Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1388/2025 17.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1265/2025 nömrəli mülki iş üzrə qəbul etdiyi 04 iyun 2025-ci il tarixli qərardadından Ərizəçi Zalış oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Zalış oğlu(bundan sonra- ərizəçi) Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs kimi qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, N2- ci ilin dekabr ayından N3-cü ilin mart ayına qədər Azərbaycan ordusunda Ağdam rayonu ərazisində (N saylı hərbi hissədə) döyüşməsi faktının müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1971-ci anadan olmuşdur. 1989cu ildə həqiqi hərbi xidmətə çağırılmış, N1-ci ildə həqiqi hərbi xidməti başa vuraraq yenidən vətəninə qayıtmışdır. Bir müddət sonra vətənində X1 başladığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi ona da çağırış göndərmişdir. N2-ci ilin dekabr ayında Azərbaycan ordusunda Ağdam rayonu ərazisində (N saylı hərbi hissədə) döyüşməyə başlamışdır. Lakin həmin dövr himayəsində kar və kor olan X6 olduğu üçün üç aydan sonra ona buraxılış vermişlər. Buraxılışdan sonra evinə qayıtsa da hərbi biletini bu günə qədər ona verməmişlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, N saylı Hərbi Hissə komandirinin xx.xx.N2-ci il tarixli 188 saylı əmri ilə (əsas s:11, sıra 4, səh 72 ) Ərizəçi xx.xx.N2-ci il tarixindən şəxsi heyətin siyahısına salınmışdır. Həmin arayışda N saylı hərbi hissə komandirinin oktyabr N3- cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı da qeyd olunmuşdur. Qeyd olunan faktı bərabər döyüşduyu döyüş yoldaşları X4, X2 və X3 da təsdiq edirlər. Ağdam Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 04 iyun 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, həmçinin işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 261.0.2 və 261.0.1-ci maddələrinə əsasən mülki işin icraatına xitam verilməlidir. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-733/2020 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 188 nömrəli əmri ilə Ərizəçi xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına salınmışdır, N nömrəli hərbi hissə komandirinin mart N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış, eləcə də N nömrəli hərbi hissə komandirinin mart N3-cü il tarixli nizami hissə üzrə əmrlərində Ərizəçi barədə məlumat aşkar edilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan ərizəçi şikayətində bildirir ki, hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasının nə başqa yolu var, nə də başqa qaydası var, fakt bir tək məhkəmə məhkəmə qətnaməsi ilə təsdiq oluna bilər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, döyüş əməliyyatlarında iştirak etmə, kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan ərizəçinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi Zalış oğlunun şikayəti təmin edilməsin. Hazırki iş üzrə Ağdam Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1388/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1388/2025
17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver