Məhkəmə qərarları › İş №2(104)-1378/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1378/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1378/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X3 arasında torpağın mülkiyyətə verilməsinə dair JN-1101A nömrəli şəhadətnamədə qeyd edilən və ünvan 1 ünvanda yerləşən 0,06 sot torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia tələbi təmin edilmiş, İddiaçı ilə X3 arasında torpağın mülkiyyətə verilməsinə dair JN-1101A nömrəli şəhadətnamədə qeyd edilən və ünvan 2 ünvanda yerləşən 0,06 sot torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüqunun tanınması qət edilmişdir. Cavabdeh X7 və onun nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, işin apellyasiya baxışından çıxarılması və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş materiallarının Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 nömrəli qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən iş üzrə cavabdeh X7 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 saylı qərardadının ləğv edilməsini və iş üzrə cavabdeh Anna Kolayevanın vəkili tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti bərpa edərkən cavabdehin məhkəmə bildirişlərini almadığını, məhkəmə iclasında iştirak etmədiyini və məhkəmə qətnaməsindən 21 noyabr 2023-cü il tarixdə xəbəri olduğunu əsas gətirmişdir. Halbu ki, bununla bağlı yetərincə sübut təqdim edərək cavabdehin hələ 2014-cü ildə məhkəmə qətnaməsindən xəbəri olduğunu, bununla bağlı 07 yanvar 2015-ci ildə vəkil X4 etibarnamə verdiyi barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd olunan sübuta qiymət verməmişdir. Məhkəmə təqdim etdikləri sübuta hüquqi qiymət verməmiş, cavabdehin həqiqətən qətnamədən məlumatının olub-olmamasını araşdırmamışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh X1 Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən vaxtında şikayət vermiş, lakin həmin şikayət AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından, geri qaytarılmışdır. Ona görə də, müddətin ötməsi üzürlü hesab edilərək və qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpası təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, , Göygöl Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(066)-97/2013 saylı qətnaməsi ilə İddiaçı X5 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilərək ona məxsus ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair onun X2 arasında alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsinə Mõvlayeva Rəna Əbdüləzim qızının mülkiyyət hüququ tanınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)- 97/2013 nömrəli, 14 aprel 2013-cü il tarixli qətnaməsi qəbul edilərkən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə bildirişlərinin və həmçinin həmin qətnamənin surətinin ona təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdehin həmin qətnamənin mövcüdluğundan 21 noyabr 2023-cü il tarixdə xəbəri olmuşdur. Həmin qətnamə cavabdehin mülkiyyət hüquqlarını pozduğundan şikayət vermək hüququ yaranmışdır. Cavabdeh həmin qətnamənin surətini Göygöl Rayon Məhkəməsindən 28 noyabr 2023-cü il tarixdə rəsmi şəkildə qəbul etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qətnamədən bir ay müddətində apellyasiya şikayəti ilə müraciət etmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3070/2023 saylı iş üzrə 30 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilmiş, işin apellyasiya baxışından çıxarılması və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş materiallarının Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq qətnamədən şikayət vermə müddətin buraxılmasının səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-97/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən cavabdeh X7 və onun nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar