət”ə müraciət edib sənədlərini düzəltmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli mülkdə anası, o və ailəsi yaşamış, cavabdehlər yaşamamışlar. Anası öldükdən sonra da həmin evdə onlar yaşamış, anasını da o, dəfn etdirmişdir. Belə ki, əvvəllər Sumqayıt şəhərində yaşasa da ata evinə qayıtmış və 2**6-cı ildən mübahisəli evdə anası ilə birlikdə yaşamışdır. Cavabdehlər mübahisəli mülkdə daimi yaşamamış, bəzən gəlib-getmişlər. Odur ki, hesab edir ki, anasının tək varisi olduğundan 28 sot torpaq sahəsi də onun mülkiyyətinə verilməlidir. İddiaçının nümayəndəsi X11 iddiaçı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanlar isə nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 29. 4-cü bəndi.Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2**1-ci il tarixli Qanunu ilə təsdiq olunmuş):

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2**6-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5 iyul 2*23-cü il tarixli, 2(1*4)1369/2*23 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 2(*62-454/2*22 nömrəli,21.*4.2*22-ci il tarixli qətnaməsi qismən- torpağın mülkiyyətə verilməsinə dair JN- *86A nömrəli şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş X17 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışın qismən - X14 aid hissədə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyster nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə qərardad qəbul olunmaqla iş üzrə icraata xitam verilmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti iddia tələbinin “16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5756 qeydiyyat nömrəli 5*3*1315*444 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə G.Allahverdiyevaya ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-*86A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsində qətnamənin qanuniliyinin yoxlanmasıdır. İş materiallarında olan iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizəsində iddiaçı 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5757 qeydiyyat nömrəli 5*3*1315*445 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və Tovuz rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli 3* nömrəli qərarı ilə mərhum anası G.Allahverdiyevaya ünvan 2i ərazisində verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən *.28 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə hüquqi qiymət verilərək tam təmin olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayan cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İş materiallarında olan *5.*3.2*21-ci il tarixli AZ-İİ 156185 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə görə, X1* 15.1*.2*12-ci il tarixdə vəfat etmişdir və hazırki iş üzrə tərəflər- İddiaçı və cavabdeh Məmmədov X3 Gilas Musa qızının birinci növbə vərəsələridirlər və bu işin mübahisə olunmayan halıdır. “Torpağın mülkiyyətə verilməsinə dair” 25.*3.2**5-ci il tarixli JN-*86A nömrəli (kod 5*3*3*18) şəhadətnamənin surətinə görə, Tovuz Rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli, 3* nömrəli qərarı ilə *.28 ha torpaq sahəsi ünvan 2 sakini X1* və X12 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.*6.2*23-cü il tarixli məktubu ilə əlavə edilmiş ünvan 2ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə qanuni istifadədə olan torpaq sahəsi *,28 ha, ailənin tərkibi 2 nəfər- X1* və X17 qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz ərazi idarəsinin 2*.*6.2*23-cü il tarixli məktubunda qeyd edilir ki, 15 saylı Ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən ləğv edilmiş DT və XK-i tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli, 3* nömrəli qərarı ilə Tovuz rayonu, Alakol kəndində yerləşən *,28 ha həyətyanı torpaq sahəsinə dair X6 və X12 adlarına 25.*3.2**5ci il tarixli, JN-86A nömrəli «Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə» tərtib edilmişdir. Məktubla həmçinin şəhadətnamənin nüsxəsi təqdim olunmuş, şəhadətnamədə X1* ilə yanaşı X12 adı qeyd edilmişdir. Təqdim olunan sənədlərə əsasən müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının *8.*2.1999-cu il tarixli, 3* nömrəli qərarı ilə Tovuz rayonu, Alakol kəndində yerləşən *,28 ha həyətyanı torpaq sahəsinə dair X6 və X12 adlarına 25.*3.2**5-ci il tarixli, JN-86A nömrəli «Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə» tərtib edilmiş, həmin şəhadətnaməyə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.*3.2*21-ci il tarixli, 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışın surətinə görə, ünvan 2ində *.28 ha torpaq sahəsi X12 və X6 ümumi birgə xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, hazırki mülki iş üzrə miras kütləsi yalnız «Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə» və həmin şəhadətnaməyə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.*3.2*21-ci il tarixli, 2621**4868 qeydiyyat nömrəli 5*3*13132*68 reyestr nömrəli çıxarışa əsasən ünvan 2ində xüsusi mülkiyyət kimi dövlət qeydiyyata alınmış *,14*5*25 ha torpaq sahəsindən ibarətdir. 16.*3.2*21-ci il tarixli 2V-313 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə görə, 15.1*.2*12-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Sumqayıt şəhəri 17-ci mkr. ev 1*, mənzil 21 ünvanda qeydiyyatda olan oğlu Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak 11.*3.2*21-ci il tarixdə X7 verilmiş 5*3*13132*68 reyestr nömrəli 2621**4868 qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2i ünvanda yerləşən ümumi sahəsi *.28 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hssəsindən ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının 24 fevral 2*2*-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyanın birinci növbədə vərəsəsi oğlu İddiaçı mirası faktiki olaraq əldə etmiş, Cavabdeh1 isə vərəsə kimi mirasın qəbulu ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan müddətdə notariat ofisinə müraciət etməmiş, mirası faktiki qəbul etməmişdir. İş üzrə Cavabdeh1 mirası qəbul etdiyini bildirsə də, bu halı təsdiq edən sübutu təqdim etməmiş, bu məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında daimi qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşadığını, miras əmlakı anasının ölümündən sonra faktiki olaraq idarə etməklə yaşamadığını, mübahisəli mülkdə qardaşı İddiaçı ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.*7.2*14-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd olunan Qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. Tovuz rayon Dövlət Arxivinin *9.*6.2*23-cü il tarixli məktubu ilə təqdim olunmuş 1995-2*1*-cu illlər üzrə Alakol kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarının çıxarışlarından məlum olur ki, şəxsi hesab nömrəsi 1112 olan təsərrüfatda 1996-2***-ci illər üzrə ailə başçısı kimi X1* və nəvəsi X17, şəxsi hesab nömrəsi 1166 olan təsərrüfatda 2**1-2**5-ci illər üzrə ailə başçısı kimi X1* və nəvəsi X17, 2**6-2*1*-cu illər üzrə (X1*- 15.1*.2*12-ci ildə vəfat etmiş) X17, İddiaçı, X11 və X13 qeyd edilmişdir. X6 *5.*5.2**6-cı il tarixli ərizəsində oğlu İddiaçı, arvadı və uşağının ona məxsus təsərrüfata yazılmasını xahiş etmişdir. Tovuz rayon İcra Hakimyyəti başçısının aparatının *3.*7.2*23-cü il tarixli məktubuna əlavə edilmiş Alakol kənd İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarının çıxarışlarından məlum olur ki, şəxsi hesab nömrəsi 1259 olan təsərrüfatda *1.1*.2*11- *1.*1.2*15-ci illər üzrə (X1*-adının üzərindən xətt çəkilmiş) İddiaçı, X11 və X13, hesab nömrəsi 1349 olan təsərrüfatda *1.*1.2*16-*1.*1.2*2*-ci illər üzrə və hesab nömrəsi 1955 olan təsərrüfatda İddiaçı, X11 və X13 qeyd edilmişdir. Göründüyü kimi mərhum G.Allahverdiyevanın vərəsəsi olan oğlu İddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdeh1 isə miras əmlakı faktiki qəbul etməmiş, miras qalmış əmlaka dair notariat ofisinə 13.1*.2*17-ci ildə, Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan müddət keçdikən sonra müraciət etmiş, V-578 nömrəli vərəsəlik işə açılaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adıçəkilən Plenum qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 6*-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Beləliklə birinci instansiya məhkəməsi iddia tələbini baxılan hissədə tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında reyestrdə aparılmış qeydində etibarsızlığına səbəb olur. Odur ki, Tovuz Rayon Məhkəməsinin 21 aprel 2*22-ci il tarixli, 2(*62)-454/2*22 saylı qətnaməsi baxılan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 4*2, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 21 aprel 2*22-ci il tarixli, 2(*62)-454/2*22 saylı qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. X1 miras qalmış əmlka barəsində 16 mart 2*21-ci il tarixli, 2V-313 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2621**5766 qeydiyyat nömrəli, 5*3*1315*444 reyestr nömrəli çıxarış etibarsız hesab edilsin. Tovuz rayon Aqrar İslahat Komissiyasının *8 ıevral 1999-cu il tarixli, 3* saylı qərarı ilə X7 və X14 ünvan 2i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN- *86A saylı şəhadətnamədə göstərilən *,28 ha həyətyanı torpaq sahəsinin mərhum X7 məxsus *,*5*25 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar