Məhkəmə qərarları › İş №2(104)-1379/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1379/2024

13.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1379/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, X9 və X8 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2007-ci il tarixdə vəfat etmiş anası X5 və 18 avqust 2014-cü ildə vəfat etmiş X4 miras qalmış, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin miras əmlaklar kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması və həmin əmlaklardan onun payının müəyyən olunması və yalnız onun tərəfindən qəbul olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 03 oktyabr 2007-ci ildə, qardaşı X10, 18 avqust 2014- cü ildə, bacısı X6 2023-cü ildə, qardaşı X11 isə 1992-ci ildə vəfat etmişlər. İddiaçının bacısı Cavabdeh2 ailə qurmuş və 40 ilə yaxın müddətdir ki, Gəncə şəhərində yaşayır. X1 isə 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Mərhum anası Cəmilə Hüseynovanın və qardaşı Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Qeyd olunan torpaq sahəsinə JN-106A KOD 50810018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. İddiaçının anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Eyni zamanda da anası Cəmilə Hüseynova 17 sentyabr 2007-ci ildə Göygöl rayon Dövlət Notariat Kontorunda Göygöl rayonu, Toğana kəndində yerləşən evini vəsiyyətnamə ilə ona vermişdir. Bundan sonra iddiaçı notariat ofisinə mirasın qəbulu üçün müraciət etmişdir. Lakin, notariat ofisindən iddiaçıya mirasın qəbulu üçün qanununla nəzərədə tutulmuş müddətin ötürüldüyü bildirilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı ilə (hakim Rəşad Mustafayev) İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, X9 və X8 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)- 602/2019 saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)- 899/2021 nömrəli qətnaməsindən görünür ki, mənim tələbim cavabdehlər X3, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və X8, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X2 və qardaşı X4 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə olmuşdur. Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(066)-1318/2018 nömrəli qətnaməsi isə mirasın qəbulu müddətinin uzadılması ilə bağlı olsa da, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1445/2021 nömrəli, 16 fevral 2021- ci il tarixli qərardadına əsasən ləğv edilərək iddia tələbi baxılmamış saxlanılmışdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və ya etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, X9 və X8 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmaqla, iddiaçının iddia tələbi ilə bağlı eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün iş üzrə icraata xitam vermişdir. Lakin kollegiya həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X3, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və X8, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X2 və qardaşı X4 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)- 899/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019- cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5525/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı öz tələbində 03 oktyabr 2007-ci il tarixdə vəfat etmiş anası X5 və 18 avqust 2014-cü ildə vəfat etmiş X4 miras qalmış, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin miras əmlaklar kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması və həmin əmlaklardan onun payının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmaqla, iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Çünki, həmin maddədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda icraata xitam verilməli olması təsbit edilmişdir. İddiaçı isə hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə fərqli iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən bu hal icraata xitam verilməsini istisna edir və həmin iddia ərizəsinə baxılmalıdır. Digər tərəfdən, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1445/2021 nömrəli, 16 fevral 2021- ci il tarixli qərardadından görünür ki, cavabdeh X9 və nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(066)-1318/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər X6 və X7 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Kollegiya hesab edir ki, belə olan halda MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin: 261.0-ci maddəsinə görə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 398.0-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, X9 və X8 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı tam, onunla bağlı Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-31/2024 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, X9 və X8 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar