Məhkəmə qərarları › İş №2(104)-1378/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1378/2023

24.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1378/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3655/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra idarəsinə, Cavabdeh2-yə və Cavabdeh3yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak kompleksinin, onun tərkib hissəsinin və torpaq sahəsinin qiymətləndirilməsi barədə hərracın və onun nəticələri haqqında protokolların etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3655/2019 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayəti ilə birlikdə birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-3655/2019 saylı qərardadı üzrə şikayətinin verilməsi üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-3655/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(044)-3655/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayəti basılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1378/2023 saylı qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə, saat 14:30-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra Gəncə Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-3655/2019 saylı qərardadından cavabdeh “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxılması üçün 2(044)-3655/2019 nömrəli mülki işin məhkəməyə göndərilməsinə göstəriş verilməsini xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 269.1-ci maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilir. (Azərbaycan Respublikası MPM-nin 269.2 və 269.3-cü maddələri) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-3655/2019 saylı qərardadından verdiyi şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1378/2023 saylı iş icraatdan və məhkəmə baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yüxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1378/2023 saylı mülki iş, X1 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-3655/2019 saylı qərardadından verdiyi şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar