Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1375/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 mart 2025-ci il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh2ov oğlu və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, reyestr 2V-1899 saylı, vərəsəlik işinin nömrəsi V-261/2014 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; həmin şəhadətnamə əsasında Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın; Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, ünvan 1 ünvanda yerləşən mənzilin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına keçməsi barədə sənədləşmənin etibarsız hesab edilməsi və anası X2 miras qalmış əmlaklardan payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-563/2025 nömrəli iş üzrə qəbul etdiyi 11 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, reyestr 2V-1899 və 2V1900 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin”, həmin şəhadətnamələr əsasında Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında notariusda bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-327 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mərhumə X2 miras qalmış Bərdə rayonu, Lək kəndində yerləşən 0,08 ha torpaq sahəsində İddiaçı vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2ov oğlu və Cavabdeh3 həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddiaçı tərəfindən “iddia tələbindən imtina edilməsi barədə” ərizə Məhkəməyə təqdim edilmişdir. “İddiadan imtina barədə” ərizəni və iş materiallarını araşdıran Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 52.1-ci maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. MPM-nin 384.0.5-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” barədə iddiasından imtinası qəbul edilsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli, 2(021)-563/2025 nömrəli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1375/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1375/2025
20.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver