Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-142/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, X27, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Həsənov Mədət İsa oğluna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443,8 kv. m, əsas sahəsi 413,7 kv. m olan bir mərtəbəli qeyriyaşayış binasının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlakdan ona vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədə 2/4 hissə payın ayılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra qalan hissədən bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülkiyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək X38 tərəfindən İddiaçı verilmiş 2V-01-580 nreyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların barabər olaraq ¼ hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X38 tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov ) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X27 qarşı “Mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi tam şəkildə təmin edilmiş, X38 tərəfindən X6 verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş bütün əmlakının vəsiyyət edilməsinə dair xx.xx.2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş və qüvvədən düşmüş sayılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarışa əsasən X23 miras qalan əmlak olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 413.7 kv.m. qeyri-yaşayış binası üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras (vərəsəlik) payları tanınmış, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X27 qarşı ilkin iddiası və Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 711/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edilmişdir, yəni, mübahisələndirilən vəsiyyətnamə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında tərtib edilmiş, vəsiyyət edən və şahidlər tərəfindən imzalanmış, daha sonra isə notarius tərəfindən təsdiq edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisələndirilən vəsiyyətnaməni tərtib etmiş və təsdiq etmiş Ağdam rayon Dövlət Notariat Kontorunun notariusu E.A.Əliyev və həmin vəsiyyətnaməni şahid kimi imzalamış X24 dindirilməmişdir.Vəsiyyətnaməni şahid kimi imzalamış X28 isə məhkəmə iclasında dindirilərkən vəsiyyətnamədəki imzanın ona məxsus olmadığını və həmin vəsiyyətnamənin verilməsində şahid kimi iştirak etmədiyini bildirsə də, məhkəmə onun imza nümunələrini götürməklə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Digər tərəfdən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, həmin tikili 2004-cü ildə tikilmişdir. Bu isə o deməkdir ki, artıq həmin dövrə qədər tikili üçün lazım olan sənədləşmə işləri aparılmış, tikintinin tamamlanması üçün xərclər çəkilmişdir. Lakin DƏDRX tərəfindən verilən arayışda onun həmin tikintinin xx.xx.2009-cu ildə reyestrdə qeydiyyata alınması, onun birgə nikah dövründə əldə edilmiş gəlir hesabına tikilməsi demək deyildir. Hazırki iş üzrə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi 413.7 kv.m qeyri-yaşayış binasının bu cür statusa malik olduğu müəyyən olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)2007/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-142/2024 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Bərdə rayonu Qaradağlı kənd sakini, 1943-cü il təvəllüdlü mərhum (miras qoyan) X38 doğma atasıdır. X19 25 mart 2021-ci ildə vəfat etmişdir. Anası Həsənova (Dorafiyeva) Valentina Nikolayevna isə 1947-ci ildə anadan olmuş, xx.xx.2006-cı ildə vəfat etmişdir. X8 və anası X1 nikahından 3 övladı: xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 və 3.xx.xx.1981-ci təvəllüdlü Məmmədova (Həsənova) Mehriban Mədət qızı doğulmuşlar. Anası X1 vəfatından sonra, atası X5 (Aslanova) Məxmər Qədir qızı ilə Bərdə rayon Qeydiyyat şöbəsində 15 yanvar 2008-ci ildə 19 nömrə ilə nikah bağlamaqla evlənmişlər. Bu nikahdan onların övladı olmamışdır. Atasının vəfatından sonra tam xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bərdə şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış binası miras qalmışdır. Həmin qeyri-yaşayış binası 2004-cü ildə tikilmişdir. Atasının vəfatından sonra, yəni 25 mart 2021-ci ildən etibarən onun mirası olan sözügedən qeyri-yaşayış binasını miras kimi qəbul etmiş, ona sahiblik və idarə edir. Bundan başqa, atası hələ 29 iyun 2012-ci il tarixdə notariat təsdiqli Vəsiyyətnamə ilə ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. İş üzrə əldə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə razıdır. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(***)******* saylı qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddiaçılar iddiaçılar Cavabdeh3 və Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdilər ki, mərhum X11nun mülkiyyətində olan Bərdə şəhəri H.Əliyev prospektində yerləşən tikinti sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan qeyri-yaşayış sahəsindən həmişə onlar, yəni ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar istifadə edib, sahiblik hüquqlarını həyata keçirmişlər. Həmin qeyri-yaşayış sahəsi “Gülüstan” şadlıq evi kimi fəaliyyət göstərmişdir. Sağlığında da, vəfat etdikdən sonra da həmin şadlıq evini istifadə edərək əldə edilmiş gəlirdən ailələrini dolandırmışlar. Bu gün də, həmin obyekti icarəyə vermişlər və icarə haqqını da onlar alır. Ataları İddiaçı heç vaxt vəsiyyətnamə verməmişdir. Həmin vəsiyyətnamə barədə xəbər tutduqdan sonra vəsiyyətnamənin verilməsində, guya iştirak etmiş Sara Bəylərova və Akif Hüseynovdan bu barədə soruşduqda, hər ikisi Ağdam rayon notariusunda olmadıqlarını və vəsiyyətnamənin verilməsində iştirak emtəyərək imza atmadıqlarını bildirmişlər. X11 ilə mərhum anaları X1 birgə nikahından dörd uşaq, (Fərhad adlı qardaşları uşaq ikən vəfat etmişdir) qalan üç uşağın ikisi hazırda qarşılıqlı iddia verən şəxslərdir. X11 xx.xx.2021-ci il tarixdə, anaları X10 isə xx.xx.2006-cı ildə vəfat etmişdir. Anaları vəfat etdikdən sonra ataları xx.xx.2008ci ildə X25 adlı şəxslə ikinci dəfə evlənmişdir. X36 ilə aralarında hər-hansı problem yoxdur. İş üzrə əldə edilmiş ekspert rəyi ilə razı deyillər. Hesab edirlər ki, hazırda mübahisələndirdikləri vəsiyyətnamə etibarsız sayılmalı və vəsiyyətnamənin doğurduğu hüquqi nəticələr ləğv edilməlidir.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh1 X14 ilə xx.xx.2008-ci il tarində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Bu barədə nikah haqqında şəhadətnamə işə əlavə edilmişdir. X38 isə, xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun vəfatindan sonra birgə nikah dövründə əldə etmiş olduğu qeyri-yaşayış sahəsi miras qalmışdır. Hal-hazırda mərhumun birinci nikahdan 3 övladı: 2 oğlu və bir qızı vardır. Onlar da birinci növbədə qanun üzrə vərəsədirlər. Bu da MM-nin 1159.1-ci bəndinə əsasən qeyd edilmişdir. Miras əmlakın dövlət qeydiyytaına alınması və həmin qeyri-yaşayış sahəsinin çıxarışı iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, MM-nin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bu halda əmlak 2/1 hissədə, yəni onun mülkiyyətindədir. Digər hissədə 2/1 hissədə isə mərhumun birinci nikahından anadan olan uşaqları onunla birlikdə, yəni 2/1 hissədə bir pay olmaqla 4/1 müəyyən edilməli həmin əmlak 2 paya münasibətdə bölgü əmlak payları 8/5 hissədə X14nun həyat yoldaşı Cavabdeh1 8/1 pay isə Məmmədova (Həsənova) Mehriban Mədət qızının 8/1 pay isə Cavabdeh2 8/1 pay isə qanun üzrə digər vərəsə X33 verilməlidir. Bundan başqa, Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamə qanunsuz olduğu üçün, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq etibarsız hesab edilmişdir. Məhkəməxəttşünaslıq ekspertizasının rəyini əsassız hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsinim və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 188273 nömrəli çıxarışdan görünür ki, X38 ilə X2 xx.xx.1971-ci ildə nikah bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydə alınmışdır. Rus dilində tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 41 seriyalı, 239655 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2006-cı ildə vəfat etmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 735-05/69 nömrəli arayışdan görünür ki, X38 ilə X25 xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 15 yanvar 2008-ci ildə 19 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 736-05/69 nömrəli arayışdan görünür ki, X38 xx.xx.2021-ci ildə ünvan 2ində qaraciyər sirrozu səbəbindən ölmüşdür. Bu barədə Bərdə rayonGüloğlular kənd İN tərəfindən 01 aprel 2021-ci il tarixli, 371 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bərdə rayon Qaradağlı kəndində yaşayan X38 tərəfindən Bərdə rayon Hacallı kəndində yaşayan qızı X6 verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X38 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan qızı İddiaçı vəsiyyət edir. Vəsiyyətnaməyə şahid qismində iştirak edən X28 öz ifadəsində göstərir ki, həmin vəsiyyətnamə onun yanında X9 olduğundan və yazmaqda çətinlik çəkdiyindən onun sözlərindən notarius tərəfindən hamılıqla qəbul edilmiş texniki vasitədə- kompüterdə latın qrafikasında tərtib edildi, ucadan oxundu və özü tərəfindən imzalandı. Şahid qismində iştirak edən X24 təsdiq edir ki, həmin vəsiyyətnamə onun yanında imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli Çıxarışdan görünür ki, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası X29 adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4645 nömrəli arayışdan görünür ki, İddiaçı X19na məxsus Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış binası ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, Pasport xx.xx.2022-ci il tarixdə vəziyyətə əsasən tərtib olunmuş Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X34 məxsus 413,7 kv.m. sahəyə malik qeyri yaşayış binasının tikildiyi il 2004-cü il göstərilmişdir. İddiaçı tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2021- ci il tarixli, **********334 nömrəli ərizədən görünür ki, atası ünvan 2ində qeydiyyatda olmuş və xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qanun üzrə yaxud vəsiyyətnamə üzrə ona çatası mirası qəbul etmişdir. Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********069 nömrəli ərizədən görünür ki, Cavabdeh1 X29 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********070 nömrəli ərizədən görünür ki, Cavabdeh1 X29 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh3 tərəfindən Notariat ofisinə ünvanlanmış, xx.xx.2022-ci il tarixli, **********929 nömrəli ərizədən görünür ki, Cavabdeh3 X29 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. Cavabdeh2 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********239 nömrəli ərizədən görünür ki, Cavabdeh2 X29 vərəsəsi olaraq tanınmağı xahiş etmişdir. X48 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məlumatdan görünür ki, İddiaçı 26 oktyabr 2022-ci il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək 25 mart 2021-ci ildə vəfat etmiş atası ünvan 2i ünvanında qeydiyyatda olmuş X23 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aralarında ixtilaflar olduğunu bildirmişdir. Həmin ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmətərəfindən baxıldığı, əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalı olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 066036 nömrəli arayışdan görünür ki, X30 xx.xx.1971-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X19, anası isə X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarix, 430 nömrə ilə qeydə alınmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 438570 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 25 sentyabr 1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X19, anası X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 600 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 255170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx xxxxxx 1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X19, anası isə X3r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarix, 16 nömrə ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi bu iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan X38 vəfat etməmişdən öncə Cavabdeh1 ilə 15 yanvar 2008-ci ildə nikah bağlamışlar. Miras qoyan X29 vəfatından sonra, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyriyaşayış binası miras qalmışdır ki, həmin bina Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi X29 adına ********** nömrə ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin miras predmeti X38 ilə Cavabdeh1 birgə nikah dövründə, yəni 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və daşınmaz əmlak üzərində hüquqlar onların qeydiyyatı tarixindən yarandığından, həmin əmlakın 1/2 hissəsinə miras açılmış, qalan ½ hissə isə Cavabdeh1 mülkiyyətidir. Miras qalan ½ hissə isə, 4 nəfər vərəsələr arasında bərabər qaydada bölünməli və nəticədə Cavabdeh1 birgə nikah dövründəki payı da nəzərə almaqla 5/8 pay, digər vərəsələr olan İddiaçı, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/8 pay miras (vərəsəlik) payları müəyyən edilməlidir. Bundan başqa, X38 tərəfindən İddiaçı bütün daşınar və daşınmaz əmlakının vəsiyyət edilməsi barədə verilmiş 29 iyun 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Belə ki, vəsiyyətnamədə iştirak edən şahidlərdən Akif Hüseynov məhkəmədə verdiyi ifadəsində və məhkəməyə təqdim etdiyi yazılı izahatında (ərizəsində) mərhum Mədət Həsənovu tanımadığı və onunla hər hansı vəsiyyətnamə tərtibində iştirak etmədiyini bildirmişdir. Digər şahid Sara Bəylərovanın məhkəmədə iştirakını təmin etmək və mövqeyini öyrənmək mümkün olmamışdır. Lakin, vəsiyyətnamə tərtibi ilə bağlı şübhəli məqamlar sırasına vəsiyyətnamənin niyə şəxsin yaşadığı yer olan Bərdə rayonunda deyil, Ağdamda tərtib edilməsi, bundan başqa vəsiyyətnamənin bir nüsxəsinin İddiaçı olmaması həmin vəsiyyətnamənin eibarlılığı və hüquqi qüvvəsini şübhə altına alır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə X38 tərəfindən İddiaçı verilmiş 2V-01-580 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, məhkəmə həmin hissədə mövqeyini onunla əsaslandırmışdır ki, həmin vəsiyyətnamədə adı və imzası olan və məhkəmədə şahid qismində dindirilən Ağdam rayonu Yusifcanlı kəndində qeydiyyatda olan X18 məhkəmə iclasında verdiyi ifadəsində və Bərdə rayon məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, adıçəkilən şəxs 29 iyun 2012-ci il tarixdə Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.H.Əliyev tərəfindən tərtib olunmuş və təsdiqlənmiş Bərdə rayon sakini X29 qızı İddiaçı verilən vəsiyyətnamədə şahid qismində iştirak etməmiş, onun adından çəkilən imza ona məxsus deyil və həmin vaxt ümumiyyətlə notariat kontorunda olmamışdır. Digər şahid olan X12 isə məhkəmədə iştirakını təmin etmək və mövqeyini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarından görünür ki, cavabdeh tərəf qeyd edilən vəsiyyətnamənin miras qoyan tərəfindən imzalanmasını mübahisələndirmiş, bu baxımdan iddiaçının nümayəndəsi iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizsasının keçiirlməsi barədə yazılı vəsatət vermiş, həmin vəsiyyətnamənin tərtib edilməsində şahid kimi iştirak etmiş X18 imza və xətt nümunələri götürülmüş, lakin həmin ekspertizanın keçirilməsindən əsassız olarq imtina edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)2007/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, 4/1993 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin İİ cildinin 22-ci vərəqində olan 29 iyun 2012-ci il tarixli Vəsiyyətnamənin “Şahidlər” hissəsindəki imza və “Hüseynov” soyadı-X28 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli, 4/1993 saylı ekspert rəyini tədqiq edərək və digər sübutlarla yanaşı qiymətləndirərərk, əsaslı hesab edir və qeyd edir ki, həmin rəyin əsaslılığı və qanuniliyi inandırıcı olmaqla, heç bir şübhə doğurmur. Birinci instansiya məhkəməsi isə, işin qeyd edilən hallarını nəzərə almadan 2V- 01580 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnaməni etibarsız hesab etmişdir ki, həmin nəticə qanuni hesab edilə bilməz. Qeyd edilən vəsiyyətnamənin etibarsızlığına əsas verən hallar müəyyən edilməmişdir.Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissdə təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, X38 xx.xx.2021-ci ildə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyriyaşayış binası miras qalmışdır. Cavabdeh tərəf həmin əmlakın X38 ilə X13 xx.xx.2008-ci ildə rəsmi nikahla evlənməsini qeyd edərək, onların birgə nikah müddətində, yəni xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmasını göstərsələr də, həmin hal öz təsdiqini tapmamış, iddiaçı tərəfin izahatı və iş materiallarında olan xx.xx.2022-ci il tarixli texniki pasportun surəti ilə müəyyən edilir ki, həmin qeyri yaşayış binası 2004-cü ildə tikilmişdir. X14 Ağdam rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan qızı İddiaçı vəsiyyət etmişdir. X29 xx.xx.2021-ci ildə vəfat etməsindən sonra, onun 4 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsələri, yəni uşaqları İddiaçı, Cavabdeh3, Cavabdeh2 və ikinci nikahdan olan arvadı Cavabdeh1 qalmış, yuxarıda qeyd edildiyi kimi, əmlakını isə İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X14nun xx.xx.2021-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1170.1-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlak üzrə vəsiyyətnamə olduğundan və mirasqoyanın qanun üzrə birinci növbəli vərəsəsi hesab edilən övladlarının və arvadının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları olmaqla, bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, (MM-in 1193-cü maddəsi) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 miras paydan qanun üzrə vərəsəlik zamanı çatası 1/4 hissənin yarısı qədər (1/8 hissəsini) müəyyən edilməlidir. Digər vəsiyyətnamə üzrə vərəsə İddiaçı miras əmlakdan çatası pay isə 5/8 hissə müəyyən edilməlidir. (1\8+4\8 =5\8 ). Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)711/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilkin iddia və qarşılıqlı iddialar qismən təmin edilməli, X4 miras qalan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası üzərində 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1, 5/8 hissədə Məmmədova Mehriban Mədət qızının miras payı müəyyən edilməli, iddialar qalan hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-711/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlkin iddia və qarşılıqlı iddialar qismən təmin edilsin. X4 miras qalan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyriyaşayış binası üzərində 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1, 5/8 hissədə İddiaçı miras payı müəyyən edilsin. İddialar qalan hissələrdə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-142/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-142/2024
14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver