Məhkəmə qərarları › İş №2(104)-1396/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1396/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1396/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materillarında olan İddiaçı Cavabdeh Yusif oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Xətai prospekti 87 nvanında yerləşən cavabdehin sahibkarlıq fəaliyəti ilə məşğul olduğu “WİESSMAN” kombi satışı mağazasından aralarında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 2490 manatlıq istilik sistemi avadanlığı (kombi cihazı, 8 ədəd radiator və s.) almış və həmin gün cavabdehə 2450 manat məbləğində ödəniş etmişdir. Həmin vaxt aldığı mallar tam tərkibdə mağazada olmadığı üçün cavabdehin təklifinə əsasən malları evdə görüləcək santexnik işlərindəki ehtiyaca əsasən sonrakı günlərdə təhvil verilməsinə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə 228 manatlıq, 9.10.2022ci il tarixdə isə 70 manatlıq mal iddiaçının nümayəndəsi - evində işləri görən usta X4 tərəfindən mağazadan təhvil alınmışdır. Ödədiyi puldan geri qalan 2152 manat pul və yaxud aldığı malların geri qalan hissəsi hələ də, iddiaçıya qaytarılmamışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi qaydada müraciət etsə də, tələbi qarşılanmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 449.1 maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2022-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər olan dövr üçün uçot dərəcəsi illik 8.5 % olmuşdur. Bu nəzərə alınmaqla cavabdehin iddiaçıya ödəməli olan məbləğ 2325 manat (ödədiyi puldan götürdüyü malın pulu çıxıldıqdan sonra qalan məbləğ - 2152 + həmin məbləğin bank uçot dərəcəsinə vurmaqla alınan məbləğ (2152*8.5%= 183) təşkil edir. Tələb edir ki, 3 gün ərzində aldığım malların geri qalan hissəsini və yaxud 2325 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarsın. Əks haida tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılacaqdır.

2. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə məktubu qəbul etmişdir.

3. İş materillarında olan dəftər vərəqində aparılmış qeyddən görünür ki, Davud Qasım klient naklad qalığından sonra kombi və kombi üçün müxtəlif məhsulların adları qeyd edilmiş və sonda 2450 manat ödəniş, 40 manat qalıq yazılmışdır.

4. İş materillarında olan dəftər vərəqində aparılmış qeyddən görünür ki, Qasım klient Davud balığından sonra komobi üçün müxtəlif məhsulların adları qeyd edilmiş və sonda 228 manat yazılmışdır.

5. İş materillarında olan dəftər vərəqində aparılmış qeydən görünür ki, Davud balığından sonra komobi üçün müxtəlif məhsulların adları qeyd edilmiş və sonda 70 manat yazılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2325 pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Xətai prospekti 87 ünvanında yerləşən “WİESSMAN” kombi satışı mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) ilə aralarında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 2490 manatlıq istilik sistemi avadanlığı (kombi cihazı, 8 ədəd radiator və s.) almış və həmin gün ona 2450 manat məbləğində ödəniş etmişdir. Həmin vaxt aldığı mallar tam tərkibdə mağazada olmadığı üçün Cavabdeh təklifinə əsasən malları evdə görüləcək santexnik işlərindəki ehtiyaca əsasən sonrakı günlərdə təhvil verilməsinə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə 228 manatlıq, xx.xx.2022-ci il tarixdə isə 70 manatlıq mal onun nümayəndəsi – evində işləri görən usta X4 tərəfindən mağazadan təhvil alınıb. İşlər yekunlaşdıqdan sonra geri qalan digər malları götürmək üçün mağazaya getdikdə mağazanın bağlı olduğunu görmüşdür. Bundan sonra Cavabdeh ilə dəfələrlə görüşüb malları və yaxud onların pulunu tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Bu barədə 07 dekabr 2023-cü il tarixdə xəbərnaməli poçt vasitəsilə ona yazılı pretenziya göndərmişdir. Poçt sənədlərinə əsasən bu pretenziya ona xx.xx.2023-cü il tarixdə şəxsən verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Cavabdeh bu hərəkəti ilə ona həm maddi zərər vurmuş, həm də evinin təmir işlərinin ləngiməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2022-ci ilin noyabr ayından 2023- cü ilin noyabr ayına qədər olan dövr üçün uçot dərəcəsi illik 8.5 % olmuşdur. Bu nəzərə alınmaqla cavabdehin mənə ödəməli olan məbləğ 2325 manat (ödədiyim puldan götürdüyüm malın pulu çıxıldıqdan sonra qalan məbləğ - 2152 üstəgəl həmin məbləğin bank uçot dərəcəsinə vurmaqla alınan məbləğ (2152*8.5%=183) təşkil edir.

8. Gəncə Şəhər Məhkəməsinun e-2(125)-1142/2024 saylı, 02 aprel 2024-ci il tarixli qətnaməsi ilə (X.Səfərli) iddia tələbi qismən edilmiş, Cavabdeh 2152 (iki min yüz əlli iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat 52 (əlli iki) qəpik pul İddiaçı ödənilməsi qət olunmuşdur.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 2022-ci ilin sentyabr ayında satın aldığı malların dəyəri qismində 2450 manat pulu cavabdehə ödəmişdir və bu hal hər iki tərəfin izahatı ilə təsdiqlənir. İddiaçı əvəzini ödədiyi 70 manat və 228 manat dəyərində olan məhsulların ona təhvil verildiyini bildirir. Cavabdeh daha çox dəyərdə olan məhsulların iddiaçı tərəfdən təhvil alındığını bildirsə də, bu halı təsdiqləyən sübut etməmişdir. Qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyinə əsaslanaraq iddiaçı əşya üçün qabaqcadan ödədiyi məbləğin qalıq dəyəri olan 2152 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddiaçı cavabdehin ödəməli olduğu 2152 manat pula 2022-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər olan dövr üçün bank uçot dərəcəsi tətbiq etməklə 183 manat pulun tutulmasını xahiş etmişdir. Lakin iddiaçı həmin pul məbləğinin hesablanması üçün qeyd etdiyi dövrdə Azərbaycan Respublikasının Mərkəzi Bankının illik bank uçot dərəcəsinin 8.5 % olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 183 manat pulun tutulması hissəsində iddia təmin edilməməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinun 452.1, 452.2,448, 449, 567 və 599-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinun dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinun 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı bildirdiyi kimi onların arasında alqı-satqı olmuşdur, lakin o, həmin vaxt malları iddiaçıya versə də, iddiaçının xahişi ilə malları dükanda saxlamışdır. İddiaçı mallarını alıb getdikdən bir neçə gün sonra onun icarəyə götürdüyü obyektdən, obyektin sahibi və atası tərəfindən məcburi (zorla) çıxarılmışdır. O, icarəyə götürdüyü obyektdən qanunsuz çıxarıldığı üçün polisə müraciət etmiş və hazırda da işləri davam edir. İddiaçının malları obyekdə olduğundan və o, obyektdən zorla çıxarıldığından, iddiaçının aldığı məhsullar obyekdə qaldığından, obyektə daxil ola bilmədiyi üçün həmin məhsulları iddiaçıya verə bilməmişdir. İşləri polisdə qutardıqdan sonra, həmin məhsulları və ya onun dəyərini iddiaçıya qaytaracdır. Bu halları İ instansiya məhkəməsində bildirsə də, məhkəmə dediklərinə əhəmiyyət verməmiş, işi tam, hərtərəfli, dəqiq araşdırmayaraq hazırki qətnaməni qəbul etmişdir. Hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1142/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarınun izahatları

14. Məhkəmə kollegiyasınun iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ondan aldığı malları vermiş, yalnız 1 ədəd kombi və səkkiz ədəd radiator qalmışdır.

15. Məhkəmə kollegiyasınun iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahat verib bildirdi ki, cavabdehdən 2450 manat dəyərində istilik sistemi avadanlığı, yəni kombi cihazı, 8 ədəd radiator və s. Məhsullar almış və pulunu ödəmişlər. Pulu ödədikdən sonra 228 manat və 70 manat dəyərində mal almışlar. Qalan malları cavabdeh 2 ilə yaxındır ki, qaytarmır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahş etmişdir.

16. İddiaçı məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışınun hədləri

26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinun aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinun mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinun 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 2022-ci ilin sentyabr ayında satın aldığı malların dəyəri qismində 2450 manat pulu cavabdehə ödəmişdir və bu hal hər iki tərəfin izahatı ilə təsdiqlənir. İddiaçı əvəzini ödədiyi 70 manat və 228 manat dəyərində olan məhsulların ona təhvil verildiyini bildirir. Cavabdeh daha çox dəyərdə olan məhsulların iddiaçı tərəfdən təhvil alındığını bildirsə də, bu halı təsdiqləyən sübut etməmişdir. Qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyinə əsaslanaraq iddiaçı əşya üçün qabaqcadan ödədiyi məbləğin qalıq dəyəri olan 2152 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şifahi alqı-satqı müqaviləsinə əsasən, iddiaçı 2022-ci ilin sentyabr ayında satın aldığı malların dəyəri qismində 2450 manat pulu cavabdehə ödəmişdir və bu hal işin mübahisəsiz halıdır. İddiaçı əvəzini ödədiyi 70 manat və 228 manat dəyərində olan məhsulların ona təhvil verildiyini bildirir. Cavabdeh daha çox dəyərdə olan məhsulların iddiaçı tərəfdən təhvil alındığını bildirsə də, bu halı təsdiqləyən sübut etməmişdir. Qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinun 599.3-cü maddəsinə uyğun olaraq qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən, iddiaçının ödədiyi əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb hüququ yaranmışdır.

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin icarəyə götürdüyü obyektdən qanunsuz çıxarıldığı üçün polisə müraciət etməsi və hazırda polisdə araşdırmanın davam etməsi, iddiaçının malları obyekdə olduğundan və o, obbeytdən zorla çıxarıldığından, iddiaçının aldığı məhsullar obyekdə qaldığından, obyektə daxil ola bilmədiyi üçün həmin məhsulları iddiaçıya verə bilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin icarəyə götürdüyü obyektlə əlaqədar icarədarla aralarında yaranmış mübahisə idddiaçı ilə arasında olan alqı-satqı müqaviləsindən yaranın öhdəliyin icrasının təxirə salınması və ya icra edilməməsi üçün əsas deyildir. Tərəflər arasında bununla bağlı hər hansı razılaşma da, mövcud deyildir. Bu baxımdan kollegiya həmin dəlilləri əsassəz hesab edir.

34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinun 2(125)-1142/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar