Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-137/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi olan Vəkil iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsindən cavabdeh X3 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, anası X1 miras qalan ünvan 1 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 113,5 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan vərəsəlik qaydasında payının müəyyən edilməsinə və həmin miras əmlakın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev ) iddia tələbi qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********16- 10301 reyestr nömrəli çıxarışa əsasən, mərhum X4 adına dövlət qeydiyyatına alınmış ünvan 2 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan İddiaçı tam payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh X7 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsinin ləğv edilməsini və miras əmlakın onların arasında bərabər bölünməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun bacısı olmaqla, valideynlərindən qalan miras əmlakla bağlı eyni və bərabər hüquqları vardır. Onun vərəsəlikdən məhrum olmağı ilə bağlı heç bir rəsmi sənəd mövcud deyildir. O, anasının dəfn xərclərində iştirak etmiş, bununla da hesab edir ki, miras əmlakı qəbul etmişdir. Həyətdə olan digər ev isə onun öz vəsaiti hesabına tikilmişdir. Analarından qalan miras əmlaka isə ancaq kosmetika işləri aparılıb. Məhkəmədə onun iştirakı təmin olunmamışdır. Əgər təmin olunsa idi, şahidlər dəvət edərdi. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1947/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246, 1273-1ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilmiş müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 137/2024 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Cavabdeh nümayəndəsi olan Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehin mərhum anası olan X8 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və ölümündən sonra miras əmlakı və 2 nəfər birinci növbə vərəsəsi qalmışdır. Cavabdeh 1992-ci ildən İran vətəndaşı ilə evlənib Təbriz şəhərində yaşasa da, həmişə ata yurduna gəlib gedir. Qanunvericiliyin tələbinə görə, onun miras əmlakda digər vərəsə ilə birlikdə bərabər payı vardır. Ona görə də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsinin ləğv edilməsi və miras əmlakda 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, anasından miras qalan evdə o, yaşayır. Cavabdehin isə həmin həyətdə ayrıca evi vardır. Ev 1998-ci ildə tikilmişdir. Bacısı Cavabdeh İran İslam Respublikasınm Təbriz şəhərində yaşayır və anası vəfat edərkən də ölkədə olmamış, həmin gün, yəni xx.xx.2018ci il tarixdə gəlmiş və anasının vəfatının səkkizinci günü yenə çıxıb getmişdir. Anasından qalmış miras əmlakı sadəcə o, qəbul etmiş və hazırda da onun istifadəsindədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr olan fərdi yaşayış evi X9mın adına dövlət qeydiyyatına alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə, Cavabdeh isə xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Onların atası X5, anası isə X6r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddanı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh miras əmlakı faktiki və ya rəsmi qaydada qəbul etməmişdir. Cavabdehin anasının ölümündən sonra qısa müddət anasının evində qalması özlüyündə mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin bu müddətdə evdə yaşaması mirası qəbul etməkdən daha çox anasının yas mərasimini yola vermək niyyəti ilə əhatə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 3 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113,5 kv.metr olan fərdi yaşayış evinin miras qalması, həmçinin mərhumun 2 nəfər birinci növbədə qanun üzrə vərəsəsinin olması işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X4 xx.xx.2018-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)- 2052/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, X1 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh miras payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2052/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X1 miras qalan ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-137/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-137/2024
08.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver