Məhkəmə qərarları › İş №2(104)-1392/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1392/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1392/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər Cavabdeh1 və X9 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlak üzərində payların müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və X6 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1, X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 qarşı miras əmlakın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2075/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətində olmuşdur;

2. xx.xx.2018-ci il tarixli 4Ə-107 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X5 şəhəri, Nizami rayonu, Bayan küçəsi, 11A ünvanında yerləşən fərdi yaşayış evini X19 bağışlamağı öhdəsinə götürmüşdür;

3. Bağışlama müqaviləsinin ləğvinə dair xx.xx.2018-ci il tarixli sazişdən görünür ki, hədiyyə verən X1 nümayəndəsi X28 və hədiyyə alan X2 nümayəndəsi X7 qarşılıqlı razılığı əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X19 bağışlanması barədə müqavilə ləğv edilmişdir;

4. AZ-İ seriyalı 970018 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2018-ci il tarixdə ölmüşdür;

5. Gəncə şəhər Qeydiyyat Şöbəsinin 18 aprel 2023-cü il tarixli 3-16-5/8-13- 563/2023 nömrəli arayışından görünür ki, X11 vərəsələri arvadı X23 (xx.xx.2009-cu ildə vəfat edib), uşaqları – X28 (xx.xx.2021-ci ildə vəfat edib), X29, X24, Cavabdeh1, X15 və X8 ibarət olmuşdur;

6. AZ-İ seriyalı 361330 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2009-cu il tarixdə ölmüşdür;

7. CS-V seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 Olqa nikahlarını Moldova Respublikası Slobodzeya qeydiyyat orqanında nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 43 nömrəsi ilə qeydə aldırmışlar;

8. Vİ-MЮ seriyalı 523444 nömrəli və NA-Vİ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə, X27 xx.xx.2012ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası X28, anası İddiaçı1dır;

9. AZ-İİ seriyalı 284086 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə ölmüşdür;

10. Az-İİ seriyalı 374189 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir;

11. Gəncə şəhər qeydiyyat şöbəsinin 11 oktyabr 2024-cü il tarixli 3-16-5/8-13- 2225/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X12 ata-ana və bacı-qardaşlarından başqa ailə üzvü olmamışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 miras qalmış ünvan 2 ünvanında yerləşən evin 1/3 hissəsinin mərhum X33 tərəfindən faktiki qəbul edilməsi, Anar Əsgərovdan miras qalmış həmin əmlakın İddiaçı1, İddiaçı2 və X25 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. X29 və X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı1 iddiaçılar siyahısından çıxarılması, mərhum X10 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin X28 tərəfindən qəbul edilməsi faktının və həmin əmlakda İddiaçı2 miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, anası İddiaçı1 atası X33 ilə Moldova Respublikasında ailə qurduqdan sonra 24 iyul 2004-cü ildə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2005-ci il tarixdə o, xx.xx.2012-ci il tarixdə X25 anadan olmuşdur. Valideynləri təxminən 2013-cü ildə mərhum ata babası X11 Gəncə şəhəri Bayan küçəsində yerləşən 11A nömrəli evinə gəlmiş və orada M.Ş.Əsgərovla birlikdə yaşamağa başlamışlar. O və yetkinlik yaşına çatmayan bacısı Samirə həmin evə qeydiyyata alınmışdır. Sonradan atası Anar Əsgərovun işi ilə əlaqədar onlar Bakı şəhərinə getmiş və mərhum babası X22 da 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində onların Bakı şəhərində yaşadığı evdə yaşamağa başlamışdır. Həmin vaxt babası X5 şəhəri Bayan küçəsində yerləşən 11A nömrəli evin onun atası Anar Əsgərovun adına rəsmiləşdirməsi üçün sonuncunun adına etibarnamə də vermiş, həmin evdə qeydiyyatda olan digər övladlarının qeydiyyatdan çıxarılması işlərinin aparılmasını da onun atasına həvalə etmişdir. X22 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində onların yaşadığı evdə vəfat etmiş və bundan sonra mərhum babasının cənazəsini Gəncə şəhərinə gətirərək, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evdə yas mərasimi keçirmişlər. Bundan sonra atası Anar Əsgərov mərhum atasının ona həvalə etdiyi məsələni həll etmək məqsədi ilə, yəni Marif Əsgərovun digər övladlarının Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanından qeydiyyatdan çıxarılması üçün məhkəmədə iddia qaldırsa da, lakin mərhum babası M.Ş.Əsgərovun ölməsinə görə mülki işin yekunlaşdırılması mümkün olmamışdır. Valideynləri o və azyaşlı bacısı, mərhum babası M.Ş.Əsgərovun ölümündən sonra ötən 1 il 6 ay müddətində miras əmlak olan Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A ünvanında yaşamışlar. Sonradan atası A.M.Əsgərovun işi ilə əlaqədar onlar yenidən Bakı şəhərinə getmiş və 2020-ci ildə «COVİD 19» pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi səbəbindən Bakı şəhərindən Gəncə şəhərinə məhdud sayda gəlib-gedə bilmişlər, xx.xx.2021-ci il tarixdə isə atası X33 vəfat etmişdir. Bu zaman anası İddiaçı1 ilə birlikdə A.M.Əsgərovun yas mərasimini Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli evdə keçirmək istəyərkən cavabdehlər həmin ünvanda yas mərasiminin keçirilməsinə imkan verməmiş, daha sonra isə onların həmin ünvanda yaşamalarına şərait yaratmamışlar. Halbuki, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A nömrəli ev mərhum babası X10 onun atası X26 miras qalmış və A.M.Əsgərov həmin əmlakı vərəsə kimi faktiki qəbul etmişdir. Özü isə 20 mart 2023-cü ildə yetkinlik yaşına çatmış, məhkəmədə müstəqil iddia qaldırmaq və digər dövlət orqanlarına müraciət etmək hüququ əldə etmişdir. Bundan başqa, atasının varisi kimi ondan qalan bütün əmlakı, eləcə də pul vəsaitini qəbul etmişdir. Digər tərəfdən mərhum babası X11 6 övladı olmuş, onlardan X20 uşaq yaşlarında ölmüş, X11 ölümündən uzun müddət əvvəl əmiləri X29 və X24 hələ Rusiya Federasiyasına getmiş və daimi olaraq, orada yaşayaraq, X15 və Cavabdeh1 isə evlənib, başqa ünvana gəlin köçərək, M.Ş.Əsgərovdan miras qalmış əmlakı qəbul etməmişlər. Məhz buna görə də M.Ş.Əsgərov vəfat etməmişdən əvvəl öz əmlakının idarə olunmasını onun atası X26 həvalə etmiş və buna dair etibarnamə də vermişdir.

16. Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2075/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı2 iddiası təmin edilərək, X11 adına qeydə alınmış, Gəncə şəhəri, Bayan küçəsində yerləşən 11A saylı fərdi yaşayış evindən ibarət olan əmlakın X33 tərəfindən miras qismində qəbul etməsi faktının müəyyən edilməsi; X10 miras qalmış və X33 tərəfindən qəbul edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə İddiaçı2, X10 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə Cavabdeh1 və həmin əmlakın 1/3 hissəsinə X6 payının müəyyən edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.3 və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Nümayəndə (vəkil) Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və cavabdehlər planlı şəkildə məhkəməni aldadaraq mülkiyyət hüququ ilə üçüncü şəxs Elşən Əsgərova məxsus ünvan 2-ya mülkiyyət hüquqlarını qeydə aldırmışlar. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qoyan atası X22 tərəfindən 05 aprel 2018-ci il tarixli, 4Ə- 107 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Elşən Əsgərova bağışlanmış və 08 may 2018-ci il tarixli, **********704-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş idarəsinin vahid reyestrində həmin müqavilə qüvvədədir. Birinci instansiya məhkəməsi Elşən Əsgərovun «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlarla sonuncu dəfə 10 avqust 2016-cı ildə Azərbaycan Respublikası ərazisindən getdiyini müəyyən etmişdir. Bu fakt tam doğrudur. Gəncə şəhəri 3 saylı notariat kontorunun 21 may 2018-ci il tarixli, 3M-88 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvinə dair sazişdən Elşən Əsgərovun xəbəri olmamış və həmin vaxt Azərbaycan Respublikası hüdudlarında olmamışdır. İddiaçı və cavabdehlər formal olaraq məhkəmə iclasında aralarında mübahisə olmasını göstərmiş və məhkəmə tərəfindən onların əsl niyyətlərinin aşkar olunmamasına nail olmuşlar. İddiaçı və cavabdehlər 2 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək miras paylarıına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişlər. Ancaq, onun orada pasport qeydiyyatında olmağı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini mümkün etməmişdir. İddiaçı və cavabdeh tərəf həqiqəti, yəni miras əmlakın ona bağışlandığını və onun orada pasport qeydiyyatında olduğunu bildirsəydi məhkəmə tərəfindən belə qərar qəbul edilməzdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdehlər Cavabdeh1 və X15 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişlər ki, Elşən Əsgərov 20 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır və oranının vətəndaşıdır. Həmçinin valideynləri vəfat edən və ondan sonra bu günə qədər Elşənə dəfələrlə mərhumların yas mərasimində iştirak etməsini bir qardaş kimi ailələrinə gəlibgetməsini təklif etsələr də, sonuncu heç vaxt gəlməmiş və gəlməyəcəyini bildirmişdir. Bundan başqa, miras qalmış evdə qardaşları mərhum X28 daimi yaşamış və sonuncunun övladları da həmin ünvanda qeydiyyatda olmuşdur. Valideynləri vəfat etdikdən sonra evi Anar saxlamışdır. Bağışlama müqaviləsindən Anar xəbər tutanda atasına bildirmiş atası isə Elşənin barəsində yanıldığını bildirib, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Anara etibarnamə vermişdir. Eyni zamanda tanımadıqları Arzu adlı şəxs isə Elşənin adından çıxış edərək, qarşılıqlı razılıq əsasında qeyd olunan bağışlama müqaviləsi ləğv edilmiş və bu barədə 21,05.2018-ci il tarixdə tərəflər arasında bağışlama müqaviləsinin ləğv edilməsi barədə müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixdə atası Marif Əsgərov ********** qeydiyyat nömrəli çıxarış alaraq öz mülkiyyət hüququnu tam şəkildə yenidən bərpa etmişdir. Odur ki, Elşən Əsgərovun bağışlama müqaviləsi ilə qeyd etdikləri tam cəfəngiyyatdır və həqiqəti əks etdirmir. Eyni zamanda, varis olaraq X16 qardaşı olması faktını heç biri danmır. Ancaq, Elşən çox uzun müddətdir Rusiya Federasiyasma köçüb və orada yaşayır. Yəni, valideynlərinin və qardaşları Anarın ölümündən xeyli vaxt keçib. Elşən onları ailə kimi görməməklə yanaşı mərhumların ruhuna da hörmət qoymamışdır. Ən azından bu gün əmlakı tələb etdiyi kimi heç olmasa mərhumların yasında iştirak etsəydi hardasa bu günkü iddiası başa düşülən olardı. Hesab edirlər ki, həm mülki qanunvericiliyə, həm də əxlaqi mənəvi keyfiyyətlər baxımından Elşənin atalarının yurdunda heç bir haqqı yoxdur.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 2(104)-1392/2024 nömrəli qərardadı ilə X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirakına xitam verilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq G.Əsgərova bildirmişdir ki, Kəmalə adlı bacıları dünyaya gəlmiş olsa da, lakin bir neçə ay sonra vəfat etmişdir. Onun ölümünü təsdiq edən hər hansı sənəd mövcud deyildir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, Kəmalə adlı bacıları dünyaya gəlmiş olsa da, lakin o uşaq olarkən vəfat etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

31. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

43. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X22 ilə X23 nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından X28, X29, X24, Cavabdeh1, X15 və X20 adlı uşaqları doğulmuşdur. Onların uşaqlarından X4 yaşlarında vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətində olmuşdur. Bununla yanaşı müəyyən olunur ki, X22 ilə X13 birgə nikahlarından anadan olmuş övladları X28 xx.xx.2004-cü il tarixdə İddiaçı1 ilə nikaha daxil olaraq ailə qurmuşdur və onların da birgə nikahlarından İddiaçı2 və xx.xx.2012-ci il təvəllüdlü X25 adlı uşaqları dünyaya gəlmişdir. Marif Əsgərovun arvadı X23 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X22 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları X28, X29, X24, Cavabdeh1 və X15 olmuşlar. X32 miras qalan əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Miras qoyanın vəfatından sonra onun qanun üzrə birinci növbəli vərəsəsi olan X28 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lakin, həmin vərəsənin də qanun üzrə birinci növbəli vərəslələri olan arvadı İddiaçı1, uşaqları İddiaçı2 və xx.xx.2012-ci il təvəllüdlü X25 vardır. Bundan başqa, miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi X24 xx.xx.2024-cü il tarixdə vəfat etmiş olsa da, lakin adı qeyd olunan vərəsənin qanun üzrə birinci növbəli vərəsəsi olmamışdır. Miras qoyan Marif Əsgərovun vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.

44. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə (xx.xx.2018) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

46. X18 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

47. Xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

48. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

49. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

50. Hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə, yəni Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X10 miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyinə uyğun həll edilməlidir.

51. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X22 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri isə uşaqları - X33, X29, X24, Cavabdeh1 və X15 olmuşlar. X32 miras qalan əmlak isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Miras qoyanın adları qeyd olunan vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər.

52. Məhkəmə kollegiyası miras qoyan X11 miras kütləsinin həcmini, vərəsələrinin sayını və vərəsə X12 miras açıldıqdan sonra vəfat etməsini, eləcə də sonuncunun 1-ci növbəli vərəsəsinin olmamasını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X28, X29, Cavabdeh1 və X6 hər birinin ¼ hissədə vərəsəlik payları müəyyən edilməlidir.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi miras qoyan X11 birinci növbəli vərəsəsi olan X28 miras qoyan Marif Əsgərovun miras əmlakını qəbul etdikdən sonra xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən miras qoyan Marif Əsgərovun miras əmlakından mərhum X21 çatası vərəsəlik payı sonuncunun qanun üzrə birinci növbəli vərəsələri olan arvadı İddiaçı1, uşaqları (iddiaçı) İddiaçı2 və xx.xx.2012-ci il təvəllüdlü X17 verilməlidir.

54. Miras əmlak olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər Cavabdeh1, X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 hər birinin ümumi əmlakdakı payı 3/12, İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü X14 hər birinin ümumi əmlakdakı payı isə 1/12 hissədə müəyyən edilməlidir.

55. Məhkəmə kollegiyası həmçinin göstərir ki, miras əmlak olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyanın sağlığında X19 bağışlanmış olması barədə apellyasiya şikayətinin dəlili kollegiya tərəfindən əsassız sayılmışdır. Çünki, işdəki sənədlərdən göründüyü kimi xx.xx.2018-ci il tarixli 4Ə-107 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə verən X3 əmlakı X19 bağışlamağı öhdəsinə götürmüş olsa da, lakin xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvinə dair sazişlə hədiyyə verən X1 nümayəndəsi X28 və hədiyyə alan X2 nümayəndəsi X7 qarşılıqlı razılığı əsasında bağışlama müqaviləsi ləğv edilmişdir. Belə olan halda ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X11 miras kütləsi sayılır və həmin əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi qanuni əsaslara söykənir.

56. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(125)-2075/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Miras qoyan X10 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə birinci növbəli vərəsələr mərhum X28, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29, cavabdehlər Cavabdeh1 və X6 hər birinin ¼ hissədə payları müəyyən edilsin. Miras qoyan X11 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X28 vəfat etdiyindən onun miras əmlak olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsi üzərində müəyyən olunan payı onun qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü X17 verilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ümumi əmlakda cavabdehlər Cavabdeh1, X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 hər birinin ümumi əmlakdakı payı 3/12, İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü X14 hər birinin ümumi əmlakdakı payı isə 1/12 hissədə müəyyən edilsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar